Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə4/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   2   3   4   5   6   7   8   9   ...   39

14 
 

 
“Polis olmaq üçün,  
öncə  vicdanınızdan xilas olun!” 
 
(Unudulmuş dahi) 
 
Cinayət-axtarış  şöbəsinin  əməkdaşları  yavaş-yavaş, 
iki bir, üç bir qapıda görünür, salamlaşıb səhər yoxlamasına 
hazırlaşırdılar. Növbətçi zabit yuxusuzluqdan gözləri şişmiş 
halda key-key dayanıb, gəlib gedənləri müşahidə edirdi. Ge-
cə heç bir hadisə baş vermədiyi üçün çox rahat idi. Yorğun-
luq və yuxusuzluq vecinə deyildi. İllər ərzində bütün bu çə-
tinliklərə  alışmışdı  və  həyatını  bunlardan  kənarda  təsəvvür 
etmirdi.  Onun  üçün  ən  gözəl  istirahət  növbətçi  otağındakı 
divanda  uzanıb  mürgüləməkdi.  Gecə  saat  ikidə  termosdan 
süzüb  içdiyi  çayın  ləzzətini,  evdə  arvadının  dəmlədiyi  Lən-
kəran çayından ala bilmirdi. Artıq bununla barışmışdı. Onun 
da  həyatı  bu  cür  sadə  həqiqətlərdən  ibarət  idi.  Get  işə,  gəl 
evə,  növbə,  əməliyyat  və  bu  kimi  digər  vacib,  yaxud  vacib 
olmayan  işlər.  Heç  vaxt  istirahət  eləmək  barədə  düşünmə-
mişdi. Ona elə gəlirdi ki, istirahət ancaq ciddi biznesmenlər 
və daha imkanlı məmurlar üçündü. Onun ən ciddi istirahəti 
ailəsini  bir  neçə  saatlıq  bulvara  çıxarıb  gəzdirmək,  ortabab 
kafelərdə  dostlarla    araq  vurmaq  və  dəvət  olunduğu  toy-
larda yeyib-içib əylənməkdən ibarətdi, başqa heç nə! 
Arvadı isə onun tam əksi idi. İstirahətindən qalmırdı. 
Hər  yay  uşaqları  rayona,  anasının  yanına  göndərir,  Dubay-
dan vurub Türkiyədən çıxırdı. Hansısa bir gijdıllağ və idea-
list  polis  işçisinə  görə  cavan  həyatını  çürüdəsi  deyildi  ki? 
Onun  ehtiraslı  bədəni  Antalya  günəşində  yanmaq,  zərif  çi-


15 
 
yinləri  Dubay  otellərinin  lyüks  nömrələrində  ağ  mələfənin 
üzərinə  toxunmaq  üçün  yaradılmışdı.  Hər  tətil  onun  üçün 
yeni  bədənlərin  kəşfyidi.  İnsan  kolleksiyası  çox  zəngin  idi. 
Ərinin mitinqlərdə döydüyü “müxalifətçi gədə”lərin sayı qə-
dər kişiylə kef çəkmişdi. Yeri gəlmişkən, müxalifətçilərlə də 
yatmışdı. Sadəcə bu söhbəti açıb-ağartmağın yeri yoxdu.  
Yazıq Polis! Hərdən gözlərini yumub görmədiyi yer-
ləri xəyalında canlandırırdı. Xəyallarında Maldiv adalarında, 
Antalyada  və  hətta  Arizonada  olmuşdu.  Sonuncu  dəfə  isə 
gözlərini yumub doyunca Tiflisdə gəzmişdi. Yazıq öz doğma 
adını  da  unutmuşdu.  Küçədən  keçən  də,  metroda  qarşısına 
çıxan da, qonşular da onu sadəcə “Polis” deyə çağırırdı. Po-
lis!  Bu  dəqiqə  ölkədə  bundan  oğraş  iş  təsəvvür  etmək  çətin 
olsa  da  qəhrəmanımı  bu  adla  çağıracam:  Polisov  Polis  Polis 
oğlu. Bu, qəhrəmanımızın bütün xarakterinə işıq tutacaq qə-
dər uğurlu tapıntıdı.  
 
…Necə?  Çox  təvazökaram?    Güldürməyin,  siz  allah. 
Sadəlik, gözəllikdir. Necə? Əlbəttə sadəyəm! Siz hələ mənim filosof 
həmkarlarımı tanımırsız! 
 
…Bölmənin əməkdaşları onunla salamlaşıb, içəri keç-
dikcə  növbəsinin  xəta-bəlasız  sovuşmağına  ürəkdən  sevi-
nirdi.  Rəisin  maşını  uzaqdan  görünəndə  isə  canına  xoş  bir 
rahatlıq  yayıldı.  Ürəyində  rəisin  qohum-əqrəbasını  yeddi-
mərtəbə  söyüşlərlə  yad  edib,  ayağa  qalxıb  yalmanmağa  tə-
ləsdi. Rəis maşından düşər-düşməz qarşısına yüyürüb məru-
zə  elədi,  növbədə  olduğu  vaxt  heç  bir  hadisə  baş  vermə-
diyini  bildirdi.  Rəis  “azad”  komandasını  verdikdən  sonra 
idarənin  qarşısında  cərgə  ilə  düzülmüş  polis  əməkdaşlarına 
tərəf yönəldi.  


16 
 
Növbəni  təhvil  verməyə  hazırlaşdığı  an  onun  həya-
tında ən xoşbəxt anlardan biri hesab olunurdu. Dünyada ən 
böyük xoşbəxtlik, hadisə baş vermədən növbəni təhvil verib 
evə yollanmaqdı.  
 
Bu gün içində qəribə narahatlıq vardı. Polis it kimi iy 
bilirdi, cinayətin iyini.  
Əvvəllər  evə  çatan  kimi  yatağa  girsə  də,  son  vaxtlar 
növbədən sonra yata bilmirdi. Evə çatan kimi qayğılar, prob-
lemlər üstünə hücum çəkirdi.  
 
– Yenə yatırsan, ay oğraş? Son vaxtlar heç üzümə də 
baxmırsan. Yoxsa gecə bazlığa getmişdin, hə? Niyə ölmürsən 
ay  impotent!-  Bu,  arvadının  yataq  otağındakı  yarım  saatlıq 
seksual istəklər haqqında məntiqsiz mühazirəsindən bir par-
çadı. Polis yatağından qalxıb qonaq otağına keçən kimi məi-
şət qayğıları da üstünə axışırdı:  “İşıq pulunu ödə”, “evə ba-
zarlıq  elə”,  “zibilləri  at”.  Bir  sürü  bitib-tükənməyən  qayğı-
lar...  Yazıq  Polisin  günü  gün  deyildi!  Üstəlik  arvadının  bu-
nun bacısı haqqında uydurduğu ağlasığmaz söz-söhbət, de-
di-qodu. Bezmişdi Polis... 
Bu gün görəcəyi işləri artıq iki-üç gün əvvəldən plan-
laşdırmışdı. Evə çatan kimi yeməyini yeyib bazara gedəcək-
di.  Bazardan  gəlib  oğluna  kreditlə  kompüter  almaq  üçün 
mağazaya  yollanacaq,  sonra  banka  olan  başqa  bir  krediti 
ödəyəcək, evə qayıdıb dincələcəkdi. Beynində görəcəyi işləri 
düşünə-düşünə  “Növbətçi  hissə”  yazılmış  otağa  doğru  ad-
dımladı. 10-15 dəqiqə sonra növbəni təhvil verməliydi. Yaxşı 
ki, bu gün mitinq, piket yoxdu. Növbədən sonra mitinqə çı-
xıb  “Azadlıq”,  “İstefa”,  “Azad  seçki”  qışqıran  başıpozuq 
dəstəni döymək, dağıtmaq ona son vaxtlar heç ləzzət eləmir-
di.  Əslində  onun  çalışdığı  şöbə  mitinqlə,  piketlə  məşğul 
olmurdu.  Amma  müxalifətin  mütəşəkkil  dəstələri  ilə  bacar-


17 
 
maq  üçün,  bütün  şöbələr  səfərbər  olunduğundan,  o  da 
“adam döyməyə” çıxırdı. Əvvəllər rezin dəyənəyi əlinə alan 
kimi şirə dönürdü. Qarşısına keçəni ağına-bozuna, qadınına-
kişisinə  baxmadan  budayırdı.  Amma  son  zamanlar  yaman 
kövrək olmuşdu. Həm də camaat da əvvəlki lal-dinməz dö-
yülən  camaat  deyildi.  Hansısa  qadına  yüngülvari  bir  zərbə 
vuran kimi, eşitdiyi kəlimələr içini acıdırdı: “Niyə vurursan, 
ay bacısından bixəbər oğraş!” Bu “bacı söhbəti” onun yaralı 
yeriydi...  
 
Yox, yox, bircə mitinq olmasın!  
 
Kresloda yerini təzəcə rahatlamışdı ki, telefonun səsi 
onu əməlli-başlı diksindirdi. Əsəbdən əlləri əsdi: 
– Tfuu. Cəmi 10 dəqiqə dözə bilməzdin? 
 
Əvvəlcə  istədi  telefonu  xətdən  ayırsın,  amma  rəisin 
dönüb  növbətçi  hissəyə  sual  dolu  gözlərlə  baxdığını  görüb 
cəld telefonu götürdü: 
– Cinayət şöbəsi bölməsi, buyurun. 
–  Rəis,  salam.  Burda  İzmir  prospektindən  bir  gijdıllağ,  eee 
üzr istəyirəm vətəndaş özünü asıb. 7a-nın yanındakı ağaclıq-
da ağacdan sallanıb. 
– Nə loxəbər adamlar var. Mundar köpəyuşağı! Hadisə yeri-
nə özünüzü soxmayın. Sizlik heç nə yoxdu orda. Oraları tap-
daq-tapdaq  eləməyin,  sonra  kriminalistlər  üçün  izi  tapmaq 
çətinləşəcək. Bir azdan ordayıq. 
– Oldu rəis! Rəiss... 
– Nədi? 
– Tərpənmir eee... 
– Rədd ol, it oğlu it! 
 
Dözməyib  ürəyində  də  zəng  edən  vələdüzinanın  ölübə-
dirisinə çoxmərtəbəli, liftsiz söyüşlər yağdırdı: “Sənin...” 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə