2
Məsləhətçi: Xalq yazıçısı Çingiz Abdullayev
Ön söz: Tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangir
Korrektor: Filoloq Luiza Məmmədova
Kompüterdə yığan: Sinay
Dizayn: Sevinc
Ramiz Dəniz. “Həqiqət”. Bakı, “MM-S” müəssisəsi, 2014,
440 səh..
ISBN – 978-9952-8230-9-7
Əsərdə cərəyan edən hadisələr, Qarabağın bir kəndində yaşamış
iki - azərbaycanlı və erməni ailəsinin taleyindən bəhs edir. Öz dədə-
baba torpağından qovulan azərbaycanlılar ermənilər tərəfindən
fiziki və mənəvi məhrumiyyətlərə məruz qalsalar da, insanlıq
sifətini itirmiş, bilavasitə azərbaycanlılara qarşı cinayətlər törədən
həmin erməni ailə Sankt-Peterburq şəhərində Sergey adlı rus
ziyalısının sadəlövhlüyündən istifadə edərək, qaçqın kimi onun
evinə sığınır. İllər ötəndən sonra əsərdəki personajlar – yəhudi
biznesmeni, Bakı ermənisi, gürcü pedaqoqu və rus arxeoloqu
ermənilərin Qarabağda törətdikləri cinayətləri Sergeyə söyləyirlər
və sığınacaq tapmış erməni ailəsinin əməlləri bütünlüklə ifşa
edilərək, biabırçı şəkildə evdən qovulurlar. Lakin həqiqəti dərk
etmək üçün ilk öncə rus ziyalısı Pyatiqorskiyə, İrəvana,
Xankəndinə, əsas personajların vətəni olan Xocavəndin Qaradağlı
kəndinə, qarət edilərək dağıdılmış Azərbaycan kəndlərinə və
Bakıya səfər edir və əlləri azərbaycanlıların qanına bulaşan
ermənilərin əsl simasını üzə çıxarmaq üçün müvafiq faktlara
söykənən məlumatlar toplayır.
© R.Dəniz 2014
4
Əsər erməni millətçiləri və quldurlarının
azərbaycanlılara qarşı törətdikləri soyqırım,
qətliamlar, vəhşiliklərin və ümumiyyətlə,
işğal edilmiş Qarabağ həqiqətlərini dünya
ictimaiyyətinə çatdırılmasında mühüm rol
oynayan, başda Heydər Əliyev Fondunun
rəhbərliyi olmaqla yanaşı, hər bir şəxsin
fədakar fəaliyyətinə həsr olunur.
“Həqiqət” romanı birbaşa Qarabağda baş verən
faciənin miqyasını işıqlandıraraq, erməni millətçiləri-
nin nə dərəcədə həyasız, qəddar və miskin olduğunu
üzə çıxarır. Bundan sonra on illər keçsə belə, bizim
xalq onların kimliyini unutmamalıdır, ona görə ki,
əsrlər boyu onlar nəyə qadir olduqlarını bütün qonşu-
larına nümayiş etdirərək, xasiyyətlərinin dəyişməz
qaldığını sübuta yetiriblər.
Xalq yazıçısı Çingiz Abdullayev