DÖVLƏTƏ
BAĞLILIĞIN
ƏHƏMİYYƏTİ
HARUN YƏHYA
İÇİNDƏKİLƏR
Niyə dövlət haqqında
bir kitabça? 5
Dövlət nədir? 8
Azərbaycan Respublikasının
dövlət quruluşunun xüsusiyyətləri 21
Problemlərin dövlətə
bağlılıqla həlli 27
Dövlətə bağlılıq və əxlaq 30
5
İYƏ DÖVLƏT
HAQQINDA BİR KİTABÇA?
D
övlət sisteminin əhəmiyyətini, vəzifələrini və ya
funksiyalarını açıqlayan kitablar, ümumiyyətlə,
siyasət elmləri kitablarıdır. Bu kitabların əksəriyyəti
tələbələrə məlumat vermək məqsədi daşıyır. Amma
əlinizdəki bu kitabça bunlardan fərqlidir. Çünki əsas
məqsədi cəmiyyətdə bir qisim “dövlət əleyhinə” cərəyan
və ya fikirlərin yanlışlıq içində olduqlarını göstərmək
və millətimizin hər üzvünü dövlətinə sahib çıxmağa
çağırmaqdır.
Haqqında danışdığımız dövlət əleyhinə cərəyan və
ya fikirlər müxtəlif qaynaqlardan gəlir. Bu qaynaqların
başında marksist ideologiya durur. Bu ideologiyaya bağlı
olanlar dövlətin zərərli bir qurum olduğuna kor-koranə
inanıblar. Buna görə, dövlət və dövləti təmsil edən hər cür
simvola qarşı düşmən mövqeyindədirlər. Bu düşmənçilik
bəzən zorakılığa da çevrilir və sol terror təşkilatlarını əmələ
gətirir.
Digər tərəfdən, marksist ideologiyadan çox təsirlənmiş
bir qrup ziyalılar bu gün marksizmi tərk etdiklərini
söyləsələr də, buna bənzər bir yolu davam etdirirlər. Həmin
ziyalılar, ümumiyyətlə, “68 nəsli” kimi tanınan solçu
hərəkatın bugünkü nümayəndələridir. Keçmiş marksist
N
6
dövrlərin bitdiyini və hətta liberal olduqlarını desələr
də, marksizmin dövləti düşmən kimi göstərən təlqinlərinin
təsirlərini hələ də daşıyırlar.
Bu marksist mənşəli ziyalılara paralel olaraq cəmiyyətdəki
bəzi sektorlar demokratiya anlayışını səhv anlayaraq dövlətə
qarşı çıxırlar. Demokratiyanın yalnız dövlətin zəiflədiyi
təqdirdə mümkün olacağı kimi yanlış fikrə düşüblər. Bu yanlış
fikrin təsiri ilə hər cür dövlət təşkilatını hədəf seçir, dövlətin
cəmiyyətin faydası üçün tətbiq etdiyi siyasəti gözü bağlı
şəkildə tənqid edirlər.
Mövzunun qəribə bir cəhəti də kökündə sol ideologiyanın
yer aldığı bütün bu dövlət əleyhinə olan ifadələrin bir qrup
mühafizəkar dairələrə zaman keçdikcə təsir etməsidir. Bu
dairələr dövlətin təhlükəsizliyi, rifahı və birliyi üçün tətbiq
edilən bəzi sosial siyasətin dinə qarşı olduğunu zənn edir
və sonra da bu zənn səbəbindən dövlətə qarşı cəbhə alırlar.
Halbuki müstəqil Azərbaycan dövləti heç vaxt dinə qarşı
siyasət aparmamış, əksinə, ulu öndər Heydər Əliyevin: “Heç
vaxt imanımızdan, dinimizdən uzaqlaşmayacağıq və bu
mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi
quracağıq!” -sözünə qüvvət olaraq həmişə mənəvi dəyərlərin
qorunmasının Azərbaycan dövlətinin mövcudluğunu əsas şərti
olduğu düşüncəsi ilə hərəkət etmişdir. Belə ki, cəmiyyətimizin
mənəvi dəyərlərə ən çox bağlı olan qurumları tarixdə həmişə
dövlətə ən çox sədaqət göstərən qurumlar olmuşdur.
Nəticə etibarilə, bu kitabçada dövlətə qarşı çıxan qurumların
yanlış yolda olduqları və millətimizin gələcəyi üçün güclü
və təsirli dövlət quruluşunun zəruriliyindən bəhs edəcəyik.
Vətənini və millətini sevən hər kəs bu həqiqət üzərində
düşünməli və siyasi düşüncələrini buna görə tənzimləməlidir.
7
“Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət
müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi
nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir,
əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə
etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim
borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək
nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan
ibarətdir”.
HEYDƏR ƏLİYEV
8
ÖVLƏT NƏDİR?
“İndi şükürlər olsun ki, Azərbaycan müstəqil bir
dövlətdir. Dünyanın hansı ölkəsində, hansı yerində
yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss
etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır”.
HEYDƏR ƏLİYEV
D
övlət ortaq həyat və mədəniyyəti paylaşan bir
cəmiyyətdə bu cəmiyyəti nizamlama, bu cəmiyyətə
təhlükəsizlik, sülh və rifah təmin etmə məqsədini
daşıyan və bu məqsədə yönələn qanunlar qəbul etmə, bu
qanunları tətbiq etmə, mühakimə etmə, cəzalandırma kimi
güclərə sahib olan quruluşdur.
Dövlət, tarixin məlum olan ən qədim cəmiyyətlərindən
indiyə kimi həmişə var olmuşdur. Marksistlər ortaya
atdıqları xəyali “mədəni təkamül” ssenarisi daxilində
dövlətin sonradan ortaya çıxan bir mexanizm olduğunu
iddia edirlər. İlk cəmiyyətlərdə dövlət və ya dövlətə bənzər
bir qurumun olmadığını, “kommunal” həyat tərzinin
mövcudluğunu irəli sürürlər. Halbuki heç bir tarixi və ya
D
9
arxeoloji tapıntı bu iddianı təsdiq etmir. Əksinə, haqqında
məlumatımız olan ən qədim mədəniyyətlərin hamısında
güclü dövlət mexanizmlərinin mövcud olduğu məlumdur.
Buna görə də dövlət quruluşunun insanlıq tarixi ilə bir
yaşda olduğunu söyləmək mümkündür.
Bu, əslində insanın yaradılışının təbii nəticəsidir. İnsan
yaradılışının tələbi olaraq “doğru” və “yanlış” anlayışlarına
malik olmaqla doğrunu öyrənmək və bu doğruya uyğun
şəkildə yaşamaq istəyir. Yanlışı tətbiq edənlərin isə
dayandırılmasını, onlara mane olmağı arzu edir. Buna
görə də insanlara doğrunu göstərən bəzi qanunlar qəbul
edən və bu qanunlara tabe olmağı təmin edən bir nüfuzun
varlığı zəruridir.
Belə ki, cəmiyyətlərin quruluşu düşünüldüyündə
dövlətin nə qədər əhəmiyyətli olduğu asanlıqla görünür.
Bir cəmiyyətdə sülh və əsayişi təmin edən, zərərli
davranışları qanunla qadağan edən, bu qanunlara da tabe
olmağı məcbur edən yeganə güc dövlətdir. Buna paralel
olaraq, dövrümüzdəki cəmiyyətlərin sağlamlıq, təhsil,
milli təhlükəsizlik, infrastruktur kimi xidmətlərin də yalnız
dövlət tərəfindən qarşılana biləcəyi aydındır.
Bunları ətraflı şəkildə araşdıracağıq. Bunun üçün
əvvəlcə, dövlətin varlığına qarşı çıxan ən əhəmiyyətli siyasi
ideologiya olan anarxizmin yanlışlıqlarına nəzər yetirək.
Anarxizmin yanlışlığı
Anarxizm sol ideologiyaların ən marjinalı kimi qəbul
edilir. Anarxizm yunan sözü olub “özbaşınalıq” deməkdir.
Bu ideologiyanın tərəfdarları dövlətin cəmiyyətə zərər
verən bir qurum olduğunu iddia etmiş və insanların azadlıq
və sülhə qovuşması üçün dövlətin ortadan qaldırılmasının
lazım olduğunu müdafiə etmişlər. Dövlətlə yanaşı, dinə də
qarşı çıxmış və dinin məhv edilməsinə çalışmışlar. Fransa
10
inqilabından sonra ortaya çıxan bu ideologiya xüsusilə
19-cu əsrdə məşhurlaşmış, Rusiyada Bolşevik inqilabının
(1917) hazırlanmasında da rol oynamışdır.
Əvvəlcə, anarxizmin tamamilə xəyali və həqiqətlərdən
uzaq fikir olduğuna diqqət yetirmək lazımdır. Çünki
dünyanın heç bir ölkəsində heç bir zaman bu ideologiya
tətbiq olunmayıb. Heç bir zaman dövlətin ləğv edilib
anarxist cəmiyyətin qurulması hadisəsi baş verməyib.
Yalnız bəzi böhran zamanlarında dövlətlərin nüfuzu
zəifləmiş, bunun nəticəsində isə cəmiyyətə sülh və rifah
deyil, əksinə yalnız çəkişmə, qarşıdurma və talan gəlmişdir.
Başqa cür mümkün də deyil. Çünki dövlətin olmadığı
şəraitdə cəmiyyətin öz-özünü təşkil edərək asayiş və sabitlik
meydana gətirməsi qeyri-mümkündür. Dövlətin olmadığı
bir mühitdə qanunlar da olmaz. Bu halda “cinayət” anlayışı
ortadan qalxar və hər kəs istədiyi hərəkəti rahat şəkildə
edə bilər. İstəyən hər kəs başqasının malına və ya canına
qəsd etdiyində bu cinayəti “cinayət” olaraq müəyyən
edən və mane olan bir nüfuzun olmadığı üçün qarşısında
heç bir maneə görməz. Oğrular istədikləri malı oğurlayar,
qatillər istədiklərini öldürər, onları dayandıran polis və ya
mühakimə edən məhkəmə olmaz.
Belə bir cəmiyyət isə meşə qanunlarının hakim olduğu
“sürü”yə çevrilər. İnsanların dincliyinin, şəxsiyyət və
mülkiyyət toxunulmazlığının olmadığı bu sürü əslində
“insan cəmiyyəti”ndən çox heyvan dəstələri kimi yaşayar.
Maraqlısı budur ki, bu nəticə anarxistlərin fəlsəfəsinə tam
uyğundur. Çünki anarxistlər də eynilə marksistlər kimi
Darvinin ortaya atdığı “insanın təkamülü” nağılına inanır
və dolayısilə, insanı “inkişaf etmiş heyvan növü” kimi
qəbul edirlər.
Ancaq tarix anarxizmin tamamilə yanlış bir fəlsəfə
olduğunu saysız misallarla sübut edir. Anarxistlər dövlətin
aradan götürülməsinin sülh və rifaha gətirəcəyinə inanırlar.
11
Halbuki siyasi tarixə nəzər yetirdikdə dövlət hakimiyyətinin
ortadan qalxdığı hər dövrdə qanlı xaos mühitinin olduğu
görünür. Orta əsrlər boyu siyasi nüfuzun ortadan qalxdığı
dövrlər həmişə qarət, talan və qırğın dövrləri olmuşdur.
Anarxizmin çıxış nöqtəsi sayılan Fransa inqilabı tarixin
ən qanlı siyasi hərəkatlarından biridir. Fransa inqilabında,
xüsusilə də inqilabın “Terror dövrü” olaraq tanınan
mərhələsində on minlərlə insan edam edilmiş, inqilabın
Robespyer kimi öndə gələnləri də daxil olmaqla, bir çox
insan gilyotinə göndərilmişdir. İnqilabdan sonra Fransa
on beş ildən çox müddətdə hüzura qovuşa bilməmişdir.
Nizam və təhlükəsizliyin yenidən təmin edilməsi isə inqilab
dövrünün sona çatması və Napoleonun mütləq iqtidarının
qurulması ilə, yəni dövlətin yenidən təsis edilməsi ilə
mümkün olmuşdur. Bu hal tarixin hər dövründə eynidir.
Dövlət əleyhində edilən hər cür “inqilab” inqilabçıların
buna başladıqları vaxt ortaya atdıqları bəzəkli şüarların
əksinə, qan, kədər və gözyaşı gətirir.
Beləliklə, anarxizmin böyük yanlışlıq olduğunu ifadə
etdikdən sonra dövlətin zəruriliyini fərqli istiqamətlərdən
araşdıraq.
Dövlət və milli müdafiə
Dünyada yaşayan insanlar müəyyən birliklərin
üzvüdürlər. Bunların ən əsası ailədir. Daha sonra qismən
zəif olan qonşuluq, nəsil, həmyerlilik və etnik mənşə kimi
əlaqələr var. Ancaq bütün bu mənsubiyyətlərin, xüsusilə
siyasi yöndən ən əhəmiyyətlisi milli mənsubiyyətdir. Başqa
ifadə ilə desək, insanın hansı millətdən olduğu sualıdır.
Çünki dünyadakı siyasi nüfuzlar (dövlətlər) millətinə görə
bir-birindən ayrılırlar. Almaniya alman millətinin ölkəsi,
Fransa fransızların, Azərbaycan isə azərbaycanlıların
yurdudur.
12
Dünyadakı siyasi rəqabət və qarşıdurmalar da milli
əsasaslar üzərində inkişaf edir. Eyni vəziyyət siyasətin
davamı sayılan müharibə üçün də etibarlıdır. Almaniya
alman millətini dünyaya hakim etmək xülyası ilə İkinci
dünya müharibəsini başlatmışdır.
Dünyanın bu şəkildə, yəni ölkələr arası siyasi
balanslara əsasən qurulması hər insanı yaşadığı ölkənin
mənfəətlərinə görə düşünməyə məcbur edir. Heç kim:
“Əsas mən, şirkətim və ailəmdir. Yerdə qalan əhəmiyyətli
deyil”, -deyə bilməz. Çünki ailəsinin və özünün gələcəyi
yaşadığı ölkənin gələcəyinə bağlıdır. Əgər düşmən ölkə
yaşadığı ölkəni işğal etsə, özü, şirkəti və ailəsi də bundan
böyük zərər görər. O, yaşadığı ölkənin vətəndaşıdır və
ölkəsinin gücünə, müstəqilliyinə mütləq tərəfdar olmaq
məcburiyyətindədir.
Dövlətin nə qədər zəruri bir qurum olduğu da burda
açıq şəkildə bəlli olur. Çünki bir ölkənin mövcudluğunu
qoruyan yeganə quruluş dövlətdir. Ölkənin milli
təhlükəsizliyindən məsul olan yeganə nüfuz odur. Milli
müdafiə üçün ordu yaradan, bu orduya dəstək olan və
gücləndirən quruluş dövlətdir. Əlbəttə, heç bir xüsusi
qurum və ya qeyri-hökumət təşkilatı qətiyyən belə bir rol
oynaya bilməz.
Buna görə, ölkədə yaşayan hər bir vətəndaş
dövlətinin güclənməsinə və yüksəlməsinə tərəfdar olmaq
məcburiyyətindədir. Dövləti zəiflədən hərəkətlərə yol
verən hər kəs özünün, ailəsinin və sevdiyi hər kəsin
əleyhində hərəkət etmiş olar. Əgər başqa dövlətə xidmət
etməyi hədəf tutarsa, onda adı “vətən xaini” olar.
13
Fransada
inqilabdan
sonra on beş
ildən artıq
davam edən
sabitliksizlik
dövrü
yaşanmışdır.
Bolşevik inqilabında Rusiya
14
Dövlət və ictimai təhlükəsizlik
Güclü bir dövlətin varlığı yalnız milli müdafiə üçün
deyil, eyni zamanda ölkənin daxilində təhlükəsizlik və
dincliyin təşkili üçün də zəruridir.
Anarxizmin yanlışlığından danışarkən dövlətin
zəiflədiyi bir mühitdə hər cür cinayətin asanlıqla
törədildiyini, “cinayət”i müəyyən edən və ona mane olan
nüfuzun olmadığını söyləmişdik. Bu mövzunu bir az daha
açıqlaya bilərik.
Dövlətin nüfuzunu itirdiyi və bunun nəticəsində
təhlükəsizliyin olmadığı bir mühit təsəvvür edək. Belə bir
mühit cinayətkarların hər cür cinayəti asanlıqla törətdiyi,
vicdanlı vətəndaşların isə hər cür təcavüzün hədəfinə
çevrildiyi qorxunc bir cəmiyyət quruluşu meydana gətirər.
Belə olduğu təqdirdə böyük ehtimalla təhlükəsizliyi təmin
etmək üçün dövlətin yerinə “xüsusi sektor”a müraciət
edilər, yəni mafiyaya bənzər şəbəkələr meydana gələr və
vətəndaşlar onlara pul ödəməklə təhlükəsizlik əldə etməyə
çalışarlar. Ancaq bu mafiyaya bənzər şəbəkələrin özbaşına
və cinayətə meyilli insanlardan meydana gəlməsi mütləqdir.
Bir müddət sonra bu təşkilatlanmalar vətəndaşlara qarşı
təcavüzə başlayar və bu şəbəkələrin arasında qarşıdurma
və daxili hesablaşmalar başlayar.
Polisin olmaması hüquq mühafizə orqanlarının
süqutu deməkdir. Dövlətin nüfuzu olmasa, məhkəmələr
olmaz, prokuror və hakimlər fəaliyyət göstərməz. Belə bir
vəziyyətdə cəmiyyətdəki heç bir hüquqi anlaşılmazlıq həll
edilməz. Ədalətlə hökm edən və bu hökmü icra edən bir
mexanizm olmadığı üçün hər cür haqsızlıq, haqqa təcavüz
və sui-istifadə asanlıqla tətbiq olunar. Əgər yenə “xüsusi
sektor”lar vasitəsi ilə məhkəmələr qurulsa belə, onların
15
mafiyaya bənzər mexanizmlər olacağı, özlərinə daha çox
pul verən tərəfi haqlı çıxarmağa çalışacağı məlumdur.
Çünki xüsusi sektorların əsas məqsədi qazanc əldə
etməkdir. Buna görə də özlərinə daha çox qazanc təmin
edən vasitələri tətbiq etməyə çalışarlar.
Nəticədə dövlətin nüfuzunun zəifləməsinin ictimai
təhlükəsizliyi, nizamı, sülh və əmin-amanlığı tamamilə
yox edəcəyi aydındır. Belə bir vəziyyətdə ölkədə xaos
mühiti olar.
Dövlətin ictimai həyatdakı müstəsna rolu
Güclü dövlət yalnız təhlükəsizliyin deyil, cəmiyyətin
ümumi rifahının təmin edilməsi üçün də zəruridir.
Buna nümunə olaraq iki sahəni nəzərdən keçirə bilərik:
sağlamlıq və təhsil.
Xəstələrin müalicəsini öz üzərinə götürən qurumlar
xəstəxanalardır. Bir cəmiyyətin sağlamlıq probleminin
həll olunması üçün mütləq dövlət xəstəxanaları mövcud
olmalıdır. Əlbəttə, dövrümüzdə xüsusi sektorlar
tərəfindən açılan çoxlu sayda xəstəxanalar da var. Ancaq
bir məsələyə diqqət yetirmək lazımdır: xüsusi sektorlar
həmişə qazanc əldə etmək məqsədi daşıyırlar. Dolayısilə,
xüsusi sektorların bütün cəmiyyətin sağlamlıq problemini
həll etməsi qeyri-mümkündür. Az təminatlı ailələr heç vaxt
xüsusi xəstəxanalardan faydalana bilməzlər və mütləq
dövlətin qurduğu və özlərinə kömək edəcək xəstəxanalara
ehtiyac duyarlar. Bundan başqa, peyvənd kampaniyaları və
ümumi sağlamlıq işləri kimi ictimai xidmətləri reallaşdıran
yeganə nüfuz da dövlətdir. Qazanc məqsədini daşıyan
heç bir xüsusi təşkilat ibtidai məktəb uşaqlarını yoluxucu
xəstəliklərdən qorumaq üçün ölkə miqyasında peyvənd
kampaniyası təşkil etməz və ya ölkənin ucqar yerlərinə
sağlamlıq xidməti aparmaz.
16
Cəmiyyətin rifahı ilə əlaqədar ikinci əhəmiyyətli
mövzu isə təhsildir. Təhsili də eynilə sağlamlıq kimi
qismən xüsusi sektorlar öz üzərinə götürə bilər, amma bu
vəziyyətdə yenə xüsusi sektorun qazanc tələbini qarşılaya
bilməyən yoxsul təbəqələr təhsil imkanından məhrum
olarlar. Təhsilin bütün ölkəyə və böyük şəhərlərdən uzaq
kəndlərə qədər yayılması da yenə ancaq dövlət sayəsində
mümkündür. Əgər dövlətin təhsil sistemi olmasa, xüsusi
sektor üçün qazanc gətirməyən bütün məskunlaşma
vahidləri təhsil almaq imkanını itirər.
Dövlətin mövcudluğu təhsilin bərabər və standart
olması üçün də zəruridir. Təhsil dövlətin təyin etdiyi
standart tədris planına uyğun formalaşmadığı və tamamilə
xüsusi qurumların nəzarətində olduğu təqdirdə cəmiyyət
qısa müddətdə düşərgələrə ayrıla bilər. Kommunistlər
kommunist ideologiyasını təlqin edən məktəblər aça bilər.
İrqçilər uşaqlarını irqçi olaraq yetişdirən məktəblər qura
bilər. Bu şəkildə qısa müddət ərzində cəmiyyət bir-birinə
tamamilə yad və düşmən fərdlərdən formalaşa bilər.
Cəmiyyətin birliyinin qorunması və bir yerdə yaşamağı
mümkün edən ortaq mədəniyyətin inkişafı üçün mütləq
dövlət tərəfindən təyin olunan standart təhsil sistemi
tətbiq olunmalıdır. Fərqli mədəni qruplara və ya peşə
təhsili tələblərinə xüsusi məktəb statusu verilə bilər, amma
bu xüsusi status yenə də tədris planının əsas qaydalarına
bağlı olmalıdır.
Qısası, bir cəmiyyətin təhsil və sağlamlıq kimi ən əsas
ehtiyacları ancaq güclü dövlətin müdaxilə və nəzarəti ilə
həyata keçirilə bilər.
17
Dövlətin iqtisadi həyatdakı müstəsna rolu
19-cu əsr çoxlu sayda mütəfəkkirin nəzəriyyələr yazdığı
bir dövr idi. Liberalizm və marksizm kimi iki fərqli sosial
nəzəriyyə bu dövrdə ortaya çıxdı. Hər iki nəzəriyyənin
də ortaq xüsusiyyəti təcrübələrə deyil, mücərrəd fikirlərə
əsaslanması idi. 20-ci əsrdə isə bu fikirlər tətbiq edilməyə
başlandı və ortaya bəzi konkret təcrübələr çıxdı.
Marksizmin bu təcrübələrin nəticəsində süqut
etdiyi məlumdur. Dövlətin əvvəl zorakılıq yolu ilə ələ
keçirilməsini, sonra bütün iqtisadiyyatın dövlət nəzarətinə
alınmasını və uzaq gələcəkdə də dövlətin tamamilə ləğv
edilməsini müdafiə edən bu nəzəriyyənin həqiqətlərlə
uyğunlaşmayan və çox səmərəsiz iqtisadi model ortaya
qoyduğu aşkardır. Sovet İttifaqının mərkəzi planlamaya
əsaslanan iqtisadi modelinin süqut etməsi dövlətin
səhv iqtisadi siyasəti olduğunu və iqtisadiyyatın ancaq
xüsusi sektorun rolu ilə məhsuldar hala gələcəyini ortaya
qoymuşdur.
Ancaq o qədər diqqət çəkməyən başqa bir fakt isə
ondan ibarətdir ki, 20-ci əsrdəki təcrübələrin 19-cu əsr
liberalizmini də bəzi istiqamətlərdən haqsız çıxarması idi.
19-cu əsrdə yaşamış liberal iqtisadiyyat müdafiəçiləri 18-
ci əsrdəki ingilis iqtisadçı Adam Smitin yolunu izləyərək
“ən yaxşı dövlət, ən az müdaxilə edən dövlətdir” fikrini
müdafiə edirdilər. Dövlətin iqtisadi həyata müdaxilə
etməməsinin və bütün iqtisadiyyatın xüsusi sektorun
nəzarətində olmasının lazım olduğunu müdafiə etmişdilər.
Dövlətin tamamilə kənarlaşdırıldığı bu iqtisadi model
19-cu əsrin sonlarından 20-ci əsrin birinci rübünə qədər
başda ABŞ olmaqla, bir çox qərb ölkəsində qəbul edildi.
Ancaq 1929-cu ildə başlayan və “Böyük böhran” kimi tanınan
nəhəng iqtisadi böhran bu modelin səhv olduğunu ortaya
18
qoydu. Böyük böhran Nyu-York birjasında baş qaldıran və
sonra da bütün dünyaya yayılan həyəcanla doğulmuşdu.
Dünya iqtisadiyyatını illərlə zəiflədən bu böhran dünya
ticarət dövriyyəsinin azalmasına, cəmiyyətlərin gəlir və
rifah səviyyələrinin aşağı düşməsinə, milyonlarla insanın
işsiz qalmasına səbəb oldu.
Böyük böhranın ortaya qoyduğu ən əhəmiyyətli
nəticələrdən biri dövlətin iqtisadiyyatdan tamamilə
uzaqlaşdırılmasının çox zərərli olduğu idi. Belə ki,
Böyük böhrandan sonra inkişaf edən “Keynes modeli”
iqtisadi sistemi dövlətin müəyyən ölçüdə iqtisadiyyata
müdaxilə etməsinin, bəzən də sərmayələrlə iqtisadiyyatı
istiqamətləndirməsinin lazım olduğunu qəbul etdi. Bir çox
dövlət də Keynes modelini tətbiq etməklə Böyük böhranın
vurduğu zərərləri ortadan qaldıra bildi.
Hal-hazırkı dövrdə etibarlı olan iqtisadi model
xüsusi sektorun lokomotiv funksiyasını yerinə yetirdiyi,
amma dövlətin idarəçiliyi və istiqamətləndirməsi ilə
işləyən iqtisadi modeldir. Dövlətin başda infrastruktur
sərmayələri olmaqla, iqtisadiyyatın bəzi sahələrinə əl
atması zəruridir. Bundan əlavə, xüsusi sektor üçün gəlir
gətirməyən, amma cəmiyyətin ümumi rifahı baxımından
lazım olan bəzi xidmətlərin yerinə yetirilməsi üçün də
yenə dövlətin müdaxiləsi zəruridir (məsələn, poçt xidməti
dünyanın heç bir ölkəsində qazanc gətirmir, amma
cəmiyyətin faydası üçün dövlət tərəfindən icra edilir). Eyni
şəkildə, bir ölkənin strateji təhlükəsizliyini maraqlandıran
iqtisadi məsələlər də dövlət tərəfindən təşkil edilməlidir.
Xülasə olaraq, bir ölkənin rifahı üçün iqtisadiyyatın
dövlət tərəfindən idarə edilməsi, qanunlarla təşkil
edilməsi, bəzən də birbaşa dövlətin müdaxiləsi ilə
istiqamətləndirilməsi zəruridir. Dövlət bunları edə bilmək
üçün, əlbəttə, güclü olmalıdır.
19
1929-cu ildə yaşanan və
«Böyük böhran» adı verilən
iqtisadi böhran bütün dünyaya
dövlətin xaric edildiyi iqtisadi
modelin səhv olduğunu
göstərmişdir.
1929-cu il böhranı dünya ticarətində geriləməyə, cəmiyyətlərin
gəlir və rifah səviyyələrinin aşağı düşməsinə səbəb olmuş və
milyonlarla insan işsiz qalmışdır. Ən altdakı şəkildə o dövrdə iş
tapmaq üçün növbədə gözləyən insanlar görünür.
20
Nəticə
Bura kimi araşdırdığımız mövzular bir cəmiyyətin
etibarlı, dinc və rifah yaşaması üçün güclü dövlətin
mütləq qorumasında və idarəçiliyində yaşamalı olduğunu
göstərir. Dövlətin ortadan qaldırılmasını müdafiə edən
anarxizm böyük yanlışlıqdır. “Ən yaxşı dövlət ən az
idarə edən dövlətdir”, -deyən 19-cu əsr liberalizmi də
yanılmışdır və dövlətin müdaxiləsinin lazım olduğunu
qavraya bilməmişdir.
Dövlətin hər şeydən uzaqlaşdırılması bir tərəfə qalsın,
dövlət nüfuzundakı ən kiçik zəiflik belə bir cəmiyyəti böyük
problemlərlə qarşı-qarşıya qoyur. Dövlət nüfuzundakı ən
kiçik bir boşluq bu boşluğun bəzi qeyri-qanuni qurumlar
tərəfindən doldurulması ilə nəticələnər ki, bundan da hamı
zərər çəkər. Zəif dövlət cəmiyyətdəki bəzi mənfəət güdən
çevrələrin təsiri altında qalar və yenə bütün cəmiyyət
bundan zərər görər.
Dolayısilə, cəmiyyətin hər bir üzvü güclü dövlət
mexanizminə tərəfdar olmalıdır. Dövlətin güclənməsi
üçün səy göstərməli və dövlətin zəifləməsinə yönələn
hərəkətlərə qarşı çıxmalıdır. Qısacası, dövlətinə sahib
çıxmalıdır.
21
AZƏRBAYCAN RESPUBLİKASININ
XÜSUSİYYƏTLƏRİ
Əvvəlki bölmələrdə millətin niyə güclü dövlətə
ehtiyacı olduğunun cavabını verməyə çalışdıq. Əlbəttə,
dövlət sisteminin güclü olmasının lazım olduğunu ifadə
etmək kafi deyil, bunun qədər digər əhəmiyyətli mövzu
isə dövlətin xüsusiyyətləridir.
Siyasi gücün millətə aid olduğu sistemlər demokratik
sistemlərdir.
Demokratiya “xalqın idarəsi” mənasını verir və
siyasi iradənin xalqa aid olduğu siyasi sistemi ifadə edir.
Demokratiyalarda ölkəni idarə etmə və qanun qəbul etmə
səlahiyyəti bütün xalqa məxsusdur. Xalq bu səlahiyyətindən
sərbəst seçki yolu ilə seçdiyi nümayəndələr vasitəsilə istifadə
edir. Ölkəni idarə edənlər və qanunları qəbul edənlər xalqın
razılığını qazanmaq məcburiyyətindədir. Xalq təsdiq etsə,
hakimiyyətə gələr. Vəzifədən kənarlaşdırılmaları da yenə
xalqın iradəsi ilə, yəni bu iradənin təmsil edildiyi sərbəst
seçkilərlə baş verər.
Azərbaycan Respublikası bu xüsusiyyətlərə sahib
demokratik dövlətdir.
Konstitusiyamızda Azərbaycan Respublikasının əsas
xüsusiyyətləri yer almışdır. Bu dəyişdirilməz xüsusiyyətlər
Azərbaycan Respublikasının dünyəvi və hüquqi
dövlət olduğu mənasını verir. Bunlar çox əhəmiyyətli
xüsusiyyətlərdir və millətin mənfəətlərini ən yaxşı şəkildə
qoruyacaq quruluşa sahib olduğunun göstəricisidir. İndi
bunları sıra ilə nəzərdən keçirək.
Dövlətimizin dəyişməz unitar quruluşu
Azərbaycan Respublikası unitar dövlətdir. Yəni vahid
konstitusiyası, dövlət hakimiyyətinin vahid ali nümayəndəli
22
orqanları, vahid höküməti, vahid vətəndaşlığı, vahid
maliyyə - kredit və pul sistemi və s. var. Tərkibində fərqli
qanunların qüvvədə olduğu fərqli idarəetmə bölgələri
yoxdur. “Federativ” deyil. Azərbaycan Respublikası Milli
Məclisinin səlahiyyəti bütün Azərbaycan ərazisini əhatə
edir və hər bir Azərbaycan vətəndaşı bu ərazidə bərabər
hüquqa malikdir. Dilindən, dinindən, etnik mənşəyindən
asılı olmayaraq, azərbaycanlı olan hər kəs Azərbaycan
Respublikasının vətəndaşı sayılır. Qeyd edilən unitar
dövlət quruluşu dövlətimizin ərazi bütövlüyünün və daxili
sabitliyin ən böyük təminatıdır.
Azərbaycan dövlətinin sərhədləri daxilində ana
dili azərbaycanca olmayan, fərqli etnik mənşədən gələn
qruplar ola bilər, ancaq onlar da Azərbaycan vətəndaşıdır.
Azərbaycanın hər yerində və hər kəs üçün qüvvədə olan
qanunlar onlara da şamil edilir. Azərbaycanın hər yerində
və hər kəs üçün etibarlı olan konstitusion hüquq və
azadlıqlara onlar da aiddir.
Dünyəvilik prinsipi
“Bizim dövlətimiz dünyəvi dövlətdir, ancaq biz dindən ayrı
deyilik”.
HEYDƏR ƏLİYEV
Konstitusiyada ifadə edildiyi kimi, Azərbaycan
Respublikası dünyəvi dövlətdir. Dövlətin bu xarakteristikası
özündə onu ehtiva edir ki, Azərbaycan Respublikasında din
dövlətdən ayrıdır, başqa sözlə, bunlar qarşılıqlı fəaliyyət
göstərir, bir-birlərinin işlərinə qarışmırlar. Azərbaycan
Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən,
Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan dövlətinin
dünyəvi dövlət xarakteristikası özünü aşağıdakı amillərdə
23
göstərir. Birincisi, rəsmi, qanuniləşdirilmiş dinin mövcud
olmaması: heç bir din məcburi müəyyən edilə bilməz.
İkincisi, dinin dövlətdən ayrılması. Üçüncüsü, bütün dini
etiqadların qanun qarşısında bərabərliyi. Bu müddəalar
Azərbaycan Respublikasının 18-ci maddəsində təsbit
olunmuşdur.
Dövlət və dini icmaların qarşılıqlı münasibətlərinə
toxunarkən konstitusiya bu müddəaları konkretləşdirməklə
yanaşı, aşağıdakı halları müəyyən edir:
Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir,
valideynlər və onları əvəz edən şəxslər qarşılıqlı razılıq
əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə
münasibətlərinə müvafiq olaraq tərbiyə edə bilərlər.
Dünyəvilik tarixdə və dövrümüzdə səhv başa
düşülmüş və səhv tətbiq olunmuş prinsipdir. Buna görə də
bu prinsipi və nəticələrini ətraflı araşdırmaq faydalı olar.
Qeyd etmək lazımdır ki, dünyəvilik prinsipinin
əsas məqsədi əslində vicdan azadlığını təmin etməkdir.
Dünyəvilik prinsipi dövlətimizin vətəndaşlarını bir dini
mənimsəmə, bu dinin tələblərini yerinə yetirmə və ya
yetirməmə məsələsində öz vicdanları ilə baş-başa buraxır
və onlara azad seçim imkanı verir. Dövlət müəyyən bir
dinə və ya məzhəbə üstünlük vermədiyi üçün hər kəs sahib
olduğu inanca görə yaşamaq imkanı əldə edir.
Diqqət yetirilsə, əslində dövlətimizin sahib olduğu
bu dünyəvilik modeli İslam dininə çox uyğundur. Çünki
İslam dini azad iradəni əsas şərt olaraq müəyyən edir.
Bir insanın İslamı din olaraq mənimsəməsi tamamilə öz
azad iradəsi ilə olmalıdır. İslamı qəbul etdikdən sonra
da Quranda əmr edilən ibadətləri yerinə yetirməsi və
ya qadağalardan (oğurluq, cinayət kimi ictimai cinayət
törətmirsə) çəkinməsi tamamilə öz vicdanı ilə olmalıdır.
Əlbəttə, müsəlmanlar bir-birlərini Quranda izah edilən
əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar və
24
təşviq edə bilərlər. Amma əsla bu mövzuda məcbur etmə
ola bilməz. Yaxud da dünyəvi imtiyaz verilməklə şəxs
dinin tələblərinə əməl etməyə yönləndirilə bilməz.
Bunun əksi olan bir dövlət modelindən bəhs edək.
Məsələn, insanların məcburi olaraq müsəlman və ya
xristian edildiyi bir ölkə təsəvvür edək. Bundan başqa, bu
dinlərə inananların dinlərin qaydalarına görə, yaşamaları
üçün məcbur edildiklərini fərz edək. Məsələn, qeyd edilən
dövlət modeli cəmiyyətdəki insanları namaz qılmaq və ya
kilsəyə getmək üçün xüsusi polis gücü ilə məcbur etsin.
Yaxud da bir az daha “mülayim” üsuldan istifadə edib
namaz qılanlara və ya kilsəyə gedənlərə xüsusi dövlət
hədiyyəsi versin. Belə bir dövlət dünyəviliyə tamamilə
zidd dövlət olar. Bundan başqa, bir o qədər də dinə zidd
olar.
Bunun səbəbi zorla və ya mənfəət qarşılığında qəbul
edilən dini inancın, yaxud ibadətin İslama görə heç bir
dəyərinin olmamasıdır. Çünki inanc və ibadət yalnız Allah
üçün olduğunda dəyərlidir. Əgər dövlət insanları inanca
və ya ibadətə məcbur etsə, bu vəziyyətdə insanlar dövlətdən
qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul
olan isə vicdanların tamamilə sərbəst olduğu bir mühitdə
dinin yaşanmasıdır.
Buna görədir ki, dövlətimizin sahib olduğu dünyəvilik
prinsipi həm vicdan azadlığı kimi əsas insani dəyərə
xidmət etdiyi, həm də bu dəyərə böyük əhəmiyyət verən
İslam dini ilə uyğunlaşdığı üçün hər bir Azərbaycan
vətəndaşının mənimsəməsi və müdafiə etməsi lazım
olduğu bir prinsipdir.
25
Hüquqi dövlət
“
Dinindən, dilindən, irqindən asılı olmayaraq, Azərbaycanın
bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu
hüquqlar qorunmalıdır!”
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikası hüquqi dövlətdir. Yəni
məqsədi qanunların aliliyini təmin edən hüquqi dövlət
qurmaqdır. Başqa sözlə, dövlətimiz “qanunun aliliyi”
prinsipini mənimsəmişdir. Bu prinsip ədalət anlayışının
əsasını meydana gətirir. O dövlət hüquqi dövlət kimi
xarakterizə olunur ki, hüquqla özünün fəaliyyətini
məhdudlaşdırır, insan və vətəndaşların hüquq və
azadlıqlarının təmin olunmasını özünün başlıca məqsədi
hesab edir.
Qanunun aliliyi dövlətin bütün mexanizmlərinin
əvvəldən təsbit edilmiş bəzi qanun və qaydalar
daxilində işləyəcəyi mənasını verir. Hər dövlət quruluşu
konstitusiyanın və digər qanunların təsbit etdiyi vəzifə
və səlahiyyətlərə malikdir. Heç kimin bu vəzifə və
səlahiyyətləri aşmaq və dəyişdirmək gücü yoxdur. Hüquq
hər şeydən üstündür və dolayısilə dövlət “özbaşına” deyil.
Hüququn aliliyi prinsipi hüquqi dövlətin ən mühüm
prinsipidir. Bu prinsip öz təzahürünü hər şeydən əvvəl
qanunun aliliyində tapır. Ölkəmizdə konstitusiya ən
yüksək hüquqi qüvvəyə malik olan qanundur. Konstitusiya
təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq
sisteminin əsasını təşkil edir. Digər tərəfdən konstitusiya
dövlətin bütün ərazisində birbaşa hüquqi qüvvəyə
malikdir. Azərbaycan Respublikası Konstitusiyasının
147-ci maddəsi, konstitusiyanın əsas qanunu olmaqla öz
əlamətlərini təsbit etmişdir.
I Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan
26
Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.
II Azərbaycan Respublikası Konstitusiyası birbaşa
hüquqi qüvvəyə malikdir.
III Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan Respublikasının qanunvericilik sisteminin
əsasıdır.
Hüquqi dövlətdə yaşamaq bütün vətəndaşlar üçün
böyük qazancdır. Çünki hüquqi dövlətdə hər kəsin
mülkiyyəti, konstitusion hüquq və azadlıqları qorunur.
Heç kəsin mülkiyyəti zorla müsadirə edilə bilməz, heç kim
işləməyə məcbur edilə bilməz, hüquqlarından məhrum
edilə bilməz. Əgər hər hansı bir şəxs bu hüquqlarının
pozulduğunu, ədalətsizliyə məruz qaldığını düşünürsə, bu
halda məhkəmə qaydasında pozulmuş hüquqlarını bərpa
edə bilər. Azərbaycanda mövcud bütün hüquq mühafizə
orqanları başda dövlət ittihamçıları olmaqla hüquqi
dövlətdə hüquqları qorumaq üçün çalışırlar. İstəyən hər
kəs hüquqi dövlətin qaydalarına uyğun olaraq ərizə ilə
prokurorluqlara müraciət edə bilər və dövlətdən ədalət
tələb edə bilər.
Hüququ, yəni qanunları isə millətin seçdiyi
nümayəndələrdən ibarət olan Azərbaycan Respublikası
Milli Məclisi müəyyən edir. Əgər qanunlarda bir boşluq
olsa, bu halda qanunlar dəyişdirilir, yeniləri qəbul edilir.
Dolayısilə, bu qanunların hər hansı bir şəkildə millətin
əleyhinə olması qeyri-mümkündür.
Göründüyü kimi, hüquqi dövlət sistemi bir ölkənin
vətəndaşları üçün ən ədalətli, azad və rahat sistemdir.
Dolayısilə, hər bir vətəndaş dövlətimizin bu əsas
xüsusiyyətinə sahib çıxmalıdır. Əgər hüquqi dövlətin
işlərində axsaqlıq meydana gələrsə, hər kəs əlbir olub
dövlətə kömək etməli və hüququn üstünlüyü prinsipini
qorumağa cəhd göstərməlidir.
27
PROBLEMLƏRİN DÖVLƏTƏ
BAĞLILIQLA HƏLLİ
Buraya qədər nəzərdən keçirdiklərimiz bizə iki
əhəmiyyətli nəticəni göstərir:
1. Bir millətin varlığı və davamlılığı üçün güclü dövlətə
sahib olmaq lazımdır.
2. Azərbaycan Respublikası vətəndaşlarının mənafeyini
güdən, millətin rifahının, təhlükəsizliyinin və gələcəyinin
yeganə təminatı olan dövlətdir.
Dolayısilə, yuxarıda da qeyd etdiyimiz kimi,
Azərbaycan dövlətini qorumaq, dövlətə sahib çıxmaq
hər bir Azərbaycan vətəndaşının ilkin vəzifəsidir. Heç
bir vətəndaşımız dövlət qurumlarına zərər verən, bu
qurumların faəliyyətini ləngidən və ya dövlətin əsas
dəyərlərinə ziyan vuran heç bir fəaliyyətə qətiyyən yol
verməməlidir. Milli vəzifəmiz həmişə dövlətin yanında
olmaqdır. Buna zidd fəaliyyət göstərən insan öz oturduğu
evin bünövrəsini qazan şəxs kimi öz varlığına və gələcəyinə
zərər vermiş olar.
Fərqli siyasi fikirlərin
dövlətə bağlılıqda birləşməsi
“İnsan azadlığı, söz, vicdan azadlığı, insan hüquqlarının
qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması,
siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas
atributları kimi bərqərar olmalıdır”.
HEYDƏR ƏLİYEV
Demokratik cəmiyyətdə ölkə məsələlərinin həllində
hər kəsin və hər qrupun fərqli fikirləri ola bilər.
Məsələn, bəziləri azad bazar iqtisadiyyatını müdafiə
28
edə bilər, bəziləri qarışıq iqtisadiyyatın faydalı olacağını
düşünər. Eyni qaydada xarici siyasətdən tutmuş ölkənin
abadlaşdırılması məsələlərinə qədər hər mövzuda fərqli
fikirlər ola bilər. Dünyagörüşü cəhətdən də cəmiyyətin
bir hissəsi daha mühafizəkar, bir hissəsi daha liberal olar.
Amma əhəmiyyətli olan bütün bu fərqli siyasi və mədəni
cərəyanların dövlətə bağlılıq mövzusunda ortaq davranış
göstərmələridir.
Çünki bütün bu qruplar Azərbaycan Respublikasının
tərkib hissəsidir və ancaq Azərbaycan dövləti güclü
olduğu təqdirdə müstəqil millət olaraq yaşamaq imkanına
sahibdirlər. Öz aralarında siyasi mübarizə apara bilər,
fərqli partiyalar qura bilərlər. Amma hamısı dövlətə sadiq,
dövlətin və dövlət təşkilatlarının qorunması mövzusunda
eyni həssaslıqda olmalıdır.
Problemlərin dövlətlə uzlaşaraq həll edilməsi
“Kim müxalifətdə durursa dursun, ancaq vətəninə, xalqına,
mənəviyya-tına, məsləyinə müxalifətdə durmasın”.
HEYDƏR ƏLİYEV
Hökümət tərəfindən cəmiyyətin ümumi faydası üçün
yeridilən siyasət bəzən cəmiyyətdəki bəzi qrupları narahat
edə bilər. Onlar dövlətin apardığı siyasətin onlara zərər
verdiyini düşünə bilərlər. Lakin bu kimi vəziyyətlərdə həll
yolu dövlətə qarşı çıxmaq, küçələrə axışıb dövlətə etiraz
etməyə çalışmaq, hətta dövlətin təhlükəsizlik güclərinə
qarşı çıxmaq deyildir. Həll yolu- problemlərin və tələblərin
dövlətə bildirilməsi və dövlətlə birlikdə həll yollarının
axtarılmasıdır.
Belə ki, dövlətin bu kimi tələb və problemləri həll
29
edən mexanizmləri var. Dövlətimiz cəmiyyətin tələblərini
dinləməyən bir qurum deyil. Əksinə, dövlət ədalət sistemi,
parlamenti ilə cəmiyyətin tələblərini qarşılamağa yönələn
quruluşdur. İstəyən hər kəs ərizə ilə dövlət idarələrinə
müraciət edə bilər və kömək istəyə bilər. Hətta hər kəs
dövlətdən izn alıb yürüş keçirə, nümayiş təşkil edərək
fikirlərini demokratik yolla ifadə edə bilər.
Azərbaycan Respublikası vətəndaşları bu xüsusları
nəzərə almalı və hər cür problem və şikayətlərini dövlətə
zidd davranmaqla deyil, dövlətin rəsmi instansiyalarına
müraciət etməklə və uzlaşma yolu ilə həll etməyə
çalışmalıdırlar. Buna uyğun olmayan hərəkət onu edən
şəxsə heç bir fayda verməməklə yanaşı, cəmiyyətimizə də
yalnız narahatlıq verər.
30
DÖVLƏTƏ BAĞLILIQ
VƏ ƏXLAQ
“İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını
təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını
təmin etmişdir. Qurani-kərimin bütün kəlamları bu gün
Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir”.
HEYDƏR ƏLİYEV
Buraya qədər dövlətə bağlılığın əhəmiyyətini fərqli
prizmalardan araşdırdıq. Vətəndaşlarımızın dövlətimizə
daima hörmət etmələrinin lazım olduğunu, ancaq bu
şəkildə sülh, hüzur və rifah təmin edilə biləcəyini açıqladıq.
Ancaq bütün bu məntiqi səbəblərdən başqa dövlətə bağlılığı
təmin edən əsl amil cəmiyyətdə görünən əxlaq anlayışıdır.
Əgər bir cəmiyyətdə mənfəətpərəstlik geniş şəkildə
yayılarsa, üsyan və qarşıdurma məqbul görülərsə, hörmət
və fədakarlıq kimi anlayışlar tərk edilərsə, bu vəziyyətdə o
cəmiyyətin fərdlərinin dövlətə bağlı olmaları da düşünülə
bilməz. Çünki dövlətə bağlılığın təməlində müəyyən tərbiyə
və əxlaq dayanır. Bu tərbiyə və əxlaq olmazsa və yuxarıda
ifadə etdiyimiz pis əxlaq xüsusiyyətləri cəmiyyətdə
yayılarsa, dövlətə bağlılıq anlayışı da özlüyündən ortadan
qalxmağa başlayar.
Haqqında danışdığımız tərbiyə və əxlaqın təməlində
isə dini inanclar durur. Belə ki, ümummilli liderimiz
Heydər Əliyevin: “Biz azərbaycanlılar - bu, sonradan
gələcək bütün nəsillərə də tövsiyə olunur - heç vaxt
imanımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi
mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq”,
-sözü bu həqiqəti açıq şəkildə qoyur.
31
Dinin insanlara qazandırdığı “itaət”
xüsusiyyəti
Məlum olduğu kimi, bir cəmiyyətdə əmin-amanlıq o
cəmiyyətdəki insanların dövlətə və onun bütün idarələrinə
göstərdikləri itaət, hörmət və etibarla təmin edilə bilər.
Quranda isə “itaət” məqbul sayılan əxlaq xüsusiyyəti
olaraq təşviq edilir. Allah müsəlmanlara bir çox ayəsi ilə
itaəti əmr edir. Dolayısilə, Quran əxlaqına görə yaşayan
insanların meydana gətirdiyi cəmiyyət eyni zamanda
dövlətə itaət və hörmətin ən yüksək dərəcədə yaşandığı
bir mühit olar.
Din eyni zamanda insanları hər cür anarxiya və terror
hərəkatından da uzaq tutar. Çünki Allah Quranda insanları
fitnə-fəsaddan uzaq durmağa çağırmışdır. Bu mövzu ilə
əlaqədar bir çox ayə var:
…Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə
öz həddinizi aşaraq fəsad törətməyin! (Bəqərə surəsi,
60)
(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad
törətməyə, əkini və nəsli məhv etməyə çalışar.
Halbuki Allah fitnə-fəsadı sevməz! (Bəqərə surəsi,
205)
Yer üzü düzəldikdən sonra, orada fəsad törətməyin...
(Əraf surəsi, 56)
…Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının
dəyərini azaltmayın. Yer üzü düzələndən sonra orada
fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu,
sizin üçün xeyirlidir! (Əraf surəsi, 85)
32
Allahın sənə verdiyindən özünə axirət qazan.
Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq
etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad
törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-
fəsad törədənləri sevməz!” (Qəsəs surəsi, 77)
Din əxlaqını lazımi kimi qavrayan və yaşayan insan
Allahın yuxarıdakı ayələrindəki əmrinə uyğun olaraq
qarışıqlıq çıxarmaqdan çəkinər. Quran əxlaqına uyğun
hüzur və sükunət dolu, həmişə problemləri həll etməyə
çalışan, hadisələri böyütməyən, əksinə, həmişə barışdırıcı
mövqedə olar.
Dövrümüzdə dinin bəzi çevrələr tərəfindən səhv
başa düşüldüyü və tətbiq olunduğu doğrudur. Halbuki
yuxarıdakı Quran ayələrində izah edilən həqiqi dindar
modeli cəmiyyətdə yayılarsa, ictimai həyat da çox firavan
olar. İnsanlar dövlətə bəslədikləri güvən və hörməti ona
itaət etməklə göstərərlər. Polisə və digər təhlükəsizlik
güclərinə aqressiv davranan, çətinlik yaradan insanlar
olmaz. Əksinə, İslam əxlaqını yaşayan insanlar çox
yardımsevər və mərhəmətli olduqlarından təhlükəsizlik
qüvvələrinin yanında olar, onların işlərini asanlaşdıracaq
şəkildə hərəkət edərlər. Bu əxlaqdakı insanların varlığı
sayəsində cəmiyyətdən anarxiya, terror, qarışıqlıq və
düşmənçilik aradan qaldırılar. İnsanlar arasındakı
qarşıdurma və mübahisələr tamamilə aradan qalxar.
Din əxlaqı ictimai həyatı
necə dəyişdirir?
Dinin varlığı Allah sevgisini özü ilə gətirdiyi üçün bu,
bütün insanlara çox müsbət və gözəl təsir edir. Hər kəs
Allahın razılığını qazanmaq üçün gözəl əxlaq göstərər,
33
bir-birini Allah rizası üçün sevər. Bütün cəmiyyətə şəfqət,
mərhəmət və gözəllik hakim olar. İnsanlar Allahın əmri
istiqamətində xeyirlərdə yarışarlar. Digər tərəfdən Allah
qorxusu sayəsində hər kəs əxlaqsızlıqlardan və pisliklərdən
çəkinər. Əsrlərlə qarşısı alına bilinməyən hər cür mənfi
hallar bir anda bitər. Dinin sevgi və sülhsevər ruhu hər yerə
hakim olar. Əlbəttə, burada nəzərdə tutulan Qurandakı
həqiqi dindir və bu dinin səmimi olaraq yaşanmasıdır.
Bir cəmiyyətin varlığında ailənin rolu çox böyükdür.
Dinin tam mənası ilə yaşandığı mühitdə daha əvvəlki
mövzularda ifadə edildiyi kimi, ailə münasibətləri çox
gözəlləşər, həqiqi sevgi və hörmət yaşanar. Ailə olmazsa,
dövlət və millətin də mənası olmaz. Bunlar bir-birilə çox
əlaqəli anlayışlardır. Ailə dağıldıqda millət anlayışı da yox
olar, dövlət də zərər görər.
Belə ki, dinin yaşanmadığı cəmiyyətlərdə insanların
üsyankar davrandıqları, anarxist hərəkatlara qoşulduqları,
dövlətə qarşı cəbhə aldıqları məlum olan həqiqətdir.
Xüsusilə də milli və mənəvi dəyərlərin qorunmasının
lazım olduğu şəraitlərdə Allah qorxusu olmayan insanların
laqeyd davranacaqları qətidir. Milli və mənəvi mənfəətlərlə
öz mənfəətləri arasında seçim lazım gəlsə, dindən uzaq
insanların asanlıqla nəfslərini seçəcəkləri aydındır. Bu,
yeri gəldiyində vətənə və millətə xidmət etməkdən, onun
uğrunda mübarizə aparmaqdan qaçmağa, hətta separatçı
fəaliyyətlər göstərməyə qədər geniş miqyasda düşünülə
bilər.
Halbuki dini yaşayan insanlar üçün dövlət və millət
anlayışları çox böyük dəyərə malikdir. Lazım olduğunda
dövlət üçün canını təhlükəyə atar, dövlətinin və millətinin
mənfəətlərini şəxsi mənfəətlərindən üstün tutarlar. Milli
və mənəvi dəyərlərini canla-başla qoruyarlar.
Din əxlaqının yaşandığı bir mühitdə tələbələr də
dövlətə, millətə qarşı hörmət və sevgi bəsləyər. Bu
34
müqəddəs quruluşlara qarşı mübarizə aparmaz, əksinə,
dəstək verib, kömək edərlər. Dövləti qoruyan, müdafiə
edən məmurlara hörmət edərlər. Cəmiyyət daxilində
dövlətə, orduya və polisə qarşı güvən və sahib çıxma
duyğusu inkişaf edər. Hər kəs Allahın kitabına iman edər,
onda bildirilən gözəl əxlaq anlayışını mənimsəyər, nəticədə
də heç kimin sözü çəp gəlməz. Problemlərin həllində hər
kəs özünü qarşısındakının yerinə qoyar, mərhəmət edər,
hörmətlə yanaşar. Bu şəkildə hər problem qısa müddətdə
gözəlliklə həll olar.
Dövlət belə bir mühitdə çox rahat şəkildə idarə olunar.
Ölkə daha rifah şəraitdə yaşayar. İdarəçilər də insanlara
qarşı ədalətli, mərhəmətli olar, hər cür ədalətsizlik ortadan
qalxar. Dolayısilə, özləri də çox hörmət görərlər. Belə
dövlətlər çox güclü və sarsılmaz təmələ sahib olurlar.
Din əxlaqı yaşanmadığında isə ata oğula, oğul ataya
düşmən olar, qardaş qardaşa qarşı çıxar, işçi müdirə, işə
götürən işçiyə düşmən olar. Anarxiya səbəbindən fabriklər,
iş yerləri işləməz, ziyan görər. Sosial anarxiya başlayar,
kasıb təbəqələr zənginlərə hücum edər, zənginlər kasıbları
əllərindən gəldiyi qədər istismar etməyə çalışar. İctimai
qarışıqlıqlar, anlaşılmazlıqlar, anarxiya bitməz.
Bütün bunların səbəbi insanların Allah qorxularının
olmamasıdır. Allah qorxusu olmayan insanlar rahat şəkildə
haqsızlıq və ədalətsizlik edər, cinayət törədər, bənzəri
görünməmiş zülm və qəddarlıqlardan çəkinməzlər. Üstəlik
vicdan əzabı çəkmədən etdikləri vəhşilikdən peşman
olmadıqlarını söyləyərlər. Halbuki Allaha qarşı məsuliyyət
hissi olan bir insan bu hərəkətlərə əsla yol verməz.
Din əxlaqı yaşandığında bu saydığımız mənfi halların
heç biri qalmaz. Hər şey dinc yolla, gözəlliklə, ədalətlə
həll edilər. Qanuna zidd hadisələr olmaz, polis bölmələri
demək olar ki, fəaliyyət göstərməz.
Dostları ilə paylaş: |