MühaziRƏ-1 Kütlə mübadiləsi.Ümumi məlumat, növləri. Kütləötürmənin əsas tənliyi


(8.3) və (8.4) tənlikləri işçi xətt tənliyi adlanır



Yüklə 1,41 Mb.
səhifə17/34
tarix29.11.2023
ölçüsü1,41 Mb.
#142758
1   ...   13   14   15   16   17   18   19   20   ...   34
Kimya Muhendisliyi Lab-2

(8.3) və (8.4) tənlikləri işçi xətt tənliyi adlanır.

İşçi xətt tənliyi aparatın istənilən kəsiyində tarazlıqda olmayan işçi fazaların tərkibləri arasındakı asılılığı göstərir. Bu da aparat boyu komponentərin qatılığının dəyişməsini müəyyən etmək üçün imkan yaradır. x-y – koordinat sistemində işçi xəttin tənliyi, onun absis oxuna nəzərən maillik bucağı tgα =A olduqda düz xətti verir (Şək. 8.2) A = = const. (ş-də A=

Şəkil 8.2. Əks axınlı proses üçün işçi xəttin tənliyi qrafiki.


Kütləmübadiləsi aparatlarının əsas ölçülərinin təyini. Aparatın diametri – sərf tənliyi Q=SW0 (Q fazanın həcmi, m3/san: W0 – aparatın tam en kəsiyinə aid edilmiş sürət, m/san: S – aparatın en kəsik sahəsi, m2) görə hesablanır. S = ; Q = W0; D = (8.5) (D – aparatın diametri, m)
Aparatın hündürlüyü - fasiləli və ya pilləli kontaktdan asılıdır. Fasiləsiz işləyən kontakt aparatının hündürlüyü həcmi kütləötürmə əmsalı ilə ifadə edilmiş kütləötürmə tənliyinə əsasən təyin edilir. Fazaların kontakt səthi F = a.V olduğunu nəzərə alsaq ( burada V- aparatın işçi həcmi,m3, a – aparatın xüsusi kontakt səthi, yəni vahid həcmə düşən kontakt səthidir), onda kütləötürmə tənliyini belə yazılar: M=ky .aVΔyor. və M = kx.aVΔxor. (8.6) (ky və kx uyğun olaraq buxar və maye fazaların kütləötürmə əmsallarıdır, Δyor. və Δxor. uyğun olaraq buxar və maye fazaların orta hərəkətverici qüvvələridir). V= SH qiymətini (5.2) tənliyində yerinə yazıb kütləmübadilə aparatının hündürlüyünü hesablasaq alarıq:
H = (8.7) H = (8.8)
Pilləli kontakt aparatının hündürlüyü - bəzi hallarda həcmi kütləötürmə əmsalı KV ilə hesablanır.Çox vaxt aparatın hündürlüyü pillələr sayı vasitəsi ilə analitik və ya qrafiki metodlarla təyin edilir. Həqiqi pillələrin sayı vasitəsi ilə aparatın işçi hündürlüyü belə hesablanır: H=nreal .h(8.9) , burada nreal-həqiqi pillələrin sayı; h- pillələr arasındakı məsafə olub ya təcrübi qiymətlərdən , yaxud da hesablanaraq tapılır.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə