Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə24/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   20   21   22   23   24   25   26   27   ...   39

101 
 
yətimizə  faydası  toxunardı.  Amma  imkan  vermədilər,  daha 
doğrusu vermədik. Ya elə, ya belə...  
“Nicatın  ölümündə  bu  hansısa  səfeh  məmurun  bar-
mağı var. Mən bütün qəlbimlə buna inanıram.” – Bax bu cür 
düşünəcək  qədər  siyasiləşmək  olmaz.  Xahiş  edirəm  mənim 
romanımı siyasiləşdirməyin. İmkan verin, işimizi görək. 
Orxan  mətbəxə  keçib  özünə  tünd  kofe  hazırladı.  Bu 
gecə  sonuncu  intihar  cəhdi  haqqında  yazını  oxumalı,  sabah 
isə Nicatın dostları ilə görüşməliydi. Uzun müddətdi onlar-
dan  xəbər  yox  idi.  Orxan  özü  təşəbbüs  göstərmək,  Nicatın 
köhnə  dostlarını  bir  araya  gətirmək  niyyətində  idi.  Mən  isə 
buna imkan vermərəm. Çünki, romanı məsuliyyətlə tamam-
lamaq  üçün  faydalı  işlərlə  məşğul  olmaq  lazımdır.  Nicatın 
dostları istədikləri vaxt görüşür, yeyib-içməyə də vaxt tapır. 
Qısası,  romanda  icazəsiz  hərəkət  edən  personajı  atacam 
bayıra.  Orxan,  yadında  saxla  ki,  heç  kəs  əvəzedilməz  deyil. 
Səni  bir  cümləyə  aşırdaram.  Yerinə  də  lazım  gəlsə  Ağabəy 
Sultanovu dirildib gətirərəm!  
Orxan  məzlum-məzlum  yazı  masasının  arxasına  ke-
çib,  komputeri  işə  saldı.  Ana  səhifədəki  “nicat_aslan”  qov-
luğunu açıb, axtardığını tapdı. Kofedən bir udum içib, üz gö-
zünü turşutdu və səbirlə, beynində ən xırda detalları analiz 
edə-edə yazını oxumağa başladı.  
 
“...O  gün  bərk  sərxoş  idim.    Bütün  yaxın  dostlara  mesaj 
yazanda  da,  telefonu  söndürəndə  də,  biləklərimi  kəsəndə  də  ağlım 
başımda  deyildi...  O  gün  yaşamaq  üçün  bir,  ölmək  üçün  bir  neçə 
səbəbim vardı. Ölmək üçün çoxlu səbəbim olsa da, ölməyə cəhd elə-
səm  də  ölmədim.  Görünür  həyatımda  daha  çətin,  daha  qar-
maqarışıq günlər olmalı, daha çox əzab çəkməli və bu sətirləri yaz-
malı idim. 


102 
 
Sonuncu  intihar  cəhdim...  daha  doğrusu  hələlik  sonuncu 
intihar  cəhdim  haqqında  yazmaq  qərarına  gəldiyim  an  kənddəki 
evimizdəyəm.  İlk  dəfə  intihara  cəhd  elədiyim  şabalıd  ağacının  al-
tında  bir  siqaret  çəkib,  ilk  intihar  cəhdimdən  sonra  gözlərimi  aç-
dığım  otaqdayam...  Evimiz  tamam  dəyişib.  Uşaqlığım  və  ye-
niyetməliyimlə  bağlı  heç  bir  iz  tapa  bilmirəm  evimizdə.  İllər  acı-
masız  davranıb.  Bağımızda  indi  mən  əkdiyim  meyvə  ağacları  bar 
verir.  Mənim  meyvə  dərib  yediyim  ağacları  isə  çoxdan  doğrayıb 
odun  ediblər.  Qızımı  bir  neçə  günlük  yanıma  gətirmişəm.  Bütün 
həyət  onun  səs-küyü  ilə  dolub.  Komputer  qarşısında  oturub  onun 
şən səsindən kövrələ-kövrələ kədərli keçmişimi çözələyirəm. 
Universitetin III kursunu bitirəndə valideyinlərimin istəyi 
və israrı ilə evləndim. 
Onsuz da gec-tez bu olmalı idi, çünki artıq ikinci il idi ki, 
nişanlanlıydım.  Ancaq  elə  toy  gecəsi  atamla-anam  bizim  gərdəyə 
girdiyimiz otağın pəncərəsi önündə mübahisə etdilər. Mövzu yenə 
də atamın “gəzdiyi” qadın idi. Elə o gündən həyatımın bütün ni-
zamı  yenidən  pozuldu.  Yeni  dərs  ili  başlayanda  şəhərə  qayıtdım. 
Kirayə  qaldığım  evə  yaxın  bir  internet  klub  icarəyə  götürüb  həm 
oxumağa,  həm  də  işləməyə  başladım.  Ancaq  alınmırdı,  həyatımı 
qurub,  işlərimi nizama sala bilmirdim. Üç ay içində xeyli ziyanla 
evimizə-kəndə qayıtdım. Bacım yenicə ailə qurmuşdu. 
Toydan sonra atamın da xeyli borcları olduğu üçün dekabr 
ayında  ümidsiz  bir  halda  bizə  –  mənə  və  həyat  yoldaşıma  qapını 
göstərdi: 
– Gedin, həyatınızı qurun, mənim sizin ailənizə baxacaq qədər im-
kanım yoxdur. 
Həyat yoldaşım hamilə idi. 
Əynimizdə yay paltarları avtovağzalda düşəndə ikimiz  də 
soyuqdan  tir-tir  əsirdik.  Onu  atasıgildə  yerləşdirib  ev  axtarmağa 
başladım. Ümidimiz nənəmin 60 manatlıq təqaüd kartı idi. 


103 
 
Bir  də  mənim  “zərbəçi”  təqaüdüm  vardı.  İki  gün  parkda, 
bir gün də türk dostumun evində qaldım. Dördüncü gün ucuz bir 
ev kirayələdim və ora köçdük. Yeməyə ancaq  yavan çörəyimiz  var-
dı. Bütün imkansız və çətin günlərim baş qaxıncı  olmuşdu mənə. 
Səbir eləməkdən başqa yolum yox idi. Borclarım isə o qədər çox idi 
ki, onu qaytara biləcəyimi qətiyyən düşünmürdüm. 
Universiteti  bitirməyimə  bir  neçə  ay  qalmış  jurnallardan 
birində  iş  tapdım.Təsadüfən  tapdığım  iş  mənim  sonrakı  həyatıma 
da  xeyli  təsir  etdi.  Qeyri-ciddi  jurnalistika  ilə  məşğul  olan  böyük 
bir  şəbəkənin  içindəydim.  Tərcümə  fəaliyyətim  çörək  pulu  qazan-
maq üçün yeganə vasitə idi.
 
Universitetdə diplom müdafiəsinə ha-
zırlaşdığım  günlərdə  qızım  dünyaya  gəldi.  İşlədiyim  üçün  borc-
larım azalmışdı.” 
 
...Orxan  bu  əhvalatları  daha  geniş  variantda  eşit-
mişdi.  “Reket”  jurnalistlərlə  birlikdə  çalışmaq,  ailəni  dolan-
dırmaq üçün həm oxuyub, həm də jurnalistikanı gözdən sa-
lan ünsürlərlə birlikdə hərəkət etməyim Orxana pis təsir et-
mişdi... 
 
..Nicatın  yaşla  dolmuş  gözlərini  yadına  salanda  Or-
xanı  qəhər  boğdu.  “Tüpürüm  belə  həyata...  Getdikcə  əsəb-
lərimə  hakim  ola  bilmirəm.  Dəli  edəcəklər  məni  də.  Azər-
baycanda  istənilən  insanı  küçədə  saxlayıb  həyat  hekayəsini 
danışdırsan ağlaya bilərsən. Belə də ölkə olar?” 
 
Orxan əsəbi şəkildə yerindən qalxıb siqaret yandırdı. 
Pəncərəni açanda hiss elədi ki, əməlli-başlı siqaretə qurşanıb. 
Bu  pis  vərdişə  hər  zaman  nifrət  etsə  də,  son  vaxtlar  əsəbi-
ləşən kimi siqaret yandırmağını xatırladı. “Yox belə olmaz”, 
- deyə düşündü. Bu aludəçiliyi yaxşı hesab eləməsə də, yan-


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə