Elmi redaktoru və ön sözün müəllifi:
Ramiz MEHDİYEV
fəlsəfə elmləri doktoru, professor
Rəyçilər:
Fərman İSMAYILOV, fəlsəfə elmləri doktoru,
professor
Rasim OSMANZADƏ, fəlsəfə elmləri doktoru,
professor
XƏLİLOV S.S.
FƏLSƏFƏ: TARİX VƏ MÜASİRLİK (Fəlsəfi kompa-
rativistika).
Bakı, «Azərbayсan Universiteti» nəşriyyatı, 2006 - 420 səh.
Kitabda Şərqin və Qərbin bir çox böyük filosofları müqayisə
olunur; müxtəlif dövrlərdə və müxtəlif coğrafi məkanlarda yaranmış
fəlsəfi təlimlərdə eyniyyət və fərq məqamları üzə çıxarılır.
Məqsəd filosofların həyatı, yaradıcılığı və təlimləri haqqında
məlum bilikləri oxuсulara çatdırmaq olmadığından, əsər dərslik,
dərs vəsaiti və ya ensiklopedik bir topludan daha çox, dünya fəlsəfi
fikrinin ayrı-ayrı məqamlarının müəllif mövqeyindən şərhidir.
Fəlsəfə ilə peşəkar səviyyədə maraqlananlar üçün nəzərdə tu-
tulmuşdur.
ISBN 9952-8050-2-0
0300000000 - 66
059 - 2005
X
© S.S. Xəlilov
© «Azərbayсan Universiteti» nəşriyyatı, 2006
- 3 -
Ön söz əvəzi: FƏLSƏFİ FİKİR TARİXİNİN
AKTUAL PROBLEMLƏRİ
Bəşəriyyət qarşısında duran və həmişə insanları düşün-
dürən, neçə əsrlər ərzində öz aktuallığını itirməyən ümumbəşəri
fəlsəfi problemlərlə yanaşı konkret ictimai-siyasi mühitin
xüsusiyyətlərindən, dövrün sosial-siyasi ab-havasından, milli
özünüdərkin konkret səviyyəsindən doğan yüzlərlə aktual
problemlər ortaya çıxır ki, onların elmi-fəlsəfi təhlili qaçılmaz
olur.
İstənilən problem fəlsəfədə həmişə insan-dünya mü-
nasibətləri kontekstində nəzərdən keçirilir. Bu münasibətlərin
bütün dövrlərdə bütün insanlar üçün ümumi olan aspektləri ilə
yanaşı, konkret zaman və məkan daxilində xüsusi aspektləri də
vardır. Müasir dövrdə Azərbaycanda yaşayan insanların ümum-
bəşəri fəlsəfi problemlərə münasibəti bir neçə mühüm amilin
təsiri ilə xüsusiləşərək yeni problemlər doğurur.
Marksizm-leninizm fəlsəfəsindən və bütövlükdə kommu-
nist ideologiyasından imtina etmiş Azərbaycan onun əvəzinə
yeni bir ideologiya və yeni bir fəlsəfi sistem düşünməyə macal
tapmadan, keçid dövrünün ziddiyyətləri ilə üz-üzə dayanmalı
oldu. Müstəqil dövlət quruculuğu prosesi milli özünüdərk
axtarışlarını sürətləndirsə də, müstəqilliyin ilk illərində yeni
ideologiyanın, milli fəlsəfi fikrin formalaşmaması və ictimai
şüurun inertliyi artıq hərəkətə gəlmiş böyük ictimai-siyasi
proseslərin elmi əsaslarla idarə olunmasına imkan vermədi.
Düzdür, 1993-cü ildən sonra müstəqil Azərbaycan dövlətinə
- 4 -
rəhbərlik edən Heydər Əliyevin
böyük siyasi və idarəçilik
təcrübəsi ölkəmizin böhrandan çıxmasına, dövlət quruculuğu
işinin uğurla həyata keçirilməsinə, müstəqilliyin möhkəm-
ləndirilməsinə imkan verdi. Lakin ictimai-siyasi, iqtisadi və
mədəni-mənəvi sahələrdəki keçid prosesləri, hüquqi dövlət və
vətəndaş cəmiyyətinin qurulması ilə əlaqədar dəyişikliklərin
elmi izahı xüsusi fəlsəfi tədqiqatlar tələb edir.
Azərbaycanın, bir tərəfdən, coğrafi-siyasi vəziyyətinə gö-
rə, digər tərəfdən, zəngin təbii sərvətlərə malik olan bir ölkə
kimi böyük dövlətlərin siyasi və iqtisadi maraqlarının diqqət
mərkəzində olması onun özünün dünya siyasətinin və
ümumbəşəri mədəni-mənəvi proseslərin fəal iştirakçıların- dan
birinə çevrilməsini tələb edir; ölkəmizdə dünya fəlsəfi fikrinin
aktual problemlərinin tədqiqinə böyük ehtiyac yaranır.
Beləliklə, fəlsəfi fikir, bir tərəfdən, müstəqillik əldə etmiş
bir xalqın milli özünüdərk prosesini ehtiva etməli, digər
tərəfdən də, bir ictimai-iqtisadi quruluşun yenisi ilə əvəzlənmə-
sindən irəli gələn yeni ictimai şüurun elmi-nəzəri səviyyədə
əsaslandırılmasına xidmət etməlidir. Bütün bunlar fəlsəfənin
ənənəvi problematikasından kənara çıxmadan, mövcud elmi-
fəlsəfi fikrə istinad etməklə həyata keçirilməlidir.
Müstəqillik əldə etmiş bir xalqın öz siyasi və iqtisadi
azadlığını təmin etmək istiqamətindəki fəaliyyəti – müstəqil
dövlət və təsərrüfat quruculuğu ilə yanaşı, ilk növbədə milli ta-
rixin, ədəbiyyatın, mədəni-mənəvi dəyərlərin yenidən nəzərdən
keçirilməsi, kommunist ideologiyasının təsirlərindən azad
edilməsi ilə müşaiyət olunur. Ateizm buxovlarından azad olmuş
dini şüur yeni inkişaf müstəvisinə keçir və nəticədə dinlə
ideologiyanın, dinlə fəlsəfənin də yeni münasibətləri formalaşır;
ictimai şüurda gedən bütün bu yeni proseslərin elmi-fəlsəfi
təhlilinə ehtiyac yaranır.
Müasir Azərbaycanda elmi-fəlsəfi fikrin və ictimai-siyasi
şüur mühitinin formalaşmasında, heç şübhəsiz, klassik və
çağdaş Qərb fəlsəfi fikrinin böyük rolu vardır. Azərbaycanda
AFSEA-nın xətti ilə Con Lokkun, İ.Kantın, Karl Popperin, Jan-
Pol Sartrın və digər Qərb mütəfəkkirlərinin yubileylərinin qeyd
edilməsi heç də sadəcə olaraq bu böyük şəxsiyyətlərin xatirəsini
qeyd etmək üçün olmayıb, həm də ölkəmizdə elmi-fəlsəfi