Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
qapısı
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2017-ci
il 19 oktyabr tarixli Sərəncamı ilə
Azərbaycanda energetika sahəsində
səmərəli fəaliyyətinə görə bir qrup
şəxs təltif edilmişdir. Təltif olunanlar
arasında Naxçıvan Muxtar Respub-
likası Dövlət Energetika Xidmətinin
işçiləri də vardır.
Kərimov Ələkbər Mehdi oğlu
Məmmədov Rövşən Məmməd oğlu
Zeynalov Sahib Səfərəli oğlu
“Tərəqqi” medalı ilə təltif edilmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
19-da Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və
ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edib.
* * *
Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın
dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak
etmək üçün İstanbula gəlib.
* * *
Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev İstanbulda İran İslam Respublikasının Birinci vitse-
prezidenti Eshaq Cahangiri ilə görüşüb.
Oktyabrın 19-da muxtar res-
publikanın istilik sistemi olmayan
təhsil, səhiyyə və mədəniyyət müəs-
sisələrinə 2017-2018-ci illərin pa-
yız-qış mövsümü üçün tələb olunan
mal-materialın paylanılması təmin
edilib.
Xəbər verdiyimiz kimi, 2017-ci
il avqustun 26-da Naxçıvan Muxtar
Respublikası Ali Məclisində muxtar
respublikada 2017-2018-ci illərin
payız-qış mövsümünə hazırlıq və
qarşıda duran vəzifələrlə əlaqədar
müşavirə keçirilib. Müşavirədə Nax-
çıvan Muxtar Respublikası Maliyyə
Nazirliyinin qarşısına bir sıra tap-
şırıqlar qoyulub. Verilən tapşırığa
görə Maliyyə Nazirliyi istilik sistemi
olmayan müəssisələrdə
payız-qış mövsümündə
tələb olunan mal-mate-
rialın alınması üçün lazı-
mi maliyyə vəsaitinin ay-
rılmasını, həmçinin dövlət
müəssisələrində enerji da-
şıyıcılarından istifadə za-
manı borc qalığının ya-
ranmamasını diqqətdə
saxlamalıdır.
Müşavirədə verilmiş tapşırıqların
icrasının təmin edilməsi məqsədilə
Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin 2017-ci il
11 sentyabr tarixli Sərəncamına
əsasən Naxçıvan Muxtar Respub-
likası Təhsil, Səhiyyə, Mədəniyyət
və Turizm nazirliklərinin Maliyyə
Nazirliyi ilə razılaşdırılmış təklif-
ləri nəzərə alınaraq “Naxçıvan
Muxtar Respublikasının istilik sis-
temi olmayan müəssisələrində
2017-2018-ci illərin payız-qış möv-
sümü üçün tələb olunan yanacağın,
mal-materialların bölgüsü” təsdiq
edilib. Naxçıvan Muxtar Respubli-
kası Maliyyə Nazirliyi tərəfindən
müəyyənləşdirilmiş bölgüyə uyğun
olaraq mal-materialların alınması
üçün lazımi vəsaitin ayrılması təmin
olunub. Dünən adıçəkilən sahələrə
aid müəssisələr onlar üçün ayrılmış
mal-materialları təhvil alıblar.
Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə
görüşüb.
Ali Məclisin Sədri səfirin geniş tərkibdə muxtar respublikaya səfərini Fransa dövlətinin
Naxçıvana marağı və diqqəti kimi dəyərləndirdi, Azərbaycanın Naxçıvan Muxtar Respublikası
ilə Fransa Respublikası arasında elm, təhsil və iqtisadi-ticarət sahəsindəki əlaqələrdən
danışdı. Muxtar respublikanın 38 təhsil müəssisəsində Fransız dilinin tədris olunduğunu və
Naxçıvan Dövlət Universitetində Fransız dili ixtisasının fəaliyyət göstərdiyini diqqətə
çatdıran Ali Məclisin Sədri Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası tərəfindən muxtar
respublikada aparılan tədqiqatların əhəmiyyətini vurğuladı, qarşılıqlı əlaqələrin davam et-
diriləcəyinə əminliyini ifadə etdi.
Səmimi qəbula görə minnətdarlıq edən xanım Orelia Buşez Naxçıvanla tanışlığın onda
dərin təəssürat yaratdığını diqqətə çatdırdı. Ölkələrimiz arasındakı dostluq münasibətlərinə
toxunan səfir Fransa-Naxçıvan əlaqələrinin inkişafının və muxtar respublikada Fransız
dilinin tədrisinin məmnunluq doğurduğunu bildirdi, əməkdaşlığın daha da genişləndiriləcəyini
vurğuladı.
Son illər meliora-
siya və irriqasiya sis-
temlərinin normal is-
tismarının təşkili, su-
varma şəbəkələrinin
genişləndirilməsi, su
sistemlərində təmir-
bərpa işlərinin görül-
məsi, içməli su təmi-
natının yaxşılaşdırıl-
ması sahəsində kom-
pleks tədbirlər görülmüşdür. Bu ilin
9 ayı ərzində Naxçıvan Muxtar Res-
publikası Dövlət Meliorasiya və Su
Təsərrüfatı Komitəsinin tabe təşki-
latları tərəfindən 194 kilometr beton
və torpaq kanal, 353 kilometr ara
arxlar, 33 kilometr kollektor lildən
təmizlənmiş, 5 kilometr yeni açıq
drenaj kanalı qazılmış, 2 kilometr
yeni qapalı drenaj xətti, 53 kilometr
suvarma boru xətti və 6 kilometr
yeni içməli su xətti çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası
ərazisində suvarılan torpaq sahələ-
rinin genişləndirilməsi, yeni torpaq
sahələrinin əkin dövriyyəsinə daxil
edilməsi, su itkisinin qarşısının alın-
ması üçün Kəngərli rayonunun Bö-
yükdüz kəndi ərazisində 400 hektar
sahədə qapalı suvarma şəbəkəsinin
tikintisi davam etdirilərək 4050
metr əsas və 36 kilometr paylayıcı
boru xətləri çəkilmişdir. Şəbəkə
üzərində 2 tənzimləyici siyirtmə,
müxtəlif diametrli 67 paylayıcı si-
yirtmə, 368 supaylayıcı hovuz, 368
hidrant quraşdırılmışdır.
Yaşayış məntəqələrini və əkin
sahələrini sel sularının zərərli təsi-
rindən qorumaq məqsədilə Şərur
rayonunun Arpaçay selovunda
6 kilometr, Babək rayonunun Nax-
çıvançay vadisində 7, Cəhriçay va-
disində 7, Qahab selovunda isə
3 kilometr selə qarşı istiqamətlən-
dirici bənd tikilmişdir. Babək ra-
yonunun Payız kəndində yenidən-
qurma işləri ilə əlaqədar olaraq
kəndin içərisindən keçən Cəhri ça-
yının hər iki sahilində 1500 metr
selə qarşı bənd çəkilmişdir.
“Su Təchizatı və Kanalizasiya
İnvestisiya Proqramı” layihəsi çər-
çivəsində Naxçıvan şəhərində çirkab
sutəmizləyici qurğunun tikintisi da-
vam edir. Şərur rayonunda tutumu
7500 kubmetr olan 1 və hər birinin
tutumu 10 min kubmetr olan 2 su
anbarı izolyasiya olunmuş, ətrafı
doldurulmuş və siyirtmə quyuları
tikilmişdir. Layihə çərçivəsində Şərur
rayonunda, ümumilikdə, 58 kilometr
su xətti çəkilmiş, 1539 ev birləşməsi
aparılmışdır. Şahbuz rayonunda Şah-
buz şəhər çirkab sutəmizləyici qur-
ğunun ətrafında 220 metr istinad
divarı tikilmiş, hovuz ətrafında 180
metr drenaj xətti çəkilmişdir. Or-
dubad rayonunda isə 18 ədəd su-
bartezian quyusu qazılmışdır.
Naxçıvan Muxtar Respublikasında da meliorasiya və irriqasiya
sistemlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər
görülür.
Muxtar respublikada yeni tex-
nologiyaların tətbiqi və əhaliyə key-
fiyyətli poçt, rabitə, internet və te-
leradio xidmətlərinin göstərilməsi
bu ilin 9 ayında da uğurla davam
etdirilmişdir.
Ötən dövrdə Genişzolaqlı Asin-
xron Rəqəmli Abunəçi xətti texno-
logiyası vasitəsilə 3 min 46 yeni
abunəçi internetlə təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Təh-
sil Nazirliyinin 8 şəhər və rayon
Təhsil şöbələri və nazirliyə birbaşa
tabe olan 4 təhsil müəssisəsinin İda-
rələrarası Elektron Sənəd Dövriyyəsi
Sisteminə qoşulması üçün müvafiq
şəbəkə qurulmuş və avadanlıqlar is-
tifadəyə verilmiş, Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabineti ya-
nında İcbari Tibbi Sığorta üzrə Döv-
lət Agentliyinin internet səhifəsi ya-
radılaraq (its.naxcivan.az) serverdə
yerləşdirilmişdir. Həmçinin “Nax-
çıvan İslam Mədəniyyəti – 2018”
internet səhifəsinin hazırlanması
işləri də başa çatdırılmışdır.
Şərur rayonunun Arpaçay və Çə-
mənli kəndlərinin hər birində bir
ədəd 384 yerlik NGN tipli və Babək
rayonunun Payız kəndində 384 nöm-
rəli NGN tipli yeni avtomat telefon
stansiyaları qurulmuşdur. Şərur ra-
yonunun Arpaçay, Babək rayonunun
Payız kəndlərində yeni poçt bölməsi
yaradılmış, Çəmənli kəndindəki poçt
bölməsi yeni binaya köçürülmüş,
işçi kompüterlər MHM şəbəkəsinə
qoşulmuş və digər lazımi avadan-
lıqlarla təmin olunmuşlar.
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Na-
zirliyi ilə Çin Xalq Respublikasının
“Huawei” şirkəti arasında Ordubad
rayonu ərazisində Yeni Nəsil Telefon
Stansiyalarının qurulması ilə bağlı
müqavilə imzalanmışdır. Muxtar
respublika ərazisində köhnətipli av-
tomat telefon stansiyalarının yeni
nəsil NGN tipli avtomat telefon
stansiyalarla əvəz olunması lahiyəsi
üzrə 4-cü mərhələyə start verilmiş-
dir. Mövcud avtomat telefon stan-
siyaların nömrə tutumlarının artı-
rılması nəticəsində hesabat döv-
ründə 1901 yeni telefon nömrəsi
istismara verilmiş, 58 min 253 metr
fiber-optik kabel xətti çəkilmiş,
“Evədək optika” layihəsi çərçivə-
sində 50 fərdi mənzil fiber-optik
kabel xətti ilə təmin edilmişdir.
Payız-qış mövsümünə hazırlıqla
bağlı rayon və kənd avtomat telefon
stansiyalarında olan generatorların
vəziyyəti yoxlanmış, təmirə ehtiyacı
olanlar təmir edilərək saz vəziyyətə
gətirilmişdir.
2
Y
azıçı Aqil Abbasın ssenarisi
əsasında çəkilən “Dolu” fil-
mində bir epizod var:
Əsgərlərimiz düşmənlə meşəlik
ərazidə qeyri-bərabər döyüşə girirlər.
Erməni səngərlərində gizlənən tank
və digər zirehli texnikalar biz tərəfə
atəş aça-aça tez-tez mövqelərini də-
yişirlər. Həmin an filmin əsas qəh-
rəmanları “Drakon” və “Pələng” ara-
sındakı dialoq diqqətdən yayınmır:
“Bu BTR-lərdən 4-5-i bizdə olsaydı,
Əsgəranı çoxdan şumlamışdıq”.
Bu gün gərək
Hər anımız VətəN! – desin
B
əli, ötən əsrin 90-cı illərində
vətənpərvərliyimiz, milli ru-
humuz, düşmənə nifrətimiz aşıb-
daşsa da, vahid komandanlıqda bir-
ləşən ordumuz, silah-sursat və tex-
nikamız yox idi. Həmin vaxt Nax-
çıvanda yaşananlar heç də Dağlıq
Qarabağ cəbhəsində yaşananlardan
geri qalmırdı. İşğalçı Ermənistan
sərhədboyu hücuma keçərək qədim
diyarı işğal və məhv etmək üçün
bütün qüvvələrini səfərbər etmişdi.
Lakin yenicə Moskvadan Naxçıvana
qayıdan ulu öndər Heydər Əliyev
bütün naxçıvanlıları öz ətrafında
birləşdirdi. Əhalinin ümummilli
liderə böyük etimad və inamı hər
şeyi kökündən dəyişdi. İnsanlar sün-
gü-bıçaqla, ov tüfəngi ilə doğma
torpağın müdafiəsinə qalxdılar. Ulu
öndər Heydər Əliyev Naxçıvanı,
Naxçıvan da Onu qorudu.
70 il ürəyimizdə dalğalanan üç-
rəngli bayrağımız başımızın üstünə
qalxdı. Dövlət müstəqilliyimizin də
ilk addımları atıldı və həmişə arzu-
sunda olduğumuz ilk milli ordu qu-
rumumuz – Naxçıvanda ilk milli
hərbi hissə yaradıldı. Və o zaman
bizə böyük ruh verən ilk hərbi parad
da məhz Naxçıvanda keçirildi. Canlı
qüvvə və texnika sarıdan çox zəif
olsaq da, bu paradda milli ruhumuz
bir daha coşmuşdu. “Ordumuz olsa
idi, ermənilər bir qarış torpağımızı
da işğal edə bilməzdi” prinsipinin
nə qədər məntiqli olduğuna bir daha
şahidlik etmişdik...
Qılıncımız, qalxanımız
VətəN! – desin
D
üz 25 il sonra səhər tezdən,
tarixi bir gündə – 18 ok -
tyabr – Dövlət Müstəqilliyi Günündə
yuxudan qalxıb böyük həyəcanla
hazırlaşıram. Çünki bir azdan vaxtilə
ulu öndərin Naxçıvanda yaratdığı
ilk milli hərbi hissənin 25-ci il -
dönümü qeyd ediləcək, möhtəşəm
hərbi parad keçiriləcəkdi.
Budur, Naxçıvan şəhərinin Heydər
Əliyev prospektindən Salvartı zir-
vəsinə uzanan yol sanki Naxçıvan
dağlarının əzəmətindən, vüqarından
güc alaraq dalğalanır. Böyük izdi-
hamın gözü sıra meydanında dayanan
aslan ürəkli əsgər və zabitlərimizdədi.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri cənab Vasif Talıbov,
Azərbaycan Respublikasının müdafiə
naziri Zakir Həsənov zabit və əs-
gərlərimizi hərarətlə salamlayır, on-
ları əlamətdar bayramlar münasi-
bətilə təbrik edir. Çıxışlardan sonra
keçirilən təlimlərdə döyüş qabiliy-
yətini əhəmiyyətli dərəcədə artıran
şəxsi heyət nizami addımlarla irəli-
lədikcə ayaq səsləri ürəklərimizin
səsinə qoşulur. Sanki o an ətrafdakı
hər kəsin ürəyindən əsgər olmaq,
səngərdə dayanmaq keçir.
Heydər Əliyev adına Hərbi Li-
seyin kursantları, xüsusi təyinatlılar,
kəşfiyyatçılar, sərhədçilər, moto -
atıcılar, rabitəçilər, qorxmaz şahin-
lərimiz bir-bir bizi salamlayır...
Buluddağıdan topların, ov silah-
larının dövrü çoxdan bitib... Budur,
Əlahiddə Ümumqoşun Ordunun ar-
senalında olan ən müasir silah və
texnikalar gözümüzün önündən keçir.
Onların səsi Ağrıdağdan Haçadağa,
Haçadağdan Murova qədər yayılıb.
Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Naxçıvan Muxtar Res-
publikasındakı Əlahiddə Ümum -
qoşun Ordusunun birləşmə və his-
sələrinin 2 min nəfərə yaxın şəxsi
heyəti, 160-dan çox hərbi texnika
və silah sistemləri, o cümlədən ondan
artıq döyüş vertolyotu və təyyarəsi
hərbi paradı izləyən minlərlə muxtar
respublika sakininin qəlbini riqqətə
gətirirdi.
Ordumuzun mexanikləşdirilmiş,
motoatıcı, xüsusi təyinatlı, kəşfiyyat,
dağ atıcı, tank, reaktiv artilleriya,
hava hücumundan müdafiə və rabitə
bölmələrinin, Daxili Qoşunların
“Naxçıvan” Əlahiddə Əməliyyat
Briqadasının, “Naxçıvan” Əlahiddə
Sərhəd Diviziyasının, Naxçıvan
Muxtar Respublikası Fövqəladə Hal-
lar Nazirliyinin Mülki Müdafiə Ala-
yının şəxsi heyətləri nizami addım-
larla yeri-göyü titrədirdilər.
Nə yoxdu, tank əleyhinə idarə
olunan “SPAYK” raket kompleksləri,
Azərbaycanda istehsal olunan və
beynəlxalq sərgilərdə böyük maraqla
qarşılanan “Marauder” zirehli döyüş
maşınları, pilotsuz uçuş aparatları,
reaktiv artilleriya kompleksləri, mi-
naatanlar, tank əleyhinə toplar,
“Qrad”lar, “Sakarya”, “Qasırğa”,
“Smerc” yaylım atəşli reaktiv sis-
temləri, döyüş maşınları, zenit raket
kompleksləri, zirehli transportyorlar,
özüyeriyən tank əleyhinə kompleks-
lər, müasir tanklar və özüyeriyən
artilleriya qurğuları...
“SU-25” döyüş təyyarələri, “Mİ-
17-1V” və “Mİ-35M” vertolyotları
ulu Naxçıvan səmasını fəth edərək
Azərbaycan Silahlı Qüvvələrinin
muxtar respublikadakı birləşmə və
hissələrinin güc və qüdrətini bir
daha nümayiş etdirdilər.
Həmin gün həm də Əlahiddə
Ümumqoşun Ordunun yeni Təlim-
Tədris Mərkəzinin istifadəyə veril-
məsi ilə əlamətdar oldu.
Prezidentimiz, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham
Əliyevin dediyi kimi: “Naxçıvan
ordusu bu gün güclü ordudur və
Naxçıvan ordusunun hərbi texnika
ilə təminatı ən yüksək səviyyədə
təşkil edilir”.
Ölənlərin əvəzinə
Qalanımız VətəN! – desin
D
eyirlər, torpaq su ilə suva-
rılanda palçıq, qan ilə su-
varılanda VƏTƏN olur. Bu gün üs-
tündə gəzdiyimiz bu Vətəni öz qan-
ları bahasına qoruyan şəhidlərimizin
ruhu qarşısında baş əyirik. Bu tor-
pağı, bu Vətəni bir də ona görə se-
virik ki, o, bizə şəhidlərimizin əma-
nətidir. Biz onlarla yaşayırıq, biz
onlarla yaşadırıq, biz onlarla yaşla-
nırıq... Böyük türk şairi Məhmət
Akifin təbirincə desək:
Basdığın yerləri “torpaq”
deyərək keçmə, tanı:
Düşün altındakı minlərlə
kəfənsiz yatanı!!!
Müdriklər deyirlər ki, boş zaman
yoxdu, boşa keçirilmiş zaman var.
Bugünkü parad bir daha sübut etdi
ki, Naxçıvanda ötən 25 ilin bir anı
belə, boşa keçirilməyib, qədim diyar
başdan-başa tikilib-qurulmaqla, ye-
nilənməklə bərabər, həm də gücünə
güc qatıb. Əlincə yenilməzliyi qa-
zanıb, tarixinin ən mübariz ordusuna
sahib olub.
Düzdür, biz həmişə qurub-yarat-
mışıq, tikmişik, amma dəfələrlə iş-
ğalçılar Naxçıvanı yerlə yeksan edib,
külə döndəriblər...
Deyirlər ki, QƏLƏBƏ – qələbə
mənimdir, – deyib Vətən üçün qan
tökənindir.
İnanın, paradda şəxsi heyətə və
döyüş texnikalarına “dur” komandası
verilməsəydi, onlar qədim şəhəri-
mizə – İrəvana qədər gedib çıxardılar.
Bax budur iş, budur yaratmaq eşqi,
budur vətənpərvərliyin Naxçıvan
nümunəsi.
VətəN! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu VətəN! – desin
A
z qalıb, çox az qalıb. Bu gün
parada çıxan zirehli texnika-
ların səsi Naxçıvana çox yaxın olan
Şuşada, Kəlbəcərdə, Xankəndidə, La-
çında da eşidildi. Çox keçməz, özləri
də orda görünərlər. Təki qəlbimizin
hər vurğusu, hər duyğusu Vətən desin.
Və bir də hər birimiz özümüzə əsgər
forması alıb onu geyinəcəyimiz günü
səbirsizliklə gözləyək...
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
VətəN! – desin...
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif TALIBOV:
Müdriklər dövlətlərin qüdrətini onun ordusunun
qüdrəti ilə ölçürdülər. İtalyan filosofu və mütəfəkkiri Nikolo Makia-
velli özünün məşhur “Hökmdar” əsərində göstərirdi ki, “bütün döv-
lətlərdə hakimiyyətin əsasını yaxşı qanunlar və yaxşı ordu təşkil edir”.
Ümummilli liderimiz Azərbaycana hər iki rəhbərliyi dövründə dövlət
və ordu quruculuğu məsələlərini diqqətdə saxlamış, ordu quruculuğu
sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirmişdir.
3
Oktyabrın 19-da Naxçıvan
Muxtar Respublikası Yazıçılar
Birliyinin III konfransı keçirilib.
Konfransa Yazıçılar Birliyinin
üzvü Akif İmanlı sədrlik edib.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Aparatının rəhbəri Əli
Həsənov Naxçıvan Muxtar Respub-
likası Yazıçılar Birliyinin üzvlərinə
Ali Məclis Sədrinin salamlarını çat-
dırmış, birliyin III konfransına öz
işində uğurlar arzulayaraq demişdir:
Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin diqqət və qayğısı
sayəsində muxtar respublikada Ya-
zıçılar Birliyinin fəaliyyəti, o cüm-
lədən ədəbiyyatımızın və mədəniy-
yətimizin inkişafı üçün əlverişli şərait
yaradılmışdır. Birliyin 2012-ci ildə
keçirilən konfransında Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin
Sədri Yazıçılar Birliyinə muxtar res-
publikada ədəbi prosesin və bədii
yaradıcılıq işinin gücləndirilməsi,
bədii tərcümənin, uşaq ədəbiyyatının
və dramaturgiyanın inkişaf etdiril-
məsi, eləcə də kitab müzakirələrinin
təşkili ilə bağlı tapşırıqlar vermişdir.
Ötən 5 ildə Yazıçılar Birliyi bu isti-
qamətdə fəaliyyətini qurmağa çalış-
mış, bir sıra işlər görülmüş, tədbirlər
keçirilmişdir. Lakin etiraf etməliyik
ki, görülən işlər Ali Məclis Sədrinin
qarşıya qoyduğu tələblər səviyyəsində
deyil. Yazıçılar Birliyinin yeni seçi-
ləcək İdarə Heyəti işdə dönüş yarat-
malı, Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin qarşıya qoyduğu
vəzifələr əsas fəaliyyət istiqaməti
olmalı, bununla bağlı Tədbirlər Planı
hazırlanaraq icra edilməlidir.
Yazıçılar Birliyinin İdarə Heyə-
tinin iclasları mövcud vəziyyəti əks
etdirməli, birliyin üzvlərinin, digər
ədəbi qüvvələrin əsərlərinin müzakirə
və təhlilləri aparılmalı, ədəbi tənqid,
bütövlükdə, ədəbi proses diqqətdə
saxlanılmalıdır. Muxtar respublikada
yaradıcı insanların fəaliyyəti üçün
imkanlar böyükdür. Bunun nəticə-
sidir ki, çap olunmuş əsərlərin sayı
xeyli artıb. Lakin bu əsərlərə diqqət
yetirdikdə aydın görünür ki, yazıçı,
şair və dramaturqlarımız mövzu se-
çimində çətinlik çəkirlər. Dəfələrlə
deyilməsinə baxmayaraq, bu sahədə
problemlər aradan qaldırılmayıb.
Naxçıvan Muxtar Respublikasının
Yazıçılar Birliyi yaradıcı insanlara,
xüsusən də gənclərə köməklik gös-
tərməli, onların yaradıcılığını isti-
qamətləndirməli, ədəbiyyatda və-
tənpərvərlik mövzusuna geniş yer
verilməlidir. Kitabxanalarda və mət-
buat orqanlarında yeni nəşr olunan
əsərlərin təqdimatı keçirilməli, imza
və kitab müzakirəsi günləri, yazıçı-
larla görüşlər təşkil olunmalıdır.
Qeyd olunmuşdur ki, dünya
klassik lərinin əsərlərindən tərcümə
sahəsində müəyyən işlər görülüb.
Lakin klassik şair və yazıçılarımızın,
eləcə də muxtar respublikanın müasir
ədəbi qüvvələrinin əsərlərinin xarici
dillərə tərcüməsi sahəsində fəaliyyət
hiss olunmur. Yazıçılar Birliyi Bədii
Tərcümə Mərkəzinin fəaliyyətini güc-
ləndirməli, tərcümə işini günün tə-
ləbləri səviyyəsində qurmalıdır. Etiraf
edək ki, Naxçıvan ədəbi mühitində
uşaqlar üçün yazılan əsərlər azlıq
təşkil edir. Digər tərəfdən çap olunan
kitablar çox vaxt uşaqların maraq
dünyasına uyğun gəlmir. Uşaqlar
üçün dram əsərlərinin yazılmasında
da çatışmazlıqlar vardır. Bunun nə-
ticəsində muxtar respublikanın uşaq
teatrlarının dram əsərlərinə olan tə-
ləbatı tam şəkildə ödənilmir. Bu acı-
nacaqlı vəziyyət tək uşaq dramatur-
giyasına yox, bütövlükdə dramatur-
giyaya aiddir. Naxçıvan Dövlət Mu-
siqili Dram Teatrının hər il tərtib
olunan repertuarında muxtar respub-
lika dramaturqlarının əsərlərinin azlıq
təşkil etməsi bizi düşündürməlidir.
Bu gün muxtar respublika rəhbərinin
himayəsi ilə tariximizə aid ciddi elmi-
tədqiqat materialları nəşr olunur.
Muxtar respublika tarixinin qaranlıq
səhifələrinə aydınlıq gətirilir. Bunun
müqabilində Yazıçılar Birliyi üzvlə-
rinin tariximizi əks etdirən dram və
nəşr əsərlərinin yazılmasına laqeyd
münasibəti başa düşülmür. Yazıçılar
Birliyi muxtar respublikada uşaq ədə-
biyyatı, eləcə də dramaturgiyanın və
nəşrin inkişafı istiqamətində ciddi
tədbirlər görməlidir.
Ali Məclis Aparatının rəhbəri de-
mişdir ki, təşkilatçılıq işi gücləndi-
rilməli, elm və ali təhsil müəssisələri,
o cümlədən kütləvi informasiya va-
sitələri ilə yaradıcılıq əlaqələri davamlı
xarakter almalıdır. Yazıçılar Birliyinin
Gənclər Təşkilatı gənclərlə işi güc-
ləndirməli, istedadlı gənclərin üzə çı-
xarılması istiqamətində tədbirlər gör-
məli, onların yaradıcılığını istiqamət-
ləndirməlidir. Muxtar respublikada
ictimai təşkilatlar əhatə etdikləri sahələr
üzrə yaradıcılıq müsabiqələri keçirirlər.
Yazıçılar Birliyi də bu sahədə fəaliy-
yətini gücləndirməli, gənc istedadların
aşkara çıxarılmasına nail olmalıdır.
Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin 2017-ci il 28 avqust
tarixli Sərəncamı ilə “Oxunması zəruri
olan kitabların Siyahısı” təsdiq edilib.
Bu, bir daha sübut edir ki, Naxçıvanda
kitab mütaliəsinin inkişaf etdirilməsinə
xüsusi dövlət qayğısı var. Yazıçılar
Birliyi də bu istiqamətdə fəaliyyətini
gücləndirməli, müzakirələr keçirilməli,
təhlillər aparılmalıdır. Həmçinin bir-
liyin üzvləri tarixi keçmişimizlə, milli
dəyərlərimizlə bağlı ədəbiyyatların
gənc nəslə çatdırılmasını, onlarda
mütaliə mədəniyyətinin artırılmasını
diqqətdə saxlamalıdırlar.
Vurğulanmışdır ki, Yazıçılar Bir-
liyinin Mətbuat Şurası ilə əlaqəsi
zəifdir. Bunun nəticəsidir ki, ədəbi
mühit mətbuatdan uzaqlaşıb. Muxtar
respublika mətbuatında ədəbi nü-
munələrə az rast gəlinir. Bu səbəbdən
də qəzetlər oxunaqlı olmur. Yazıçılar
Birliyi Mətbuat Şurası ilə əlaqələri
gücləndirməli, sanballı və günlə səs-
ləşən ədəbi nümunələrin, şair və ya-
zıçıların publisistik çıxışlarının mət-
buatda dərc edilməsinə nail olmalıdır.
Yazıçılar Birliyinin muxtar respub-
likanın digər yaradıcılıq təşkilatları,
xüsusilə Bəstəkarlar Təşkilatı ilə də
yaradıcılıq əlaqələri təmin edilməli,
Naxçıvanı tərənnüm edən və müasir
dövrlə səsləşən sanballı mahnılar or-
taya qoyulmalıdır. Bu gün muxtar
respublika rəhbərinin himayəsi ilə
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Bir-
liyi müasir çap texnologiyaları ilə
təchiz olunub. Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin
tapşırığına əsasən nəşriyyatda kitab
çapı ilə əlaqədar qiymətlərə də ye-
nidən baxılmış, çap məhsullarının
qiyməti xeyli aşağı salınmışdır. Buna
baxmayaraq, ziyalılarımızın nəşriy-
yatla əlaqələri zəifdir. Naxçıvan
Muxtar Respublikası Yazıçılar Birliyi
muxtar respublikada yaşayıb-yaradan
yazıçı və şairlərin “Əcəmi” Nəşriy-
yat-Poliqrafiya Birliyi ilə əlaqələrini
gücləndirməlidir.
Yazılan hər bir əsər, nəşr olunan
hər bir kitab bu günümüzün tarixidir.
Bu baxımdan muxtar respublikanın
müasir tarixinə, aparılan genişmiq-
yaslı quruculuq tədbirlərinə həsr
olunmuş əsərlərin yazılmasına diqqət
artırılmalıdır. Muxtar respublikanın
kəndlərində yeni kənd mərkəzləri
tikilmiş, zəngin fonda malik olan
kitabxanalar və müasir iclas zalları
istifadəyə verilmişdir. Lakin Yazıçılar
Birliyi bu imkanlardan lazımınca
faydalanmır. Birlik üzvlərinin kənd
mərkəzlərində oxucularla görüşləri
keçirilməli, kitab müzakirələri apa-
rılmalıdır. Qarşıdakı 5 il ərzində Ya-
zıçılar Birliyinin yeni tərkibi ciddi
çalışmalı, Birliyin Nizamnamə tə-
ləbləri və buradan irəli gələn vəzifələr
diqqətdə olmalıdır. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri
cənab Vasif Talıbov Yazıçılar Birli-
yinin, bütövlükdə yaradıcı ziyalıla-
rımızın fəaliyyətinə mühüm əhə-
miyyət verərək qarşıda konkret və-
zifələr qoymuş və demişdir: “Nax-
çıvan Muxtar Respublikasında ya-
radıcı ziyalıların öz imkanlarını or-
taya qoymaları üçün hər cür şərait
yaradılmışdır. Bu şəraitdən səmərəli
istifadə olunmalı, oxucuya, ictimai
fikrə təsir göstərən, xalqımızın milli
maraqlarına cavab verən əsərlər
yaradılmalı, bədii əsərlər günümü-
zün salnaməsinə çevrilməlidir”.
Əli Həsənov muxtar respublika
rəhbərinin qarşıya qoyduğu vəzifə-
lərin icrasında Yazıçılar Birliyinin
üzvlərinə, bütün yaradıcı ziyalılara
uğurlar arzulamışdır.
Sonra Yazıçılar Birliyinin sədri
Asim Əliyevin hesabat məruzəsi din-
lənilib. Qeyd olunub ki, muxtar res-
publikada yaşayıb-yaradan şair və
yazıçılara hərtərəfli diqqət və qayğı
göstərir. Ötən beş il ərzində Yazıçılar
Birliyi tərəfindən 12 ədəbi almanax
hazırlanıb və bu almanaxlar Ali
Məclis Sədrinin qayğısı ilə çap
olunaraq oxucuların ixtiyarına verilib,
“Naxçıvan” jurnalının bir neçə nöm-
rəsi görkəmli şair və yazıçıların əsər-
lərinə, onlar haqqında yazılan mə-
qalələrə həsr olunub. Asim Əliyev
Yazıçılar Birliyinin üzvləri adından
göstərilən diqqət və qayğıya görə
Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədrinə minnətdarlığını
bildirib, göstərilən bu qayğının mü-
qabilində fəaliyyətlərini gücləndirə-
cəklərinə, muxtar respublikamızda
nəsr, dramaturgiya, uşaq ədəbiyyatı,
tərcümə, bədii publisistika sahəsin-
dəki nöqsanların tezliklə aradan qal-
dırılacağına, teatrlarımızın sanballı
əsərlərlə zənginləşdiriləcəyinə, milli
dəyərlərimizin, tarixi abidələrimizin
bədii əsərlərdə daha geniş təbliğ edi-
ləcəyinə söz vermişdir.
Hesabat məruzəsi ətrafında mü-
zakirələrdə Naxçıvan Muxtar Res-
publikası Yazıçılar Birliyinin üzvləri
İbrahim Yusifovun və Elxan Məm-
mədovun çıxışları dinlənilib.
Sonra konfransda 5 nəfərdən iba-
rət idarə heyəti seçilib. Naxçıvan
Muxtar Respublikası Yazıçılar Bir-
liyinin üzvləri Qafar Qənbərov və
Fərəc Fərəcov Asim Əliyevin yeni-
dən Yazıçılar Birliyinin sədrliyinə
namizədliyini irəli sürüblər. Təklif
səsə qoyulub və qəbul olunub.
Konfransda Naxçıvan Muxtar
Respublikası Yazıçılar Birliyinin
Nəzarət-Təftiş Komissiyasının da
yeni tərkibi müəyyənləşib. Komis-
siyanın üzvlüyünə namizədlər səsə
qoyulub və qəbul olunub. İbrahim
Yusifov Nəzarət-Təftiş Komissiya-
sının sədri seçilib.
Sonra Naxçıvan Muxtar Respub-
likası Yazıçılar Birliyinin III kon-
fransının qərar layihəsi oxunub və
qəbul olunub.
Bununla da, Naxçıvan Muxtar
Respublikası Yazıçılar Birliyinin
III konfransı öz işini başa çatdırıb.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham əliyevin
2004-cü il 13 oktyabr tarixli
Sərəncamına əsasən hər il oktyabrın
20-si ölkəmizdə energetika sahə-
sində çalışanların peşə bayramı
günü kimi qeyd olunur.
Azərbaycanda elektroenergetika-
nın inkişafına ümummilli liderimiz
Heydər Əliyevin rəhbərliyi ilə ötən
əsrin 70-ci illərindən başlanmış,
enerji sisteminin təkmilləşdirilməsi
sahəsində mühüm tədbirlər görül-
müşdür. Ümummilli liderin səyləri
və təşkilatçılığı sayəsində hər birinin
gücü 300 meqavatlıq 8 blokdan ibarət
olan Azərbaycan Dövlət Rayon Elek-
trik Stansiyasının istifadəyə verilməsi,
həmin dövrdə İran İslam Respublikası
ilə birgə tikilən 22 meqavatlıq Araz
SES, 330 kilovoltluq Mingəçevir-
Abşeron hava elektrik verilişi xətləri,
yeni transformator yarımstansiyaları
enerji təhlükəsizliyinin təmin olun-
masına mühüm töhfə vermişdir.
Ötən əsrin 90-cı illərinin əvvəl-
lərində blokada şəraitində yaşayan
Naxçıvan ciddi enerji böhranı ilə
üzləşən zaman ulu öndərin apardığı
danışıqlar nəticəsində 1993-cü ildə
İran İslam Respublikasından 42 me-
qavat, Türkiyə Respublikasından isə
63 meqavat elektrik enerjisi nəqlinə
başlanılmışdır. Bu dövrdən başlayaraq
muxtar respublikada müxtəlif gücə
malik olan transformator yarımstan-
siyaları quraşdırılmış, yüksəkgərgin-
likli elektrik verilişi xətləri çəkilmiş,
idxal olunan elektrik enerjisinin
itkisiz paylanması, avadanlıqların
yüklənməsinin qarşısını almaq və
enerji təchizatının etibarlılığını yük-
səltmək məqsədilə ardıcıl tədbirlər
görülmüşdür. Müstəqillik illərində
də ümummilli liderimiz ölkəmizdə
enerji təhlükəsizliyinin təmin olun-
masını diqqət mərkəzində saxlamış,
bu sahənin maddi-texniki təchizatı
xeyli gücləndirilmişdir.
Bu gün ölkə Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə
iqtisadiyyatın digər sahələri kimi,
elektrik enerjisi üzrə də proqramlar
hazırlanaraq uğurla icra edilir. Re-
gionların sosial-iqtisadi inkişafı
üzrə dövlət proqramlarının həyata
keçirilməsi iqtisadiyyatın hərəkət-
verici qüvvəsi olan elektrik enerjisi
sistemində də inkişafı təmin etmiş-
dir. Hazırda muxtar respublikada
bu sahədə ardıcıl tədbirlər görülür.
2006-cı ildə Naxçıvan Qaz-Turbin
Elektrik Stansiyasında dizel yanacağı
ilə işləyən enerji turbinləri təbii qaz
ilə işləmə rejiminə keçirilmiş, 220
kilovoltluq “Babək” yarımstansiya-
sında yenidənqurma işləri aparılmışdır.
Həmin il ümumi gücü 87 meqavat
olan Naxçıvan Modul Elektrik Stan-
siyası və Heydər Əliyev Su Anbarı
üzərində 4,5 meqavat gücündə su
elektrik stansiyası istismara veril-
mişdir. 2010-cu ildə isə 22 meqavat
gücündə Biləv Su Elektrik Stansiya-
sının, 2014-cü ildə Arpaçay Su Anbarı
üzərində 20,5 və 1,4 meqavat gücündə
2 su elektrik stansiyasının, 2015-ci
ildə 20 meqavat gücündə Günəş
Elektrik Stansiyasının tikilib istifadəyə
verilməsi və bu il stansiyanın gücünün
daha 2 meqavat artırılması Naxçıvanın
etibarlı enerji təminatına səbəb ol-
muşdur. Bütün bunların nəticəsidir
ki, bir zamanlar yalnız idxal hesabına
elektrik enerjisinə olan tələbatını qis-
mən ödəyən Naxçıvanda bu gün daxili
istehsal hesabına ən ucqar dağ kəndi
belə, fasiləsiz və dayanıqlı elektrik
enerjisi ilə təmin olunur. Hazırda
muxtar respublikadakı 8 elektrik stan-
siyasının ümumi gücü 239,4 meqavat
təşkil edir. Görülən işlərin nəticəsidir
ki, muxtar respublikada günəş və su
elektrik stansiyalarında istehsal olunan
elektrik enerjisi ümumi istehsalın 60
faizindən çoxunu təşkil edir.
Enerji təhlükəsizliyi sahəsində hə-
yata keçirilən tədbirlər əhalinin tələ-
batını ödəməklə yanaşı, həm də Nax-
çıvan Muxtar Respublikasında iqti-
sadiyyatın davamlı inkişafını təmin
etmişdir. Buna görə də enerji təchi-
zatının yaxşılaşdırılması və müasir-
ləşdirilməsi məsələsi daim diqqət mər-
kəzində saxlanılır. Muxtar respublikada
mövcud elektrik stansiyalarının, ya-
rımstansiya və elektrik verilişi ava-
danlıqlarının təmiri ilə yanaşı, yeni
elektrik stansiyalarının tikilib istifadəyə
verilməsi sahəsində də mühüm işlər
görülür. Hazırda Araz çayı üzərində
derivasiyatipli 36 meqavat gücündə
Ordubad Su Elektrik Stansiyasının ti-
kintisi davam etdirilir. Culfa rayonunda
isə gələcəkdə külək elektrik stansiyası
tikintisinin texniki-iqtisadi əsaslandı-
rılması üçün ölçmə işləri aparılır.
Həmçinin gücü 14 meqavat olan Tivi
Su Elektrik Stansiyasının və 3,5 me-
qavat olan Qazançı Su Elektrik Stan-
siyası tikintisinin texniki-iqtisadi əsas-
landırılması hazırlanır.
Muxtar respublikada istehsal olu-
nan elektrik enerjisinin istehlakçılara
fasiləsiz və keyfiyyətli çatdırılması
məqsədilə yeni transformator ya-
rımstansiyaları tikilir, mövcud olanlar
yenidən qurulur. Son illər “Xal-xal”,
“Koroğlu”, “Xalçaçılıq”, “Şərur”,
“Naxçıvan”, “Ordubad” və “Qıvraq”
transformator yarımstansiyaları müa-
sir şəkildə yenidən qurularaq istifa-
dəyə verilmişdir. Həmçinin bu il
Şahbuz Rayon Elektrik Şəbəkəsi
üçün yeni inzibati idarə binası və
yeni 35/10 kilovoltluq transformator
yarımstansiyasının açılışı olmuşdur.
Bu gün elektroenergetika sahə-
sində ixtisaslı kadr hazırlığına da
xüsusi diqqət yetirilir. Bu sahədə
həyata keçirilən tədbirlərin nəticəsidir
ki, muxtar respublikada elektrik
stansiyalarının tikintisi və yenidən
qurulması, elektrik təchizatı ava-
danlıqlarının quraşdırılması, bütöv-
lükdə, yerli mütəxəssislər tərəfindən
həyata keçirilir. Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin
2015-ci il 27 iyul tarixli “Ali və
orta ixtisas təhsili müəssisələrində
ixtisasların müvafiq təşkilatlara ha-
miliyə verilməsi haqqında” Sərən-
camı bu sahədə mühüm nailiyyətlərin
əldə olunmasına şərait yaradır. Gənc -
lərin istehsal və iş sahələrinə cəlbi
onların təcrübi biliklərinin möhkəm-
ləndirilməsinə və peşəkar kadr kimi
yetişməsinə imkan verir.
Muxtar respublikanın energetikləri
elektrik enerjisindən səmərəli istifadə
olunması, enerji itkisinin minimum
səviyyədə saxlanılması və sərfiyyata
uyğun enerji dəyərinin ödənişinin
təmin olunmasında səylə çalışırlar.
Hazırda Naxçıvan şəhərində smart-
karttipli sayğacların quraşdırılması
davam etdirilir. Həmçinin əməkdaşlar
tərəfindən elektrik enerjisindən sə-
mərəli istifadə edilməsi, israfçılığın,
elektrik enerjisindən qanunsuz və
sayğacdankənar istifadə edilməsinin
qarşısının alınması məqsədilə mü-
təmadi reydlər keçirilir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Xidmətinin kol-
lektivi yaşayış məntəqələrinin, istehsal
və xidmət sahələrinin dayanıqlı və
fasiləsiz elektrik enerjisi ilə təchizatını
daim diqqət mərkəzində saxlayır.
Energetika işçiləri bundan sonra da
muxtar respublika iqtisadiyyatının
inkişafına öz töhfələrini verəcəklər.
Dünən Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında
uşaq incəsənət və bədii sənətkarlıq məktəblərində dərs
deyən müəllimlərin və rəsm ixtisası üzrə təhsil alan şa-
girdlərin iştirakı ilə ustad dərsi keçilib.
Təbiət təsvirinə həsr olunmuş ustad dərsi başlan-
mazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədə-
niyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi
Leyla Əlimərdanova bildirib ki, ustad dərsi nazirliyin
tabeliyində olan uşaq incəsənət və bədii sənətkarlıq
məktəblərində rəsm ixtisası üzrə dərs deyən müəllimlər
və həmin ixtisas üzrə təhsil alan şagirdlər üçün
rəssamlıq sənətinin tərkib hissəsi olan təbiət təsvirinə
həsr edilib.
Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Bir-
liyinin üzvləri, Naxçıvan Dövlət Rəsm Qalereyasının
direktoru Hökümə Məmmədli və Naxçıvan Muxtar
Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov rəs-
samlıq sənətində peyzaj təsvirinin incəliklərindən bəhs
edərək praktik olaraq ustad dərsi keçiblər. Müəllim və
şagirdlərə təsviri incəsənət tarixi haqqında da məlumat
verilib, ümumilikdə, ustad dərslərinin şagirdlərdə estetik
tərbiyəni, mənəvi-əxlaqi keyfiyyətləri inkişaf etdirdiyi
vurğulanıb.
Sonda müəllim və şagirdlərin sualları cavablandırılıb.
İkinci Azərbaycan Kənd İnvestisiya
Layihəsinin Naxçıvan Regional Əmə-
liyyatlar Ofisinin əhatə etdiyi Ordubad
rayonunun Üstüpü icmasının tender
komissiyası icma qrupunun hazırladığı
“Elektrik sistemlərinin bərpası və ge-
nişləndirilməsi” adlı layihənin icrası
məqsədilə keçirilən tenderdə iştirak
etmək iddiasında olan bütün hüquqi
və fiziki şəxsləri əməkdaşlığa dəvət
edir.
Tender komissiyasına aşağıdakı sə-
nədlər təqdim olunmalıdır:
* Maraq məktubu
* Nizamnamə
* Maddi-texniki və insan resursları
barədə məlumat
* Son illərdə infrastruktur tipli la-
yihələrdə iş təcrübəsinin olması
*Maliyyə vəziyyəti barədə arayış.
Qeyd olunmuş sənədlər toplusunu
27 oktyabr 2017-ci il, saat 18
00
-a kimi
tender komissiyasına təqdim etmək
lazımdır.
Muxtar respublikamızda praktik tibb və
ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə
mütəxəssislərinin sertifikasiya prosesi davam
etdirilir. Sertifikasiya Ali Məclis Sədrinin
Naxçıvan Muxtar Respublikası Səhiyyə Na-
zirliyinin Əsasnaməsinə edilmiş əlavə və də-
yişikliklər haqqında fərmanına uyğun olaraq
həyata keçirilir. Məqsəd əhaliyə keyfiyyətli
səhiyyə xidmətinin göstərilməsi, praktik tibb
və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan
şəxslərin peşəkarlıq səviyyəsinin və peşə ya-
rarlılığının artırılmasından ibarətdir.
Oktyabrın 16-dan start götürən sertifikasiya
imtahanlarının növbəti mərhələsində orta tibb
işçiləri dörd gün ərzində öz bilik və bacarıq-
larını sınayıblar.
Qeyd edilməlidir ki, muxtar respublikanın
səhiyyə sistemində sertifikasiya imtahanları
kompüterə verilmiş proqrama uyğun aparılır.
Bu məqsədlə Naxçıvan Muxtar Respublika
Xəstəxanasının elektron zalından istifadə
edilir. Kompüter vasitəsilə proqrama uyğun
olaraq ümumi sual bankından 2 müxtəlif va-
riantda 60 test sualı və 5 klinik tapşırıq seçilir.
Bu, imtahanların aşkarlıq və şəffaflıq şəraitində
keçirilməsini təmin edir. Mərkəzləşdirilmiş
qaydada, obyektiv və şəffaf surətdə keçirilən
sertifikasiya tibb işçilərinin öz üzərlərində
çalışmasına, tibb peşəsinin məsuliyyətini
daha dərindən dərk etməsinə imkan yaradır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyində test imtahanı üçün əvvəlcədən
suallar tərtib edilərək kompüterə yerləşdirilib.
Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının Naxçıvan Muxtar Res-
publikası Regional Bölməsi nümayəndəsinin
iştirakı ilə test bankından hər variant üzrə 60
sual seçilərək imtahanda iştirak edən orta
tibb işçilərinə təqdim olunub, eyni zamanda
yazılı olmaqla, müsahibə mərhələsinin də su-
alları paylanılıb, cavablandırma qaydaları izah
edilib. Məxfiliyin gözlənilməsi məqsədilə
müsahibə sual kartlarında imtahan verən tibb
işçisinin adı, soyadı yox, kod nömrəsi qeyd
olunub. Üç saat davam edən imtahanın gedişinə
imtahan-nəzarət komissiyası tərəfindən nəzarət
edilib. İmtahan suallarının test hissəsi üzrə
cavab kartlarının yoxlanması kompüterlə,
klinik hissəsi üzrə cavabların qiymətləndiril-
məsi isə mütəxəssislərin iştirakı ilə aparılıb.
İmtahanlarda 161 orta tibb işçisi iştirak
edib.
Həmin dövrdə bostan-tərəvəz
məhsulları indiki kimi konservləş-
dirilməzdi. Ona görə də yalnız qu-
rutmaqla qış tədarükü görülərdi.
Lobya, badımcan doğranaraq, po-
midor isə bütöv halda qurudulardı.
Qış hazırlıqları içərisində yavan-
lıqlar da xüsusi yer tutur. Bu sahədə
də erkən yazdan müxtəlif işlər gö-
rülərdi. Pendir, şor, yağ ehtiyatı əsas
qida məhsulları hesab edilərdi. Ap-
rel-may ayları südün ən bol vaxtı
sayılır. Bu zaman əldə edilən yağa
gül (çiçək) yağı deyərlər. Çünki bu
vaxtlar heyvanlar təzə-tər otlarla qi-
dalanırlar. Qoyunlar iyulun axırına,
keçilər isə sentyabrın əvvəlinə, bəzən
də axırına qədər sağılır. Dəymiş ot-
larla bəslənən mal-heyvanın südü
yağlı olduğu üçün bu mövsümdə
tutulan pendir daha dadlı olur.
Quru məhsullar – noxud, mərci-
mək, lobya, yarma, əriştə və sair
dağarcıqlarda saxlanılardı. Dağarcıq
qoyun və keçi dərisindən olardı.
Eymə və tuluğa nisbətən dağarcıq
daha asan başa gəlirdi. Bunların
hazır lanması üçün heyvanın dərisi
“diri”, yəni arxa ayaqdan dəri açılıb,
corab kimi çevrilərək bütün çıxarı-
lardı. Dağarcığın dərisi aşılanmazdı.
Eymə hazırlamaq üçün, əsasən,
“qızıl heyvan” (Naxçıvanın yerli
balbas sortu) və ya sibir dərisi se-
çilərdi. Eymə dərinin arpa unu, duz
və zəy vasitəsilə aşılanıb daha yum-
şaq şəklə salınması yolu ilə hazır-
lanardı. Ona qatıq yığılar və bu,
“qara qatıq” adlanardı. Eymə bərk
əşyalar üzərinə qoyulardı ki, sızan
su altını palçıq etməsin. Eymə qatığı
“dəyməlidir”, əks halda yağ yaxşı
ayrılmaz. Vaxtaşırı eymə qatığı çal-
xanar, yağı götürüldükdən sonra
ayran çürüdülüb, şor, qurut hazır-
lanar, ya da ayran kimi istifadə
olunardı.
Qış ərzağının biri də qurutdur.
Qışda qovurma ilə hazırlanan qurut
xəngəli Naxçıvan mətbəxinin sevilən
yeməklərindəndir.
Əsasən, avqust ayında yarma,
əriştə hazırlığına başlanardı. Yarma
yumşaq ağ buğdadan hazırlanar,
buğdanı qaynadıb qurudar, sonra
isə kirkirədə (əl dəyirmanı, əl daşı
və sair) üyüdüb xırdalayardılar. Əriş-
tənin hazırlanması bir qədər çətin
olduğu üçün qadınlar iməci topla-
yardılar. İşin tez olması üçün ən azı
dörd nəfər iştirak edərdi. Xəmiri
yayan, kəsən, dəstəkçi, ipə sərən.
Vaxtilə əriştə bıçaqla kəsilərdi. Əriş-
təni kəsən çalışardı ki, onlar eyni
ölçüdə olsun. Bu iş xüsusi səriştə
tələb etdiyi üçün “özünə umac ova
bilmir, özgəyə əriştə kəsir” məsəli
də elə buradan yaranmışdır. Kəsilən
əriştə duzlanaraq sacda qovurulur,
qablara doldurularaq quru, havalı
yerlərdə saxlanılır.
Avqust ayında kənd təsərrüfatında
da bəzi işlər görülərdi. Yayda biçilən
taxılın küləşini “quyruq doğana”
qədər (5-6 avqust tarixlərində) quru
olduğu üçün yığışdırmazdılar. Bu
dövrdən küləş götürülər, şum işlərinə
başlanardı. Sürülən torpaqlar gündə
qovurular, alaq otları məhv olardı.
Yorğan-döşək tökülüb, yunu ye-
nidən çırpılar, lazım olarsa, yeniləri
salınardı. Yorğanlar, əsasən, bu za-
man qırxılan quzu yunundan – gü-
zəmdən düzəldilərdi.Təsərrüfatda
görüləcək digər işlər azaldığı üçün
qırxılan yunları əyirər, kələfləyib
boyayardılar. İplərin boyanmasında
müxtəlif bitkilərdən istifadə edilərdi.
Qırmızı rəngi boyaqotundan, sarı
rəngi zirinc kökündən, tünd-qəhvəyi
rəngi cəviz yarpağından və sairdən
hazırlayardılar.
Sentyabr ayında, əsasən, yer ha-
nası qurular, cecim, palaz toxuyar-
dılar. Yer hanası, adından da görün-
düyü kimi, yerdə uzadılardı. Hananın
eni 60-70 santimetr, uzunluğu 9-12
metr olardı. Toxunduqdan sonra par-
ça kəsilib, ən azı 3 ədəd yan-yana
tikilərdi. Yer hanasında bir adam
aşırma oturub toxuyardı. Hana lə-
vazimatları içərisində ağacdan dü-
zəldilmiş üçayaq (çatma) toxucunu
günəşdən qoruyardı. Divar hanasın-
dan fərqli olaraq toxunan arğacları
“qılınc” adlanan taxta ilə döyüb bər-
kidərdilər. Qılınc 0,8-5 metr uzun-
luğunda, ipdöyən tərəfi nisbətən iti-
lənmiş şumal taxtadır.
Oktyabr ayında bəzi meyvələr,
üzüm dərilib asılardı. Üzüm, əsasən,
milaxlarda asılırdı. Milağı düzəltmək
üçün el arasında atpıtrağı kimi tanınan
bitkinin qurusundan istifadə edilir.
Yaxşı şəraitdə 1 metrdən artıq qalxan
bu bitkinin şaxələnən budaqları yün-
gül olmaqla yanaşı, çox yük götürür.
Sentyabr-oktyabr aylarında üzümdən
mövüc, kişmiş hazırlanır.
Alma-armudu çox zaman evdə
böyük kisələrə (xarallara) doldurul-
muş buğdanın içərisində saxlayardılar.
“Almanı atdım xarala, qaldı sarala-
sarala” mahnısının yaranması da,
yəqin ki, bununla bağlıdır. Onu da
qeyd edək ki, o vaxtlar toyu ancaq
payızda edərdilər. Ona görə də almanı
xarala qoyan nişanlı qız həsrətlə to-
yunu gözləyərdi. Toyu payızda edər-
dilər ki, həm toy edən ailələr, həm
də əhali toya qədər məhsulunu top-
lasın, artığını satıb pul əldə etsin.
Oktyabr ayında taxıl səpininə də
başlanardı. Bir el məsəlində deyilir
ki, “durna gəldi çıx şuma, durna
getdi çıx tuma”. Burada yazda dur-
nalar gələn zaman yaz şumuna, pa-
yızda isə səpinə başlanmasına işa-
rədir. Bir çox heyvanlar və quşlar
soyuq və istinin başlamasını əvvəl-
cədən duyurlar. Belə bir məsəl vardır:
“Suyu kəlin dırnağına verərlər”. Sə-
pilən toxum dərhal suvarılmalıdır
ki, toxumu quş, qarışqa daşımasın.
Ona görə də dəmyə əkinlərini bir
qədər gec səpirlər.
Noyabr ayında son qış tədarükü
olan qovurma qovurulur. Qovurma
inək, qoyun, keçi, ev quşlarının ətin-
dən hazırlanır. Bunun üçün qoyun
ətinə daha çox üstünlük verilərdi.
Təcrübəli adamlar övəc (3 yaşından
yuxarı qoyun) ətini daha yaxşı hesab
edirlər. Ət qovurulan zaman yaxın
qohumlardan bir neçəsi ciyərə qonaq
çağırılardı. Qovurmanın suyu müx-
təlif kəndlərdə “təngov”, “işgənə”,
“cığatay” adlanır. Təngovda bir qab
içinə 2-3 tikə qovurulmuş ət qoyu-
laraq qonşulara və qohumlara pay-
lanır. Qovurma saxsı və ya emallı
qaba yığılır, yağı üzərinə tökülür.
Yağ qovurmanın üzərinə çıxmalıdır
(basmalıdır), əks halda yağsız ət
iylənər.
Qışa hazırlıq işlərindən biri də
yanacaq tədarüküdür. Əvvəllər evləri
isitmək, çörək və xörək bişirmək
üçün müxtəlif yanacaq növlərindən
və istilik qurğularından istifadə
edilər, bunun üçün divarda buxarı
düzəldilərdi. Açıq ocaq sonradan
hörgüdə boru şəklində damın üzərinə
qədər hörülərdi.
Evləri isitmək, çörək, bəzən xörək
bişirmək üçün təndirlərdən istifadə
edilərdi. Evin ortasında olan təndir
yandırılar, çölməkdə olan xörəyin
ağzı kip bağlanar, şişlə təndirin içə-
risinə qoyulardı. Lazım gəldikdə çö-
rək yapılardı. Təndirin odu söndükdən
sonra üzərinə kürsü qoyulardı. Kürsü
ailənin sayına görə düzəldilmiş, nis-
bətən alçaq stoldur. Stolun üzərinə
kürsü yorğanı salınar, böyük cecim,
palaz atılardı. Bu cür təndirlər, əsasən,
“qaradam” adlanan böyük otaqlarda
olardı. Bu otaqların pəncərəsi ol-
mazdı. Buraya işıq üstdəki bacadan
düşər, tüstü də həmin bacadan çıxardı.
Digər otaqlarda divarlar qaralmasın
deyə, kiçik çalalar qazılar, içərisinə
hazır köz tökülərdi. Arxeoloji abidə-
lərdə hələ Eneolit dövründə evlərin
ortasında təndir olduğu təsdiqlənir.
Qışa ərzaq tədarükü ənənələri-
mizlə bağlı Babək rayonunun Sirab
kəndində yaşayan 90 yaşlı Dilbər
Əliyeva ilə həmsöhbət olduq. “Düz-
dür, indi bir çoxları həmin məh-
sulları dükandan almağa üstünlük
verir, ancaq ev şəraitində hazırlanan
nemətin yerini heç nə vermir”, –
deyən Dilbər nənə bildirdi ki, əv-
vəllər qışa hazırlıq çox çətin idi:
“Bilmirdik qışda isinmək üçün odun
tədarük edək, ya qidalanmaq üçün
banka-balon bağlayıb, ot-alaf qu-
rudaq. İndi, şükürlər olsun, daimi
yanacağımız var. O sarıdan rahatıq.
Ərzaq tədarükünü də əvvəlki kimi
aparırıq. Amma rahat və qayğısız
formada. İndi qışda da təzə, həm də
dadlı meyvə-tərəvəz, ət və ət məh-
sulları tapılır. Buna baxmayaraq, qış
tədarükü el adəti kimi bu gün də
kəndlərimizdə yaşadılır”.
Dilbər nənə bildirdi ki, dadına
doyulmayan və Naxçıvana məxsus
olan qovurmanı hər il, demək olar
ki, hər ailə tədarük edir. Oktyabrın
sonu, noyabrın əvvəllərində, əsasən,
erkək heyvan ətindən edirik qo-
vurmanı. Əriştə kəsmək qış təda-
rükü kimi bu gün də davam etdirilir.
Bu il havalar arada sərinlədi. Qışın
tez düşəcəyindən təlaşlanıb bir ay
əvvəldən də əriştə kəsənlər oldu.
Ancaq əriştəni, əsasən bu ayda kə-
sərlər. Tutmalar, şorabalar, mürəb-
bələr hazırlayırıq. İndi kəndimizdə
xidmət mərkəzi fəaliyyət göstərir.
Tədarük etdiyimiz, təsərrüfatımızda
yetişdirdiyimiz məhsulları orada
satışa da qoya bilirik. İndiki dövrdə
də çörəyimizi təndirdə, öz unu-
muzdan bişiririk. Bu, çox dadlı və
faydalıdır. Amma onu da deyim
ki, kəndimizdə bir neçə çörək sexi
də fəaliyyət göstərir. Bu il də doğma
diyarımızda qış tədarükü vaxtında
və lazımınca aparılır. Muxtar res-
publikamızda əhalinin ərzaq təh-
lükəsizliyinin təmin olunması isti-
qamətində atılan addımların nəti-
cəsidir ki, hər il yeni-yeni istixana
kompleksləri, soyuducu anbarlar
qurulur. Bu da qış mövsümündə
belə, əhalini təzə kənd təsərrüfatı
məhsulları ilə təmin edir. Həm də
ucuz qiymətə.Bununla yanaşı, ta
qədim zamanlardan yay-payız ay-
larında öz halal zəhməti ilə min
bir məhsul yetirməklə qış azuqəsi
toplayan naxçıvanlılar özünəməxsus
qış tədarükü ənənələrini də qoruyub
yaşadırlar.
4
Qeydiyyat №: 575
əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır
Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “təbriz” küçəsi 1.
telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az
Xalqımıza məxsus məişət adət-ənənələrindən biri də qışa ərzaq təda-
rükünün görülməsidir. əvvəllər qış tədarükü bir qədər çətin və məşəqqətli
olardı. Xüsusən qışa un tədarükü görülərdi. Bu tədarük bir neçə mər-
hələdən keçərdi. əkin-biçindən əldə edilən taxıl əvvəlcə yuyulardı. Bu,
çox ağır və vaxt aparan proses idi. Qohum-qonşudan palaz toplayıb
üstünə buğda sərər, 2-3 gün ərzində qurudardılar. Buğdanı hissə-hissə
teşt və ya məcməyilərə tökər, başqa qarışıqlardan təmizləyərdilər. Bundan
sonrakı iş isə buğdanı üyütmək idi. Kəndlərdə olan su dəyirmanlarında
növbə tutular, hər kəs ailəsi üçün un ehtiyatı görərdi.
Dostları ilə paylaş: |