Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə8/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

31 
 
 
Şahin doğurdan da bunu edə bilər. Keçən dəfə deyirəm:  
- Qardaş, mən ölsəm neyniyərsən?  
Deyir qardaş, vallah sən romanda yazdığın kimi, bir şüşə çaxırdan, 
viskidən alıb gələrəm qəbrinin üstünə, siqaretdən çəkib, içkidən içib 
ağlayaram... 
  
Bəli,  məhz  qəribə  olduğu  üçün,  ətrafındakı  standart 
adamlardan fərqləndiyi üçün dostluqları alınırdı. 
Şahin  Nicatla  bağlı  ağrılı  xatirələri  çözələyir,  intihar 
hadisəsindən sonra baş verənləri beynində saf-çürük edirdi. 
Nicat haqqında yazılan bütün yazıları toplayıb, öz hesabına 
kitab çıxarmağı düşünürdü. Bu fikrini bir neçə nəfərə bildir-
mişdi. Nicatın dostları dəstək verəcəklərini desələr də, orta-
lıqda  real  iş  yox  idi.  Hə...  Deyəsən  yazıçı  dostlarından  biri 
onun  haqqında  roman  yazmağa  hazırlaşırdı.  –  Nə  idi  onun 
adı? – Şahin xatırlamağa çalışdı – Hə Nicat,  Elxan Daşdəmir. 
Şahin  qeyri-iradi  tərzdə  qəbirlə  söhbətləşməyə  başla-
dı...Şahin inancında sabitqədəm olsa da, dostuyla vidalaşma-
ğın, söhbətləşməyin yolunu tapmışdı. 
Mövhumatın  qatı  dumanı  arasında  görünməz  olan 
bu  dağ  kəndində,  qəbrin  başında  oturub  siqaret  çəkə-çəkə, 
qırmızı şərab içə-içə xəyala daldı... 
 
*** 
 
... Nicatın dəfnindən dönəndə, yolda siqareti siqaretə 
calayan  Elxan  Daşdəmir  intiharla  bağlı  müxtəlif  versiyalar 
irəli sürürdü. Onun fikrincə Nicat intihar etməmişdi. Onu öl-
dürmüşdülər.  Elxanın  fikrincə  Nicatı  öz  yaxın  ətrafından 
kimsə öldürə bilərdi. Bununla bağlı gülməli və qəribə versi-


32 
 
yalar irəli sürürdü. Orxanın maşınında yerini rahatlayıb dil-
boğaza qoymurdu: 
– Kitabının müzakirəsi çox gərgin keçmişdi. İki cəbhə yaran-
mışdı.  Həm  peşəkar  tənqidçilər,  həm  də  bloqqerlər  roman 
haqqında yazırdı. Ciddi müzakirələr getdi. Yaxın dostları isə 
nəinki  onu  tək  qoymuşdu,  hətta  orda-burda  arxasınca  da-
nışırdı. Bütün bunlar onun əsəblərini korlamışdı. Üstəlik şe-
irdən romana keçməsini çoxlarının gözü götürmürdü. Hətta 
biri  yazmışdı  ki,  qələm  adamı  ya  şeir  yazar,  ya  da  roman. 
Hər ikisini yazmaq qeyri-peşəkarlıqdır. 
Orxan özündən çıxdı: 
– Nə gicləyirsən? Deyirsən tənqidçilər və ya bloqqerlər öldü-
rüb Orxanı? Bəlkə jurnalistlər? 
–  Yaxşı,  qışqırma.  Elə  demədim.  Bu  sadəcə  bir  versiyadır. 
Axı Nicat həssas adam idi. Bütün bunlara dözməyib intihar 
edibsə... 
– Hə, bütün bunlara dözməyib intihar edibsə günahkar ədə-
bi mühitdəki dostlardır, eləmi? – Orxan gənc yazarın fikirlə-
rini tamamladı. 
– Dedim axı, bu sadəcə bir versiyadır. 
– Başqa nə düşünürsən? Yaxşısı budur bütün bunları mətbu-
ata  çıxarmadan,  mənimlə  fikirlərini  bölüş.  Hər  halda  mən 
Nicatın  həkimi  olmuşam  və  onun  ölümü  barədə  versiyala-
rını analiz edə bilərəm. 
– Qadın məsələsi ola bilərmi? 
– Qadın məsələsi? – Orxan suala, sualla cavab verdi. 
–  Əlbəttə.  Gör  neçə  qadınla  münasibəti  var  idi.  Görüşdüyü 
qadınların  arasında  evlisi  də  vardı,  nişanlısı  da.  Bəlkə  onu 
namus  üstündə,  qisas  məqsədi  ilə  öldürüblər?  Ya  da  etdiyi 
hərəkətlərdən utandığı üçün, özü intihar edib. 


33 
 
– İnandırıcı deyil. Axı o heç kəsi yoldan çıxarmayıb. Üstəlik, 
son  vaxtlar  bütün  qadınlarla  əlaqələrini  kəsmişdi.  Bu  versi-
yan  inandırıcı  deyil.  Üstəlik  mən  onun  belə  kiçik  səbəblər-
dən intihar etdiyinə və ya sənin dediyin kimi, öldürüldüyü-
nə inanmıram. 
– Orxan, sən yaxşı insansan, yaxşı həkimsən. Amma yazıçını, 
xüsusilə  intihar  etmiş  bir  yazıçını  anlamaq  o  qədər  də  asan 
deyil.  Onun  təbəddülatlarını  mən  çox  müşahidə  eləmişəm. 
Üstəlik  sonuncu  dəfə  intihara  cəhd  edəndə  qapını  sındırıb, 
onu xilas eləmişəm. 
– Bunu bilmirdim. Nə vaxt olub bu hadisə? 
– İki-üç il bundan əvvəl. Mənim qonşuluğumda ev kirayələ-
mişdi. Bir axşam içib həm qazı açıq qoymuşdu, həm də da-
marlarını kəsmişdi. 
– Sonra? 
– Bax bu sualın cavabını deyəndən sonra özün də əmin ola-
caqsan ki, o intihar edə bilməzdi. Ölmək istəmirdi. Çünki da-
marlarını  kəsən  kimi  mənə  SMS  yazmışdı,  vida  SMS-i. 
Hadisədən 10 dəqiqə sonra özümü yetirdim və qapını sındır-
dım. Qohum-qardaş, dost-tanış yığışdı və Nicatı xilas etdik. 
– Haqlısan, o özünü öldürə bilməzdi. Çünki onun bütün inti-
har cəhdləri göz qabağında olub və onu xilas ediblər. Ölmək 
istəsə heç kəsin əli çatmayan bir yer seçərdi. Sözün düzü in-
tihar etmək üçün əvvəllər seçdiyi bütün üsullar uğursuz idi. 
Mənə  elə  gəlir  ki,  o  hansısa  hadisəyə  etirazını  bu  uğursuz 
cəhdlərlə  edirdi.  Üstəlik  sağ  qalacağını  da  əvvəlcədən  he-
sablayırmış. 
– Mən şəxsən Nicatın intihar etməyinə inana bilmirəm. 
– Amma onun ağacdan sallanıb yellənən cəsədini gözlərimlə 
görmüşəm. Fotoları da kənddə hamınıza göstərdim. Üstəlik 
məhkəmə-tibbi,  kompleks  məhkəmə-tibbi-bioloji  və  tibbi-


34 
 
kriminalistik  ekspertizaların  rəyi  də  məlumdur.  Cəsədin 
üzərində heç bir zorakılıq əlaməti yox idi. Sadəcə həddindən 
artıq sərxoş imiş intihar anında. Eyni zamanda çoxlu narko-
tik qəbul edibmiş. 
– Sən bu qədər terminləri necə yadda saxlayırsan, doktor?  
– İstedadlı adamam... 
– Ekspertiza nə rəy verir, versin mən inanmıram. Onun ölü-
mü intihar deyil, qətldir. Yüksək dozada içki və narkotik sə-
nə heç nə demir? 
–  Az  öncə  versiya  irəli  sürürdün,  indi  isə  əminliklə  danışır-
san. Deyirsən onu içirdib, sonra da yüksək dozada narkotik 
qəbul etdiriblər? 
– Heç bir faktım yoxdur. Sadəcə hipotezləri irəli sürdüm və 
məndə əminlik yarandı ki, Nicatı öldürüblər. 
– İndi belə çıxır ki, mən müəlliflə əlbir olub bir romanın için-
də bu səfəri, intihar və dəfn söhbətlərini uydurmuşam? 
– Hər şey ola bilər. Demədin ki, istedadlı adamam? 
– Qələt elədim... 
 
*** 
 
... Həyat öz axarında davam edirdi. Nə dünyanın bir 
tərəfi  boşalmışdı,  nə  də  Nicatsızlıq  hiss  olunurdu.  Hərə  öz 
işində  idi.  Hamı  bir  tikə  çörəyinin,  ruzisinin  arxasınca  düş-
müşdü. İntihar haqqında artıq çox nadir hallarda danışılırdı. 
Orxan gənc və perispektivli yazarla arasındakı söhbətləri az 
qala unutmuşdu. Həkimlik ağır peşədir. Doktor bütün günü 
qaça-qaçda  idi.  Nicatın  intihar  söhbəti,  yazılan  roman  üçün 
apardığı  araşdırma,  bu  basa-basda  Elxanın  da  roman  yaz-
maq  istəyini  tamam  unutmuşdu.  İşlərin  gərgin  vaxtı  Elxan 
zəng elədi: 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə