Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə11/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   7   8   9   10   11   12   13   14   ...   39

44 
 
araşdırma aparan da. Mən də belə absurd yol seçmişəm. Ni-
catın  şairliyini  zərrə  qədər  də  önəmsəmədiyim  üçün,  ancaq 
vərdişlərini  davam  etdirməyi  bacarıram.  Bəlkə  də  Nicat  öl-
məsə, məni bu pis vərdişlərdən çəkindirərdi... Sağlığında hər 
gün  məni  danlayırdı.  Nə  içməyimə,  nə  də  çəkməyimə  razı 
olurdu. Qəribə adamdı. Özü içirdi, çəkirdi, nəşələnirdi, am-
ma bunları başqalarına rəva görmürdü. 
Bu yerdə Orxan yenidən Könülün sözünü kəsib, sual 
verməli oldu: 
– Yaxşı görək... Sən Nicatı lap peyğmbər elədin ha. Əslində 
hamı belədi. Nicatın səndən əvvəl sevdiyi qadını tanıyırsan? 
–  Hə,  bir  neçə  dəfə  şəhərdə  rastlaşmışdım  onunla.  Üzümə 
çox qanlı-qanlı baxırdı. Feysbukda izləyirdim və başa düşür-
düm  ki,  Nicatın  ondan  ayrılmasından  bərk  sarsılıb.  Nicatın 
cəsədini morqdan götürəndə rastlaşdıq. Dostcasına əlini çiy-
nimə  qoyub,  mənə  təsəlli  verdi.  Özümü  saxlaya  bilməyib 
onu qucaqlayıb ağladım. O qalib idi. Sarsılsa da, özünü sın-
dırmırdı. 
– Sənə əsəbiləşmədi? 
–  Daha  əsəbiləşmək  üçün  səbəbi  yox  idi.  Bölüşə  bilmədi- 
yimiz sadəcə Nicat idi və onu da hər ikimiz ölümündən öncə 
itirmişdik. Amma onun ölümündə bütün dostları kimi, o da 
məni günahkar bilir. 
– Əslində mən də bunu  aydınlaşdırmaq istəyirəm. Sənin nə 
günahın  ola  bilər  axı?  Yəqin  ki,  bu  sualın  cavabını  birlikdə 
aydınlaşdıracağıq. Nicatı mən də yaxşı tanıyırdım. Son vaxt-
lar əsəbləri tamam pozulmuşdu. Qızı ilə görüşə bilmirdi, iş-
dən çıxmışdı. Özünə qapanmışdı... 
–Yox,  sən  bilmədiyin  şeylər  var.  Bütün  sadaladığın  şeylərin 
günahkarı mənəm. Mən bir neçə dəfə ona xəyanət etmişdim.  
 


45 
 
 
 
 
 
 
 


46 
 
Aldatmışdım onu. Ev kirayəsini, kredit borclarını ödəyə bil-
mədiyim  üçün  buna  məcbur  idim.  Əslində  bunu  şüurlu  şə-
kildə etmirdim. Başımı itirmişdim. Bir tərəfdən də zövqlü və 
bahalı  geyimlərə  olan  alışqanlığıma  görə  çoxlu  pul  lazım 
olurdu.  Nicat  isə  qazandığının  böyük  hissəsini  qızına  gön-
dərir,  mənə  çox  nadir  hallarda  kömək  edirdi.  Heç  özüm  də 
razı  deyildim  mənə  kömək  etməyinə.  Onu  təmənnasız  se-
virdim.  Amma  yaşamaq  üçün  mənə  pul  lazım  idi.  Bütün 
bunlara görə özünü qınayırdı, narahat olurdu. Mənə dəli ki-
mi bağlanmışdı. Həm də çox qısqanırdı. İlk dəfə xəyanət et-
diyimi biləndə dəliyə dönmüşdü. 
–Yaxşı  Könül,  bunları  sonra  danışarıq.  Bilirəm  ki,  indi  səni 
narahat edən başqa məsələdir.  
–  Əslində  necə  danışacağımı  bilmirəm,  doktor.  Həm  utanı-
ram, həm də yadıma düşdükcə vahimələnirəm. 
– Danışmasan, mən sənə yardım edə bilmərəm. Nicat da sə-
nin  kimi  inadkar  idi.  Yaşadıqlarını  danışmaqdan  utanırdı. 
Yazdığım resepti isə qapıdan çıxan kimi cırıb atırdı. Heç ol-
masa  sən  danış.  Onu  qoruya  bilmədim,  danış,  bəlkə  sənə  
köməyim ola.  
– Harda qalmışdım? 
–  O  gecədən  danışacaqdın.  Deyəsən  nədənsə  qorxmuşdun, 
bax o gecədən... 
 
Könül gözlərini yumub, fikrə getdi... 
 


47 
 

“Sevgi nə qədər böyük olsa,  
kədəri də o qədər böyük olacaq.” 
 
Spinoza 
 
...  İşığı  yandırmağa  qorxurdum.  İşığı  yandıran  kimi 
Nicatın  divardakı  şəkilləri  məni  rahat  buraxmırdı.  Hətta 
otağa  tünd  rəngli  pərdələr  asmışdım  ki,  pəncərədən  otağa 
işıq süzülməsin. O gecə də həmişəki kimi. Yerimə uzandım, 
siqaret  yandırdım  və  gözlərimi  qaranlığa  zillədim.  Otaqda 
ölüm  sükutu  vardı.  Otaq  o  qədər  sakit  idi  ki,  siqaretin  yan-
mağı belə səs salırdı. Boşluqda hiss edirdim özümü. Növbəti 
dəfə  siqareti  dodaqlarıma  yaxınlaşdıranda  əlimdən  yapışdı. 
Əvvəlcə  diksindim,  otaqda  başqasının  ola  biləcəyi  ağlıma 
gəldi.  Çünki  otaq  yoldaşım  hələ  də  evin  açarını  geri  qay-
tarmamışdı. Otaq yoldaşımı səslədim: 
–Sveta, bu sənsən? 
Əlimdən tutan ələ toxunmaq, əlimi onun əlindən çəkmək is-
tədim.  Amma  toxuna  bilmirdim.  Toxuna  bilmədiyim  əl  çox 
qüvvətli idi. Çox cəhd eləsəm də çırpınıb əlindən çıxa bilmə-
dim.  Yavaş-yavaş  boğazıma,  qulaqlarıma  ilıq  nəfəsi  toxun-
mağa başladı. Çığırmaq, köməyə adam çağırmaq istəsəm də 
səsim çıxmadı. Qüvvətli kişi əlləri üstümdəki paltarları cəld-
liklə, tələsə-tələsə soyundurdu. Bu onun üslubu idi. 
– Kimin? 
– Nicatın... Ancaq o bu cür öpürdü. Paltarlarımı heç kəs belə 
soyundurmurdu. 
 
Orxan  key-key  Könülün  üzünə  baxdı.  Qarşısındakı 
stəkana su süzüb, ona uzatdı: 


48 
 
– Könül, su iç və səbirlə danış. Axı Nicat ölüb. Mənə elə gəlir 
ki, onun cənazəsini hətta morqda da sənə göstərdik. Səhv et-
mirəmsə, diqqətlə bədəninə toxundun, sonra da qucaq-ladın. 
Bilirsən,  belə  danışmağın  normal  deyil.  Müəlli-fin  acığına 
gələcək. 
– Bilirəm, Nicat ölüb. Sayənizdə, onun özünü asdığını, dəfn 
olunduğunu,  qəzetlərdə  və  saytlarda  böyük-böyük  yazılar 
yazıldığını  gözəl  bilirəm.  Bunu  unudacaq  qədər  ağlımı  itir-
məmişəm. Onun yaşadığına inanacaq qədər axmaq deyiləm. 
– Könül bu hallüsinasiyadır, ya da buna bənzər vəziyyət. Ola 
bilsin əsəblərin pozulub, qarabasmalardan əziyyət çəkirsən. 
–  Axı  hər  şey  həmişə  olduğu  kimi  idi.  Dodaqlarını  hiss  elə-
dim. Öpüşdük. Dili ilə döşlərimin gilələrini əvvəlki ehtirasla 
oynadırdı.  Ehtirasdan  çılğına  dönmüşdüm.  Əllərini  hiss 
edirdim.  Vaginama  toxunurdu.  İncəliyi  də,  sərtliyi  də  oxşar 
idi. Üstünə çıxdım. Dəli kimi atılıb-düşürdüm. Boşaldım.  
–  Bu  cür  seksual  yuxuları  yeniyetmələr  də  görür.  Səhər  yu-
xudan oyananda özünü necə hiss edirdin? 
–  Səhər  oyananda  paltarlarım  səliqə  ilə  stolun  üstünə  yığıl-
mışdı. O həmişə belə edərdi. Bircə dünən geyindiyim sonun-
cu qara, uzunboğaz corablar yerində deyildi. 
– Anlamadım, axı sən yatağa paltarlı uzandığını, siqaret yan-
dırdığını dedin... Bir də, corabın bura nə dəxli? 
– Məsələ burasındadır ki, siqaret külqabıda söndürülmüşdü. 
Paltarlarım isə stolun üstünə yığılmışdı. Nicat qara rəngli qa-
dın  kolqotqalarının  kolleksiyasını  yığırdı.  Yəqin  bu  barədə 
sənə danşmayıb. 
– Bu ola bilməz. Mümkün deyil. Məncə əsəblərin korlandığı 
üçün,  qarmaqarışıq  yuxular  görürsən.  Yəqin  paltarlarını 
özün çıxarmısan. Siqareti isə söndürdüyünü unutmusan. Co-
rab  məsələsi  isə  bir  az  qarışıqdı.  Mən  onun  belə  bir  kollek-


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə