Qlobal maliyyə böhranının Azərbaycan
iqtisadiyyatına təsirləri
Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri
Dünya maliyyə böhranının milli iqtisadiyyatlara təsiri barədə danişarkən ilk növbədə
böhran qabağı vəziyyət, sonra isə böhranın mövcudluğu şəraitində makroiqtisadi siyasətdə və
biznes mühitində baş verən dəyişikliklər və onlara hökümətlərin, bizneslərin, ev təsərrüfatlarının
reaksiyası dəyərləndirilməlidir. Belə ki, dünya iqtisadiyyatında böhranqabağı vəziyyət xüsusilə
inkişaf etmiş ölkələrin maliyyə sektoru və kapital bazarlarında normal və ahəngdar fəaliyyətin
pozulması, iqtisadi artım tempinin səngiməsi və iqtisadiyyatın iş yerlərini itirməsi statistikasının
genişlənməsi ilə səciyyəvi olmuşdur. 2008-ci ilin ortalarından aparıcı olkələrdə ipoteka
defoltları, bankların problemli kreditlərinin artması, istehlak xərclərinin və investisiyaların
azalması, muşahidə edilmişdir. 2009-cu ilin ilk rübündə dünyanın əksər inkişaf etmiş olkələrində
tənəzzul meylləri yaranmış, Ümumi Daxili Məhsul kəskin azalmış, əmtəə bazarlarında
qiymətlər, maliyyə bazarlarında aparıcı indekslər aşağı düşmüş, işsizlik artmışdır. Bu şəraitdə
bir çox olkələrdə pul-kredit siyasəti əhəmiyyətli dərəcədə yumşaldılmış, dovlət xərcləri və budcə
kəsirləri artırılmış, eyni zamanda maliyyə sistemi uzərində nəzarət gucləndirilmişdir. Bu
məqsədlə məcmu qlobal tələbi dəstəkləmək üçün bir çox olkələrdə əlahiddə maliyyə
stabilizasiyası və iqtisadiyyata yardım proqramları həyata keçirilmişdir.
Qlobal böhran dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatı
üçün də əhəmiyyətli risklər yaratsa da qonşu Cənubi Qafqaz ölkələri ilə müqayisədə Azərbaycan
ötən ili müsbət yekunla başa vurmuşdur. Çünki, Azərbaycan iqtisadiyyatı qlobal böhranını neft
ixracatından gələn gəlirlər hesabına akkumilyasiya olunmuş kifayət qədər sərbəst maliyyə
resursları ilə qarşılamışdır. Bu, böhrandan oncəki dovrdə neft hasilatının və ixracatının artımı
hesabına yaradılmış valyuta ehtiyatları sayəsində mümkün olmuşdur. Bütün bunlar nəticəsində
Azərbaycan iqtisadiyyatının “təhlukəsizlik yastığı” rolunu oynayan valyuta ehtiyatları börhan
dövrü üçün makroiqtisadi və maliyyə sabitliyinin təminatına çevrilmişdir. Azərbaycan
iqtisadiyyatı qlobal böhrana yuksək dayanıqlılıq nümayiş etdirərək öz muvazinətini
itirməməsinin, ÜDM-in yüksık artım dinamikasını qoruya bilməsinin digər səbəbi də
Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi antiböhran siyasəti olmuşdur. Belə ki, daxili və
xarici maliyyə mənbələrinin azalması şəraitində Mərkəzi Bank pul siyasətini ciddi şəkildə
yumşaltmalı oldu, uçot dərəcəsi 15%-dən 2%-dək azaldıldı. 2009-cu il ərzində qanunvericilikdə
bir sıra əlavə tədbirlər görüldü: sığortalanan əmanətlərin məbləği 5 dəfə artırılaraq 6 min
manatdan 30 min manata çatdırıldı; bankların xarici borclarının qaytarılmasını təmin etmək üçün
onlara zəruri yardım göstərildi; qanunvericiliklə banklara və sığorta təşkilatlarına kapitallaşdırma
məqsədi ilə vergi güzəştləri tətbiq olundu (Nizamnamə kapitalına yönəldilən mənfəət vergidən
azad edildi), mümkün itkilər üzrə banklardan maliyyə ehtiyatlanması daha da artırıldı. Bütün bu
tədbirlər 2009-cu ilin birinci rübündə bank sektorunda müşahidə edilən gərginliyi aradan
qaldırılmasına və onlarin likvidliyinin sabitləşdirilməsinə xidmət edirdi. Azərbaycan bank
sektorunun beynəlxalq maliyyə bazarlarına məhdud səviyyədə asılılğı şəritində Mərkəzi Bankın
yuxarıda sadalanan antiböhran tədbirləri və birbaşa maliyyə yardımları bank sistemini iflasdan
qurtarsa da, bank sektorunun köklü problemlərini həll edə bilmədi, sığorta, qiymətli kağızlar və
lizinq bazarında ciddi tənəzzül meylləri müşahidə olundu.
Qlobal maliyyə böhranı dövründə əmtəə bazarlarında bəzi məhsulların, xüsusilə də
neftin qiymətlərin ucuzlaşması səbəbindən valyuta daxilolmalarının, bundan başqa xaricdə
yaşayan soydaşlarımızın sosial baxımdan xüsusi əhəmiyyət kəsb edən pul transferlərinin
azalması nəticəsində Azərbaycan manatı devalvasiyası təzyiqləri ilə qarşılaşdı. 2009-cu ilin
birinci rübündə xüsusilə şiddətlənən təzyiqlərə əhalinin devalvasiya gözləntilərinin də əlavə
olunması milli valyutanın stabilliyini qorumaq üçün Mərkəzi Bankı xeyli resurslar sərf etməyə
məcbur etdi və bununla əlaqədar olaraq yalnız ötən il ərzində Mərkəzi Bankın xalis emissiyası
1,8 mlrd. manat təşkil etdi. Bu pulların oyandığı rola nəzər salanda onu daha çox havaya atılmış
gülləyə bəznzətmək və maliyyə böhranının təzyiqləri nəticəndə hökümətin itkiləri kimi
qiymətləndimrək olar.
Ötən ilin yekunları əsasında aparılmış tədqiqatlar təsdiq edir ki, bu və ya digər
səbəblərdən qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına da negativ təsir gostərmiş və
milli iqtisadiyyat bir sıra risklər ilə uzləşmişdir. Qlobal böhranın olkə iqtisadiyyatına təsiri
əsasən neftin və digər qeyri-neft ixrac məhsullarının qiymətinin aşağı duşməsi, daxili əmtəə
bazarlarında likvidlik probleminin yaranması, xüsusilə də qeyri-ticari sektorda təklif olunan
məhsullar üzrə alıcılıq qabliyyətinin aşağı düşməsi səbəbindən əlavə dəyərin yaradılması
prosesinin səngiməsi, ticari sektorun buraxılış qabliyyətinin və ixracat potensialının azalması,
mill bank bazarına xarici kredit axınlarının kəskin məhdudlaşması, xaricdən pul transfertlərinin
azalması, ev təsərrüfatlarında bank sektoruna inamın azalması və onların neqativ gozləntilərin
artması vasitəsilə özünü gostərmişdir.
Hökümətin müşahidə olunan belə neqativ tendensiyalara laqeyd münasibət bəsləməsi və seyrçi
mövqeyi nəticəsində qlobal böhranın təsirindən Azərbaycan iqtisadiyyatı bir sıra risklərlə
uzləşmişdir ki, onu da aşağıdakı kimi qruplaşdırmaq olar:
• davamlı makroiqtisadi artım tempinin yüksək sürətlə aşağı düşməsi (xüsusilə də qeyri-
neft ÜDM-nin artım tempinin azalması);
• makro maliyyə sabitliyin pozulması (milli valyutanın devalvasiyası və inflyasiyanın
yuksəlməsi);
• maliyyə sabitliyinin pozulması (bankların kredit portfelinin keyfiyyətinin əhəmiyyətli
pisləşməsi və əmanətlərin bank sektorundan geri şəkilməsi, bankların odəniş
qabiliyyətinin pisləşməsi, biznesin və ev təsərrüfatlarının kreditləşməsinin dayanması);
• iqtisadiyytda resessiyanın və cəmiyyətdə sosial deformasiyanın başlaması, mövcud iş
yerlərinin itirilməsi.
Odur ki, bu risklərlə üz-üzə qalan 2009-cu ili Azərbaycan iqtisadiyyatı üçün ən çətin il kimi
xarakterizə etmək olar. Belə ki, təzahürləri hələ 2008-ci ilin ikinci yarısından başlayan qlobal
böhranın yaratdığı risklər Azərbaycan iqtisadiyyatında nominal ÜDM-in neqativ dinamikasını,
adambaşına düşən ÜDM-in azalmasını, ÜMM-lə ÜDM arasında fərqin böyüməsini, qeyri-neft
ÜDM-nin ümümi səviyyədən geridə qalan artımını, dövlət xərcləmələrinin ixtisarını, biznes
mühitinin rəqabət qabliyyətinin aşağı düşməsinin, əhalinin gəlirlərinin artım tempinin azalmasını
şərtləndirmişdir. Nəticədə Azərbaycan iqtisadiyyatında böhrandan əvvəlki 3 ildə müşahidə
edilmiş orta illik 22%-lik iqtisadi artım sürəti 2009-cu ildə 9,3%-ə endi. İlk baxışdan bu artım
dünyada tüğyan edən böhran şəraitində nəinki regional, hətta qlobal baxımdan kifayət qədər
yuksək göstərici təsiri bağışlayır. Lakin unutmayaq ki, Azərbaycan hələ də xammal ölkəsi
olaraq qalır və ÜDM-in artımı ölkə iqtisadiyyatının real vəziyyətini o qədər də adekvat ifadə
etmir. Ötən il ölkə iqtisadiyyatının əsas ixrac məhsulundan - neftdən, daha doğrusu, onun
qiymətindən asılılığını bir daha qabarıq şəkildə göstərdi. Belə ki, struktur təhlili göstərir ki,
Azərbaycanda ÜDM-in üçdə iki hissəsi ixrac edilir və milli iqtisadiyyatın artımının yarıdan
çoxu xarici tələb amilləri hesabına formalaşır. Bu baximdan ölkədə istehsal olunan neftin həcmi
və onun dünya bazar qiymətlərinin dinamikası milli iqtisadiyyat üçün çox önəmlidir. Ötən il
ÜDM-in real artımının 9,3% səviyyəsində qərarlaşmasında neft sektorunda formalaşan ÜDM-in
14,3%-lik və həcmcə ondan kiçik olan qeyri–neft ÜDM-nin 3,2%-lik artımı səbəb oldu. Qeyd
edək ki, ÜDM-in real artımı istehsalın fiziki artım göstəricisidir və onun dinamikası sözsüz ki,
ölkə iqtsadiyyatının aktivliyini əks etdirən göstərici kimi qəbul edilir. Ancaq iqtisadiyyatında
xammal komponenti üstünluk təşkil edən ölkələr üçün fiziki həcmlərin artımını iqtsadiyyatın
aktivliyi kimi səciyyələndirmək tam doğru olmazdı. Çünki həmin xammalın dəyişən qiyməti
xarici faktorlarla, xarici tələblə müəyyənləşir və qiymətlər ucuzlaşdırda tamam başqa mənzərə
yaranır. Bu isə ondan ibarətdir ki, Azərbaycanda UDM-in real artımı fonunda ölkənin müasir
tarixində ilk dəfə nominal ÜDM-in 21,2%-lik azalması qeydə alındı, deflyatorun səviyyəsi 2008-
ci ildəki 127,8%-dən, 78,8%-ə endi. Yəni daha çox məhsul və xidmətlər istehsal olundu, ancaq
onun müqabilində daha az vəsait əldə edildi. Daha ümumiləşdirici göstərici - adambaşına duşən
ÜDM, 2008-ci ildəki 4604 manatdan ($5603), 2009-cu ildə 3917 manata ($4874) qədər azaldi.
Azərbaycanda ÜDM-in nominal həcminin azalması neftin qiymətinin düşməsi və qeyri-neft
sektorunun zəif inkişaf sürəti ilə bağlıdır.
Əsas makroiqtisadi göstəricilər
Cədvəl 1.
2007
2008
2009
ÜDM , mln. AZN
Artim tempi , %
28360,5
25,0
40137,2
10,8
34578,7
9,3
Adambaşına ÜDM , mln. AZN
2981
4603
3913
«Neft» ÜDM-i, mln.AZN
Artım tempi , %
15411,7
36,8
22251,3
6,8
16257,3
14,3
«Qeyri-neft» ÜDM-i, млн.AZN
Artım tempi , %
9533,9
11,4
15197,2
15,9
15683,2
İnflyasiya, %
Orta illik
16,7
20,8
1,5
Əhalinin gəlirlərinin artım tempi, %
40,3
37,8
8,0
Orta aylıq əmək haqqı, AZN
Artım tempi , %
214,0
42,0
274,4
24,2
298,0
8,6
Deflyator
121 127,8
78,8
2009-cu ildə Azərbaycanda faktiki bazar qiymətlərilə 34 mlrd. 579 mln. manatliq ÜDM
istehsal edilib. Əvvəlki, 2008-ci ildə isə ölkədə 40 mlrd. 137 mln. manatlıq ÜDM əldə edilmişdi.
Beləliklə, əgər maliyyə-iqtisadi böhran baş verməsəydi və 2009-cu ildə ortalama qiymətlər
2008-ci il səviyyəsində qalsaydi, onda ötən il nominal ÜDM-in həcmi 43 mlrd. 882 mln. manat
təşkil edərdi. 2009-cu ildə nominal ÜDM-in baza və faktiki qiymətləri arasındakı fərq (43 mlrd.
882. mln manat - 34 mlrd. 579 mln. manat) 9 mlrd. 303 mln. manatdır ($11,6 mlrd). Bu,
maliyyə-iqtisadi böhran nəticəsində Azərbaycanın əldən çıxartdığı, qazana bilmədiyi məbləğdir,
dolayısı ilə itkisidir. Həmin bu itkilər özünü Dövlət Neft Fondunun və dövlət büdcəsinin
planlaşdırılan gəlirlərinin azalmasinda, tikinti və digər biznes sahələrinin əldə edə biləcəyi
qazanclarda göstərdi. Hesablamalr göstərir ki, neftin hər barelinin qiymətinin $10 düşməsi
Azərbaycanın tədiyyə balansı üçün $2 milyard itki deməkdir. Nəzərə alsaq ki, neftin orta qiyməti
2009-cu ildə 2008-ci ildəki $96,5-dan, $62-a düşüb, nəticədə tədiyyə balansının profisiti
hökumətin gözləntilərindən (hökümətin lkin hesablamalrına görə gözləntilər təxminən $16 mlrd.
idi.) $5,8 mlrd. az olaraq $10,2 mlrd. səviyyəsinə enib.
0
2000
4000
6000
8000
10000
12000
14000
16000
18000
20000
22000
24000
26000
28000
30000
32000
34000
36000
38000
40000
42000
44000
1996 1997 1998 1999 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009
100
102
104
106
108
110
112
114
116
118
120
122
124
126
128
130
132
134
136
138
140
mln manat
%%
Diaqram 1. Nominal ÜDM-in həcmi və real ÜDM-in artım tempi
2009-cu ildə ÜDM-in yarısını formalaşdıran sənaye sektorunda real artım 8,6%
səviyyəsində olmuşdu. Əsas sənaye məhsulları olan xam neftin həcmi 13.5% artaraq 50.4 milyon
tona, əmtəəlik təbii qaz hasilatı isə 16.3 milyard kub metrə çatmışdır. Ötən il ümumilikdə
sənayenin əsas bölməsi olan mədənçıxarmada istehsalın həcmi əvvəki ili 12.5% üstələyib.
Sənayedəki artım məhz mədənçıxarmadakı artım hesabına formalaşmışdi, çünki sənayenin digər
iki bölməsində - emal sənayesi və elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi
bölmələrində istehsalın müvafiq olaraq 7,7% və 10,8% azalması müşahidə edilib. Bunlara
baxmayaraq sənaye sahəsində formalaşan ÜDM-in artımı 12,8% olmuşdur. Maddi istehsalın
digər sahələrində - kənd təsərrüfatında ÜDM-in həcmi 3,5% artmış, tikintidə isə 8,2%-lik
tənəzzül qeydə alınmişdı. Ümumilikdə UDM-in 64,1% iqtisadiyyatın istehsal (burada UDM-in
artımı 10% təşkil edib), 28,3% xidmət sahələrinin payına düşmüş (+9,1%), məhsula və idxala
görə ödənilmiş xalis vergilər isə ÜDM-in 7,6% -ni təşkil etmişdir (+1,8%).
2009-cu ilin yanvar-dekabr aylarında
ümumi daxili məhsulun strukturu
6,7%
50,0%
7,4%
7,0%
1,0%
6,6%
2,0%
11,7%
7,6%
Kənd təsərrüfatı (6,7%)
Sənaye (50,0%)
Tikinti (7,4%)
Ticarət və xidmətlər (7,0%)
Mehmanxana və restoranlar (1,0%)
Nəqliyyat (6,6%)
Poçt və rabitə (2,0%)
Sosial və fərdi xidmətlər (11,7%)
Xalis vergilər (7,6%)
Diaqram 2. 2009-cu ildə ÜDM-in strukturu
ÜDM-in 50%-i sənayedə, 6,7%-i kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 7,4 %-i
tikintidə, 6,6%-i nəqliyyat və anbar təsərrüfatında, 2,0%-i poçt və rabitədə, 7,0%-i topdan və
pərakəndə ticarətdə, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri
üzrə xidmətlərdə, 1,0%-i mehmanxana və restoran xidmətlərində, 11,7%-i isə sosial və digər
xidmətlər göstərən sahələrdə istehsal olunmuşdur. Neftin dünya bazar qiymətinin ucuzlaşması
neft sahəsinin ÜDM-dəki xüsusi çəkisinin 2008-ci ildəki 55,4%-dən 47%-ə saldı, nəticədə
iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 2008-ci
ildəkinə nisbətən 7,5 faiz bəndi artaraq 45.4% təşkil etdi. Qeyri-neft ÜDM-nin 3,2%-lik artımına
isə qeyri-neft maddi istehsal sahələri yox, xidmət sahələrində qeydə alınmış artımlar səbəb
oldu, məsələn poçt və rabitə xidmətləri sahəsində 13,1%-lik artım, nəqliyyatdakı 9,3%,
ticarətdəki 8,9%, sosial və digər xidmətlər sahəsindəki 7,7%-lik artımlar.
Nominal ÜDM-in neqativ dinamikası fonunda DSK-nın məlumatına görə, ötən il
Azərbaycan əhalisinin pul gəlirləri 2008-ci ildəkilə müqayisədə 8,0% artaraq 22,4 mlrd. Manata,
adambaşına düşən gəlirlər isə 6,7% artaraq 2 537,1 manata (ayda 211,4 manata) çatdı. Ayrı-
ayrı ölkələrin praktikasından və eyni zamanda mövcud aparıcı nəzəryyələrdən çıxış edərək,
demək olar ki, əslində bir qayda olaraq nominal ÜDM-in azalması əsasən əhalinin gəlirlərinin
azalması və işsizliyin artmasına gətirib çıxarır. Nəzərə alsaq ki, rəsmi məlumatlara görə, 2008-c
illə müqayisədə ötən il daimi yaradılan iş yerlərinin sayı 35 min nəfər azalıb,eyni zamanda
ixtisar edilmiş işçilərin sayı 3 dəfəyədək (2008-ci ildə 3037 nəfərdən 2009-cu ildə 8747
nəfərədək) artıb, bu halda əhalinin gəlirlərinin artımı ilə bağlı bəyan olunan rəsmi statistika
şübhə döğurur. Digər tərəfdən də rəsmi statistika göstərir ki, əhalinin gəlirləri istehsal olunmuş
faktiki ÜDM-də 14 faiz bəndi artaraq 64,8%-ə qədər yüksəldi. Halbuki həmin göstərici 2008-ci
ildə 50,9% olub. Bu isə özlüyündə ötən il əsas fondlara, dövriyyə vəsaitlərinə və ümumilikdə
məcmu yığıma yönəldilən vəsaitlərin azalması səbəbindən istehlakla yığım arasında paritetin
pozulmasdan xəbər verir. Əslində bu dəyişiklik, yəni əhalinin gəlirlərinin ÜDM-dəki xüsusi
çəkisinin artımı istehlak bazarlarına ciddi təzyiq göstərməli, iqtisadiyyatda mövcud qiymətləin
orta səviyyəsinin yüksəlməsini də şərtləndirməli idi. Lakin, ötən il ərzində əhalinin gəlirlərinin
əsas mənbəyi olan əmək haqlarının da orta hesabla 8,6% artaraq 298 manata çatması istehlak
bazarlarında müvafiq qiymət artımlarına səbəb olmadı. Əhali əlindəki vəsaitləri daha qənaətlə
xəclməyə üstünlük verdi.
Ötən il ölkədə müşahidə olunan deflyasiya və inflyasiya Azərbaycanda iqtisadi prosesləri
yarıya böldülər. Belə ki, iİlin birinci yarısı deflyasiya, ikinci yarısı isə inflyasiya prosesləri
şəraitində keçdi və aylıq istehlak qiymətləri indeksi 1,6 faiz bəndi (-0,8%, +0,8% arasında
tərəddüd etdi) hüdudlarında dəyişərək illik +1,5% təşkil etdi. Qeyd etmək lazımdır ki, 2008-ci
ildə inflyasiya 2007-ci illə müqayisədə 20,8% olub.
Qlobal maliyyə böhranının neqativ təsirləri nəticəsində ötən il ÜDM-in yığıma gedən
hissəsi, investisiya qoyuluşları kifayət qədər azaldı. Rəsmi məlumatlara əsasən əsas kapitala
yönəldilən investisiyaların həcmi ötən il 18,7% azalaraq (2008-ci ildə müvafiq göstərici 34,4%
artımla ifadə olunmuşdu) 7 mlrd. 359 mln. manat təşkil etdi. Nəticədə milli iqtisadiyyat xarici
investisiyaların 1/3-ni itirdi, daxili investisiyaların həcmi də 14,2% azaldı. Daxili
investisiyaların əsas mənbələrindən olan dövlət büdcəsinin xərcləri 28% azalaraq 2 mlrd. 678
mln. manat və ya ümumi investisiyaların 36,4%-ni təşkil etdi. Büdcə investisiyalarının
azalmasının səbəbi daxilolmalar üzrə bütün il boyu büdcənin icra olunmaması idi.
2009-cu il üzrə icmal büdcənin gəlirlərini proqnozlaşdırılan zaman neftin hökumət
tərəfindən hesablama bazası kimi istifadə etdiyi qiymət həddi (80 dollar ) özünü doğrultmadı.
Dünya bazarında neftin ğtən il üçün orta qiymətinin 62 dollar olması reallıqda 2009-cu il
büdcəsini gözlənildiyindən də gərgin vəziyyətə saldı. Xüsusi qeyd etmək lazımdır ki, 2009-cu il
büdcəsinin 2008-cu il büdcəsindən zəif icrası Neft Fondundan dövlət büdcəsinə transfertlərin
2008-ci ildəkinə nisbətən 1 mlrd. 115 mln. manat artırılması, yəni 3 mlrd. 800 mln. manatdan 4
mlrd. 915 mln. manata çatdirılması fonunda baş verib. Lakin buna da baxmayaraq 2009-cu ildə
dövlət büdcəsinin gəlir və xərcləri 2008-ci ilin göstəricilərindən aşağı səviyyədə icra olundu.
İlkin məlumatlara görə, ötən il dövlət büdcəsinə 10 mlrd. 326 mln. manat yığmaq mümkün olub.
Bu isə 2008-ci ildəkindən 4,1% və ya 438 mln. manat azdır. Büdcə xərcləri isə ötən il 2008-ci
ildəkindən 1,9% və ya 112 mln. manat az olaraq, 10 mlrd. 568 mln. manat səviyyəsində icra
olundu.
Diaqram 3. 2009-cu ildə büdcə xərcləmələri
2009-cu ildə büdcə daxilolmalarının 39,8 faizi və ya 4113,5 mln. manatı Azərbaycan
Respublikasının Vergilər Nazirliyi, 10,8 faizi və 1112,7 mln. manatı Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilmiş, 47,6 faizi və ya 4915,0 mln.
manatı Azərbaycan Respublikası Dövlət Neft Fondundan, 1,8 faizi və ya 184,7 mln. manatı sair
mənbələrdən daxil olmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən 2009-cu
ildə toplanmış ümumi vəsaitlərin 56,6 faizini və ya 2327,7 mln. manatını qeyri-neft gəlirləri
təşkil edir ki, bu da proqnoza nisbətən 742,3 mln. manat və ya 24,2 faiz az, 2008-ci ilin müvafiq
dövrü ilə müqayisədə isə 70,0 mln. manat və ya 3,1 faiz çoxdur.
1
Ötən il Azərbaycanın xarici ticarət statistikası da ürəkaçan olmadı. Rəsmi statistikaya
görə, xarici ticarət dövriyyəsinin 2,5 dəfədən artıq azalması qeydə alındı. Əgər 2008-ci ildə
Azərbaycanın ixrac-idxal əməliyyatları $54 mlrd. 920 mln. təşkil edirdisə, ötən il bu göstərici
$20 mlrd. 818 mln.-a qədər azaldı. İxracat ayrılıqda 3,2 dəfədən artıq - 2008-ci ildəki $ 47 mlrd.
756 mln.-dan 2009-cu ildə $14 mlrd. 698,5 mln.-a qədər azaldı. Azərbaycana idxal isə cəmi
14,6% azalaraq, $6 mlrd. 119 mln. təşkil etdi. Azərbaycan ixracatının əhəmiyyətli dərəcədə
azalmasına baxmayaraq, ölkənin aktiv ticarət saldosu qorunub saxlandi. 2009-cı ildə
Azərbaycanın xarici ticarətində müsbət saldo $8 mlrd. 579 mln. təşkil etdi. Müqayisə üçün qeyd
edək ki, 2008-ci ildə bu göstərici 4,7 dəfə çox olub və $40 mlrd. 593 mln. təşkil edib. Acınacaqlı
vəziyyət ölkənin qeyri- neft ixracında müşahidə olundu. Qlobal tələbatın azalması və bunun
nəticəsində qiymətlərin azalması keyfiyyətcə nisbətən aşağı olan Azərbaycan məhsullarinin
rəqabətliliyini daha da zəiflətdi. Alüminium və ondan hazırlanan məmulatların ixracı 10 dəfə,
kimya sənayesi məhsullarının ixracı 3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlarin
ixracı 2 dəfə azaldı, hətta meyvə-tərəvəzin də ixracında 10%-lik azalma qeydə alındı.
Adambaşına düşən qeyri-neft ixracatı 2008-ci ildəki $167-dan 2009-cu ildə $124-a enib.
Hesablamalara görə, Azərbaycan adambaşına qeyri-neft ixracatına görə, keşmiş sovet ölkələri
üzrə orta göstəricidən geri qalır.
Azərbaycanın xarici dövlət borcu 2009-cu ildə $420,7 mln. və ya 14% artaraq bu ilin 1-i
yanvarına $3421,8 mln. oldu. Onun ÜDM-də payı 6,4%-dən 7,95%-ə yüksəldi. Adambaşına
xarici borc isə $380,3-ə çatdı. 1 yanvar 2010-cu il tarixinə Azərbaycanın iqtisadi islahatların
həyata keçirilməsi üçün cəlb etdiyi kreditlərin məbləği $326,91 mln. və ya ümumi öhdəliklərin
9,6%-i olub (bundan $61,96 mln. BVF-yə, $264,96 mln. DB-yə olan borcdur). Öhdəliklərin
$3094,86 mln. (xarici borcun 90,45%-i) həcmində qalan hissəsi investisiya layihələri, o
cümlədən: elektroenergetika sektorunda - $1359,8 mln., yol tikintisi və nəqliyyatda - $868,48
mln., su təchizatı və meliorasiyada - $309,81 mln., neft-qaz və kimya sahəsində - $207,34 mln,
sosial sahədə - $153,94 mln, kənd təsərrüfatında - $124,78 mln. və başqa sahələr üzrə $70,71
mln. həcmində cəlb edilən kreditlərdir.
Qlobal maliyyə böhranın bisnesə təsirləinə gəlincə, qeyd etməliyik ki, İqtisadi
Tədqiqatlar Mərkəzinin apardığı tədqiqatlar göstərdi ki, sorğuya cəlb edilən 238 firmanın 80
faizə qədəri böhranın təsirlərindən əziyyət çəkib. Maliyyə böhranının mənfi təsirlərinə məruz
qalan Azərbaycan şirkətlərinin 47,54 faizi bunu 2008-ci ildən, 52,46 faizi 2009-cu ildən hiss
etməyə başlayıb. Tədqiqat göstərdi ki, sorğuya cəlb edilən şirkətlərin 33,8 faizinin satışdan daxil
olan gəlirləri böhrandan sonra ildə 30 faizdən çox, 38,3 faiznin gəlirləi 5 faizlə 30 faiz arasında
artırdısa, əskinə böhran dövründə 60,3 faiz şirkətlərin gəlirləri 5 faizlə 30 faiz arasında, 28,6
faiznin gəlirləri isə 30 faizdən çox aşağı düşmüşdür. Şirkətlərin məşqulluq göstəriciləri üzrə,
vəziyyət eynilə satişdan əldə etdikləri gəlirlərin həcminə adekvat olmuşdur. Belə ki, əgər
böhrandan əvvəl şirkətlərin 22,8 faizi tamştatlı işçilərinin sayını 30 faizdən çox, 33,3 faizi 5
faizlə 30 faiz arasında artırdisa, əksinə böhran dövründə şirkətlərin 60 faizi tam ştatlı işçilərin
sayının 5 faizdən 30 faizədək, 20 faizi isə 30 faizdən çox istisar etmişdir. Tədqiqat göstərmişdir
ki, böhrandan əvvəlki vəziyyətlə müqayisədə böhran dövründə eyni tendensiya şirkətlərin
investisiya qoyuluşlarının azalmasında, istehsal etdiklləri malın və göstərdikləri xidmətin
ucuzlaşmasında, baklardan aldıqları borcların istifadəsində də müşahidə olunmuşdur.
Müqayisəli tədqiqat göstərdi ki, iqtisadi böhran sahibkarlıq obyektlərinin satışdan
gəlirlərinə, dövriyyə kapitalına, investisiya qoyuluşlarına neqativ təsir etməklə onların büdcə
ödənişlərində də ləngimə riskini artırır. Qlobal maliyyə böhranı şəraitində yerli sahibkarlığın
inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə 2010-cu ildən mənfəət
1
Mənbə: www.maliyye.gov.az
vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35
faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilməsi, bir sıra fəaliyyət
növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin
azaldılmasına dair ötən ildə qanunvericiliyə dəyişikliklər edilmişdir.
Ev təsərrüfatlarının yaşayış şəraitinə təsirinə gəlincə, qlobal maliyyə böhranı dövründə
baş verən dəyişikliklər - ÜDM-in tərkibində istehlak xərclərinin dinamikası, infrastrurktura
yönələn dövlət xırcləmələrinin azalması, yeni yaradılan iş yerlərinin tərkinində daimi iş
yerlərinin artım dinamikasının aşağı düşməsi, ixtisar olunan iş yerlərinin sayının artması, istehlak
kreditlərinin məhdudlaşması, xaricdən göndərilən pul baratlarının azalması - bu sahədə
vəziyyəti xeyli pisləşdirmişdir. Bütün bunlar bir tərəfdən ev təsərrüfatlarının rəsmi gəlirlərinin
artım tempinin aşağı düşməsini, digəır tərəfdən də onların sosial-iqtisadi tərəqqinin nəticələrinə
çıxış imkanlarının azalmasını şərtləndirmişdir. Buna baxmayaraq rəsmi statistik məlumatlarda
ölkədə yoxsulluğun səviyyəsinin 11 faizədək aşağı düşməsi gerçək vəziyyəti təhrif edir.
Rəsmi məlumatlara əsasən 2008-ci ilin yekunları ilə müqayisədə 2009-cu il ərzində
yoxsulluq 13,2 faizdən 11 faizə düşmüşdür. Lakin, Azərbaycanda yoxsulluq həddinin hələ də
yuxarı həddə olması bir reallıqdır. Bunu İqtisadi Tədqiqatlar Mərkəzinin 2009-cu ildə 3000 ev
təsərrüfatı arasında apardığı sorğuların nəticəsi də təsdiq edir. Belə ki, rəyi soruşulanların 16
faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşadığını bildirmişdir. Lakin burda obyektiv
amillərin təsirini də nəzərdən qaşırmaq olmaz, belə ki, nəzərə almaq lazımdır ki, Azərbaycanda
qaçqın və məcburi köçkünlərin əhalinin ümumi sayındakı xüsusi çəkisi 12% təşkil edir.
Ötən il dünya iqtisadiyyatının yekunları göstərdi ki, iqtisadi artımı kredit və kapital axınından
asılı olan inkişaf edən və böyüyən iqtisadiyyatların bir çoxu maliyyə böhranından ziyan çəkib,
Azərbaycan maliyyə böhranının təsirlərinə daha az məruz qalmasının səbəblərindən biri də onun
iqtisadi artımının kredit və kapital axınlarından daha az asılı olmasıdır ki, bunu da ölkədə
yüksələn xətlə müşahidə oluan neft və qaz hasilatının və ixracatının artımı ilə izah etmək olar.
Lakin bütün bunlara baxmayaraq tədqiqatlar göstərdi ki,
qlobal maliyyə böhranın Azərbaycan
iqtisadiyyatına makroqitisadi axınlarda olduğu kimi hərtərfli qayda, həm üfüqi, yəni bazarlar
(əmtəə, maliyyə, valyuta, pul-kredit, qiymətli kağızlar) üzrə və həm də şaquli yəni iqtisadi
agentlər (hökümət, biznes və ev təsərrüfatı) üzrə təsir etmişdir. Odur ki, qlobal böhran
Azərbaycan hökümətin qarşısında duran iqtisadi artımda dayanıqlıq və maliyyə sektorunda
sabitlik risklərinin adekvat idarə olunması üzrə problemləri daha da aktuallaşdırmışdır. Orta və
uzunmuddətli dovrdə iqtisadiyyatın, məşğulluğun, budcə və ixrac gəlirlərinin yuksək dərəcədə
diversifikasiyasına (şaxələnməsinə) nail olmaq, bu əsasda olkədə uzunmuddətli makroiqtisadi
dayanıqlığı təmin etmək və millin iqtisadiyyatın beynəlxalq rəqabət qabliyyətini artırmaq olkə
qarşısında duran əsas çağırışdır. Bu çağırışı nəzərə alaraq iqtisadi dayanıqlığın mühüm
əsaslarından olan makroiqtisadi və maliyyə sabitlyinin möhkəmlənməsi, habelə qlobal böhranın
iqtisadiyyata, biznesə və ev təsərrüfatlarına neqativ təsirlərinin aradan qaldırılması Azərbaycan
hökümətinin qarşısında duran başlıca vəzifələrdən biridir.
Ötən 2009-cu ili Azərbaycan iqtisadiyyatı üçün ən çətin il kimi xarakterizə edir. Belə ki,
təzahürləri hələ 2008-ci ilin ikinci yarısından başlayan qlobal böhranın yaratdığı risklərin
foununda Azərbaycan hökümətinin adekvat reaksiyasına əsaslanan antiböhran tədbirlərinin
vaxtında və sistemli şəkildə həyata keçirilməməsi son nəticədə milli iqtisadiyyatda nominal
ÜDM-in neqativ dinamikasını, adambaşına düşən ÜDM-in azalmasını, ÜMM-lə ÜDM arasında
fərqin böyüməsini, qeyri-neft ÜDM-nin ümümi səviyyədən geridə qalan artımını, dövlət
xərcləmələrinin ixtisarını, biznes mühitinin rəqanbət qabliyyətinin aşağı düşməsinin, əhalinin
gəlirlərinin artım tempinin azalmasını şərtləndirmişdir. Bu səbəblərdən də Azərbaycanda UDM-
in real artımı fonunda ölkənin müasir tarixində ilk dəfə nominal ÜDM-in 21,2%-lik azalması
qeydə alınmış, deflyatorun səviyyəsi 2008-ci ildəki 127,8%-dən, 78,8%-ə enmiş, adambaşına
duşən ÜDM, 2008-ci ildəki 4604 manatdan ($5603), 2009-cu ildə 3917 manata ($4874) qədər
azalmışdır.
Hesablamalar göstərir ki, 2009-cu ildə Azərbaycanda faktiki bazar qiymətlərilə 34 mlrd.
579 mln. manatliq ÜDM istehsal edilib. 2008-ci ildə isə ölkədə 40 mlrd. 137 mln. manatlıq
ÜDM əldə edilmişdi. Beləliklə, əgər maliyyə-iqtisadi böhran baş verməsəydi və 2009-cu ildə
orta qiymətlər 2008-ci il səviyyəsində qalsaydi, onda ötən il nominal ÜDM-in həcmi 43 mlrd.
882 mln. manat təşkil edərdi. 2009-cu ildə nominal ÜDM-in baza və faktiki qiymətləri
arasındakı fərq (43 mlrd. 882. mln manat - 34 mlrd. 579 mln. manat) 9 mlrd. 303 mln. manatdır
($11,6 mlrd). Bu, maliyyə-iqtisadi böhran nəticəsində Azərbaycanın əldən çıxartdığı, qazana
bilmədiyi məbləğdir, dolayısı ilə itkisidir.
Yekun olaraq qeyd etmək isterdim ki:
• Qlobal maliyyə böhranın Azərbaycan iqtisadiyyatına neqativ təsirləri heç də rəsmiləri
bəyan etdiyi kimi səngiməyib, bu istiqamətdə mənfi tendensiyaların davam etməsindən
milli iqtisadiyyat, xüsusilə də biznes mühiti və ev təsərrüfatları hələ də əziyyət
çəkməkdədir;
• Azərbaycan iqtisadiyyatının qlobal böhrana yuksək dayanıqlılıq nümayiş etdirərək öz
muvazinətini itirməməsinin, ÜDM-in yüksək artım dinamikasını qoruya bilməsinin əsas
səbəbi böhrandan oncəki dovrdə neft hasilatının və ixracatının artımı hesabına
yaradılmış böhran dövründə “təhlukəsizlik yastığı” rolunu oynayan valyuta ehtiyatları
olmuşdur.
• Azərbaycan iqtisadiyyatının qlobal maliyyə böhranından az təsirlənməsi digər tərəfdən
də hökümətin ardicil və məqsədyönlü siyasətinin nəticəsi kimi deyil, milli iqtisadiyyatda
artım tempinin kapital və maliyyə qaynaqlarında qidalanmaması və təbii resursların
istismarı yüksəlməsi və xammal ixracatı ilə bağlıdır;
• Tədqiqatlar göstərir ki, hansı ölkələrdəki gizli iqtisadiyyatın səviyyəsi yüksək olub,
həmin ölkələrin milli iqtisadiyyatında qlobal maliyyə böhranının rəsmi göstəriciləri
neqativ təsiri ciddi hiss olunmayıb. DB-nin Azərbaycanla bağlı misiyasının
açıqlamalarına görə, Azərbaycanda gizli iqtisadiyyatın ÜDM-də xüsusi çəkisi 60 faiz
təşkil edir.
• Aparılan hesablamalara görə, maliyyə-iqtisadi böhran nəticəsində Azərbaycanın əldən
çıxartdığı, qazana bilmədiyi məbləğ, dolayısı ilə itkisi 9 mlrd. Manatdan çox olub.
Dostları ilə paylaş: |