Dünya xalqlarının nağılları
Dağıstan
xalqlarının
nağılları
Bakı - «təknur» -2013
Topladı və tərcümə etdi: səfiyev natiq yusif oğlu
Redaktor:
İlyasova Güntəkin natiq qızı
Dağıstan xalqlarının nağılları –
Bakı- “təknur” – 2013, 76 səh .
Dilimizə tərcümə edilmiş bu topluda Dağıstan xalq-
larının nağılları toplanmışdır. Burada oxucu dağlıq
ölkədə yaşayan bir çox xalqların - avar, ləzgi, lak, darqi,
kumık və başqalarının məişət, qəhrəmanlıq, sehrli və
heyvanlar haqqında nağılları ilə tanış olacaqdır. Bu ki-
tab tərcüməçinin sayca dördüncü tərcümə toplusudur.
Kitab məktəb yaşlı şagirdlər və geniş oxucu kütləsi
üçün nəzərdə tutulmuşdur.
İsBn: 978-9952-445-28-3
© Dağıstan xalqlarının nağılları. 2013.
3
Dəyİrmançının oğulları
(Avar xalq nağılı)
Biri vardı, biri yoxdu, bir dəyirmançı vardı. Dəyirman iti
axan çayın üstündə idi, o, özü isə öz işinin ustası idi. Dəyir-
mançı həyatından heç vaxt şikayətlənməzdi.
Onun saqqalı isə həmişə una bulanmış olardı. Lakin,
bir gün dəyirmançı öldü. Onun üç oğlu qaldı və onlar müba-
hisəyə başladılar: dəyirmanla nə edək?
İki böyük qardaş onu bölmək istədi, kiçik qardaş isə on-
ları yola gətirməyə çalışdı ki, burada birgə fəaliyyət göstər-
sinlər.
Məgər onları yola gətirmək olar?
Onda qardaşlar dəyirmanı üç yerə böldülər, böyüyə bil-
dirdilər ki, hansı hissəni istəyirsə götürsün.
- Mən atam kimi dəyirmanda işləmək istəmirəm. İstə-
mirəm onun kimi daim saqqalım unlu olsun, - deyə böyük
qardaş bildirdi.
O, dəyirmandan imtina etdi və özünə dəhnəni götürdü.
- Mənim də unlu saqqalla gəzmək xoşuma gəlmir, - deyə
ortancıl qardaş bildirdi, mən özümə dəyirmanın damını gö-
türürəm. Beləliklə dəyirman kiçik qardaşa düşdü.
Böyük qardaş dəhnədə səliqə-səhman yaratdı, ortancıl
qardaş damı təmir etdi, onların başqa işləri yox idi, kiçik qar-
daş isə səhərdən axşama kimi dəyirmanda işləyir, camaatın
dənini üyüdürdü.
Tezliklə dəhnədə işləmək böyük qardaşın zəhləsini tök-
dü və o, beli atıb, çıxıb getdi.
O, az getdi, çox getdi, bir dağı aşdı, o birini arxada qoydu
və əşdaha yaşayan dərəyə gəlib çıxdı.
- Əjdaha, salam ! – deyə o, qorxudan titrəyə-titrəyə təzim
etdi.
- Gör necə nəzakətlidir! – deyə əşdaha deyindi, sonra o
4
soruşdu:
- Sən nağıl danışmağı və ya mahnı oxumağa bacarırsan-
mı?
- Yox, - deyə böyük qardaş cavab verdi, - bilmirəm.
- Belə de! Onda mən səni udacağam.
-O, bunu deyib böyük qardaşı uddu. Bir az keçmiş dəyir-
man damını təmir etməyin vaxtı çatanda, ortancıl qardaş da
evdən getdi və o da əşdaha tərəfindən uduldu.
Kiçik qardaş isə çox yaxşı qardaş idi. Əgər iki qardaş yox
olubsa, o, sakit oturub, un üyütməklə məşğul ola bilməzdi.
Kiçik qardaş dəyirmanın işini dayandırdı, dəhnəni açdı və
qardaşlarını axtarmağa yollandı.
- Əjdahaya salamlar olsun! – deyə o, qışqırdı, - Bu dərə
boyda sənə salamlar!
- Gör necə lütfkardır! – deyə əjdaha deyindi. Sən mahnı
oxumağı, nağıl danışmağı bacarırsanmı?
- Bunları necə bilməmək olar? İstəyirsən sənin üçün oxu-
yum , istəyirsən nağıl danışım, əmrinlə nə istəyirsən edim.
- Əvvəl bir nağıl danış, - deyə əjdaha buyurdu.
- Yaxşı! Ancaq əjdaha, mən nağılı qurtarana kimi sən nə
“hə”, nə “yox” deməyəcəksən. Əgər desən, sənin qarnını yır-
tacağam.
- Razıyam! – deyə əşdaga bildirdi.
Və dəyirmançı nağıla başladı:
- Mənim əlli atım vardı. Mən onları otaran vaxt bərk is-
tilər düşdü və hər yerdə su qurudu. Balaca dayçalar su içmək
istədilər. Mən də onları çaya apardım. Çay buzla örtülmüş-
dü. Onda mən kəmərimdən baltanı çıxarıb buzu sındırdım.
“Yazıq çayı qızdırmaq lazımdır!” - deyə mən düşündüm. Mən
çör-çöp topladım və burada tonqal qaladım.
Bu tonqaldan yanğın baş verdi və çay, sahildəki daşlar
yandılar.
Mən qorxdum və öz baltamın dalınca qaçdım. Görürəm:
dəmir balta yanıb, onun sapı isə sağ-salamatdır.
5
Əjdaha istədi ki, desin “Yox, dəmir yanmır” lakin susdu.
- Mən irəli getdim, - deyə dəyirmançı öz nağılını davam
etdi. Baltamla mən ağac kəsib, araba düzəltdim. Sonra həmin
balta ilə güllə atıb, iki maral vurdum. Onların ətini yedim, də-
rilərini isə budaqlardan asdım ki, qurusunlar.
Bir gün gəldim ki, görüm dərilər nə vəziyyətdədir, həmin
yerdə iki arıya rast gəldim. Arılar öz aralarında dava edir-
dilər. Onların davaları inciklik üzündən baş vermişdi. Arıla-
rın mübahisəsi bu idi ki,kim daha çox bal gətirər.
- Sizin mübahisənizi davasız -şavasız həll etmək olar, -
deyə mən onlara bildirdim. – Uçun, bal gətirin, onda mən
sizə deyərəm, kim haqlıdır.
Arılar bir-birini ötə-ötə bal toplamağa uçdular. Bir neçə
gündən sonra hər iki maral dərisi balla dolu idi.
- Budur, görürsünüz, - deyə mən arılara dedim, - balı siz
bərabər topladınız. Belə görünür ki, sizin mübahisəniz yer-
siz imiş! Və mən arıları arabaya qoşdum, dəriləri ora qoyub
özüm də oturdum.
Arılar məni elə sakit və aramla gətirdilər ki, mən onla-
rı heç mahmızlamadım. Birdən arılardan biri nəyəsə ilişdi,
mən istədim ki, qırmancla onu vurum, bədbəxtlikdən qır-
mancım buluda dolaşdı və mən göyə, çox yüksəklərə qalx-
dım. Bir əlimlə göy üzündən yapışdım, xeyli asılı vəziyyətdə
qaldım, birdən ot tayası gördüm və göydən düz onun üzərinə
düşdüm.
- Yox, - deyə əjdaha dilləndi, - bütün bunlar uydurmadır!
Belə şey olmur.
- Uzan, qarnını bəri uzat! –deyərək, dəyirmançı xəncərlə
əjdahanın qarnını yardı. Ordan dərhal böyük qardaşlar çıxdı-
lar. Onlar çox arıqlamış, rəngləri isə saralmışdı. Lakin onlar
həm məmnun, həm də xoşbəxt idilər.
Hər üç qardaş dəyirmana qayıtdı və birgə dostcasına,
böyük həvəslə işləməyə başladı. Onlar daha saqqallarının
unlu olmasından qorxmurdular.
Dostları ilə paylaş: |