Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə13/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

54 
 

 
"Qadınların qoruyacaqları yeganə sirr
 bilmədikləri sirrdir" 
 
Gənc  və  perispektivli  yazar  Elxan  yuxudan  oyanan 
kimi  əlini  atıb  telefonu  götürdü.  Axşam  Könülə  dalbadal 
dörd-beş  mesaj  yazsa  da  ondan  cavab  gəlməmişdi.  Əsəbi 
halda telefonu kənara atıb, viski şüşəsini açdı. Şüşədəki vis-
kini  başına  çəkib,  sancılanan  mədəsini  qucaqlayıb  yatağa 
uzandı. Nicat haqqında roman yazmağa qərar verəndən son-
ra  gecə-gündüz  içirdi.  Heç  bir  roman  personajı  bu  lotuluğu 
edə  bilməz,  vallah.  Elxan  ayrı  aləmdi.  Əslində  roman  yaz-
maq  haqqında  qərara  gəlməmişdən  öncə  də  içirdi.  Özü  də 
necə  gəldi.  Acqarna,  yuxudan  qalxıb,  yatmamışdan  əvvəl... 
İçməkdən mədəsini xəstə salmışdı. Nicatla ünsiyyəti olan qa-
dınlarla  tanışlıq  arzusu  onun  planlarının  bilinməyən  hissəsi 
idi, amma əsas məqsədi, əlbəttə roman yazmaqdı. Belə rahat-
hulqum mövzu bir də hardan əlinə düşəcəkdi? Bu romanda 
bir-birindən  maraqlı  sevgi  əhvalatlarını  uydurmağa  isə  eh-
tiyac  yox  idi.  Nicat  sağlığında  həmişə  Elxanla  məzələnirdi: 
“Sevgidən  yazmaq  üçün  sevmək  lazımdır.  Ya  da  sevənlərin 
hekayələrini  dinləmək”.  Hər  içki  məclisindən  sonra  Nicat 
onu  özündən  çıxarmaq  üçün  yaşadığı  macəralardan  birini 
bəzək-düzəkli formada danışardı. Elxan Nicatı maraqla din-
ləsə  də,  əsəbiləşib  özündən  çıxırdı.  Bilirdi  ki,  Nicat  məhz 
onunla  məzələnmək  üçün  bu  hadisələri  danışır.  Nicat  haq-
qında  yazmağa  qərar  verəndə,  əmin  idi  ki,  onun  köhnə  ta-
nışlarının  üç-dördünü  yoldan  çıxarmağı  bacaracaq.  Yazmaq 
üçün ona içki və qadın lazım idi. İçkini birtəhər tapardı, qa-
dın  məsələsində  isə  Nicatın  “sevgililəri”  dadına  çatacaqdı. 


55 
 
Öz  sirrini  Elxana  etibar  edən  qadın,  onun  üçün  potensial 
qurban  sayıla  bilərdi.  Hansısa  qadının  sevgi  macərası,  son-
rakı mərhələdə Elxanın şantaj vasitəsi idi. Fikirləşirdi ki, heç 
nə tapmayanda, Nicatın köhnə sevgilisini romanında öz adı 
ilə  təqdim etməklə qorxutsun.  
Bu  yerdə  romanın  müəllifi  ah  çəkib,  ikiəlli  başına  bir  qapaz  iliş-
dirir. 
 
Elxana elə gəlirdi ki, heç kəs intihar etmiş gənc şair haqqında 
yazılan romanda şairin qısa müddətli sevgilisi obrazında ol-
maq isəməz. Elxan dərk etmirdi ki, heç kəs ona Nicatla ara-
larındakı  münasibəti  danışmağa  da  asanlıqla  razı  olmaz. 
Amma israrlı idi.  
 
*** 
 
 
Elxan Daşdəmir. Əvvəlcə bu gənc və perspektivli ya-
zıçını  yaxından  tanıyaq.  27  yaşı  var.  Rayonların  birində  do-
ğulub. İxtisasca avaradır. Saysız-hesabsız şeir kitablarının və 
romanların  müəllifidir.  İstedadsızlığında  israrlıdır.  Sona  qə-
dər  necə  yazmamağın  mümkün  olduğunu  göstərmək  üçün 
yazmaqda  qərarlıdır.  Adamayovuşmaz  və  qaraqabaqdır. 
Universitetdə dərs deyir. Dərs deməyi avaraçılığına mane ol-
mur. Uğursuz sevgi hekayələrini qələmə alan bu gənc yazıçı-
nın  romanları  mühitdə  çox  populyardır.  Xüsusən  də  qadın-
larla  ünsiyyət  qurmaqda  çətinlik  çəkən  gənclər  onun  daimi 
oxucusudur. Elə-belə, oxuyub məzələnmək üçün onun kitab-
larına  maraq  göstərənlər  də  var.  Elxan  ədəbiyyatda  yenilik-
lər  etdiyini  hər  yerdə  danışsa  da,  onu  etdiyi  yeniliklərdən 
ancaq özü xəbərdardır. Yəni, heç bir tənqidçi bu barədə heç 
nə yazmayıb. Ədəbi tənqid bu perspektivli gəncə biganədir. 


56 
 
Dediyinə  görə  Nobelə  iddialıdır.    Şeirləri  söz  yığınını  xatır-
latsa  da,  “sevgi  yanıqları”nın  dillər  əzbəridir.  O  iddialıdır. 
Heç kəslə yola getmədiyi üçün yazılarını ancaq üçüncü dərə-
cəli saytlar  çap  edir. Mərhum Nicatla çoxdan tanışdır. Elxa-
nın  dediyinə  görə  Nicatla  birlikdə  çox  içiblər.  Hətta  Nicatın 
içməyi  haqqında  danışanda  xoşagəlməz  bir  ifadə  işlədir  –  
“Şair eşşək kimi içirdi”. 
 
 
Hələlik bu qədər... 
 
 
Bəli,  Elxan,  Nicatı  çox  yaxından  tanıyan  insanlardan 
biridir.  Bir  neçə  dəfə  mənasız  məsələlərə  görə  mübahisə  et-
sələr  də,  ikisinin  də  içindəki  səmimiyyət  küsülü  qalmaqla-
rına  imkan  verməyib.  Elxan  kənd  uşaqlarına  xas  səmimiy-
yəti  qoruyub-saxlamağı  bacaran  əyalət  uşaqlarındandır.  Sə-
mimi  və  saf  xarakteri,  dəli-dolu  hərəkətləri  onu  yaxın  çev-
rəsinə  sevdirməyi  bacaran  nadir  xüsusiyyətlərdəndi.  Elxanı 
seksual manyak hesab edənlər də var. Biri elə doktor Orxan. 
O hesab edir ki, Elxanın feysbukda yazdığı statuslar seksual 
pozğunluğu  olan  insanlara  məxsus  əlamətlərdir.  Orxan  hər 
dəfə Elxana “ilişəndə” onu “qadın düşməni” adlandırır. Qa-
dınlarla  normal  münasibətə  girə  bilmədiyi  üçün,  Elxan 
onları aşağılamaqdan zövq alır. Onu yaxından tanıyanlar da 
deyir ki, Elxanın qadınlarla ünsiyyət məsələsində ciddi prob-
lemi var. Əslində bu bizi qətiyyən maraqlandırmır.  
 
 
Elxan  haqqında  ona  görə  uzun-uzadı  danışırıq  ki,  o  növ-
bəti  romanını  yazıçı  həmkarı  Nicata  həsr  etməyi  düşünür.  Yəni 
mənim çörəyimə bais olmaq istəyir. Əziyyət çək süjet düşün, stuk-
tur qur, mövzu tap, axırda da personajlardan biri başlasın lotuluq 
eləməyə. 


57 
 
 
Nicatın ölümündən sonra bərk sarsılanlardan biri də 
Elxandı.  Onun  üzüntüsü  digərlərindən  fərqlidi.  O,  səmimi 
üzüntü yaşasa da, bu hadisəni əsərində yazmaq, Nicatın sev-
gi qurbanı olduğunu isbat etmək niyyətindədi. Nə deyək, xe-
yirli olsun. Amma xatırlatmaq yerinə düşərdi ki, Elxan qətlə 
yetirilmiş  yazıçı  Rafiq  Tağı  haqqında  da  roman  yazacağını 
bəyan  etmişdi.  Amma  nədənsə  o  romandan  səs-səmir  yox-
du.  Digər  bir  tərəfdən,  biz  əziyyət  çəkib  Orxanın  araş-
dırmalarını qələmə aldıqca romanımız da yazılmış olur. Son-
ra yəqin ki, bu qaralamanı Elxana ötürəcəyik və hazır mate-
realları bədiiləşdirmək onun üçün asan olacaq. Təbiri caizsə, 
Elxan bizim xarabalıqlarımız üzərində malikanə ucaldacaq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə