Cəmiyyət üzrə “Qaynar xətt”əlaqə mərkəzinin yaradılması və
müvafiq daxili sənədlərin təsdiq olunması haqqında
Bəşəriyyətin məruz qaldığı və qlobal problemə çevrilmiş korrupsiyaya qarşı
mübarizədə beynəlxalq əməkdaşlığın səmərəliliyini artırmaq üçün BMT-nin
korrupsiyaya qarşı Konvensiyası qəbul edilmiş, ölkəmiz 2005-ci ildə həmin
Konvensiyaya qoşulmuşdur. Korrupsiyaya qarşı mübarizədə beynəlxalq səylərin
birləşdirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə BMT-nin dəstəyi ilə
Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası yaradılmış və bu qurumun
rəhbərliyində ölkəmiz də təmsil olunmuşdur. Belə mötəbər bir qurumun
rəhbərliyində ölkəmizin təmsil olunması, korrupsiya ilə mübarizədə dövlətimizin
götürdüyü strateji kursun məqsəd və məramı ilə şərtlənir.
Azərbaycanda demokratik, dünyəvi dövlətin qurulduğu, islahatların geniş
vüsət aldığı bir dövrdə, korrupsiyanın dövlət və cəmiyyət üçün olduqca böyük
təhlükə kəsb etdiyi nəzərə alınaraq Azərbaycanda bu sosial-hüquqi hadisə ilə
mübarizənin gücləndirilməsinə istiqamətlənmiş bir çox tədbirlər görülmüş,
Azərbaycan
Respublikasının
Prezidenti
tərəfindən
müvafiq
sərəncamlar
imzalanmış, «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının
Qanunu, bir sıra dövlət proqramları, o cümlədən Azərbaycan Respublikasının
Prezidentinin 28 iyul 2007-ci il tarixli 2292 nömrəli sərancamı ilə təsdiq edilmiş
“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” qəbul
edilmişdir.
Ölkə üzrə korrupsiyaya qarşı mübarizəyə dair qəbul edilmiş qərarlara müvafiq
olaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət)
fəaliyyətə başladığı dövrdən etibarən yuxarıda qeyd olunan məsələlərə ciddi
yanaşmaqla, korrupsiya hallarına qarşı kəskin mövqe nümayiş etdirmiş və işçilərlə
maarifləndirici görüşlər keçirmişdir. Lakin, qeyd olunan tədbirlərlə yanaşı Cəmiyyət
üzrə baş verə biləcək neqativ halların qarşısının vaxtında alınmasına, aşkara
çıxarılmasına, qabaqlayıcı tədbirlərin görülməsinə və bu işlərə vahid nəzarətin
həyata keçirilməsinə, o cümlədən operativ həll edilməsinə zərurət vardır. Eyni
zamanda, Cəmiyyət üzrə qeyd olunan məsələləri tənzimləyən, vəzifə və öhdəlikləri
müəyyən edən vahid daxili sənədin təsdiq olunmasına, həmçinin işçilərlə və
cəmiyyətlə əlaqələrin genişləndirilməsi, aşkarlığın artırılmasına ehtiyac vardır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq,
“
Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 7.1.12-ci və 7.1.15-ci
bəndlərini rəhbər tutaraq, Cəmiyyət üzrə korrupsiyaya qarşı mübarizəyə dair
tədbirlərin
müəyyən
edilməsi
üçünvahid
daxili
sənədin
təsdiq
olunmasını,ictimaiyyətin və Cəmiyyətin işçilərinin müraciətlərinin operativ
araşdırılmasını, müvafiq tədbirlərin görülməsini və hüquq pozuntuları haqqında
məlumatlarıvaxtında əldə etməklə qarşısının alınmasını təmin etmək məqsədi ilə
əmr edirəm:
1. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti üzrə
Korrupsiya ilə mübarizəyə dair Təlimat” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi
Qapalı Səhmdar Cəmiyyətinin “Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinə və
daxili araşdırmaların aparılmasına dair Təlimat” təsdiq edilsin (əlavə olunur).
2. Cəmiyyətin Hüquq idarəsinin Daxili araşdırmalar və hüquqi sənədlərlə iş
şöbəsində fəaliyyət göstərməklə, 01.10.2014-cü il tarixdən etibarən “Qaynar xətt”
əlaqə mərkəzi yaradılsın.
3. Cəmiyyətin İnformasiya texnologiyaları departamentinin rəisinə (M.Aslanov)
tapşırılsın ki, “Qaynar xətt” əlaqə mərkəzini müvafiq rabitə vasitəsi ilə təmin etsin.
4. Hüquq idarəsinin Daxili araşdırmalar və hüquqi sənədlərlə iş şöbəsinin
hüquq məsləhətçisi Əskərov Rüfət Sultan oğlu “Qaynar xətt” əlaqə mərkəzi üzrə
məsul şəxs təyin edilsin.
5.
Bu əmrlə təyin olunmuş məsul şəxs aşağıdakıları təmin etsin:
5.1. Cəmiyyətin işçilərindən, digər vətəndaşlardan (maraqlı şəxslərdən) daxil
olan şikayət və məlumatların (müraciətlərin) müəyyən edilmiş qaydada qəbul və
çap edilməsini, qeydiyyata alınması üçün aidiyyəti struktur bölməyə təqdim
edilməsini;
5.2. Cəmiyyət üzrə baş vermiş hüquq pozuntusu barədə əldə edilmiş məlumat
üzrə təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti yarandığı hallarda Hüquq
idarəsinin rəisinin və yaCəmiyyətin rəhbərliyinin dərhal xəbərdar edilməsini;
5.3. Bu əmrdən və hazırkı əmrlə təsdiq olunmuş “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin “Qaynar xətt” əlaqə mərkəzinin
fəaliyyətinə və daxili araşdırmaların aparılmasına dair Təlimat”dan irəli gələn
digər məsələlərin icrasını.
6. Hüquq idarəsinin rəisinə (Z.Nağıyev) tapşırılsın:
6.1. “Qaynar xətt” əlaqə mərkəzinin normal fəaliyyət göstərməsi üçün lazımi
şəraitin yaradılmasını və icrasına nəzarəti təmin etsin.
6.2. “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş və Cəmiyyətin rəhbərliyi
tərəfindənicra üçün Hüquq idarəsinə yönəldilmiş müraciətlərin bu əmrlə təsdiq
olunmuş müvafiq təlimata uyğun olaraq əsaslılığını yoxlayaraq operativ və ətraflı
araşdırılmasını, nəticəsinin Cəmiyyətin sədri ilə müzakirə edilməsini və digər
zəruri tədbirlərin görülməsini təmin etsin.
6.3. Cinayət əlaməti olan fakt aşkar olunduqda, Cəmiyyətin sədrinə məlumat
verməklə aidiyyəti dövlət qurumlarına dərhal müraciət olunmasını təşkil etsin.
6.4. Müraciət edənlərə araşdırmanın nəticəsi barədə qanunvericiliklə müəyyən
edilmiş qaydada cavabların verilməsini təmin etsin.
6.5. “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş şikayətlər və məlumatlar
(müraciət) barədə hər ayın sonunda Cəmiyyətin sədrinə yazılı məlumat versin.
7. İşlər idarəsinin rəisinə (S.Abdullayev) tapşırılsın:
7.1.Bu əmrlə təyin olunmuş məsul şəxs tərəfindən təqdim edilən
müraciətlərinmüəyyən edilmiş qaydada qeydiyyatının aparılmasını təşkil etsin.
7.2. Bu əmrlə təsdiq olunmuş müvafiq təlimata uyğun olaraq daxil olan
müraciətlərin aidiyyəti üzrə struktur bölmələrə təqdim edilməsini (rəhbərliyin
dərkənarına uyğun olaraq) təmin etsin.
7.3. “Qaynar xətt” əlaqə mərkəzinin yaradılması haqqında məlumatın
Cəmiyyətin veb səhifəsindəvəKütləvi İnformasiya Vasitələrində yerləşdirilməsini
təşkil etsin.
8. Nəzərə alınsın ki:
8.1. “Qaynar xətt” əlaqə mərkəzinə müraciət edilərkən bu əmrlə təsdiq edilmiş
müvafiq təlimatların tələblərinə və Cəmiyyətin digər daxili sənədlərinə uyğun
olaraq zəruri olan bütün məlumatlar məsul şəxsə verilməlidir.
8.2. “Qaynar xətt” əlaqə mərkəzinə bilərəkdən yanlış məlumatı vermiş
Cəmiyyətin işçisi qüvvədə olan qanunvericiliyə və Cəmiyyətin daxili sənədlərinə
uyğun olaraq məsuliyyətə cəlb ediləcəkdir.
8.3. “Qaynar xətt” əlaqə mərkəzinə qəsdən yanlış məlumatlar, iftiralar, təhdid və
təhqirlər, o cümlədən Cəmiyyətin nüfuzuna xələl gətirə biləcək məlumatları verən
vətəndaşlar (maraqlı şəxslər) qüvvədə olan qanunvericiliyə uyğun olaraq
məsuliyyət daşıyırlar.
9.Cəmiyyətin aparatının bütün struktur bölmə və tabeliyində olan qurumların
rəhbərlərinə tapşırılsın ki, tabeçiliklərində olan, habelə yeni işə qəbul olunan
işçilərin bu əmrlə və hazırkı əmrlə təsdiq olunmuş “Təlimat”larla rəsmi qaydada
tanış edilməsini təşkil etsinlərvə sözügedən daxili sənədlərin tələblərinə riayət
edilməsinə nəzarət etsinlər.
10. “Qaynar xətt” əlaqə mərkəzi barədə müvafiq elanların Cəmiyyətə məxsus
obyektlərin görünüşə açıq olan yerlərində asılması təmin edilsin.
11. Aidiyyəti struktur bölmələr bu əmrdən irəli gələn digər məsələləri həll
etsinlər.
12. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Sədr
Rauf Vəliyev
Vizalar:
Sədrin birinci müavini
M.Axundov
Sədrin strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini
F.Quliyev
Sədrin baş müşaviri
C.Mahmudlu
Sədrin rejim üzrə müşaviri
N.Əhmədzadə
İqtisadiyyat və uçot idarəsinin rəisi
F.Həsənov
İşlər idarəsinin rəisi
İnsan resurslarının
idarəedilməsi departamentinin rəisi
S.Abdullayev
S.Məmmədova
Hüquq idarəsinin rəisi
Z.Nağıyev
Göndərilir: Sədr müavinlərinə, Sədrin müşavirlərinə, sədrin köməkçisinə,
Cəmiyyətin aparatının bütün struktur bölmələrinə və tabeçiliyində olan qurumlara.
İcraçı:
Məhkəmələr və mübahisələrlə
iş şöbəsinin rəisi C.Niyazov
Telefon (daxili): 11-22.
Dostları ilə paylaş: |