Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə15/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

63 
 
elədi  ki,  gümrahlaşır.  Çayını  götürüb  otağa  keçdi.  Yatağa 
uzanıb  telefonu  əlinə  götürdü.  Dünəndən  vaxt  tapıb  oxu-
madığı SMS-lərə göz atdı. Yenə də Elxan... 
“Bu  əclaf  lap  ağını  çıxarıb.  Oğraş  elə  bilir  ki,  ağzına 
gələni yazmaqla məni yoldan çıxaracaq. Nicat sağlığında hə-
mişə səninlə məzələnirdi. İndi də sən onun haqqında roman 
yazmaq istəyirsən. Bu da taleyin növbəti ironiyası.” 
SMS-ləri telefonundan silib üzünü yastığa sıxdı. Yor-
ğun olsa da, yuxusu qaçmışdı. Nicatın cingiltili səsi qulaqla-
rına gəldi. “Toppuş, evdə tək olanda pəncərəni bağla, kürə-
yini açıq qoyma. Yorğana bərk-bərk bürün.” 
Könül özünü saxlaya bilmədi. Hönkürdü... 
 
Bu  məqamda  Könülün  hönkürməsi  bir  müəllif  kimi  məni 
də kövrəltdi. İt qızı, it... 
 
 


64 
 
11 
 
“Bir kişilə xoşbəxt olmaq istəyirsənsə, onu anla, 
sevməsən də olar. Bir qadınla xoşbəxt olmaq istəyirsənsə 
onu sev, anlamasan da olar.” 
 
Paulo Koelyo 
 
 
Günlər  bir-birini  əvəz  elədikcə  Nicatın  ölümü  unu-
dulurdu. Dostları onu çox nadir hallarda xatırlayır, yada sa-
lırdı. Könülün isə  vəziyyəti tam  fərqliydi. Hər gün daha çox 
əzab çəkdiyini, darıxdığını hiss edirdi. Nicatın geniş sinəsinə 
başını söykəyib yatdığı günlərin xatirəsi gözlərinin qarşısın-
dan  getmirdi.  Bəzən  saatlarla  yan-yana  uzanıb  susduqlarını 
xatırlayırdı.  Hər  sevişmədən  sonra  bir-birlərinə  sarılıb  yat-
maları sanki illər əvvəl baş vermişdi. Nə Nicata qədər, nə də 
Nicatdan  sonra  bu  qədər  xoşbəxt  olmamışdı.  Ya  da  ona  elə 
gəlirdi.  Bütün  insanlar  kimi  itirdiklərinə  sonradan  qiymət 
verməsi onu çox incidirdi. Yan-yana yatmağın niyə bu qədər 
rahatlıq  gətirdiyini  özü  üçün  açıqlaya  bilmirdi.  Amma  çox 
rahat idi.  
Nicatı  xatırlamaq  əzab  verirdi.  Həqiqətən  də  əlində 
olanın  qiymətini  bilməmişdi.  Üstəlik  onu  əbədi  olaraq  itir-
mişdi.  Onunla  birlikdə  xoş  günlərini,  rahatlığını,  xoşbəxtli-
yini  itirmişdi.  Bir  vaxtlar  Nicatdan  ağızdolusu  danışan 
dostlarının  indi  onu    unutması  və  intihar  etmiş  bir  dostun 
keçmiş  sevgilisini  ələ  keçirməyə  çalışmaları  da  onu  narahat 
edirdi.  Bu  qədər  insafsızlıq  gözləmirdi.  “Axı  bunlar  hamısı 
ədəbiyyat adamıdır. Nicatla birlikdə onların həyat haqqında 
dərin  və  mənalı  fikirlərini  çox  dinləmişəm.  Hətta  çoxusu 


65 
 
mənə  “bacı”  deyirdi”.  Könül  nə  baş  verdiyini  anlamağa  ça-
lışırdı.  Hələ  Elxan  Daşdəmir...  Gijdıllağ  özünü  yazıçı  hesab 
edir.  Bir  ay  əl  çəkmədi.  “Nicatdan  danış,  sizin  sevginizdən 
roman yazacağam, onun intihar etmədiyini, öldürüldüyünü 
sübut  edəcəyəm”-  dedi.  Sonra  da  məlum  oldu  ki,  daha  ro-
man  yazmaq  istəmir.  Artıq  Nicatın  intihar  edib-etməməsi 
onu  maraqlandırmır.  Nicatın  köhnə  tanışlarından  Türkanı 
tora  salıb.  Hərdən  bulvarda  birlikdə  görünürlər.  Amma  de-
yəsən  Türkan  da  onunla  yatmaq  istəməyib.  Bədbəxt  adam, 
qadınla necə münasibət qurmaq lazım olduğunu bilmir, am-
ma sevgi romanı yazır. 
Könül Nicatla ayrıldıqdan sonra yaşadıqlarını xatırla-
dı.  Nicat  onu  hamıdan  qorumağa  çalışırdı.  Əri  ilə  ayrıldıq-
dan sonra ərinin bütün dostları onu ələ keçirmək üçün yarışa 
girmişdi. Könül əsl Şərq qadını idi və bu Şərq adlı xarabada 
kök və dul qadınlar hər zaman cazibədar hesab olunur. 
Mühafizəkar  mühitdə  böyümüşdü.  Könül  əvvəllər 
hicab bağlasa da, sonradan namaz qılmaqdan, oruc tutmaq-
dan  bezmişdi.  Ərinin  dostlarına  qoşulub  içməyə  başladığı 
günləri həmişə nifrətlə xatırlayırdı. Anlaşılmaz bir istək onu 
içkiyə,  siqaretə  doğru  itələyirdi.  Nicat  isə  onun  içməyini  is-
təmirdi.  
“Yox, bu xatirələr mənim sonuma çıxacaq. Gərək Or-
xanla görüşüm. Deyəsən o da fikrindən dönmək istəmir. Da-
nışsam həm özüm rahat olaram, həm də Orxana faydam to-
xunar.  Ya  da  heç  olmasa  müvəqqəti  olaraq  başını  qatım...” 
Könül özüylə danışa-danışa Orxanın vizit kartını çıxardı. Sə-
birlə nömrəni yığdı. Telefonda Orxanın yorğun səsi eşidildi. 
– Buyur Könül.  
– Necəsən doktor, narahat etmədim ki? 


66 
 
–  Yox,  nə  narahatlıq.  Axı  sənə  demişdim  ki,  istədiyin  vaxt 
mənə zəng edə bilərsən. Səhhətin necədi? “Xəyalət məsələsi” 
nə yerdədir?- Orxan Könülün bir neçə ay əvvəl yaranmış na-
rahatlığını yada saldı. 
– Çox sağ ol, doktor. İndi özümü çox yaxşı hiss edirəm. Qə-
rar verdim ki, danışım. Amma təkcə Nicatla olan münasibə-
timi yox, bütün yaşadıqlarımı danışmaq istəyirəm. Toparlan-
mağa, düzgün qərarlar verməyə ehtiyacım var. 
Həftəsonu görüşək. Keçən dəfə dediyin söz mənə çox 
təsir  etdi:  “Sadəcə  heç  bir  gözləntisi  olmayan  xoşbəxtlər  və 
ümidini  itirmiş  çarəsizlər  danışmaqdan  imtina  edə  bilər”.  
Mənim durumum hansına uyğun gəlir bilmirəm, amma da-
nışmaq istəyirəm. 
–  Hər  halda  bu  sənin  özün  üçün  faydalı  olacaq,  zənnimcə. 
Mən  psixiatram  və  həvəskar  şəkildə  psixoanalitika  ilə  məş-
ğul oluram. Hər halda səni ümidsizlikdən və ruh düşkünlü-
yündən xilas etmək istəyirəm. Bəlkə də romanımızın qəhrə-
manı Nicatın intihar səbəblərini də tapa bildik. 
– Roman??? 
–  Nə  isə...  Gör  nə  deyirəm,  neçə  gündür  Nicatın  illər  öncə 
yazdığı  intihar  cəhdləri  haqqında  yazıları  oxuyuram.  Dəfə-
lərlə intihara cəhd edən adamın nəhayət ki, bu işi bacarmaq, 
intihar  etmək  ehtimalı  böyükdür.  Üstəlik    10  il  öncə  Nicata 
qoyulmuş qəribə diaqnozu əldə etmişəm, “İsterik aksentləş-
miş şəxsiyyət”. Bu diaqnozu təxminən 10 il əvvəl, hərbi hos-
pitalın  baş  psixiatrı  qoyub.  Artıq  bütün  ehtimallar  onun  öl-
dürüldüyünü inkar edir.  
– Məncə qərar verməyə tələsmə. Mənim şübhələrim var.  
–  Yox,  mən  qətiyyən  tələsmirəm.  Ümid  edirəm  ki,  araşdır-
malarımın  bir  nəticəsi  olacaq  və  vicdanım  rahat  şəkildə  Ni-
catın qəbrini ziyarət edəcəm. 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə