Bazar haqqında anlayış, onun funksiyaları, bazar münasibətinin mahiyyəti



Yüklə 18,17 Kb.
tarix05.04.2023
ölçüsü18,17 Kb.
#104283
iqtisadiyyat 3 sərbəst iş-1


Bazar haqqında anlayış, onun funksiyaları, bazar münasibətinin mahiyyəti.

Bazar – bu, əmtəələrin, məhsulların, iş və xidmətlərin satışının həyata keçirilməsi ilə əlaqədar toplanmış iqtisadi münasibətlərin mübadilə sferasıdır. Beləliklə, bazar həm iqtisadi, həm də planlı (sosialist) iqtisadiyyatda mövcud ola bilər. Fərq ondan ibarət olmalıdır ki, bazar iqtisadiyyatı şəraitində mübadilə bilavasitə istehsalçı ilə alıcı arasında, planlı iqtisadiyyat şəraitində isə bu proses dövlətin vasitəçiliyi ilə həyata keçirilir.


Inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı sahəsində dövlətin iştirakı əhəmiyyətli səviyyədə qalmaqda davam edir. Ancaq dövlətin sənaye və ticarət sahələrində qalmaq səviyyəsinə görə fərqlənir . Buna baxmayaraq bazar iqtisadiyyatı şəraitində mübadilə prosesində iştirakda qalma zəruriliyində iqtisadi sərbəstlik daha genişdir: burada kənd təsərrüfatı mallarının istehsalçısı nə istehsal edəcəyini tərkibini və strukturunu, material-texniki resurslarla təchiz edənləri və satış qiymətlərini özü seçir. Alıcı isə özü mal göndərəni seçir.
Bazarın meydana gəlməsi şərti - əməyin ictimai bölgüsüdür. Ilk belə bölgü heyvandarlıq və əkinçiliyin ayrılması nəticəsində olmuşdur. Əməyin bölgüsü mal istehsalçıları ilə müxtəlif sahələr arasında mübadilənin qaçılmaz olduğunu tələb edir. Bazarın digər yaranma və fəaliyyət zəminləri – resursların məhdud və tələbin isə qeyri – məhdud olması, mal istehsalçılarının müstəqilliyi, sahibkarlarının azadlıq xüsusiyyətləridir.
İqtisadi resurslar və insanların istehsal imkanları onların məhdudiyyətsiz tələbinə nisbətən məhduddur. Resurslar miqdar etibarı ilə öyrənilmiş, təsbit edilmişdir və bir çox iqtisadi resursların istifadə hədləri mövcuddur. Onların bir sfera istifadəsi eyni vaxtda digərində istifadəsinə imkan vermir. Məsələn, torpaq təkcə kainat nöqteyi - nəzərdən deyil, ayrı – ayrı ölkələrin sərhədləri daxilində məhduddur. Məhduddluq ona məxsusluqdur, eyni zamanda onun hər bir hissəsi eyni vaxtda bir sahə altında istifadə edilə bilər. Beləki, ya bağçılıqda və ya tərəvəzçilikdə, ya da əkinçilikdə istifadə edilə bilər. Məhdudiyyətlik digər resurslar – maddi – texniki, əmək ehtiyatlarına aiddir. Eyni zamanda, taxıl yığan kombaynı kənd təsərrüfatının digər sahələrində istifadə etmək olmaz.
İqtisadi xüsusiləşmə bazar münasibətinin yaranması üçün vacib şərtdir. Mal istehsalçılarının iqtisadi xüsusiləşmiş qarşılıqlı əlaqəsi malların alqı-satqısı zamanı mübadilə proseslərini dəyişdirir. Dövlət mülkiyyətçiliyi iqtisadiyyati şəraitində dəyişiklik büdcə məhdudiyyətləri ilə müəyyənləşdirilir ( subyektin təkrar istehsalı şəxsi vəsait hesabına həyata keçirilir). Əsas ondan ibarətdir ki, təsərrüfatçılıq edən subyektler hazır məhsulu bölmək üçün tam sərəncam verən hüquqa malik olsunlar, bununla belə vacib deyil ki, onlar istehsal vasitələrinin bölünməsi hüququna malik olmasınlar.
İqtisadi sərbəstlik ondan ibarətdir ki, mal istehsalçısı müstəqil olaraq hansı məhsul, hansı həcmdə istehsal etmək və hansı qiymətə satacağını və digər istehsalçılardan mal alacağını özü müəyyənləşdirir.
İqtisadi ədəbiyyatlarda bazarın müxtəlif müəyyənləşdirilməsi mövcuddur. Onların əksəri belə qənaətə gəlirlər ki, bu, təsərrüfatçılıq edən subyektler arasında qarşılıqlı münasibət formasıdır.
Bazar – bu, istehsal prosesi, mübadilə məhsullarının bölgüsü (əmtəə, iş, xidmət) prosesində əmələ gələn sosial – iqtisadi münasibətlərin, təsərrüfatçılıq subyektlərinin alıcıları, həmçinin satıcının sərbəst seçilməsi, qiymətin müəyyən edilməsi, resursların yaradılması ve istifadəsi sistemidir. Bu, satıcılarla alıcıların, istehsalçı ve istehlakçıların malların alışı və satışında meydana çıxan qarşılıqlı fəaliyyət mexanizmidir.
Bundan əlavə, bazar – malın pula ve pulun mala dəyişməsi ilə bağlı ictimai əməyin əmtəədə cəmlənməsi ilə əlaqədar münasibətdir. Bazar insanlar arası münasibət sferasıdır.
Bazar qiymətlər vasitəsilə, faiz qiymətləri ilə mal istehsalçılarını sahədəki və təsərrüfat sferası həyatındakı vəziyyətlə məlumatlandırır, istehsalın deyişmə xarakterinin istiqamətini göstərir. Onun vasitəsilə əmtəə istehsalının həcmi və ictimai istehlakın strukturunun uyğunlaşması göstərilir.
Bazarda ictimai istehsalın vacib şərti əmtəələrin dəyəri müəyyənləşdirilir və bazar qiymətlərini yaradır. Bazar vasitəsilə istehsal xərcləri ödənilir, əvəz olunur və her bir normal işleyen əmtəə istehsalçısı qazanc əldə edir. Bazar maya dəyərinin aşağı salınması və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üçün stimul yaradır.
İqtisadi funksiyalarına görə bazarlar istehlak və xidmət, istehsal vasitələri, torpaq işçi qüvvəsi,qiymətli kağızlar, elmi – texniki işlənilmə kimi hissələrə bölünür.
Fəaliyyət miqyasına görə bazarlar yerli (lokal), regional, milli, dünya bazarına ayrılırlar.
Rəqabət dərəcəsinin məhdudluğuna görə bazarlar tamamilə rəqabətli, inhisarlı rəqabət, oliqopoliya, inhisarçı bazarlara ayrılırlar.
Bazar mübadiləsinin təşkilinə görə topdansatış və pərakəndə bazarlara ayrılırlar.
Bütün bazar təcrid olunmuş şəkildə yaşamır, onlar qarşılıqlı əlaqədə olmaqla bir – birinə təsir göstərirlər. Bunların birində tarazlığın pozulması digərlərinə və eyni zamanda aqrar – sənaye kompleksinə təsir edir.
Aqrar bazarın yaşamasında dövlətin iştirakı vacibdir. Dövlət qanunvericilik və normativ formalarla bazar münasibətlərini tənzimləyir, eyni zamanda kənd təsərrüfatı məhsulları istehsalçılarını dəstəkləyir, müdafiə edir və bazarın neqativ tərəflərini hamarlayır.
Bazar münasibətləri bir sıra mövcud funksiyaları yerinə yetirməklə bütün təsərrüfat həyatına böyük təsir göstərir.
Bazarın əsas funksiyası ondan ibarətdir ki, daim dəyişən qiymətlər, kreditə faiz dərəcələri , bazar istehsal iştirakçılarına ictimai vacib miqdarda və növ müxtəlifliyində təqdim edilən əmtəə və xidmətlərin keyfiyyəti haqqında obyektiv informasiya verir. Bu hər bir sahibkar öz istehsalını verilən informasiya məlumatlarına əsasən bazarın vəziyyətinə görə yoxlamağa imkan verir.
Vasitəçilik funksiyası - əməyin ictimai bölgüsü şəraitində iqtisadi cəhətdən xüsusiləşmiş istehsalçılar bir – birini tapmalıdır və öz fəaliyyətlərinin nəticələri ilə bölüşməlidirlər. Bazarsız konkret ictimai istehsa iştirakçıları arasında bu və ya digər texniki və ya iqtisadi əlaqələrin nə qədər əhəmiyyətli olmasını müəyyən etmək praktiki cəhətdən çox çətindir.
Qiymət əmələgətirmə funksiyası – adətən bazara müxtəlif maddi və əmək sərfi şəraitində istehsal olunmuş məhsul və xidmətlər bir təyinat üçün daxil olur. Bazar yalnız ictimai vacib xərcləri tanıyır və onuda ödəməyə alıcı razıdır. Beləliklə də, malın ictimai dəyərini əks etdirən qiymət əmələ gəlir. Bazarın sayı nəticəsində istehsalda, tələbatda, konyunkturada dəqiq hiss edilən maya dəyəri və qiymət arasındakı dinamik əlaqə müəyyənləşdirilir.
Tarazlaşdırıcı funksiya ( tənzimləyici) – bazar iqtisadiyyatının bütün sferalarında, hər şeydən əvvəl istehsalın təsiri ilə əlaqədardır. Bazarın tənzimlənməsində tələb və təklif arasındakı nisbət çox rol oynayır ki, oda qiymətə əsaslı təsir edir. Qiymətlərin qalxması istehsalın genişlənməsinə, düşməsi isə istehsalın azaldılmasına işarədir. Təbii fəlakətin təsiri nəticəsində sahibkar daha optimal yüksək və minimal iqtisadi mütənasiblik yaratmağa çalışır. Ümumiyyətlə bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə təsərrüfatın tarazlaşdırılmasında əsas rol dövlətə aiddir.
Sağlamlaşdırıcı funksiya – bazar sisteminə cəmiyyətin sosial təbəqələşməsi məxsusdur. Rəqabətin köməyi ilə bazar ictimai istehsaldan iqtisadi davamız, yaşama xüsusiyyəti olmayan təsərrüfat vahidlərini tənzimləyir. Əksinə, daha səmərəli, təşəbbüskar təsərrüfat vahidlərinə yaşıl işıq verir.
Bazarda iqtisadi vəziyyət rəqabətin təsiri altında yaranır, tələb və təklif bazarın konyunkturası adlanır.
Mallara tələb dedikdə, alıcıların arzu etdikləri, müəyyən vaxt , zaman ərzində müəyyən həcmdə bazarda əldə etmək istədiklərinə nail olması başa düşülür. Tələbin qanunu göstərir ki, bazarda malın qiyməti artdıqca tələb aşağı düşür, qiymet düşülməsilə tələb artır.
Tələb dedikdə mövcud qiymətlərlə və istehlakçıların tədiyyə qabiliyyəti ilə məhdudlaşan bazarda əmtəə vı xidmətlərə olan təlabat başa düşülür. Tələbin səviyyəsi ilə bağlı məcmu tələb, bazar tələbi və fərdi tələb növləri ilə fərqləndirilir. Fərdi tələb dedikdə konkret əmtəə bazarında qiymeti müəyyən səviyyəsində hər bir fərdi alıcının tələbinin həcmi başa düşülür. Bazar tələbi konkret əmtəə bazarında qiymetin müəyyən səviyyəsində bütün alıcıların fərdi tələblərinin cəmini ifafə edir. Məcmu tələb isə cəmiyyət miqyasında, bütün növlərdən olan əmtəə və xidmət bazarında iştirak edən bütün alıcıların ( fərdlərin, müəssisə və firmaların, dövlətin) qiymətlərin hər hansı bir səviyyəsində formalaşan tələbinin həcmidir.
Təklif dedikdə satıcının müəyyən dövr ərzində hər hansı bir əmtəəni müəyyən qiymətə, kəmiyyətə satmaq arzusu və imkanı başa düşülür. Təklifin əsas hissəsini əmtəə teklifi təşkil edir və o bazarda əhalinin ödəmə qabiliyyətli tələbinə qarşı durur. Təklif istehsalla bağlı olsada da, öz həcminə görə istehlakdan azdır. Fərdi təklif, hər bir əmtəə istehsalçısının konkret bazarda təklif etdiyi məhsulunun həcmini, bazar teklifi hər bir konkret əmtəə bazarında fərdi təkliflərin cəmini, məcmu təklif isə ölkənin hər növdən olan bazarlarında qiymətin hər bir mümkün səviyyəsində fərdi istehsalçılar və hökumət tərəfindən təklif olunan əmtəə və xidmətlərin məcmusunu ifadə edir. Təklif qanuna görə əmtəəyə təklifin dəyişməsi birbaşa əmtəənin qiyməti ilə mütənasibdir.
Təklif qanunun fəaliyyət mexanizmi istehsalın xərclərinin təbiəti ilə bağlıdır. Adətən bazardakı qiymətlərin səviyyəsi, istehsal xərclərinin səviyyəsi eyniləşərsə onda istehsalın həcminin azaldılmasına səbəb olur. Beləliklə, qiymətin yükselmesi imkanları ilzə müəyyən etmək olar ki, əmtəənin istehsalını azaltmaq və ya bu artırmaq olar.
Yüklə 18,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə