MühaziRƏ-1 Kütlə mübadiləsi.Ümumi məlumat, növləri. Kütləötürmənin əsas tənliyi


Sabit təzqdə may–buxar fazaların tərkibləri ilə tempereturları arasında asıllıq əyriləri (izobar temperatur əyriləri)



Yüklə 1,41 Mb.
səhifə12/34
tarix29.11.2023
ölçüsü1,41 Mb.
#142758
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
Kimya Muhendisliyi Lab-2

Sabit təzqdə may–buxar fazaların tərkibləri ilə tempereturları arasında asıllıq əyriləri (izobar temperatur əyriləri).
Hər bir tarazlıq sistemində verilmiş P təzyiqinə müəyyən temperatur uyğun gəlir. Müxtəlif temperaturlarda (T) və təzyiq P = const. olduqda maye (x) və buxar (y) tərkibli fazalardan ibarət olan tarazlıq sistemləri t- x,y koordinat sistemində göstərilən izobar temperatur əyrilərindən istifadə edilə bilər. Absis oxu üzərində müəyyən t-temperaturuna cavab verən maye (x) və buxar (y) fazalarının qatılıqları götürülür (Şək. 6.1) və koordinatları aşağıda göstərilən iki əyri alınır:
AGK – üçün koordinatlar A(x=y=1) və temperatur ( ta)
YQK – üçün koordinatlar B(x=y=0) və temperatur ( tb)
P = P2 +(P1- P2)x1 maye fazanın izoterm tənliyi(3.9) və Pi xi = Pyi Dolton və Raul qanunları(3.10) tənliklərindən x və y tapılır:
x = (6.1) ; y = (6.2)
Surət və məxrəci P-ə bölsək: x = (6.3); y = k1x (6.4) ( = k1) alarıq.Burada k1 – AGK-in faza tarazlığı sabitidir. Maye və buxar fazaların izobar dioqramları uyğun olaraq (6.1),(6.2) və (6.2),(6.4) tənliklərinin köməyi ilə qurulur.
Şəkil 6.1. İzobar temperatur əyriləri.
AA1A2B əyrisi sitemdə maye fazanın tərkibi ilə temperaturu arasındaki asıllığı göstərir və qaynamanın maye faza üçün izobar temperatur əyrisi adlanır. Bu əyri həm də qaynama xətti adlanır.
AB1B2B əyrisi sistemdə buxar fazanın tərkibinin temperaturdan asılılığı əyrisi olub, buxarın izobar koordinasiya əyrisi adlanır, əyriyə həmdə kondensasiya xətti kimi baxılır. P təziqində tarazlıqda olan maye və buxar fazaları eyni temperatura malik olurlar. Deyək ki, tarazlıqda olan izobar diagramında t1temperaturu A1 və B1 nöqtəsi ilə müəyyən olunur ki, burada horizontalla qaynama və kondensləşmə əyriləri kəsilir. Tarazlıq halında olan maye və buxar faza tərkiblərini birləşdirən horizontal parça konoda adlanır (A1 və B1 parçası). Qaynama temperaturunda əyri üzərində olan AA1A2B nöqtələri maye fazaya uyğundur. Ona görə də bu əyridən aşağıda yerləşən istənilən nöqtə (məs. F) temperaturu qaynama temperaturuna çatmayan x tərkibli maye kimi xarakterizə olunur. Uyğun olaraq AA1A2B əyrilərindən aşağıda yerləşən hissə yalnız maye sistemi kimi xarakterizə olunur. Anoloji olaraq AB1B2B əyrisindən yuxarı yerləşən istənilən nöqtə (məs. E) temperaturu kondensasiyanın başlanğıc temperaturundan yüksək olan buxar tərkibi (y2) kimi xarakterizə olunur.
İzobar temperatur əyriləri arasında yerləşən (məs. C) sistemi verilən tərkibdə mayenin qaynama temperaturundan yüksək və həmin tərkibli sistemin buxarın kondensləşmə temperaturundan aşağı olması ilə xarakterizə edilir. Yəni bu hissə buxar – maye tarazlığını müəyyən edir.
.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə