1.Qədim Azərbaycanda xristian dini
Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa
Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz
etmişdir.
Qafqaz Albaniyasında xristianlıq eramızın 54 - 57 -ci illərində
apostol Müqəddəs Yeliseyin təbliğ fəaliyyətindən sonra yayılmışdır.
Bu səbəbdən Alban kilsəsi apostol kilsəsi adlandırılır. Qafqazda , eləcə
də bütün xristian dünyasında olan qədim xristian kilsələrindən biri alban
kilsəsidir.
Albaniya, xristian icmalarının IV əsrdən xeyli əvvəl, xristianlıq
dövlət dini olmamış yarandığı ölkələr sırasındadır. Alban ənənəsinə
görə, eramızın ilk əsrlərinin başlanğıcında yerusəlimdən, Suriyadan ilk
xristian missionerləri, həvariləri (apostolları) və həvarilərin şagirdləri
Albaniyaya gəlmiş, ilk xristian icmaları yaranmışdı. Yenə də alban
ənənəsi xristianlığın yayılmasında bir – birini əvəz edən iki dövrü qeyd
edir: həvari dövrü adlanan birinci mərhələ həvarilərdən Müqəddəs
Faddeyin, Müqəddəs Varfolomeyin və Müqəddəs Faddeyin şagirdi
Müqəddəs Yeliseyin adı ilə bağlıdır. IV əsrə kimi davam edən bu dövrü
şərti olaraq siryanipərəst dövrü adlandırılır. İkinci (yunanpərəst) mərhələ
Maarifçi Qriqorinin və alban hökmdarı Urnayrın adları ilə bağlıdır.
Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci
patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan
diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə
Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra
Yelisey Çolaya (Dərbəndə) yollanmış, daha sonra isə Samur çayını
keçib dinin təbliğini davam etdirmiş, Helmes kəndində bütpərəstlər
tərəfindən öldürülərək bir çalaya atılmışdır. Sonralar Alban məliki
Vaçaqanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində
torpağa tapşırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir.
313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən
qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan
edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın 2
yayılmasının qrekofil dövrüadlanan yeni dövrü başlanır. Akademik
Z.Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə
xristianlığı yaymaq üçün mübarizə aparmışlar. IV-V əsrlərdə ruhanilik
və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə feodallar öz
ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir,
dini kitablar siryani, arami və yunan dillərindən Alban dilinə tərcümə
edilirdi. Sinayda aşkar edilmiş "Alban yazısında və Alban dilində"
leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından
sayılır.
451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə
üstünlük verir. V-VI əsrlərdə ölkə əpazisində monofizitlərlə diofizitlər
arasında mübarizə güclənir. VI əsrin sonu - VII əsrin əvvəllərində Alban
kilsəsi diofizitliyi qəbul edir.
Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi. 552-ci
ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından, xüsusilə
Alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş,
kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili sıxışdırılıb
çıxarılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər
yarananda Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa
etmişdir. X-XI əsrlərdə bölgədə şərq xristianlığı nüfuzunu müəyyən
dərəcədə qoruyub saxlaya bilmişdi. Bu durum XVIII əsrə kimi beləcə
davam etmişdir. 1836-cı ildə çar hökuməti Sinodun təqdimatı ilə Alban
kilsəsini ləğv edir, kilsənin bütün əmlakı Eçmiədzin katolikosluğuna
verilir. XX əsrin 80-90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur.
2003-cü ildə Alban-udi xristian icması dövlət qeydiyyatından keçir. Bu,
Şəkidəki Kiş kilsəsinin bərpasından sonra olmuşdur. Hazırda Qəbələ
rayonunun Nic kəndindəki kilsənin də bərpası davam etdirilir.
Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və
protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil
olunmuşdur. Dövlət qeydiyyatında 5 erməni-qriqorian icması vardır.
3
Pravoslavlıq. Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus
çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" çərçivəsində nüfuz
etməyə başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə
başlamışdır.
Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən
sığortalanmaq üçün sektant xristianların Qafqaza sürgünü başlanır.
Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altı-
Ağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə
Yelizavetpol quberniyasında Borisı - Ruslar, 1844-cü ildə isə Slavyanka
kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində 21
sektant kəndi var idi ki, burada 13 min sektant yaşayırdı.
Katolisizm. Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci
illərində rus ordusu tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün
edilməsi ilə əlaqədar olaraq yaradılmışdır. Prixod Tetri-Skarodakı
(Gürcüstan) Roma-katolik hərbi prixoduna tabe idi. 1882-ci ildə Bakı
prixodu müstəqilləşir. 1895-ci ildə Müqəddəs Məryəmin Bakirə
Hamiləliyi şərəfinə kilsə, 1903-cü ildə isə Bakı qəbiristanlığında
Müqəddəs Xaç kilsəsi tikilir. 1909-1912-ci illərdə Bakının gözəl
memarlıq abidələrindən sayılan yeni Müqəddəs Məryəmin Bakirə
Hamiləliyi kilsəsi qotik üslubda inşa edilir. Sovet dövründə kilsə
dağıdılmışdır. 1999-cu ildə Bakıda Roma-katolik icması yenidən bərpa
olunur. 2001-ci ildə icma öz ibadət evini yaradır. Hazırda Bakıda Roma-
katolik kilsəsinin inşası üçün torpaq sahəsi ayrılmışdır. 22-23 may 2002-
ci ildə Roma-katolik kilsəsinin sabiq başçısı Papa İoann II Pavel Bakıda
rəsmi səfərdə olmuşdur.
Baptizm. İncilçi-lüteran kilsəsinin ardıcılları Bakıya hələ XIX əsrin ikinci
yarısında neft yataqlarının istismarında iştirak edən alman sənayeçiləri
sırasında gəlmişlər. Onların gəlişinin bir səbəbi də XIX əsrin əvvəllərində
Almaniyada baş vermiş siyasi və dini iğtişaşlar sayılmalıdır. O vaxt
ölkədə belə bir mövhumi şayiə yayılmışdı ki, Qərbdə qiyamət günü
yaxınlaşır, nicat ancaq Şərqdədir. Əhali, xüsusilə sektant dindarlar
Rusiyaya və Qafqaza köçməklə qiyamət gününün
Dostları ilə paylaş: |