MühaziRƏ-1 Kütlə mübadiləsi.Ümumi məlumat, növləri. Kütləötürmənin əsas tənliyi



Yüklə 1,41 Mb.
səhifə26/34
tarix29.11.2023
ölçüsü1,41 Mb.
#142758
1   ...   22   23   24   25   26   27   28   29   ...   34
Kimya Muhendisliyi Lab-2

Adsorbsiya prosesində tarazlıq. Adsorbsiya zamanı qaz və ya buxar molekulları molekulların cazibə qüvvəsi təsiri altında adsorbent səthi üzərində yığılırlar. Bu proses çox vaxt kimyəvi qarşılıqlı təsirlə və eləcə də bərk adsorbent kapilyar məsamələrində buxarın kondensləşməsi ilə müşayət olunur. Adsorbsiyanın ümumi qəbul edilmiş nəzəriyyəsi hələlik yoxdur.Geniş yayılmış yanaşmaya görə adsorbsiya adsorbent molekulu nüvəsi ilə udulan maddənin qarşılıqlı təsiri nəticəsində yaranan elektrik qüvvələrinin təsiri altında baş verir. Digər nəzəriyyəyə görə adsorbsiya qüvvələri kimyəvi xarakter daşıyır və onların təbiəti adsorbent səthində sərbəst valentliyin olması ilə izah edilir.Adsorbsiyanın yaranmasına səbəb olan qüvvələrin xarakterindən asılı olmayaraq fazalar müəyyən müddətdə təmasda olduqda, adsorbsiya tarazlığı yaranır. Bu zaman adsorbsiya olunmuş maddə qatılığı X (kq/kq adsorbentə görə) və onun fazadakı qatılığı Y arasında müəyyən asılılıq yaranır;
X = AY1/n (12.2)
burada Y-buxar-qaz qarışığı yaxud məhlulun inert hissəsinin tarazlıq qatılığıdır (kq/kq);A və n təcrübi yolla müəyyən edilən sabitlərdir (n 1). (13.2) asıliliğı müəyyən bir temperatura uyğun gəlir və adsorbsiyanın izotermi adını daşıyan əyri ilə təsvir edilir. Qarışıqda sabit temperaturda adsorbsiya olunan maddənin qatılığı onun təzyiqinə mütənasibdir. Ona görə də (13.2) tənliyini X = A1P1/n (13.3) şəklində yaza bilərik. Burada A1 - mütənasiblik əmsalı; P- buxar- qaz qarışığında udulacaq maddənin tarazlıq təzyiqidir.
Adsorbentin xassəsi , temperatur, təzyiq, udulacaq maddələrin xassəsi və adsorbsiya olunan fazaların tərkibi adsorbsiya prosesinin getməsi üçün təsir edən əsas faktorlardır. Tarazlıq qatılığı (X) temperaturun artması ilə azalır və təzyiqin artması ilə artır.Beləliklə temperatur azaldıqda yaxud təzyiq artdıqda adsorbsiya sürətlənir.
Yuxarıda göstərilən faktorlar adsorbsiyadan sonra dessorbsiya prosesinə əks istiqamətdə təsir edir, yəni adsorbentin temperaturunu artırdıqda və adsorbent üzərində təzyiqi azaltdıqda , yaxud udulmuş maddəni sıxışdıran buxar adsorbentdən buraxılarkən dessorbsiya sürətlənir.
Adsorbentlər statik və dinamik aktivliklərinə görə xarakterizə olunurlar. Adsorbent bir neçə dövr işlədikdən sonra ayrılacaq komponentin tam olaraq udulmasını təmin edə bilmir və udulacaq komponentin adsorbent qatından yan keçməsi baş verir. Bu andan başlayaraq tarazlığın yaranmasına qədər buxar-qaz qarışığından ayrılan komponentin qatılığı artır.
Vahid çəkili (yaxud həcmli) adsorbentdə, adsorbsiyanın başlanma anından yan keçmənin başlanmasına qədər olan müddət, adsorbentin dinamik aktivliyini müəyyən edir. Eyni miqdarda adsorbentlə adsorbsiyanın başlanmasından tarazlığın yaranmasına qədər olan müddət statik aktivliklə müəyyən edilir. Adsorbentin aktivliyi qazın temperaturu və onda olan udulacaq komponentin qatılığından asılıdır. Dinamik aktivlik statik aktivlikdən həmişə az olur və ona görə də həmişə adsorbentin sərfi dinamik aktivliyə görə müəyyən edilir.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə