MühaziRƏ-1 Kütlə mübadiləsi.Ümumi məlumat, növləri. Kütləötürmənin əsas tənliyi


Adsorbsiya prosesinin həyata keçirilmə üsulları



Yüklə 1,41 Mb.
səhifə27/34
tarix29.11.2023
ölçüsü1,41 Mb.
#142758
1   ...   23   24   25   26   27   28   29   30   ...   34
Kimya Muhendisliyi Lab-2

Adsorbsiya prosesinin həyata keçirilmə üsulları.Sənayedə adsorbsiyanın aşağıda göstərilən üsullarından istifadə edilir:
Stasionar laylı adsorbentlə .
Hərəkətdə olan laylı adsorbentlə .
Psevdo qaynar laylı adsorbentlə.
Şəkil 12.1-də adsorbsiya prosesinin yuxarıda verilən variantları missal olarag göstərilmişdir.
Stasionar laylı adsorberlər (a) vertical şəkildə yerləşdirilərək içərisi sorbentlə doldurulur.İlkin garışıg bu adsorbent layından buraxılır və bu halda garişığın uyğun komponenti udulur. Adsorbent doydugdan sonar adsorbsiya mərhələsi gurtarır və adsorbent bundan sonara regenerasiya edilir.Regenerasiya üçün doymuş adsorbent layından su buxarı ,inert gaz, həledici və s.buraxılır.Regenerasiya müddətində adsorbsiya prosesi dayandırılır. Fasiləsiz iş regimi yaratmag üçün gurğuda bir neçə adsorber yerləşdirilir.
Hərəkətdə olan laylı adsorberlər (b) etileni, onun hidrogen və metan ilə garışıglarından ayrrılmasında,hidrogenin gazlardan ayrılmasında və s.istifadə edilir. Bu halda proses fasiləsiz aparılır.Adsorbent kimi çox vaxt aktiv kömür götürülür. Adsorbentin sirkulyasiyası üçün pnevma hərəkətdən istifadə edilir.Şəkil 12.1-da göstərildiyi kimi soyuducu-1-də adsorbent layı soyudulur və sonar adsorbsiya seksiyasına daxil olur. Xammal adsorbsiya seksiyasının orta hissəsindən verilir .Adsorbsiya seksiyasında xammal adsorbent layına əks axınla hərəkət edir.Udulmayan gaz aparatın yuxarı hissəsindən xaric edilir.
Aparatın aşağı hissəsi desorber hesab edilir.Bura gızdırıcı-3 və su buxarı ilə istilik verilir.Desorbsiya olunmuş komponentlər su buxarı ilə birlikdə desorberin yuxarı hissəsindən çıxarılır. Bir neçə axın desorbsiya olunmuş kompanentlərin çıxarılması mümkündür ki,bu da ilkin garışıgın təxmini bölünməsini mümkün edir. Pnevmatik sistemlə gaz üfürüçü -4 ilə sistemdə adsorbentin sirkulyasiyası təmin edilir.
Psevdo qaynar laylı (v) absorberlər də fasiləsiz işləmə imkanına malikdir. Bu halda adsorbent çox kiçik hissəcik, adətən 500mkm-dən çox olmamalıdır. Adsorber bir və ya bir neçə gaynar laydan ibarət ola bilər ki, bu da əks axınlı fazaların kontaktını yaratmalıdır. Bu cür adsorberlərdə xüsusi boşgablarda-2,gaz paraşok şəkilli adsorbentlə garşılıglı təsirdə olur ki,bunun da nəticəsində adsorbent yuksək çevikliyə gətirilir.Axıcı gurğu-3 vasitəsi ilə adsorbent yuxzrıdan aşağıya hərəkət edərək bir kontakt pilləsindən digərinə keçir.Aparılan adsorbent hissəciklərinin ayrılması üçün adsorberdən gaz çıxarılmazdan əvvəl tsiklondan buraxılır.

Şəkil 12.1. Adsobsiya prosesinin əsas aparılma üsullarının sxemi.
Tərpənməz laylı: 1- qövdə; 2- adsorbent: 3-dayag şəbəkəsi . 4- məhdudlaşdırılmış çərçivə
Tərpənən laylı: 1- soyuducu; 2- qövdə; 3qızdırıcı; 4 –qazüfürücü; 5- bölüşdürücü; 6-adsorbent; 7- reaktivator.
v.Psevdo sıxılma laylı;1-gövdə; 2-kontakt boşgabı;3-axın gurgusu.
Mühazirə 13

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə