MühaziRƏ-1 Kütlə mübadiləsi.Ümumi məlumat, növləri. Kütləötürmənin əsas tənliyi


Mühazirə 7 Doymuş və doymamış buxar anlayışı. Neft məsullarının doymuş buxar təzyiqinin təyini



Yüklə 1,41 Mb.
səhifə13/34
tarix29.11.2023
ölçüsü1,41 Mb.
#142758
1   ...   9   10   11   12   13   14   15   16   ...   34
Kimya Muhendisliyi Lab-2

Mühazirə 7
Doymuş və doymamış buxar anlayışı. Neft məsullarının doymuş buxar təzyiqinin təyini.
Doymuş və doymamış buxar anlayışı. Buxar (qaz) – maye sistemində kütləmübadiləsi proseslərinin hesablanması üçün temperaturun dəyişməsi ilə buxarın (qazın) təzyiqinin dəyişməsi arasındakı qanunauyğunluğun böyük əhəmiyyəti vardır. Buxar doymuş və ya doymamış (qızdırılmış) halda ola bilər.Öz mayesi ilə tarazlıqda olan buxara doymuş buxar deyilir. Bu halda bir komponentli sistem üçün tarazlıq şərti temperatur və ya təzyiqlə müəyyən edilir. Bu o, deməkdir ki, bu parametrlər arasında qarşılıqlı uyğunluq vardır, yəni sistemin temperaturu nə qədər yüksək olsa təzyiq də yüksək olacaq. Buxarın mövcudluğu iki fazanın mövcudluğu deməkdir.Verilmiş temperatur və təzyiqdə yaranan bir fazalı buxar sisteminə qızmiş və ya doymamış buxar deyilir. Yəni bu sistemdə maye faza olmur. Verilmiş təzyiqdə doymuş buxarın temperaturundan, doymamış buxarın temperaturu böyük olduğu halda doymamış buxar mövcud ola bilir. Başqa sözlə verilmiş temperaturda qızdırılmış buxarın (doymamış buxarın) təzyiqi doymuş buxarın təzyiqindən az olur. Doymamış buxar mayenin bütünlüklə buxar halına keçməsi zamanı mövcüd olur.Təcrübi göstəricilər əsasında sorğu kitablarında individual maddələrin doymuş buxar təzyiqlərinin temperaturdan asılılığı verilir. Şəkil 7.1-də P=f(T) asılılığı göstərilmişdi. Doymuş buxar üçün buxar təzyiqi ilə temperaturu arasında olan birmənalı asılılıq AK - əyrisi ilə göstərilmişdi. Bu əyridən aşağı sahədə doymamış buxar, əyridən yuxarı sahdə isə maye faza yerləşir.
Doymamış buxar verilmiş P təzyiqində doymuş buxarın A1 nöqtəsindən daha yüksək temperaturdakı B nöqtəsində mövcud ola bilər, yəni doymuş və doymamış buxarların təzyiqi verilmiş TB temperaturunda B və A2 nöqtələrindəki təzyiqdən azdır.Məlumdur ki maye onun doymuş buxar təzyiqi (P) xarici (𝛑) təzyiqə bərabər olduqda qaynamağa başlayır.
Ş
əkil 7.1 Təzyiqin temperaturdan asılılığı qrafiki .

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə