MühaziRƏ-1 Kütlə mübadiləsi.Ümumi məlumat, növləri. Kütləötürmənin əsas tənliyi



Yüklə 1,41 Mb.
səhifə16/34
tarix29.11.2023
ölçüsü1,41 Mb.
#142758
1   ...   12   13   14   15   16   17   18   19   ...   34
Kimya Muhendisliyi Lab-2

Kütlə mübadiləsi prosesinin material balans və işçi xətt tənlikləri. Kütləmübadiləsi aparatlarının əsas ölçülərinin təyini. Entalpiya. Entalpiya dioqramı , kombinəolunmuş dioqram.
Aparat boyu fazaların qarşılıqlı təsiri (kontakt qurğusunda) üç sxem üzrə: əks axınlı, düz axınlı və çarpaz axınlı olur.
Material balansı Əks axınlı fazaların kontaktı. Deyək ki, kütlə mübadiləsi aparatı vasitəsi ilə iki faza hərəkət edir (Şək. 8.1). Fazalardan biri (məs. qaz və ya buxar) aşağıdan yuxarı hərəkət edən G, digəri isə (məs. maye) yuxarıdan aşağı hərəkət edən L fazasıdır. Kontaktda olan bu fazaların qatılıqlarını uyğun olaraq “y” və “x”-lə göstərək (yb və xb komponentlərin başlanğıc, ys və xs komponentlərin son konsentrasiyasıdır). Bütün aparat üçün verilən komponentə görə ümumi material balansı belə yazılır:
Gyb + Lxb = Gys + Lxs
Buradan verilən kütlənin miqdarı M aşağıdakı kimi hesablanır:
M = G (yb –ys) = L (xs – xb)
Kontakta olan fazaların nisbətini yazsaq, alarıq:
A = = (8.1)




Şəkil 8.1 Əks axınlı kütlə mübadiləsi aparatında axın və qatılığın hesablanma sxemi.
Şəkildə əks axınlı kütlə mübadiləsi aparatında axınlarıın və qatılığın dəyişmə sxemi verilmişdir. a) axının sxemi; b) fazaların kontaktı boyu (səthlərdə) qatılığın dəyişməsi.
(8.1) – tənliyindən verilmiş A-nın qiymətinə görə fazaların son ys və ya xs qatılıqları və ya verilmiş qatılıqlara görə “A” –nın qiyməti hesablana bilər.
Aparatın 1-1 kəsiyində daxili axının tərkibini müəyyən etmək üçün 1-1 kəsiyindən aşağıda yerləşən hissə üçün material balansı tənliyini tərtib etsək alarıq:
Gyb + Lx = Gy + Lxs (8.2)
Bu bərabərliyi bir qədər başqa formada yazsaq ,yəni;
Gy = Gyb +Lx – Lxs və hər tərəfi G-ə bölsək alarıq:
y = yb + x - xs = yb + (x – xs) = x+ (yb – xs) .(8.3)
qəbul etsək y = lx + (yb – l xs ) (8.4)

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə