Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə10/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

39 
 
yəndə, avtobusda, metroda yol gedəndə də əlini buraxmırdı. 
Könüllə  münasibətləri  başlayandan  sonra  Nicat  qızı  üçün  o 
qədər  də  darıxmırdı.  Daha  doğrusu  çalışırdı  ki,  darıxdığını 
Könülə  hiss  etdirməsin.  Könül  onu  ovundurur,  darıxmağa 
qoymurdu. Bu qadından sonra onun həyatında yeni bir mə-
hələ başlamışdı. Orxan Nicatı böyük ümidsizliklə müalicəyə 
başlasa  da,  Könüldən  sonra  proses  olduqca  sürətlə  gedirdi. 
Orxan Nicatın 7-8 aya sağalacağını düşünürdü, amma  o, iki 
ayın  içində  inanılmaz  dərəcədə  dəyişmişdi.  Fobiyaları  de-
mək olar ki, yoxa çıxmışdı. Hə, az qala unudacaqdım. Orxan 
Nicatın nevrotik əlamətlərini hiss etdiyi üçün müayinə etmiş 
və uzun müddətli müalicə yazmışdı. 
Könülü tapmalı, onunla hökmən danışmalı idi.  
Könülün əmlak bürolarının birində çalışdığını bilirdi. 
Amma iş yerinin ünvanını, telefon nömrəsini dəqiq bilmirdi. 
“Yaxşı ki, feysbuk var” – Orxan gülümsündü. Feybukda Kö-
nülə  geniş  və  ətraflı  bir  məktub  yazdı.  İstəmədən  bir  roma-
nın qəhrəmanına, daha doğrusu həmmüəllifinə və qəhrəma-
nına çevrildiyini, özünün də bəzi şeylərlə maraqlandığını ət-
raflı şəkildə izah etdi.  
Əmin idi ki, Könül cavab yazacaq. Hər halda söhbət 
Könülün  intihar  etmiş sevgilisindən  gedir.  Yəqin  Könül  heç 
nəyə baxmayaraq bildiklərini onunla bölüşəcəkdi. 
 
Orxan  Könülə  mesaj  yazdıqdan  sonra  Elxanın  versi-
yaları  üzərində  düşünməyə  başladı.  Yanlışlığı  sübut  olun-
masa belə ehtimallar, versiyalar, suallar, tezislər bir gün tari-
xə  qarışır,  onları  müdafiə  edənlər  toplumdan  uzaqlaşır,  ax-
maqcasına  müdafiə  edənlər  isə  gülünc  duruma  düşürlər. 
Hər  halda  onun  versiyaları  və  sualları  bir  gün  tarix  olacaq. 
Amma  Orxan  nə  toplumdan  uzaqlaşmaq,  nə  də  gülünc  du-


40 
 
ruma düşmək istəyirdi. Sadəcə dostu qarşısında son vəzifəsi-
ni yerinə yetirib onun ölümü ilə bağlı irəli sürülən versiyala-
rı aydınlaşdırmalıydı.  
Axşam  evə  getməyə  hazırlaşanda  Könüldən  mesaj 
gəldi.  Könül  bəzi  problemləri  olduğu  üçün  sabah  onunla 
hökmən  görüşmək  istədiyini  yazmışdı.  Daha  sonra  Spi-
nozadan ağır, qarmaqarışıq bir fikir  əlavə eləmişdi: “Nəyisə 
bilmək  üçün  mən  bilməliyəm  ki,  onu  necə  biləcəm  və  nəyə 
görə bilməliyəm, nəyə görə bilməliyəmi bilmək üçünsə mən 
bilməliyəm ki, nəyi biləcəm və belə... sonsuzluğacan”. 
Orxan  Könülün  yazdıqlarından  heç  nə  anlamasa  da, 
sabah istədiyi vaxt zəng edib, ofisə gələ biləcəyini və telefon 
nömrəsini yazdı.  
 
 


41 
 

 
Seks, insanın sevgi tapa bilmədiyində, 
 əlində olan yeganə təsəllisidir. 
 
(Q.Q. Markes) 
 
 
–  Alaqaranlıq  otağın  vahiməsi  canıma  üşütmə  salsa 
da,  işığı  yandırmadan  əl  havasına  çarpayını  tapıb  yatağa 
uzandım. Nicatın intiharından xeyli keçsə də, onu unuda bil-
mirəm. Deyəsən, bu günahkarlıq hissidir. O özünü asandan 
sonra hər gün özümü onun ölümündə günahkar bilir, qına-
yıram. Ağlamadığım gün olmur. Onun həlim səsi, uşaq göz-
lərinə bənzər məsum və günahsız gözləri gözümün önündən 
getmir.  Dəli-dolu,  romantik,  lazım  olduğundan  daha  artıq 
duyğusal  Nicatı unutmaq cəhənnəm əzabından betərdi.  
Çantamı eşələyib siqaret çıxardım. Alışqanın işığında 
külqabını  çarpayının  altından  götürüb  stulun  üstünə  qoy-
dum.  Evdən  və  yatağımdan  dəhşətli  siqaret  qoxusu  gəlirdi. 
Nicatın  ölümünə  qədər  ara-sıra,  nikotini  az  olan  siqaretlər 
çəksəm  də,  o  dünyasını  dəyişən  gündən  bu  yana  hər  gün 
onun  çəkdiyi  ağır  siqaretdən,  onun  çəkdiyi  qədər  çəkirdim. 
İşlədiyim  barda  məni  rəfiqələrim  “Külqabı”  çağırmağa  baş-
lamışdılar. 
 
– Necə, sən barda işləyirsən? – Orxanın heyrətdən ağzı açıq 
qaldı. 
…Eyni zamanda romanın müəllifi bu məqamda xeyli təəc-
cüblənir.  Əgər  imkanı  olsaydı  burda  kədərli  şeir  guppuldadardı. 
Sadəcə  susmaq  və  kədərlənmək,  bir  az  da  müdrik  görünmək  xa-
tirinə heyrətini boğur… 


42 
 
 
 
 
 
 
 
 
 


43 
 
Könül  hönkürüb  əlləri  ilə  üzünü  tutdu.  Orxan  onu 
sakitləşdirmək  üçün  stəkana  su  süzüb  ona  uzatdı.  Könül 
uşaq kimi çiyinləri atıla-atıla hönkürürdü. Təxminən 6-8 də-
qiqədən sonra Könül əllərini üzündən çəkib, sakitləşdi. Göz-
lərinin  daha  canlı  görünməsi  üçün  çəkdiyi  kosmetika  ya-
naqlarına  yayılmışdı.  Orxan  indi  fikir  verdi  ki,  onu  ilk  gör-
düyü  gündən  bu  yana  dəhşətli  dərəcədə  dəyişib.  Könül  qə-
fildən ağlamağa başladığı kimi, qəfildən də susdu. Çantasını 
açıb  güzgüsünü  çıxartdı  və  yaş  dəsmalla  üz-gözünün  kos-
metikasını,  dodaqlarının  boyasını  sildi.    Orxan  sakitcə  onu 
müşahidə  edirdi.  Əslində  Könülün  harda  işləməsinin  onun 
üçün əhəmiyyəti yox idi. Sadəcə aylar öncə tanınmış bir ya-
zarın sevgilisi olan, əmlak bürosunda çalışan, normal qazana 
bilən  qadının  indi  barda  işləməsi  onu  təəccübləndirmişdi. 
Könül çantasını bağlayıb, dik-dik Orxanın üzünə baxdı: 
– Bəli, barda fahişəlik edirəm.(Fahişəlik qədim və ciddi peşə-
dir.)  Narahat  olma,  buralarda  məni  tanıyan  müştərim  yox-
dur. 
– Axı bu necə ola bilər? – Orxan sual verməkdən özünü sax-
laya bilmədi. 
–  Bu  uzun  hekayədir.  Sənə  onsuz  da  hər  şeyi  danışacağam. 
Amma indi problemim var və bu problem mənə çox əziyyət 
verir. Köməyinə ehtiyacım var. 
– Yaxşı Könül, bu barədə sonra danışarıq. Sən söhbətinə da-
vam elə. 
– Hə doktor, mən Nicatın içdiyi qədər içir, onun çəkdiyi qə-
dər çəkirəm ki, rahat olum. Ona olan borcumu bu yolla ödə-
məyə  çalışıram.  Nicatın  məndən  əvvəl  sevdiyi  yazar  qadın, 
onun  kompüterini  ekspertizadan  götürüb,  yarımçıq  qalmış 
əsərlərini  tamamlamağa  çalışır.  Kimsə  haqqında  nekroloq 
yazdı, məzarı üstündə ağladı. Roman yazmaq istəyən də var, 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə