Əmanətlərin sığortalanması haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
[1]
Bu qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki
şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və
fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən
edir.
I fəsil
Ümumi
müddəalar
Maddə 1. Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi
[2]
Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici
bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul
olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin
sabitliyini və inkişafını təmin etməkdir.
Maddə 2. Əsas anlayışlar
2.1. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici
valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri
ödəməli olduğu pul vəsaitləridir;
2.1.2. qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması
Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan
əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:
2.1.2.1. adsız borc qiymətli kağızlarının (adsız depozit sertifikatlarının)
yerləşdirilməsi yolu ilə cəlb edilmiş pul vəsaitləri;
2.1.2.2. bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri
tərəfindən cəlb olunmuş əmanətlər;
2.1.2.3. cinayət
yolu
ilə
əldə
edilmiş
pul
vəsaitlərinin
və
ya
digər
əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli
əməliyyatlar nəticəsində qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş
əmanətlər;
[3]
2.1.2.4. cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq
edilmiş əmanətlər;
2.1.2.5. üzərinə həbs qoyulmuş əmanətlər;
2.1.2.6. cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən
edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər;
[4]
2.1.2.7. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank
hesablarındakı pul
vəsaitləri;
2.1.2.8. fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri;
2.1.2.9. ödəniş müddətlərinin başa çatıb-çatmamasından asılı olmayaraq,
əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti;
2.1.2.10. bank qarşısında öhdəliklərin təminatı olan əmanətlər.
[5]
2.1.3. Sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond
tərəfindən kompensasiya ödənilən hissəsidir.
2.1.4. Əmanətçi – bankda əmanəti olan, habelə qanunvericiliyə və/və ya
müqaviləyə əsasən əmanətə sərəncam vermək hüququ olan şəxsdir.
2.1.5. Qorunan əmanətçi – aşağıdakılar istisna olunmaqla, bankda əmanəti olan
fiziki şəxsdir:
2.1.5.1. bankın Müşahidə Şurasının, Audit Komitəsinin, idarə heyətinin üzvləri və
onların yaxın qohumları (ər/arvad, onların valideynləri və övladları, o cümlədən
övladlığa götürülənlər, bacı və qardaşları);
2.1.5-1. Maliyyə bazarlarına nəzarət orqanı - maliyyə bazarlarında tənzimlənmə və
nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum.
[6]
2.1.5.2. bankın 10 faiz və daha çox səsvermə hüququ verən səhmlərinə malik olan
şəxslər və onların yaxın qohumları (ər/arvad, onların valideynləri və övladları, o
cümlədən övladlığa götürülənlər, bacı və qardaşları);
2.1.5.3. kompensasiyaların ödənilməsi barədə elanın ilk dəfə dərc edildiyi tarixdən
əvvəlki təqvim ili ərzində bankın auditini keçirmiş kənar auditorlar.
2.1.6. İştirakçı bank – bu qanunla müəyyən edilmiş qaydada Fonda sığorta haqları
ödəmək öhdəlikləri daşıyan bank və ya xarici bankın yerli filialıdır.
2.1.7. Birgə əmanət hesabı – iki və ya daha çox fiziki şəxsin sahibliyində olan və
onlardan birinin və ya bir neçəsinin imzası ilə sərəncam verilə bilən bank hesabıdır.
2.1.8. Sığorta haqları – bu qanunla müəyyən edilmiş qaydada iştirakçı bankın
Fonda ödədiyi üzvlük, təqvim və əlavə haqlardır.
2.1.9. Sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan
olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə
yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi
və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə
uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən
təsdiq edilməsidir.
[7]
2.1.10. Sığorta hadisəsinin baş verdiyi gün – bu qanuna müvafiq olaraq maliyyə
bazarlarına nəzarət orqanı tərəfindən Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş
verməsi günü kimi qeyd olunan tarixdir.
[8]
2.1.11. Kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə
ödənilən pul vəsaitidir.
II fəsil
Əmanətlərin Sığortalanması Fondu
Maddə 3. Əmanətlərin Sığortalanması Fondunun hüquqi statusu
3.1. Əmanətlərin sığortalanması məqsədləri üçün bu qanunla Əmanətlərin
Sığortalanması Fondu yaradılır.