MühaziRƏ-1 Kütlə mübadiləsi.Ümumi məlumat, növləri. Kütləötürmənin əsas tənliyi



Yüklə 1,41 Mb.
səhifə15/34
tarix29.11.2023
ölçüsü1,41 Mb.
#142758
1   ...   11   12   13   14   15   16   17   18   ...   34
Kimya Muhendisliyi Lab-2

Trequbov metodu. Bir çox hallarda tədqiq etdiyimiz maddənin P= f(t) əyrisinin bir nöqtəsi bizə məlum olduğu üçün, atmosfer təzyiqində maddənin qaynama temperaturunun ölçülməsi tədqiq etdiyimiz A maddəsinin bir deyil , iki etalon B və C maddələrləri ilə müqayisəsinə əsaslanır.Trequbov metodu – doymuş buxar təzyiqinin temperaturdan asılılığı məlum olan iki etalon mayenin istifadə edilməsini nəzərdə tutur. Bu verilmiş maye üçün doymuş buxar təzyiqinin temperaturdan asılılıq əyrisinin qurulmasına imkan verir. Trequbov bərabərliyi belə yazılır: = = = k (7.6)
Burada: t – tədqiq olunan A maddəsinin, τ, θ – isə iki etalon B və C maddələrinin eyni P doymuş buxar təzyiqində qaynama temperaturlarıdır. K – müqayisə edilən A və C məhlullarının təbiətindən asılı olan əmsaldır.
Şək. 7.3-də Trequbov metodunun qrafiki göstərilmişdir.
τ

Şəkil 7.3 Doymuş buxar təzyiqinin temperaturdan asılılıq əyrisi.
Fərz edək ki, B və C etalon maddələri üçün P=f(t) asılılığında verilənlər məlumdur. A isə tədqiq edilən maddə olub, onun üçün P=f(t) əyrisinin ancaq bir nöqtəsi məlumdur. Məlum nöqtə kimi əksər hallarda bu maddənin P0 atmosfer təzyiqində t0 temperaturu götürülür. Bundan sonra sorğu kitablarının köməyi ilə P0 təzyiqində B və C etalon maddələri üçün və θ0 qaynama temperaturlarını götürüb (7.6) – tənliyinə əsasən verilmiş (P) təzyiqində k əmsalının qimətini tapmaq olar,yəni;
k = (7.7)
Bu halda tədqiq olunan maddə üçün P təzyiqində t temperaturu göstərilən düsturla tapıla bilər: t = τ + k( τ ) (7.8).
Təzyiqə hər hansı istənilən P1, P2, P3 qiymətlərini verməklə (7.8) düsturunun köməkliyi ilə t1, t2 ,t3 və s. temperaturları tapmaq olar. Bu qiymətlərə görə tədqiq edilən maddənin P= f(t) əyrisi qurula bilər.
Neft və neft emalı məhsulları mürəkkəb karbohidrogenlər sistemindən ibarətdir. Neft məhsullarının doymuş buxar təzyiqinin hesablanması üçün bir çox mürəkkəb emprik bərabərliklər və qrafiklər təklif edilmişdir.
Mühazirə 8

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə