Baki universitetiNİn xəBƏRLƏRİ №2 Təbiət elmləri seriyası



Yüklə 88 Kb.

tarix07.04.2018
ölçüsü88 Kb.


 147

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2 

   

Təbiət elmləri seriyası 

   2010 

 

 

 

BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACINDA ƏHALİNİN, YAŞAYIŞ 

MƏNTƏQƏLƏRİNİN VƏ TƏSƏRRÜFAT FƏALİYYƏTİNİN HÜNDÜRLÜK 

LANDŞAFT QURŞAQLARI ÜZRƏ PAYLANMA XÜSUSİYYƏTLƏRİ 

                                               

L.H.HƏSƏNƏLİYEVA  

Bakı Dövlət Universiteti 

laman.hasanaliyeva@rambler.ru 

                                                             

 

 

Məqalədə  tədqiq  olunan  ərazidə  yüksəklik  qurşaqları  üzrə  əhalinin,  yaşayış  məntə-

qələrinin  və  təsərrüfat  fəaliyyətinin  funksional  xüsusiyyətləri  təhlil  olunur.  Müəyyən  olun-

muşdur  ki,  ekoloji-coğrafi  şəraitdən  asılı  olaraq  Xəzər  sahili  düzənlikdə  və  yüksək  dağlıq 

zonada  əhalinin  və  yaşayış  məntəqələrinin  ümumi  sayı  yüksək  düzənliklərə  və  alçaqdağlığa 

nisbətən daha azdır. Ərazinin dağlıq hissəsində isə yaşayış məntəqələri daha əlverişli relyef 

və  ekoloji  şəraitə  malik  olan  dağdaxili  çökəkliklərdə  və  çay  dərələrinin  terraslaşmış  maili 

yamaclarda yerləşmişdir. 

 

 



Böyük  Qafqazın  şimal-şərq  yamacında  landşaftın  yüksəklik-məkan  diferen-

siasiyasına  uyğun  olaraq  əhalinin,  yaşayış  məskənlərinin  və  təsərrüfat  sahələrinin 

yerləşməsi  və  funksional  fəaliyyəti  bilavasitə  ekoloji-coğrafi  şəraitin  (iqlim,  relyef, 

litoloji, hidroloji və hidrogeoloji) təsiri altında formalaşmışdır. Ərazinin Xəzər kənarı 

düzənlik  və  ovalıq  sahəsində  əlverişli  relyef,  litoloji  və  hidrogeoloji  şəraitin 

formalaşması ilə əlaqədar olaraq Samur-Dəvəçi düzənliyinin şimal hissəsində (Şollar 

düzənliyi) əhalinin məskunlaşması və müxtəlif təsərrüfat sahələrinin yerləşməsi üçün 

daha  əlverişli  şəraitin  olması,  burada  yaşayış  məntəqələrinin  nisbətən  daha  sıx 

yerləşməsi ilə və müxtəlif aqrolandşaftların geniş sahəni əhatə etməsi ilə səciyyələnir. 

Bu  ilk  əvvəl  Şollar  düzənliyində  yayı  quraq,  qışı  mülayim  yarımsəhra  və  quruçöl 

iqlim  şəraitində  çayların  (Samur,  Qusarçay,  Qudyalçay  və  s.)  dağlıq  ərazilərdən 

yuyub  gətirdiyi  qırıntı  materiallarının  (çaydaşı,  qum,  gil  və  s.)  Şollar  düzənliyində 

toplanaraq  qalın  akkumulyativ  örtük  əmələ  gətirməsi  və  həmin  çöküntülərin  zəngin 

şirin


 qrunt və yeraltı su ehtiyatına malik olması ilə əlaqədardır. Bunun nəticəsi olaraq 

Şollar  düzənliyində  yaşayış  məntəqələri  və  təsərrüfat  sahələri  sıx  yerləşmiş  və  təbii 

landşaftın çox yüksək mənimsənilmə dərəcəsi ilə səciyyələnir. Vəlvələçaydan cənub 

şərqə  Samur-Dəvəçi  düzənliyində  iqlimin  kəskin  quraqlaşması,  landşaftın  litoloji 

əsasının  dəyişməsi  və  qrunt  sularının  yüksək  minerallaşma  dərəcəsi  ilə  əlaqədar 

olaraq  ərazinin  landşaft-ekoloji  şəraiti  nisbətən  pisləşir  ki,  bu  da  yaşayış 

məntəqələrinin və təsərrüfat sahələrinin daha seyrək yerləşməsinə səbəb olur. (Əliyev 

F.Ş., 2000) Bu ərazidə yaşayış məntəqələri nisbətən az sayda olub, bilavasitə çay ya-

taqları (Vəlvələçay, Gilgilçay, Dəvəçiçay, Ataçay) və kanallar boyu, həmçinin Xəzər 

dənizinin sahil zonasında yerləşir. Samur-Dəvəçi düzənliyində geofiziki (Abdullayev, 

Cəfərov, 1962) və  landşaft-geomorfoloji  (Budaqov,  Mikayılov, 1969,1979,1985; 

Mikayılov, 1978 və  s.)  tədqiqat üsulları  ilə  bir  sıra  basdırılmış  antiklinal  strukturlar 




 148

müəyyən  edilmişdir  ki,  bu  strukturlar  da  kənd  və  şəhər  yaşayış  məntəqələrinin 

əlverişli  yerləşməsində  müəyyən  rol  oynayır.  Bu  basdırılmış  strukturlar  ümumi 

düzənlik fonunda zəif qabarıq relyef sahəsi yaratdığından yaşayış məntəqələri əsasən 

onların səthində yerləşir. Həmin ərazilər nisbətən əlverişli drenaj xüsusiyyətinə malik 

olub,  ilin  rütubətli  dövründə  zəif  bataqlaşmaya  məruz  qalır.  Bu  relyefin  qabarıq 

sahələrində  yaşayış  məntəqələrinin  yerləşməsi  üçün  əlverişli  şərait  yaradır.  Belə 

yaşayış məntəqələrinə Çarxı, Xaçmaz, Xudat, Ləcət, Tel, Şirvanovka və s. göstərmək 

olar.  Bu  strukturlar,  həmçinin  suvarma  kanallarının  və  arxların  istiqamətlənməsində 

də  mühüm  rol  oynayır.  Belə  ki,  Xəzəryanı  düzənlikdə  suvarma  kanalları  və  arxlar 

şimal-qərbdən  cənub-şərq  istiqamətdə  uzanan  basdırılmış  antiklinal  strukturların 

səthinə çıxarıldıqdan sonra kanalların istiqaməti relyefin alçalma sahələrinə yönəldilir 

ki, bu da relyefin nisbətən alçaq sahələrində suvarma əkinçiliyinin inkişafına imkan 

yaradır (Müseyibov, 1998, 1999, 2002). 

Böyük  Qafqazın  şimal-şərq  yamacında  relyefin  yüksəklik  üzrə  dəyişməsinə 

görə 4 əsas yüksəklik qurşağı ayrılır (Budaqov, 1957): 

1.

 

Düzənlik – 28 m-dən 300 m-ə qədər; 



2.

 

Dağətəyi – 300 m-dən 1000 m-ə qədər; 



3.

 

Orta dağlıq – 1000 m-dən 2000 m-ə qədər; 



4.

 

Yüksək dağlıq – 2000 m-dən 4480 m-ə qədər. 



Azərbaycan Dövlət Statistika Komitəsinin son (1999) məlumatına görə Böyük 

Qafqazın  şimal-şərq  yamacında 16 şəhər  və  şəhər  tipli  qəsəbə, 505 kənd  yaşayış 

məntəqəsi yerləşir. Bu yaşayış məntəqələri ərazinin ekoloji-geomorfoloji şəraitindən 

asılı olaraq yüksəklik üzrə qeyri-bərabər paylanmışdır. 

Xəzər dənizi səviyyəsi (-26 m) ilə 0 m-lik horizontal arasında yerləşən ərazinin 

sahəsi 630 km

2

 olub, burada yerləşmiş yaşayış məntəqələrinin sayı 47-dir (9%)



*

. Gös-


tərilən yüksəkliklər arasında məskunlaşan əhalinin ümumi sayı isə 16.708 (3,7%) nə-

fərdir (cədvəl 1). Bu ərazi daxilində yerləşən 1 şəhər yaşayış məntəqəsində yaşayan 

əhalinin  sayı 2.393 nəfər  təşkil  edir (1,6%). Mütləq (50%) şəhər  tipli  yaşayış  mən-

təqəsidir.  Bu  yaşayış  məntəqələrində  məskunlaşmış  əhalinin  ümumi  sayı 209.231 

(46%)  nəfər  təşkil  edir.  Ərazi  daxilində  şəhər  əhalisinin  sayı 95.600 (66,3%) nəfər, 

kənd


 əhalisinin sayı isə 113.631 (36,6%) nəfərdir. 

Mütləq yüksəkliyi 200-500 m arasında olan ərazilərin ümumi sahəsi 1121.03  

km

2

  olub,  burada 97 (18,6%) yaşayış  məntəqəsi  yerləşmişdir.  Bu  məntəqələrdə  ya-



şayan əhalinin ümumi sayı 70.930 (15,6%) nəfər təşkil edir. Həmin yüksəkliklər da-

xilində əhalisinin sayı 1887 (1,3%) nəfər təşkil edən 1 şəhər tipli yaşayış məntəqəsi 

yerləşir.  Göstərilən  yüksəkliklər  arasında  yerləşən 96 (19%) kənd  yaşayış  məntə-

qəsində məskunlaşan əhalinin sayı 69.043 (22,2%) nəfərdir. Böyük Qafqazın şimal-

şərq    yamacında 500-1000 m  mütləq  yüksəkliklər  arasında  yerləşən  ərazinin  sahəsi 

1267,35 km

2

 (18,2 %) olub, bu yüksəkliklər arasında yerləşən kənd və şəhər yaşayış 



məntəqələrinin  ümumi  sayı 114–dür (21,9%). Bu  yaşayış  məntəqəsinin 4-ü (25%) 

şəhər tipli qəsəbə yaşayış məntəqəsi olub, onlarda 41.677 (29%) nəfər əhali məskun-

laşmışdır.  Göstərilən  yüksəkliklər  arasında  yerləşən 110 (21,8%) kənd  yaşayış 

məntəqəsində    yaşayan  kənd  əhalisinin  sayı  isə  84.373 nəfər  təşkil  edir  ki,  bu  da 

ümumi əhalinin 27,2 %-nə bərabərdir. 

                                                           

*

 

Mötərizədə verilən rəqəmlər ərazinin ümümi sahəsinə və həmin sahədə məskunlaşan əhalinin ümumi 



sayının faizlə göstəricisidir.

 



 

149


                          

 

 



 

 

Cədvəl 1  



 

Böyük Qafqazın şimal-şərq yamacında əhalinin və yaşayış məntəqələrinin  

yüksəklik qurşaqları üzrə yerləşməsi (1999) 

 

Yüksəklik qurşaqlarının



sahəsi 

Yaşayış məntəqələrinin

sayı 

Əhalinin 

sayı 

Şəhər məntəqələrinin

sayı 

Şəhər əhalisinin 

sayı 

Kəndlərin 

sayı 

Kənd əhalisinin

sayı 

Əhalinin sıxlığı, 

nəfər/km

2

 

Yüksəkliklər

km

2

 % 

Say 



Nəfər % Say 



Nəfər  % Say % 

Nəfər  % 

Kəndlərdə əhalinin orta 

sayı, nəfərlə 

Ümumi Kənd 

100 km

2-



     

kəndlərin sayı 

-28-0 630,0 9,0 

47 9,0 

16708 3,7



1 6,25 

2393 


1,6 46 

9,1 


14315 

4,6


311 

27 


23 

0-200 1264,5 



18,1 

172 33,0 

20923146,0

8 50 95600 

66,3 164 32,5

113631 


36,6

724 


166 

90 


12 

200-500 1121,03 16,1 97  18,6 

70930 15,6

1 6,25 1887 

1,3 96 

19,0


69043 

22,2


719 

63 62 


500-1000 1267,35  18,2 114  21,9 12650 27,7

4 25 41677 

29,0 110 21,8

84373 

27,2


767 

100 


67 

1000-1500 1117,55  14,5  67 



12,9 23433 5,2

12,5  2525 1,8 65 



12,9

20908 


6,8

322 


23  21 

1500-2000 583,4  8,4 19  3,6 5649 



1,3

 

 



   

19 


3,7 

5649 


1,8

297 


10  10 

2000-dən > 



1097,9 

15,7 


1,0 


2533  0,5

 

 



 

 



1,0 

2533 


0,8

507 


0,5 



Cəmi 6981,73 100 

521 100 

454534 100

16 100 

462452,73 

100 505 100 

310452 

100

3647 

65 45 

 

 



 

 

 



 

14




 

150


 

 

 



 


 

 150


Öyrənilən region daxilində relyefin 1000-1500 m mütləq yüksəkliklər arasında 

yerləşən ərazinin sahəsi 1017,55 km

2

 olub, burada 2 şəhər (12,5%), 65 (12,(%) kənd 



olmaqla, 67 (12,9%) yaşayış  məntəqəsi  yerləşir.  Göstərilən  yaşayış  məntəqələrində 

əhalinin sayı 23.433 (5,2%) nəfərdir. Bu yüksəkliklər daxilində əhalisinin ümumi sayı 

2525 (1,8%) nəfər təşkil edən  2 (12,5%) şəhər tipli yaşayış məntəqəsi və əhalisinin 

sayı 20.908 (6,8%) nəfər olan 65 (12,9%)   kənd yaşayış məntəqəsi yerləşir. 

Böyük  Qafqazın  şimal-şərq  yamacında  mütləq  yüksəklikliyi 1500-2000 m 

arasında dəyişən ərazinin ümumi sahəsi 583,4 km

(8,4%) olub, burada məskunlaşan 



əhalinin ümumi sayı 5649 nəfər (1,3%) təşkil edən 19 (3,6%) kənd yaşayış məntəqəsi 

yerləşir (Eminov, 2005). 

Mütləq yüksəkliyi 2000 m-dən yuxarı olan ərazilərin ümumi sahəsi 1097,9 km

2

 



(5%) təşkil edir. Burada məskunlaşan əhalinin ümumi sayı 2.533 (0,5%) nəfər olan 5 

kiçik kənd yaşayış məntəqəsi vardır. 

Yuxarıda göstərilənlərdən aydın olur ki, relyefin yüksəklik pillələri üzrə yaşayış 

məntəqələri

  və  bu  məntəqələrdə  məskunlaşmış  əhali  ərazi  üzrə  qeyri-bərabər  pay-

lanmışdır. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, relyefin yüksəklik pillələri 

üzrə    yaşayış  məntəqələri  və  onlarda  məskunlaşmış  əhalinin  sayı  əlverişli  ekoloji-

coğrafi  şəraitin  mövcud  olması  ilə  əlaqədar  olaraq  Xəzər  dənizi  sahilindən 1000 m 

mütləq yüksəkliyə qədər tədricən artır. Lakin 0-200 m mütləq yüksəkliklər arasında 

yerləşən yaşayış məntəqələrinin sayı 172 və burada məskunlaşan əhalinin ümumi sayı 

209.231 nəfər olub, ümumi tədrici artma fonundan artıqdır. Mütləq yüksəkliyi 1000 

m-dən  yuxarıda  yerləşən  kənd  yaşayış  məntəqələrində  məskunlaşmış  əhalinin  sayı 

kəskin  olaraq  azalır.  Belə  ki, 1000-1500 m  mütləq  yüksəkliklər  arasında  yerləşən 

yaşayış məntəqələrinin ümumi sayı 67, onlarda məskunlaşan əhalinin sayı isə 23.433 

nəfər  olduğu  halda, 1500-2000 m  mütləq  yüksəkliklər  arasında  yerləşən  yaşayış 

məntəqələrinin sayı 19, bu məntəqələrdə məskunlaşmış əhalinin ümumi sayı isə 5649 

nəfərdir. 2000 m  mütləq  yüksəklikdən  yuxarıda  yaşayış  məntəqələrinin  sayı  kəskin 

olaraq  azalır  və  bu  yüksəklikdə  yerləşən 5 yaşayış  məntəqəsində  məskunlaşan 

əhalinin ümumi sayı 2533 nəfər təşkil edir. 

Relyefin yüksəklik pillələri üzrə yaşayış məntəqələrinin sıxlığı müxtəlif olduğu 

kimi,  burada  məskunlaşan  əhalinin  sıxlığı  da  dağlıq  və  düzənlik  ərazilərdə    müx-

təlifdir. Belə ki, Xəzər dənizi sahili ilə (-26 m) 200 m mütləq yüksəklik arasında  hər 

km

2

-ə düşən əhalinin orta sıxlığı 193 nəfər 



 

təşkil edir. -26 m-lə 0 m arasında  məs-

kunlaşmış əhalinin orta sıxlığı nisbətən az olub, hər km

2

-ə 27 nəfər, 0-200 m mütləq 



yüksəkliklər arasında isə əhalinin sıxlığı artaraq hər km

2

-ə 166 nəfər düşür. Relyefin 



200-500  m  mütləq  yüksəklikləri  daxilində  hər  km

2

-də  əhalisinin  orta  sıxlığı 63 



nəfərdir.  500 m  mütləq  yüksəklikdən yuxarıda yerləşən yüksəklik hüdudlarında isə 

əhalinin orta sıxlığı kəskin azalmağa başlayır. Belə ki, mütləq yüksəkliyi 500-1000 m 

olan ərazilərdə  ümumi fona nisbətən əhalinin sıxlığı anomal olaraq artır və hər km

2

-



də orta hesabla 100 nəfər təşkil edir ki, bu da ekoloji-coğrafi şəraitin əlverişli olması 

ilə əlaqədardır. Göstərilən yüksəklik hüdudlarında əhalinin orta sıxlığının artmasının 

səbəbi  bilavasitə  Quba  və  Qusar  şəhərlərinin  bu  ərazidə  yerləşməsi  hesabınadır. 

Ərazidə 1000 m mütləq yüksəklikdən başlayaraq əhalinin orta sıxlığı kəskin azalmağa 

başlayır. 1000-1500 m mütləq yüksəkliklər arasında  hər km

2

-də əhalinin orta sıxlığı 



23 nəfər olduğu halda, 1500-2000 m yüksəkliklər arasında 10 nəfər, 2000 m mütləq 

yüksəklikdən yuxarıda isə 2 nəfər təşkil edir. 




 

 151


Böyük  Qafqazın  şimal-şərq  yamacının  daha  çox  arid  səciyyə  daşıyan  cənub-

şərq  hissəsini  əhatə  edən  Xızı  rayonu  ərazisində  əhalinin  yüksəkliklər  üzrə  sıxlığı 

şimal-şərq yamacın digər ərazilərindən kəskin fərqlənir. Belə ki, Xızı rayonu üzrə 0-

200 m mütləq yüksəkliklər arasında əhalisinin orta sıxlığı 55 nəfər, 200-500 m mütləq 

yüksəkliklər  arasında 21 nəfər, 500-1000 m  mütləq  yüksəkliklər  arasında 15 nəfər, 

1000-1500 m mütləq yüksəkliklər arasında isə 9 nəfər nəfər təşkil edir. 

Relyef üzrə yaşayış məntəqələrinin yerləşmə xüsusiyyətinin təhlili göstərir ki, 

600-1000  m  mütləq  yüksəklikdən  yuxarıda  relyefin  meylliyinin  çox  olması  və  dağ 

yamaclarında su təminatının azalması, təsərrüfat sahələrinin funksional inkişafı üçün 

əlverişli  torpaq  sahəsinin  olmaması  ilə  əlaqədar  olaraq  yaşayış  məntəqələri  əsasən 

dağdaxili çökəkliklərdə (Rustov, Xınalıq, Söhüb, Yerfi, Qonaqkənd, Xaltan və s.) və 

terraslaşmış  çay  dərələrində  (Samur,  Tahircalçay,  Qusarçay,  Qudyalçay,  Ağçay, 

Qaraçay, Vəlvələçay və s.) yerləşir və daha çox geniş terras düzənliklərini əhatə edir. 

Ərazinin  ekoloji-coğrafi  şəraitindən  asılı  olaraq  həm  rayonlar  üzrə,  həm  də  yaşayış 

məntəqələrinin  paylanma  xüsusiyyətinə  görə  fərqlənir.  Statistik  məlumatlara  görə 

(1999) Xızı rayonu daxil olmadan Quba-Xaçmaz iqtisadi rayonunda kənd əhalisi 486 

kənd yaşayış məntəqəsində məskunlaşmışdır. Bu kəndlərdən 155-i Quba rayonunun, 

146-sı  Xaçmaz  rayonunun, 84-ü  Qusar  rayonunun, 68-i  isə  Dəvəçi  rayonunun 

ərazisində yerləşir. 

Yaşayış  məntəqələri  öz  böyüklüyünə  və  orada  məskunlaşan  əhalinin  sayına 

görə  bir-birindən  kəskin  fərqlənir.  Quba-Xaçmaz  iqtisadi  rayonunda  əhalisinin  sayı 

200 nəfərə qədər olan kəndlərin sayı 134-dür. Bu kəndlərdə iqtisadi rayonun ümumi 

əhalisinin 4,5%-i yaşayır. 

Quba-Xaçmaz iqtisadi rayonu ərazisində əhalisinin ümumi sayı 200-500 nəfər 

arasında  dəyişən 144 kənd,  əhalisinin  sayı 500-1000  nəfər  arasında  dəyişən 116 

kənd, 1000-2000 nəfər  əhali yaşayan 67 kənd, əhalisinin sayı 2000-3000 nəfər olan 

19 kənd, 3000-5000 nəfər əhalisi olan 5 kənd  və əhalisinin sayı 5000 nəfərdən çox 

olan 2 kənd  (I və  II  Nügədi  kəndləri)  vardır.  Göstərilənlərdən  aydın  olur  ki,  tədqiq 

olunan  ərazidə  əhalisinin  sayı 200-500 nəfər  və 500-1000 nəfər  olan  yaşayış 

məntəqələri sayına görə üstünlük təşkil edir və onların sayı uyğun olaraq 144 və 116-

dır.  Bir  qayda  olaraq  kənd  yaşayış  məntəqələrində  məskunlaşmış  əhalinin  sayı 

artdıqca,  kəndlərin  sayı  azalır.  Ərazidə  əhalisinin  sayı  1000-2000 nəfər  arasında 

dəyişən yaşayış məntəqələrinin  ümumi sayı 67, əhalisinin sayı 2000-3000 nəfər olan  

yaşayış  məntəqələrinin  sayı 19, 3000-5000 nəfər  əhalisi  olan  kəndlərin  sayı 5 və 

əhalisi 5000 nəfərdən çox kəndlərin sayı 2-dir. 

Yaşayış məntəqələrinin relyefdən asılı olaraq yerləşmə xüsusiyyətlərinin təhlili 

göstərir ki, əhalisinin sayı çox olan böyük yaşayış məntəqələri başlıca olaraq əlverişli 

ekoloji-geomorfoloji  şəraitə,  optimal  su  təminatına  və  təsərrüfat  fəaliyyətinə  malik 

olan  dağətəyi  düzənliklərdə,  dağdaxili  çökəkliklərdə  və  terraslaşmış  çay  dərələrində 

yerləşir. Bunlara misal olaraq Quba rayonunda I və II Nügədi kəndlərini, Rustov ərazi 

vahidini, Qonaqkənd qəsəbəsini və s. göstərmək olar. 

Tədqiq olunan ərazidə  istər şəhər, istərsə də kənd yaşayış məntəqələri relyefin 

yüksəklik  diapazonları  üzrə  qeyri-bərabər  paylanmışdır.  Böyük  şəhərlər  (Quba, 

Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən) və kəndlər (I və II Nügədi kəndləri) akkumulyativ 

düzənliklərdə  və  yaxud  bu  düzənliklərin  alçaq  dağlığa  təmas  etdiyi  sahələrdə 

yerləşmişdir.  Qusar  və  Quba  şəhərləri  uyğun  olaraq  Qusarçay  və  Qudyalçayın 




 

 152


gətirmə  konuslarının  zirvə  və  zirvə  ətrafı  hissəsində  yerləşir. 560 m  mütləq  yük-

səklikdə  yerləşən    Quba  və 680 m  mütləq  yüksəklikdə  yerləşən  Qusar  şəhərləri 

Qudyalçay və Qusarçayın 25-30 m-lik akkumulyativ terrasların səthində yerləşməklə, 

çay dərəsi boyu cənub-qərbdə alçaqdağlığa daxil olur. Şimal-şərq hissədə isə yelpik 

şəklində  genişlənir.  Xaçmaz  şəhəri  isə  Şollar  düzənliyinin  mərkəz  hissəsində 

Qudyalçayla  Qusarçayın  gətirmə  konuslarının  terraslaşmış  hissəsində 50 m  mütləq 

yüksəklikdə yerləşir. 

Apardığımız tədqiqatlar göstərir ki, hündürlük landşaft qurşaqları üzrə əhalinin 

təsərrüfat  fəaliyyəti  sahələri  müxtəlifdir.  Şollar  düzənliyində  məskunlaşmış  əhali 

əsasən  bağçılıq,  bostançılıq,  tərəvəzçilik  və  yem  əkinçiliyi  ilə  məşğul  olur.  Vəlvə-

ləçaydan cənub-şərqdə yerləşən dənizsahili düzənlikdə iqlimin aridləşməsi ilə əlaqə-

dar  əsasən  otlaq  heyvandarlığı  üstünlük  təşkil  edir.  Xəzər  sahili  zonada  hələ  qədim 

dövrlərdən  balıqçılıq  təsərrüfatı  inkişaf  etmişdir.  Ərazinin  dağlıq  hissəsində  başlıca 

olaraq  bağçılıq,  bostançılıq  (kələm,  kartof),  orta  və  yüksək  dağlıq  ərazilərdə  əsasən 

heyvandarlıq  və  qismən  bostançılıq  təsərrüfat  sahələri  yayılmışdır.  Istər  dağlıq, 

isətərsə  də  düzənlik  sahələrdə  əlverişli  ekoloji-coğrafi  şəraitin  olması  gələcəkdə 

arıçılığın inkişafı üçün yaxşı imkanlar yaradır. Ərazinin dağlıq və düzənlik zonaları 

(Yalama,  Nabran)  rekreasiya,  dağ-turizm  (Şahdağ,  Aladaş  kəndi  ərazisində)  və 

istirahət  zonalarının  fəaliyyəti  və  inkişafı  üçün  əlverişli  ekoloji-coğrafi  şəraitə 

malikdir.    



    

ƏDƏBİYYAT 

1.

 



Абдуллаев Р.А., Джафаров Х.Д. Геолого-геофизическая характеристика Прикаспий-

ского нефтеносного района  Азербайджана, Азерб.Гос.издат., Баку: 1992. 

2.

 

Azərbaycanın statistik göstəriciləri, DSK, Bakı, 1992-2003. 



3.

 

Будагов  Б.А.,  Микаилов  А.А.  Ландшафтно-геоморфологические  критерии  выделе-



ния  погребенных  структур  в  Губинской  нефтегазоносной  зоне  (Азербайджанская 

ССР),  в  кн. “Структурно-геоморфологические  исследования  при  нефтегазопоис-

ковых работах”, Л.: 1999, 245 c. 

4.

 



Будагов  Б.А.,  Микаилов  А.А. Погребенные  поднятия и  их  влияние  на  формирова-

ние  ландшафтов  Самур-Дивичинской  низменности.  Изв.  АН  Азербайджанской 

ССР, серия наук о Земле, 2000, № 6, с.290.   

5.

 



Будагов  Б.А.,  Микаилов А.А. Развитие  и  формирование  ландшафтов  Юго-Восточ-

ного Кавказа в связи с новейшей тектоникой, Баку: Элм, 1999, 240 с. 

6.

 

Eminov Z.N. Azərbaycanın əhalisi, Bakı: 2005, 558 s.  



7.

 

Əliyev  F.Ş.  Azərbaycan  Respublikasının  yeraltı  suları,  ehtiyatlardan  istifadə  və 



geoekoloji problemləri, Bakı: Çaşıoğlu, 2000, 326 s. 

8.   Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası, Bakı: Maarif, 1998, 399 s. 

9.  Мусеибов  М.А.,  Абасова  Н.A.  Антропогенная  трансформация  Азербайджана.     

«BDU Xəbərləri», № 3, 1999, с.186-196. 

10.  Мусеибов  М.А.  Геоэкологические  условия  Азербайджанского  побережья  Каспий-

ского моря. BDU Xəbərləri, № 3, 2002, с. 168-172. 

 



 

 153


РАЗМЕЩЕНИЕ НАСЕЛЕНИЯ, НАСЕЛЕННЫХ ПУНКТОВ И ИХ 

ХОЗЯЙСТВЕННАЯ ДЕЯТЕЛЬНОСТЬ ПО ОСОБЕННОСТЯМ ВЫСОТНЫХ  

ЛАНДШАФТНЫХ ПОЯСОВ НА СЕВЕРО-ВОСТОЧНЫХ 

СКЛОНАХ  БОЛЬШОГО КАВКАЗА 

 

Л.Г.ГАСАНАЛИЕВА 

 

РЕЗЮМЕ 

 

В  статье  анализируется  закономерности  размещения  населения  и  населенных 



пунктов  по  особенностям  высотно-пространственной  дифференциации  ландшафтов. 

Выявлено, что населенные пункты и населения, а также их хозяйственная деятельность 

распределены  по  высотным  ландшафтным  поясам  неравномерно.  Установлено,  что    в 

нагорной части исследуемой территории расселения населения приурочены в основном 

по речным долинам, а также во внутригорных котловинах.  

 

DISTRIBUTION CHARACTERISTICS OF POPULATION,  



HUMAN SETTLEMENTS AND THEIR ECONOMIC ACTIVITY ON  

HEIGHT LANDSCAPE ZONES IN THE NORTHEAST SLOPES  

OF THE GREATER CAUCASUS  

 

L.H.HASANALIYEVA  



 

SUMMARY  

 

The article analyzes patterns of distribution of population and population-represented 

points on the specifics of the altitude-spatial differentiation of landscape. It is revealed that 

human settlements and population, as well as their gen-work are inequally distributed by 

altitude landscape zones. It is also found that, in the mountainous part of the investigated 

territory population settlements mainly prevail in river valleys, as well as in intermountain 

basins. 

                     



 

: Xeberler%20Jurnali -> Tebiet%202010%202
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Tebiet%202010%202 -> Применение соединений меди, железа и хрома в качестве катализаторов


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə