MühaziRƏ-1 Kütlə mübadiləsi.Ümumi məlumat, növləri. Kütləötürmənin əsas tənliyi



Yüklə 1,41 Mb.
səhifə1/34
tarix29.11.2023
ölçüsü1,41 Mb.
#142758
  1   2   3   4   5   6   7   8   9   ...   34
Kimya Muhendisliyi Lab-2


MÜHAZİRƏ-1
Kütlə mübadiləsi.Ümumi məlumat, növləri. Kütləötürmənin əsas tənliyi
Kütlə mübadiləsi.Ümumi məlumat, növləri. Kütlə mübadiləsi (diffuziya) prosesləri kimyəvi texnoloji proseslərin təsnifatında göstərildiyi kimi fazaları ayıran səth vasitəsi ilə başlanğıc qarışığın bir və ya bir neçə komponentinin bir fazadan digərinə keçməsi ilə xarakterizə olunur . Kütləmübadiləsi prosesləri kimya texnologiyasında geniş yayılmış və mühim əhəmiyyətə malikdir. Bu proses bir və ya bir neçə madənin bir fazadan digərinə keçidi ilə xarakterizə edilir. Bu keçid konvektiv və molekulyar diffuziya ilə baş verdiyi üçün ,diffuziyalı proses kimi də adlandırılır. Fazalar arasında bir və ya bir neçə komponentin keçidi homogen və heterogen sistemlərdə, ən çox isə homogen sistemdə həyata keçirildiyi qeyd edilməlidir. Sənayedə kütlə keçidi əsasən qaz (buxar) və maye, qaz və bərk maddə, bərk və maye və eləcədə iki mayye fazalar arsında aparılır.
Maddənin (kütlənin) bir fazadan digər fazaya fazaları ayıran səth vasitəsi ilə keçməsi ilə gedən texnoloji prosseslər kütləmübadilə prossesləri, həmin prosseslərin aparıldığı apparatlar isə kütləmübadilə aparatları adlanır. Kimya texnologiyası prosesləri içərisində kütləmübadilə prosesləri xüsusi yer tutur.
Ayırıcı apparatlarda müxtəlif prosseslər aparıla bilər. Bunlara absorbsiya, ekstraksiya, rektifikasiya, adsorbsiya, qurudulma, kristallaşma, həll olma və s. aiddir
Kütləmübadiləsi prosesinin növləri:
Absorbsiya – seçıcı maye həlledici (uducu absorbent) tərəfindən qaz (buxar) qarışığı komponentlərindən birinin və ya bir qrupunun udulması prossesidir. Bu prossesdən bir çox istehsalat sahələrində hər hansı bir komponentin və ya komponentlər qarışığının qaz qarışığından ayrılması lazım gəldikdə istifadə edilir. Prossesdə maddə və ya maddələr qrupunun qaz və ya buxar fazadan maye fazaya keçməsi baş verir.
Ekstraksiya – bir mayədə həll olmuş maddə və ya maddələr qrupunun digər seçici həlledici vasitəsi ilə çıxarılmasıdır. Bu prossesdən həll olunmuş maddə və ya maddələr qrupunu məhluldan çıxarılması lazım gəldikdə istifadə edilir. Prosses zamanı maddə bir maye fazadan, digər maye fazaya keçir.
Rektifikasiya – buxar və maye axınlarının əksaxınlı qarşılıqlı təsiri nəticəsində maye qarışığın ayrılmasıdır. Maye bircins qarışıqların təmiz komponentlərə və ya komponentlər qrupuna ayrılması lazım gəldikdə bu prossesin çox böyük əhəmiyyəti vardır. Göründüyü kimi prosses zamanı maddə maye fazadan buxar fazaya və əksinə keçə bilər , yəni, rektifikasiya əksaxınlı diffuziya prosesidir.
Adsorbsiya – qazların, buxarların və ya mayedə həll olunmuş maddələrin bərk uducu (adsorbent) tərəfindən udulmasına deyilir. Prosesdən istehsalatda qaz və buxar qarışıqlarından və ya həllolmuş maddələrdən bu və ya digər maddəni çıxarmaq lazım gəldikdə istifadə edilir. Bu prossedə maddə qaz və ya maye fazadan bərk fazaya keçir.
Qurudulma – bərk nəm materialdan onun buxarlandırılması yolu ilə nəmliyin kənar edilməsidir. İstehsalatda təbii xammalın istifadəyə verilməzdən əvvəl qurudulması tələb edilir ki, bu da çox böyük əhəmiyyət kəsb edir. Bu prossedə bərk nəm materildan nəmlik, buxar və ya qaz fazaya keçir.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə