MühaziRƏ-1 Kütlə mübadiləsi.Ümumi məlumat, növləri. Kütləötürmənin əsas tənliyi



Yüklə 1,41 Mb.
səhifə6/34
tarix29.11.2023
ölçüsü1,41 Mb.
#142758
1   2   3   4   5   6   7   8   9   ...   34
Kimya Muhendisliyi Lab-2

Həcmi qatılıq – 1m3 qarışıqda olan komponentin kütləsi vasitəsi ilə tərkibin ifadə edilməsidir , daha doğrusu sistemdəki Ci komponentinin həcminin sistemin ümumi C həcminə olan nisbətidir. Həcmi qatılıq C kq/m3 ilə ölçülür. Bütün komponentlərin həcmi qatılıqları cəmi 1m3 qarışığın kütləsinə bərabərdir, yəni bu onun ρ sıxlığını göstərir. Beləliklə qarışığın k komponentinin çəki payAk = (1. 14

MÜHAZİRƏ- 3
Maye-qaz və ya maye-maye arasında kütlə mübadiləsinin sxematik təsviri. Kütləvermə qanunu (Şukaryev qanunu). Kütləötürmə və kütləvermə sabitləri arasındakı asılılıq.
Maye-qaz və ya maye-maye arasında kütlə mübadiləsinin sxematik təsviri. Kutləmübadiləsi proseslərinin təsnifatında göstərildiyi kimi aqreqat halına qörə əsaas iki növ kütləmübadiləsi fərqləndirilir: 1) maye və qaz(buxar) arasında yaxud qarışmayan iki maye arasında kütləmübadiləsi; 2) bərk maddə və maye, qaz (buxar) arasında kütləmübadiləsi. Kütlə mübadiləsində kütləötürmənin sürəti fazalarda paylanan maddənin keçid mexanizmi ilə bağlıdır. Fazalar arasında kütləmübadiləsinin baş verməsi üçün bizi maraqlandıran komponent, fazaların ayrılma sərhəddinə gətirilməlidir. Maddənin fazaların ayrılma sərhəddinə gətirilməsi : a) konvektiv diffuziya, yəni verilən fazada hissəçiklərin hərəkəti nəticəsində və b) molekulyar diffuziya, yəni verilmiş faza qatı vasitəsi ilə molekulların hərəkəti nəticəsində həyata keçirilir.
Göstərildiyi kimi G və L fazaları arasında mollekulyar diffuziya ( qat vasitəsi ilə mollekulun diffuziyası) və konvektiv diffuziya ( maddənin hərəkət edən hissəcikləri ilə) yolu ilə hər iki fazada həyata keçirilir. Hər bir faza nüvə ( əsas kütlə ) və fazaların ayrilma səthində yaranan sərhəd qatı olmaqla iki hissə ilə fərqlənir..
. Qərarlaşmış prosesdə fazaları ayıran sərhəddə tarazlıq müşahidə edilir, yəni yt və xt qatılıqları tarazlıq halında olur (bərabərləşir).

Şəkil 3.1.Maye-qaz və ya maye-maye arasında kütlə mübadiləsinin sxematik təsviri.




Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə