Cəlil Cavanşir



Yüklə 5,62 Kb.

səhifə1/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   39



 
Cəlil Cavanşir 
 
 
 
 
 
 
 
 
 
 
 
QADIN 
CORABLARI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 
 
 
 
Naşir: Müşfiq XAN 
Redaktorlar: Ağa Cəfərli, 
Şəhriyar del Gerani 
Mətn tərtibatı: Pikə Fazilqızı 
Rəssam: Vasif Səftərov 
Dizayn və qrafika: Teymur Fərzi 
 
 
 
ISBN 978-9952-464-99-3 
 
 
 
 
 
Müəllif hüquqları qorunur. Müəllifin razılığı olmadan kitabın təkrar və hissə-hissə 
nəşri və əsər əsasında film çəkilişi qəti qadağandır
 
 
 
 
 
Elektron poçt: 
jalil.javanschir@yahoo.de

celil.haci@gmail.com
  
Müəlliflə əlaqə: (+99455) 662 44 88 
E-poçt: celil.haci@gmail.com 
Facebook / twitter: Celil Cavanşir 
 
 
 
 
© Cəlil Cavanşir / 2014 
© “XAN” nəşriyyatı / 2014 



 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 
 
 
 
 
 
 
 
 
 
 
“Qadın corabları” müəllif hegemonluğunun sona qədər 
davam etdiyi  romandır. Müəllif real hadisələri ironik 
şərhlərlə oxucuya çatdırır. 
Cəmiyyətdəki xaos və nizamsızlıq, dəyərlər sisteminin 
çöküşü müəllifin baxış bucağından təqdim olunur. 
Müəllif oxucuya dərs keçmir. 
Oxucu bu romandan istədiyi nəticəni çıxarmaqda sərbəstdir. 
 
Müəllif mətndəki vulqar ifadələrə, erotik səhnələrə və 
başdanxarab obrazlara görə məsuliyyət daşımır! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
Proloq 
 
 
“Üç halda dostunun haqqını yerinə yetirməyənə 
 dost demək olmaz:  
Çarəsizlik halında, qeybəti olunan zaman və 
ölümündən sonra.” 
 
İmam Əli 
 
“Həyat  böyük  bir  film  şirkəti  kimidi.  İnsanlar  isə  bu 
şirkətlə  müəyyən  müddətə  müqavilə  bağlamış  çarəsiz  akt-
yorlar... Həyat  istədiyi rolu verir insana... Mənsə oynadığım 
bütün  filmlərin  ikinci  dərəcəli  aktyoruyam.  Yalnız  bir  neçə 
dəfə  filmin  qəhrəmanı  olmağı  bacarmışam.  Daha  çox  mənfi 
obrazı,  qapını  çırpıb  gedən,  sərt  baxışlı,  laqeyid  və  soyuq-
qanlı tipi canlandırmışam... Bəzən də bir bar köşəsində siqa-
ret çəkə-çəkə dalğın baxışlarını boşluğa zilləmiş avara tip... 
Hər  şey  çox  sürətlə  dəyişib  həyatımda...  Bir  vaxtlar 
dəli kimi sevdiyin, sənin üçün fədakarlıq  edənin dəyişməsi, 
sıradan biri olması, səninlə də sıradan biri kimi davranması 
çox  üzücüdür.  Kədərli  aktyor  olmaq  da  asan  deyil  ha...  De-
yim, biləsiz... 
Dramatik  rolların  mahir  ifaçısı  olmaq,  komik  aktyor 
olmaqdan  qat-qat  çətindir  ya  da  əksinə...  Ümumiyyətlə  nə 
dəxli var? Aktyor olmaq çətindi, vəssalam! 
Amma  nə  etməli,  verilən  rol  budur  və  oynamaq  zo-
rundayam...  İnsan  dəyişkəndir  və  bütün  böyük  sevgilər  bir 
gün tükənir. Tanıdığım bütün qadınlar tərk etməyi ən azı bir 
dəfə də  olsun ağlından keçirib.  Fiziki cəhətdən tərk etməyi 
bacarmayanlar  isə  bir  vaxt  sevdiklərini  ruhən  çoxdan  tərk 



 
ediblər...  Bir  sevdaya  tutulanda  hara  qədər  gedəcəyini  dü-
şünmür insan, yox, əslində düşünə bilmir. Unudulmaq, adi-
ləşmək istəməsək də bu baş verir. Hay-küylə, həyəcanla, dəli 
bir sevgiylə həyatımıza girən qadınlar, günün birində də sa-
kitcə,  dərin  bir  iz  buraxaraq  çəkilib  gedir  və  yadlaşır. 
Bitməməyini  istədiyimiz  gözəl  bir  film  kimi  bütün  sevgilər 
də bir gün sona çatır. 
Əbədi sevginin varlığına inamımı çoxdan itirmişəm... 
İstədim  ki,  hər  gün  sevdalanım,  hər  gün  sevmək  istədiyim 
biri olsun. Bir az çətin, bir az imkansız, bir az da əlçatmaz... 
İmkansız  deyəndə  ağlınıza  ilk  gələn  “kasıb”  oldu,  bilirəm. 
Amma canımüçün mən “mümkünsüz” demək istəyirdim. 
Xəyallarımda olmayan sevgini göyün yeddinci qatına 
qaldırdım.  Xoşbəxt  olmaq  üçün  ağına-bozuna  baxmadan, 
bəzən də kor-koranə mübarizə apardım. Bəzən bir təbəssüm 
belə məni yolumdan azdırdı. Xoşbəxt olmaq üçün  imkansız 
sevdaların  arxasınca  düşdüm.  Başqasının  səadətinə  əl 
uzatdım,  sevgisini,  ümidini  oğurladım.  Film  dadında  bir 
sevgi əsib keçdi həyatımdan... 
Ssenarisini  kimin  yazdığını  bilmədiyim  kədərli  bir 
filmdə sınadım özümü. 
Əslində fərqinə  varmadan həyatın verdiyi rolu oyna-
dım.  
Günlərin  bir  günü  başqasının  səadətimə  göz 
dikəcəyini, ümidimi oğurlayacağını bütün ruhumla hiss edə-
edə  xəyanətdən  bəhs  edən  sevgi  filmində  baş  rol  ifaçısının 
tərəf-müqabili oldum... 
 
Və  bir  gün  öz  kədərli  taleyimlə  barışmaq  zorunda 
qaldım.  Ümidsiz,  çarəsiz,  darmadağın  bir  halda...  Verilən 
rolu oynamaqdan başqa nə edə bilərdim ki? 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə