MühaziRƏ-1 Kütlə mübadiləsi.Ümumi məlumat, növləri. Kütləötürmənin əsas tənliyi


Şəkil 9.2. Birdəfəli distillə prosesinin izobar-entalpiya dioqramında təsviri



Yüklə 1,41 Mb.
səhifə21/34
tarix29.11.2023
ölçüsü1,41 Mb.
#142758
1   ...   17   18   19   20   21   22   23   24   ...   34
Kimya Muhendisliyi Lab-2

Şəkil 9.2. Birdəfəli distillə prosesinin izobar-entalpiya dioqramında təsviri.

Şəkil(9.2)-dən göründüyü kimi RL parçası qovulmuş D buxar kütləsi ilə və LD parçası isə maye kütləsi ilə mütənasibdir. RD kanodasının uzunluğu isə xammalın L kütləsinə mütənasibd yəni; e = = = və r = = = : (9.1) tənliyində (L=D+R) hər tərəfi L-ə bölsək (e) ilə (r) arasında 1=e+r (9.9) və e=1-r (9.10) asılılığı alarıq.



Mühazirə 10
Rektifikasiya. Tam rektifikasiya kalonu və axınların sxemi. Material və istilik balans tənlikləri.
Birdəfəli buxarlanma prosesində xammalı istənilən təmizlikdə tərkib hissələrinə ayırmaq, çoxdəfəli buxarlanmada isə istənilən miqdarda AGK və YGK almaq mümkün olmadığından, qeyd edilən nöqsanları aradan qaldırmaq üçün rektifikasiya prosesindən istifadə olunur. Deməli rektifikasiya prosesi istənilən qatılıqda və yüksək çıxımla maddələrin alınmasına xidmət edir ki, bu halda buxar və maye faza (tarazlıqda olmayan) arasında çoxdəfəli kontakt yaradılır. Kütlə mübadiləsində tarazlıqda olmayan buxar və maye fazalar kontakta olarkən kütlə və istilik mübadiləsi prosesləri baş verir ki, nəticədə sistem tarazlıq halına gəlir. Bu halda fazalarda temperatur və təzyiq bərabərləşməsi gedir və nəticədə komponentlərin fazalar arasında bölüşdürülməsi baş verir ki, bu cür kontakt ideal kontakt adlanır.
Kontakt nəticəsində əmələ gələn buxar və maye faza tərkibinə görə, kontakta girən buxar və maye fazadan fərqlənirlər. Belə kontakt nəticəsində buxar faza AGK-lə, maye fazası isə YGK-lə zənginləşir. Kontaktdan sonra sistem yenidən tarazlığa can atdığı üçün buxar və mayenin temperaturu bərabərləşir.
Tarazlıqda olmayan maye və buxar axınlarının çoxdəfəli kontaktı nəticəsində verilmiş qarışığın istənilən təmizlikdə tərkib hissələrinə ayılması ilə gedən əksaxınlı diffuziya prosesi rektifikasiya adlanır.Fazaların əksaxınlı kontaktını yaradan xüsusi aparatlar – rektifikasiya aparatları və ya kalonları adlanır ki, bunlar da kontakt qurğuları ilə (boşqablar) təmin edilirlər.



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə