Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə16/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

67 
 
– Doktor, söz ver ki, məni də onu ziyarət etməyə aparacaq-
san. 
–  Əlbəttə.  Araşdırmalarımız  bir  nəticə  versin,  sonuc  əldə 
edək,  mütləq!  Amma  öncə  onun  ölüm  səbəblərini  bacardı-
ğım qədər daha dərindən araşdırmalıyam. Əgər intihar edib-
sə, səbəblərini, öldürülübsə, qatilini tapmalıyam. 
– Elə isə həftə sonu görüşürük! 
– Gözləyəcəm! Hələlik! 
 
Könül  Orxanla  danışdıqdan  sonra  azacıq  da  olsa  ra-
hatladı. Nicat ondan ayrılandan sonra çox çətin günlər yaşa-
mışdı. Romanda onun qəhrəman kimi peyda olmağı təsadüfi 
deyildi.  Ayrıldığın  qadını  bir  yolla  bitirmək  lazım  gəlir.  Ya 
şeirlərdə, ya hansısa yazıda, ya da içki şüşələrinin dibində... 
Könül olanlarda özünü günahkar hiss edirdimi? Bunun bizə 
qəti  dəxli  yoxdur.  İnsan  sevir,  yorulur  və  ayrılır.  Bildiyimiz 
odur ki, həyat onun üçün də xoş keçməyib. Ağrıları, əzabları 
çox  olub.  Deməli,  təkcə  bir  şairin  ölümü  yox,  bir  yüngül 
əxlaqlı qadının da hekayəsi oxucuya maraqlı ola bilər... 
 
 
 
 
 
 
 
 


68 
 
12 
 
"Qadın anlamaq üçün yox,  
sevilmək üçün yaradılıb".  
Oskar Uayld 
 
Şənbə günü Könül yenidən Orxana zəng elədi. Nica-
tın  çox  sevdiyi  gürcü  kafelərindən  birində  görüşməyə  qərar 
verdilər.  Hazırlaşmağa  başladı.  Axşam  səkkizə  qədər  vaxtı 
vardı. Bara vaxtında getməyəndə söz-söhbət yaranırdı. Müş-
tərilərin  çoxusu  onu  arzulayırdı.  Əvvəlcə  müştərinin  cib-
lərini  yaxşıca  ”təmizləyib”-  viski,  Red  Bull    sifariş  edir,  he-
sabı  müştəriyə  “yüklədikdən”  sonra  onu  ya  tanış  saunaya 
getməyə razı salır, ya da qiymət oxuyub yola verirdi. Bu “ba-
zarlıq”da  saunanın,  bar  sahibinin  və  taksi  sürücüsünün  xü-
susi  qazancı,  Könülün  isə  müəyyən  faizi  olurdu.  Bədənini 
satan  Könül  olsa  da,  ondan  başqa  hamı  yaxşıca  qazanırdı. 
Bu, bar fahişələrinin oxşar taleyi idi... 
Nicatın sağlığında kiçik mübahisələri düşmüşdü. Ni-
cat  ayrılmağı  təklif  edəndə  Könül  özündən  çıxmış,  səbəbsiz 
yerə  onu  fahişə  olacağı  ilə  hədələmişdi.  Nicat  Könülün  bu 
qəfil hədə-qorxusundan əvvəlcə əsəbləşmiş, sonra uşaq kimi 
ağlamışdı. Könülə qəribə görünmüşdü bu dəli-dolu oğlanın 
uşaq  kimi  ağlamağı.  Sonra  ona  verilən  dəyəri  başa  düş-
müşdü  Könül...  Nicatın  boynunu  qucaqlayıb  sakitləşdirmiş, 
bir  daha  belə  danışmayacağına  söz  vermişdi.  O  gecə  Nicat 
ona  fahişələrin  işgəncəli  həyatından,  bir-birindən  fərqlən-
məyən  hekayələrindən  danışmış,  Könül  heyrətlə  onu  dinlə-
mişdi.  Qorxmuşdu.  Diksinmişdi.  Nicata  söz  vermişdi  ki,  nə 
olur olsun, belə iyrənc həyatı seçməyəcək. 
 


69 
 
 
 
 
 
 
 
 


70 
 
 
Ancaq  Nicata  verdiyi  sözü  tuta  bilməmişdi...  3  gün 
pulsuz qalan kimi nəinki bu barədə düşünmüş, hətta heç nə 
fikirləşmədən  evlərinə  yaxın  barların  birinə  yollanmış,  qar-
şısına  çıxan  ilk  müştərinin  təklifini  qəbul  etmişdi.  Sonra  isə 
bar sahibi onu tora salmağı, özünə borclu etməyi bacarmışdı. 
Könülə elə gəlirdi ki, bu işlə məşğul olmağa məcburdu. 
 
...İcazə verin bu məqamda zəruri bir fikiri sizinlə bölüşüm. 
Əslində  Könülün  bar  fahişəsinə  çevrilməsi  uzun  prosesdir.  Yenə 
belə tez-bazar nəql eləməyimə baxmayın. Bu çox ağır və kədərli he-
kayədir.  Müəllif  olaraq  bu  qədərini  yetərli  hesab  etdim.  Oxucunu 
sonsuz kədərə qərq edib yükləmək insafsızlıqdır. Amma söz verirəm 
ki, nə vaxtsa sizə bir fahişənin həyat hekayətini danışacağam. Belə 
pis çıxmasın, sözümün üstündə duran oğlanam... 
 
...Deyilən  saatda,  vədələşdikləri  yerdə  görüşdülər. 
Orxan gürcü şərabı və kupati, Könül isə pivə və xaçapuri si-
fariş  verdi.  Sifarişləri  gələnədək  ikisi  də  susdu.  Orxan  tele-
fonu qurdalayır, Könül siqaret sümürürdü. Orxan təsadüfən 
onun çəkdiyi siqaretə baxdı – Nicatın uzun illər istifadə etdi-
yi populyar marka idi. Orxan ürəyində Könülün bu səfehli-
yinə istehza elədi... 
Sifarişlər gəldikdən sonra Könülün dili çözüldü. San-
ki  hekayə  danışırmış  kimi,  söhbətə  başladı.  Orxan  söhbətin 
ağır  keçəcəyini  anlayıb,  Könülün  siqaretindən  birini  götür-
dü. Söhbətin uzun və təsirli olacağı şübhəsizdi. 
 
...  Balacaboy,  tösmərək,  saçları  vaxtından  əvvəl  sey-
rəlmiş,  ucuz  paltarlar  geyinən  qəribə  bir    adamdı.  Tanıyır-
dın...Oturub  söhbət  edəndə  siqareti-siqaretə  calayırdı.  Da-
nışanda tez-tez sözünü yarıda kəsib siqaret yandırar, aradakı 


71 
 
fasilədə  isə  heç  kəs  danışmazdı.  Maraqlı  və  səlis  danışırdı. 
Narazı  uşaq  səsinə  bənzəyən  cır  səsi  adamın  əsəblərini  qı-
dıqlayırdı.  Nicatı  yaraşıqlı  kişi  hesab  eləmək  olmazdı,  özün 
də bilirsən. Amma xarizmatik görkəmi vardı. Bir az rəssam-
lara, bir az da avaralara bənzəyirdi. Baxışları bir yerdə qərar 
tutmurdu;  gah  həmsöhbətlərinə,  gah  tavana,  gah  da  yarım-
çıq içki şüşəsinə baxardı.  
Əvvəllər  heç  fikir  verməmişdim,  amma  sonra  hiss 
elədim  ki,  içəndən  sonra  gözlərimdən  gözünü  çəkmir.  İndi 
adını  unutduğum  gecə  klublarının  birində  tanış  olmuşduq. 
Ailəvi  tanışlarımız  çox  olduğundan,  ilk  günlər  o  qədər  də 
diqqətimi  çəkməmişdi.  Amma  ərimin  onunla  söhbəti  tut-
muşdu. O da mənim zavallı ərim kimi, uşaqlığını ağır keçir-
mişdi və bu barədə danışanda gözündəki kədər daha da də-
rinləşirdi. Ərimlə münasibətləri olduqca yaxşı idi. Hətta de-
yərdim  ki,  ərim  onun  söhbətləri  üçün  sino  gedirdi.  Tez-tez 
evə dəvət edirdik. Çəkingəndi və bizdə özünü utancaq uşaq 
kimi aparırdı. Corabı çox vaxt deşik olurdu və bu deşikdən 
görünən  baş  barmağını  ciddi-cəhdlə  gizlətməyə  çalışırdı. 
İçəndə  çox  danışırdı  və  tez-tez  gözlərində  yaş  parıldayırdı. 
Lənətə gəlsin, deyəsən gözləri çox xoşuma gəlmişdi... 
Kədərli,  üzüntülü,  illərin  yorğununu  xatırladan,  hər 
şeydən bezgin adam idi, ya da mənə belə gəlirdi. Amma ina-
nın,  gözləri  çox  gözəldi...Qalın  şüşəli  eynəyinin  altından 
qəhvəyi  gözləri  uşaq  məsumluğu  ilə  elə  parıldayırdı  ki,  on-
lara bir neçə saniyədən artıq baxa bilmirdim. 
 
 
 
 
 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə