MühaziRƏ-1 Kütlə mübadiləsi.Ümumi məlumat, növləri. Kütləötürmənin əsas tənliyi



Yüklə 1,41 Mb.
səhifə29/34
tarix29.11.2023
ölçüsü1,41 Mb.
#142758
1   ...   26   27   28   29   30   31   32   33   34
Kimya Muhendisliyi Lab-2

Bərk sistemdə ekstraksiya: bu özündə dört əsas mərhələni birləşdirir: 1.bərk madə hissəciyinin məsamələrinə ekstragentin(hılledicinin) daxil edilməsi; 2. məqsədli kamponentlərin həll olması;
3. bərk hissəciyin dərinliyindən ekstraksiya olunan maddənin fazaların ayrılma sərhəddinə keçirilməsi (daxili diffuziya).
4.çıxarılan maddənin fazaların ayrılma sərhəddindən ekstragentə keçirilməsi (xarici diffuziya).
Prosesin hərəkətverici qüvvəsi, bərk maddə məsamələrini dolduran məhluldakı məqsədli komponentin və bərk hissəcik səthi ilə kontaktda olan ekstragentin əsas kütləsinin qatılıqları fərqidir.Ekstraksiya prosesi əks axınlı fazalarda daha effektivdir və bunun da ən böyük üstünlüyü bərk fazadan məqsədli komponentin maksimum çıxarılmasıdır ki, nəticədə yüksək qatılıqlı ekstrakt alınır.İstənilən kütləmübadiləsi prosesində olduğu kimi, ekstraksiya prosesinin sürəti, hərəkətverici qüvvə ilə düz və diffuziya müqaviməti ilə tərs mütənasibdir. Prosesin hərəkətverici qevvəsini iki üsul ilə , qarşılıqlı təsirdə olan fazaların əks axınlı üsulundan istifadə etməklə və ekstragent və bərk hissəciklərin kütlə sərfi nisbətini artırmaqla həyata keçirilir. Sənaye şəraitində müxtəlif maye neft məhsullarının ayrılması üçün fenol, furfurol, dietilenqlikol, su , benzol, maye propen, dimetilsulfoksid, N-metilpirrolidon və s. bu kimi həlledicilərdən istifadə edilir.Ekstraksiya prosesi zamanı üç əsas şərti komponentlər: seçici həlledici, çıxarılan (ayrılan) komponent və ayrılmayan komponent götürülür.Ekstrakt məhlulundan həlledicini ayırdıqdan sonra ekstrakt, rafinat məhluldan həlledicini ayırdıqdan sonra isə rafinat alınır ki, bu da ayrılaraq alınan sonuncu məhsulu təşkil edir.Ekstraksiyanın aşağıda göstərilən növləri mövcuddur.

  1. Birdəfəli ekstraksiya (Şək.13.2,a) xammal həlledicinin bütün miqdarı ilə birdəfəlik qarışdırılır sonra isə rafinatlı və ekstraktlı məhlula ayrılır.

  2. Çoxdəfəli ekstraksiya (Şək.13.2,b) – başlanğıc xammaml və refinatlı məhlullar hər bir pillədə uyğun həlledici ilə qarışdırılır.

  3. Əksaxınlı ekstraksiya (Şək.13.2,d) – rafinatlı və ekstrakt məhlulların bütün pillələrdə çoxdəfəli kontaktının yaradılması ilə yaradılır.

Əksaxınlı ekstraksiyanın qarışdırıcı çökdürücülü və ya kalon tipli aparatlarda (Şək.13.2,e) həyata keçirilə bilər.Birdəfəli ekstraksiya kobud ayrılmada və daha effektli ekstraksiya isə əksaxınlı ekstraksiya ilə həyata keçirilir.

Şəkil 13.2 Ekstraksiya üsullarının sxemi.

  1. Birdəfəli ekstraksiya; b) çoxdəfəli ekstraksiya; d) əksaxınlı ekstraksiya; e) əks axınlı kalon tipli aparatda ekstraksiya; Ç – qarışdırıcı: G– çökdürücü; F – xammal; L – həlledici; R – rafinatlı məhlul; S – ekstraktlı məhlu.




Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə