MühaziRƏ-1 Kütlə mübadiləsi.Ümumi məlumat, növləri. Kütləötürmənin əsas tənliyi


Ekstraksiya, prosesin mahiyyəti və növləri



Yüklə 1,41 Mb.
səhifə28/34
tarix29.11.2023
ölçüsü1,41 Mb.
#142758
1   ...   24   25   26   27   28   29   30   31   ...   34
Kimya Muhendisliyi Lab-2

Ekstraksiya, prosesin mahiyyəti və növləri.
Maye(bərk) fazada həll olmuş bir və ya bir neçə maddənin digər seçici həlledici(ekstragent) vasitəsi ilə ayırılması prosesi ekstraksiya adlanır. Göstərildiyi kimi ayrılacaq komponent seçilmiş həlledicidə digərlərindən fərqli olaraq daha yaxşı həll olur. Ona görə də həlledici ayrılacaq komponentə görə seçilməlidir. Bərk fazanın ekstraksiyasında maye və bərk faza, maye fazanın ekstraksiyasında isə hər iki faza maye halında olur. Neft emalında ekstraksiya prosesindən maye-maye sistemində yağların, dizel yanacaqların təmizlənməsində, aromatik karbohidrogenlərin ayrılmasında geniş istifadə edilir. Seçilmiş həlledici ilə kontakt (təmas) yaratdıqda iki məhlul alınır. Bunlar tərkibində ayrılan komponent olan (ekstrakt) və tərkibindən ayrılmayan komponent qalan məhlullardan (rafinat) ibarətdir. Uyğun olaraq ekstrakt və rafinat adlandırılan bu məhlullar ekstragentin (həlledicinin) başlanqıc məhlul (qarışıq) ilə qarşılıqlı təsiri nəticəsində yaranır.
Maye sistemdə ekstraksiya: Ümumi halda maye sistemdə ekstraksiyanı aşağıdakı kimi təsvir etmək olar. A mayesində L komponentı həll edilmişdir. Bu o deməkdir ki, ikikomponentli A + L məhlulu vardır. Əyər bu məhlula A məhlulu ilə qarişmayan və həll olmayan, lakin L komponentini özündə yaxşı həll edən B(ekstragent) həlledicisini əlavə etsək, bu halda L komponenti B həlledicisinə keçəcəkdir. Nəticədə L komponentinin A məhlulunda qatılığı azalacaqdır. Real şəraitdə L komponenti tam olaraq B ekstragentinə keçməyəcək, bir qədər hissə A məhlulunda qalacaqdır. Beləliklə L komponenti A məhlulunda və B ekstragentində olacaqdır. L komponentinin A məhlulunda və B ekstragentində paylanma nisbəti belə xarakterizə edilir: φ = (13.1)
burada: φmaye sistemin xassəsindən, temperatur və qatılığından asılı olan təcrübi paylanma əmsalıdır; CB – L komponentinin B həlledicisində qatılığı, ; CA – L komponentinin A məhlulunda qatılığı, .
Ekstraksiyanın effektivliyi, φ-nin artması ilə artır və onun qiyməti vahiddən böyük olmalıdır.
Maye qarışığın ekstraksiya üsulu ilə ayrılması zamanı aşağıda göstərilən proseslər baş verir.

  1. Kontakt yaratmaq üçün ilkin qarışığın ekstrogentlə qarışdırılması.

  2. Qarışmayan iki maye fazanın (ekstrakt və rafinat) alınması.

  3. Ekstraktın regenerasiyası, yəni onun ekstragentdən ayrılması.

Maye bircins qarışıqların ekstraksiya ilə ayrılmasına rektifikasiya ilə birgə baxmaq lazımdır. Şəkil 13.1-də ekstraksiyanın prinsipial sxemi göstərilmişdir.

Şəkil 13.1. Ekstraksiyanın prinsipal sxemi.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə