MühaziRƏ-1 Kütlə mübadiləsi.Ümumi məlumat, növləri. Kütləötürmənin əsas tənliyi


Neft məsullarının doymuş buxar təzyiqinin təyini



Yüklə 1,41 Mb.
səhifə14/34
tarix29.11.2023
ölçüsü1,41 Mb.
#142758
1   ...   10   11   12   13   14   15   16   17   ...   34
Kimya Muhendisliyi Lab-2

Neft məsullarının doymuş buxar təzyiqinin təyini. Doymuş buxar təzyiqi(P) hesablama praktikasında ən çox təsadüf edilən parametrlərdən biridir. Bir çox fərdi mayelərin doymuş buxar təzyiqinin müxtəlif temperaturlarda qiymətləri sorğu kitablarında verilir.Karbohidrogenlərin və onların qarışıqlarının doymuş buxar təzyiqini P=f(t) asılılığını hesablamaq üçün bir neçə emprik formullardan istifadə edilir.
Antuan tənliyi: Təcrübi nəticələrin təsviri üçün çox vaxt üç sabitli Antuan tənliyi tətbiq edilir. Antuan tənliyibelə yazılır: lgP = a - (7.1)
burada: a, b, c – təcrübi yolla təyin edilmiş maddənin xassəsindən asılı olan əmsallar olub sorğu kitablarında verilir. t - ºC ilə temperaturdur. Doymuş buxar təzyiqi P məlum olarsa Antuan tənliyindən temperaturun t – qiyməti belə tapılır:
t = – c (7.2)
Əgər sabitlərin qiymətləri hər hansı bir maddə üçün sorğu kitablarında verilməyibsə, onda sabitlər P= f(t) asılılığının bir neçə təcrübəvi nöqtələrinə əsasən hesablanır. Təcrübəvi müəyyən edilmiş nöqtələrin sayı ən azı sabitlərin sayına bərabər olmalıdır. Misal üçün P və t qiymətləri növbə ilə üç hal üçün ( 7.2) Antuan tənliyində yerinə yazmaqla üç məchullu üç tənlik sistemi alırıq. Bu sistem tənlikdən a , b və c məchullarının qiymətləri asanlıqla hesablanır. Bir çox hallarda bir təcrübəvi nöqtə kimi normal qaynama temperaturu t0 götürülür(P0 = 760mm cv süt.).Müəyyən olunmuşdur ki,(7.1) və (7.2) tənliyinə daxil olan c sabiti t0 temperaturu ilə emprik asılılığa malikdir: c = 239-0,19t0. (7.3).
Alçaq təzyiqlərdə normal alkan karbohidrogenləri üçün və dar neft fraksiyaları üçün bəzən Aşvord formulundan istifadə olunur:
lqP= 2.68 ] (7.3).
burada P-doymuş buxarın təzyiqi,atm. ; T-ona uyğun temperatur ( 0K ilə) ; T0 atmosfer təzyiqindəki qaynama temperaturudur( 0K ilə ).
Kireyev tənliyi – etalon maddənin doymuş buxar təzyiqi (Pe) və verilmiş maddənin təzyiqi (P) arasındakı əlaqəni göstərir.
P = APeK (7.4)
Burada A və K – verilmiş maddənin xarakterizə edən və doymuş buxar təzyiqinin iki məlum qiymətinə görə təcrübi olaraq təyin edilən əmsaldır və bu qiymətlər sorğu kitabında verilir.
Dyurinq metodu. Hər hansı maddənin P = f(t) əyrisini qurmaq üçün müəyyən maddəni etalon qəbul edilmiş olan hər hansı başqa maddələrlə müqayisə etmək metoduna əsaslanmış formullardan da istifadə etmək olar. Müxtəlif şəkilli müqayisə metodları mövcuddur ki, bunlardan biri olan Dyuring metodu – bizi maraqlandıran maddənin və etalon maddənin doymuş buxar təzyiqinin temperaturundan asılılıq əyrilərinin müqasiyəsinə əsaslanmışdır və şək. 7.2 də qrafiki olarq göstərilmişdir. Bu metod göstərir ki, tədqiq edilmiş A və etalon B maddələrinin temperaturlarının dəyişmə nisbəti doymuş buxar təzyiqinin eyni cür dəyişməsinə cavab verir və sabit qalır.
= k (7.5)
Burada t və θ – verilmiş və etalon maddələrin uyğun təzyiqlərdə qaynama temperaturudur. Tədqiq olunan A maddəsi üçün P = f(t) asılılıq əyrisində hər hansı iki nöqtə məlum olarsa , o zaman k sabitini hesablamaq mümkündür, yəni k-nın qiymətini Dyuring metodu ilə müəyyən etmək üçün bizi maraqlandıran mayenin iki temperaturda doymuş buxar təzyiqini bilmək lazımdır. Eyni zamanda P- nin istənilən üçüncü qiyməti üçün tədqiq olunan maddənin məlum olmayan temperaturunu tapmaq olur, yəni: t = t1 + k(θ – θ1) (7.6) . (7.5) və (7.6) bərabərliklərindən t və θ ilə uyğun olaraq A və etalon B maddəsinin temperaturları göstərilmişdir. Qeyd etmək lazımdır ki, etalon B maddəsi üçün P = f(θ) asılılığı məlum olmalıdır.


Şəkil 7.2 Dyurinq metodunun qrafiki göstərişi.



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə