6 dekabr 2016-cı il, çərşənbə axşamı
6
Böyük təbib və filosof Əbu Əli İbn Sina
demişdir: “Mən çox istərdim ki, biləm: mən kiməm
və bu dünyada nə axtarıram?” Bu sualı bütün zəka
sahibləri həmişə özlərinə verirlər. Bu sualın cavabı
geniş dünyagörüşünə sahib olan şəxsiyyətlərin daxili
aləmlərində, mənəviyyatında, yaradıcılığında öz
təcəssümünü tapır. AMEA-nın müxbir üzvü, Əməkdar
elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil
Əliyev belə zəka sahiblərindən idi. Doxsan illik yubileyi
ərəfəsində aramızda olmadığı bir zamanda onun
haqqında yazmaq, sözsüz ki, çox çətindir. Bu çətinlik
onun cismani yoxluğu ilə əlaqədar olsa da, bu böyük
insanın yaratdıqları, iqtisad elmi sahəsində zəngin
fikirləri ilə bağlı mülahizə və ideyaları bu gün də çox
dəyərli və əhəmiyyətlidir. Bu dəyərləri qiymətləndirmək
heç də asan deyil.
Milli Elmlər Akademiyası-
nın müxbir üzvü, Əməkdar elm
xadimi, iqtisad elmləri dokto-
ru, professor Aqil Əlirza oğlu
Əliyev, sözün əsl mənasında,
ziyalı idi. Aqil müəllimin ziyalı-
lığı xalqımızın əsrlərdən bəri yol
yoldaşı olan mənəviyyatımızı,
ədəb-ərkanımızı qoruyub saxla-
maqda, onu intellektin işığında
həmişə uca tutmaqdadır.
Aqil Əlirza oğlu Əliyev
1926-cı il dekabrın 10-da
Vətənimizin ən qədim diyarla-
rından biri olan Naxçıvanda ana-
dan olmuşdur. Atası Əlirza Cəfər
oğlu Əliyev 1943-cü ildə Nax-
çıvan şəhərində vəfat etmişdir.
Atasının vəfatından sonra ailənin
bütün ağırlığı yeniyetmə Aqil
Əliyevin üzərinə düşmüşdür.
Müharibə illərində arxa cəbhədə
çalışaraq çətinliklə ailə üzvlərinə
kömək edərdi. Anası İzzət xanım
sadə bir evdar qadın kimi, öz
övladlarının təhsilli olmalarına
çox üstünlük verərdi. Namaz
qılıb oruc tutan ananın ümdə ar-
zusu övladlarını təhsilli görmək
idi. O, Məhəmməd peyğəmbərin
(s.) beşikdən qəbrədək elm
öyrənməyi müsəlmanlara tövsiyə
edən sözlərini övladlarına xatır-
ladırdı. Həzrət Əli (ə.) demişdir:
“Elm zənginlər üçün bəzək,
kasıblar üçün zənginlikdir”.
Onun övladlarına tez-tez çəkdiyi
bu cür misallar öz bəhrəsini
verməyə bilməzdi. Odur ki, Aqil
Əliyev 1946-cı ildə Bakı Dövlət
Universitetinə daxil olmuş və
1951-ci ildə oranı bitirmişdir.
1953-cü ilə qədər Azərbaycan
EA-nın Tarix İnstitutunda elmi
işçi vəzifəsində çalışmışdır.
Onun iqtisad elminə və
pedaqoji fəaliyyətə böyük
marağı olduğundan 1953-cü ilin
may ayında Azərbaycan Tibb
Universitetinin siyasi iqtisad
kafedrasında əmək fəaliyyətinə
başlamışdır. Ömrünün sonuna
qədər, yəni 53 il müddətində
həmin universitetin siyasi iqtisad
kafedrasında müəllim, dosent,
professor və kafedra müdiri
vəzifələrində çalışmışdır.
Aqil Əliyev 1970-ci ildə
“Şəhər və kənd əhalisinin
həyat səviyyəsinin bir-birinə
yaxınlaşması problemləri”
mövzusunda namizədlik
dissertasiyası müdafiə edərək
iqtisad elmlər namizədi alimlik
dərəcəsi almış, 1973-cü ildə
dosent vəzifəsinə, 1979-cu ildə
professor vəzifəsinə seçilmişdir.
O, 1982-ci ildə “Şəxsi istehlakın
iqtisadi problemləri” mövzu-
sunda doktorluq dissertasiyası
müdafiə edərək iqtisad elmləri
doktoru alimlik dərəcəsinə layiq
görülmüşdür.
A.Əliyevin elmi-pedaqoji
fəaliyyəti, xidmətləri ayrı-ayrı
dövrlərdə dövlətimiz tərəfindən
layiqincə qiymətləndirilmişdir.
O, 1982-ci ildə Əməkdar elm
xadimi fəxri adına, “Şöhrət”
və “Qırmızı Əmək Bayra-
ğı” ordenlərinə, çoxlu say-
da medal, fəxri fərman və
təşəkkürnamələrə layiq görül-
müşdür.
Aqil Əliyev 190-dan artıq
elmi əsərin, o cümlədən 32
monoqrafiya və kitabın müəllifi
olmuşdur. Çoxsaylı elmlər
namizədi və elmlər doktorunun
yetişməsində əvəzsiz xidmətlər
göstərmişdir.
Azərbaycanda ilk dəfə
olaraq “Şəxsi istehlakın
iqtisadiyyatı və problemləri”,
“Aqrar iqtisadiyyatın aktual
problemləri”, “Kənd əhalisinin
həyat səviyyəsinin yüksəldilməsi
problemləri” və digər sanballı
monoqrafiyaların müəllifidir.
Aqil müəllimin bir alim
kimi qoyub getdiyi elmi-peda-
qoji irsini bir məqalədə əhatə
etmək çətindir. Lakin o, elmi
ideyaları, bilavasitə praktikaya
tətbiq edən bir alim kimi xalqı-
mızın tarixində özünəməxsus
yer tutur.
Ulu öndərimiz Heydər
Əliyevin sözləri ilə desək:
“Hər bir alim qiymətlidir.
Ancaq nəzəriyyəni təcrübə ilə
birləşdirən, fikirlərini tətbiq
edə bilən və onlardan əməli
nəticə götürə bilən, cəmiyyətə,
ölkəyə, xalqa konkret fay-
da gətirən insanlar alimlərin
sırasında xüsusi yer tutur”. Belə
zəka sahiblərindən biri də Aqil
müəllim olmuşdur.
Aqil müəllim zəngin elmi-
pedaqoji təcrübəsi, natiqliyi,
əməldə fəzilətliyi və xeyirxah-
lığı, fəaliyyətdə mübarizliyi
və tükənməz səbri sayəsində
insanlıq zirvəsini fəth etmişdir.
Bu zirvə yalnız müdrik insanlara
nəsib ola bilər.
Aqil müəllim bir çoxları-
nın dərdinə çarə tapan, işinə
yarayan insan idi. O, insanın
düşüncəsinin aydınlığını,
şəffaflığını, saflığını sevən idi.
O, heç kəsə ağır söz deməz, ya-
raya köz basmazdı. Yaxşı bilirdi
ki, tikanlı söz qəlbi qırır, sındırır,
insanın ruhi aləmini zədələyir.
Aqil müəllim sözünün
qədir– qiymətini bilən idi, sözü
zərgər dəqiqliyi ilə seçər, onu
hədəfə vurardı. O, sözünün
ağası idi, sözü ilə əməli həmişə
üst-üstə düşürdü. İllər keçir,
zaman dəyişir, çoxları zamana
uyğun hərəkət etməyə çalışır,
o isə dəyişməz idi. Ona görə
də o, daim qərarlı, sakit, iradəli
və seçmək qabiliyyətinə malik,
seçdiyini sevən, ona vurulan,
ona tapınan bir insan idi. Aqil
müəllim hadisələri saf-çürük
etməyi, onun səbəblərini aşkara
çıxarmağı, çevik hərəkətlə ona
cavab verməyi bacaran bir zi-
yalı idi. Bu çeviklik ona həmişə
cəsarət, güc, şərəf gətirirdi.
Aqil müəllim sadə, təbii
bir insan idi. Onun şəxsiyyəti
haqqında o qədər maraqlı faktlar
var ki, bəzən bilmirsən hansını
deyəsən, hansını yazasan. Aqil
Əliyev xeyirxahlığı, prinsipi-
allığı və mərhəmətliyi özündə
təcəssüm etdirən nurlu bir
sima idi. Xalqımızın ən gözəl
xüsusiyyətləri olan insana
yaxşılıq etmək, qayğı göstərmək
Aqil müəllimin əqidə manifesti,
həyat devizi idi. O, insanlara
qayğı göstərirdi, onların işinə
yarayırdı. Bu, onun həyatını
mənalandırırdı, dəyərini,
qiymətini yüksəldirdi. Aqil
müəllim, sözün əsl mənasında,
bir çox insanlar üçün ümid yeri
idi. N.Tusinin belə bir fikrini
yada salmaq çox yerinə düşür:
“Başqasına etdiyin yaxşılığı
unuda bilərsən, ancaq sənə
edilən yaxşılığı unutmamalısan”.
Bu fikir həmişə mənim qəlbimdə
yaşayır. Onun insanlara səmimi,
xeyirxah və qayğıkeş münasibəti
bizim üçün əbədi bir örnəkdir.
Aqil müəllim həddən
artıq tələbkar idi. O, biganəliyi
xoşlamırdı. El- obasının qədrini
bilən idi, xalqa xidməti həyatının
məna və məqsədi hesab edirdi.
Aqil müəllim saf əqidəsi və
məsləki olan ziyalı idi. Onun
əqidəsi humanizmə, həqiqətə,
ədalətə söykənirdi.
Antik dövr filosofu Epikü-
rün şagirdləri onları müəlliminə
bağlayan nədir sualına belə
cavab vermişdilər: “Bizi Epikürə
bağlayan onun həmişə özü-
özünə bərabər olmasıdır”. Bu
epitet tamamilə Aqil müəllimə
aiddir: o həmişə özü-özünə
bərabər idi, təkrarsız idi!
Aqil müəllim insanlığı,
şəxsiyyəti, səmimiyyəti uca
tutub qiymətləndirən, onu qoru-
mağı bacaran nadir bir şəxsiyyət
idi. O, adamlar arasında özünün
ən ülvi keyfiyyətləri ilə sayı-
lıb- seçilirdi. Təbiətən sakit,
mülayim, həddən artıq nəvazişli
və qayğıkeş idi.
İşlədiyi müddətdə onun xalq
və Vətən qarşısında xidmətləri
layiqincə qiymətləndirilmişdir.
Onun əmək fəaliyyətində çox
gərgin illər də olmuşdur.
Azərbaycan KP MK-nın o
zamanki rəhbərliyinin nadanlığı
nəticəsində professor A.Əliyev
heç bir əsas olmadan 1988-ci
ildə işdən uzaqlaşdırılaraq,
təqaüdə göndərilmişdir.
Lakin çox keçmədən bu
səhv dərk edilmiş və professor
A.Əliyev 1992-ci ildə yenidən
elmi-pedaqoji fəaliyyətə qayta-
rılmışdır. 1998-ci ildən ATU-
da “İqtisadiyyat və hüququn
əsasları” kafedrasının müdiri
vəzifəsində ömrünün sonuna
qədər çalışmışdır.
1996-cı ildə A.Əliyev
Beynəlxalq Enerji İnforma-
siya Elmlər Akademiyasının
Azərbaycan bölməsinin həqiqi
üzvü – akademik seçilmişdir.
O, 2001-ci ildə AMEA-nın
müxbir üzvü seçilmişdi. 2003-
cü ildə A.Əliyev Beynəlxalq
Menecment Akademiyasının
həqiqi üzvü olmuşdur. 2006-cı
ilin yanvar ayında Beynəlxalq
İqtisadçılar İttifaqının üzvü
seçilmişdi.
A.Əliyev 1986-2005-ci
illərdə Azərbaycanın elmi-texni-
ki inkişafının kompleks proq-
ramının işlənilməsində yaxın-
dan iştirak etmişdir. Əhalinin
sağlamlığının qorunması
problemi komissiyasının sədri
olmuşdur. Əhalinin sağlamlı-
ğının qorunması bölməsinin
proqramı onun tərəfindən tərtib
edilərək kompleks proqrama
daxil edilmişdir. O, həmçinin
Azərbaycanda məhsuldar
qüvvələrin yerləşdirilməsinin
inkişaf sxeminin işlənib tərtib
olunmasının müəlliflərindən biri
olmuşdur.
Professor A.Əliyev el-
mi-pedaqoji institutlar və
universitetlər üçün “İqtisadi
nəzəriyyə” kursu üzrə yazılmış 2
cildlik dərsliyin müəlliflərindən
biri olmuşdur.
A.Əliyev geniş oxucu
kütləsi üçün nəzərdə tutulmuş
müxtəlif jurnal və qəzetlərdə
yüzlərlə elmi-kütləvi və publisis-
tik məqalənin müəllifi olmuşdur.
A.Əliyev yüksək ixtisaslı
iqtisadçı və tibb kadrlarının
hazırlanmasındakı xidmətlərinə
görə 1982-ci ildə “Əməkdar
elm xadimi” fəxri adına layiq
görülmüşdür.
Professor A.Əliyevin
ictimai fəaliyyəti də çox zəngin
olmuşdur. O, dəfələrlə rayon və
universitet partiya komitələrinin
büro üzvü seçilmiş və bu işdə
çox fəallıq göstərmişdir.
O, “Şəxsi istehlakın
iqtisadiyyatı və problemləri”,
“Aqrar iqtisadiyyatın aktual
problemləri”, “Kənd əhalisinin
həyat səviyyəsinin yüksəldilməsi
problemləri”, “Səhiyyədə
iqtisadiyyat, planlaşdırma,
idarəetmə, maliyyələşdirmə və
əməyin elmi təşkili”, “ASK-nın
aqrar bölməsində elmi-tex-
niki tərəqqini sürətləndirmə
problemləri” və sair sanballı
monoqrafiyaların müəllifidir.
Yalnız bazar iqtisadiyyatı-
na keçid şəraitində A.Əliyevin
80 elmi əsəri çap olunmuşdur.
Onlardan “Azərbaycanın so-
sial-iqtisadi inkişafında isla-
hatların rolu”, “İpək Yolunun
bərpası bəşəriyyətin tərəqqisi
yoludur”, “Azərbaycanda
bazar münasibətləri şəraitində
əhalinin sosial problemləri”,
“Səhiyyənin iqtisadiyya-
tı”, “Azərbaycanda əhalinin
səviyyəsinin yüksəldilməsinin
aktual problemləri”, “Nax-
çıvan Muxtar Respublikası:
nailiyyətlər, problemlər” (I və
II cild), “Bazar iqtisadiyyatına
keçid: dövlətin iqtisadi siyasəti”,
“Bələdiyyələr. Metodik kömək”,
“Dünya iqtisadiyyatı: müasir
dövrün problemləri”, “Müstəqil
Azərbaycan iqtisadiyyatının ak-
tual problemləri” və sair sanballı
kitabları yazmışdır.
Professor A.Əliyev zəhmətlə
dolu ibrətamiz bir həyat yolu
keçmiş, həyatını bütövlükdə
xalqımızın və Vətənimizin
tərəqqisinə həsr etmişdir. O,
ATU-nun və respublikamızın ic-
timai həyatında yaxından iştirak
etmişdir. Çox təəssüf ki, aman-
sız ölüm onu sıralarımızdan tez
apardı. Görkəmli iqtisadçı alim,
peşəkar pedaqoq gözəl insani
keyfiyyətlərini, humanistliyi,
ədalətliliyi, prinsipiallığı ilə
yaddaşlarda iz və işıqlı bir xatirə
qoyub getmişdir.
Bütün həyatı boyu saflıq,
əməksevərlilik və insansevərlilik
mücəssəməsi olan Aqil
müəllimin əziz xatirəsi onu
istəyənlərin qəlbində daim ya-
şayacaqdır. Cəlaləddin Ruminin
bir sözü var ki, öləndən sonra
məni torpaqda yox, insanların
qəlbində axtarın. Bu sözlər
dostlarının, həmkarlarının,
tələbələrinin, bütün xalqımızın
ürəyində nəcibliyi, kamilliyi,
böyüklüyü ilə əbədi yer tutmuş
professor Aqil Əliyevə tam
layiqdir.
Qoşqar ƏLİYEV,
ATU-nun ictimai fənlər
kafedrasının müdiri,
fəlsəfə elmləri doktoru,
professor
Aqil Əlirza oğlu Əliyev – 90
Görkəmli iqtisadçı alim,
xeyirxah insan
Ulu öndərin xatirəsi
Suraxanıda silsilə
tədbirlərlə anılır
Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə
Suraxanının idarə, müəssisə və təşkilatlarında silsilə
anım tədbirləri keçirilir. Növbəti belə tədbir rayonun 118
nömrəli tam orta məktəbində reallaşıb.
Tədbir iştirakçıları əvvəlcə
ulu öndərə həsr olunan sərgiyə
və məktəblilərin əl işlərinə
baxıblar.
Anım tədbiri bir dəqiqəlik
sükutla ümummilli liderin əziz
xatirəsinin yad edilməsi ilə baş-
lanıb. Sonra ulu öndərin zəngin
irsini öyrənmək məqsədi ilə
hazırlanan film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan
məktəbin direktoru Nizaməddin
Ağayev dahi rəhbərin Vətən və
xalq qarşısında əvəzolunmaz
xidmətlərindən danışıb. Bildi-
rib ki, ümummilli lider Heydər
Əliyevin Azərbaycan dövlətçiliyi
naminə göstərdiyi fəaliyyət
xalqımız tərəfindən həmişə
minnətdarlıq hissi ilə xatırlanır.
Onun ideyaları bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla
həyata keçirilir.
Tədbirdə çıxış edən rayon
icra hakimiyyəti başçısı aparatı-
nın ictimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdiri
Barxudar Barxudarov qeyd
edib ki, ulu öndər Azərbaycanı
formal müstəqillikdən
həqiqi müstəqilliyə qovuş-
dura bilib, özünəməxsus
müdrikliklə müstəqilliyin təməl
prinsiplərini, ideoloji bazasını
formalaşdırıb. Azərbaycançılıq
ideologiyasını milli birliyin
bünövrəsinə çevirib. Sabitliyin,
hüquq qaydalarının bərpası
istiqamətində qətiyyətli addım-
lar atıb. Dövlətin suverenliyinə
və ərazi quruluşuna qəsd etmək
niyyətinə düşən, etnik sepa-
ratizmi təşviq edən ünsürləri
zərərsizləşdirib. Dövlət
çevrilişləri cəhdlərinin qarşısını
qətiyyətlə alıb.
B.Barxudarov deyib ki,
Heydər Əliyev xalqı öz ətrafında
birləşdirməklə, dövlətçiliyə qəsd
etməyə çalışan daxili və xarici
qüvvələrin məkrli niyyətlərinin
qarşısına ciddi sipər çəkib.
Onun rəhbərliyi ilə güclü və
modern ordu quruculuğuna
başlanılıb. Bu sahədə mühüm
nailiyyətlər əldə olunub və
biz onun nəticələrini elə aprel
hadisələri zamanı düşmənə ca-
vab verməklə hamılıqla gördük,
qürurla seyr etdik.
Sonda onu da qeyd edək
ki, ulu öndər Heydər Əliyevin
zəngin irsinin öyrənilməsi
məqsədi ilə rayon icra
hakimiyyətinin təşkilatçılığı ilə
bu il noyabrın 29-dan etibarən
müvafiq tədbirlər planına uyğun
olaraq idarə, müəssisə və
təşkilatlarının kollektivləri xüsusi
cədvəl üzrə rayondakı Heydər
Əliyev Mərkəzi ilə tanış olurlar.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Azərbaycan əhalisinin 75 faizdən
çoxu internet istifadəçisidir
BMT-nin Genişzolaqlı Rabitə üzrə Komissiyası dünyada
genişzolaqlı rabitəyə çıxış üzrə hesabat təqdim edib. Bu barədə
rabita.az saytı məlumat yayıb.
Hesabatda bildirilir ki, Hindistan
ABŞ-ı ötərək dünyada ikinci ən böyük
internet bazarına çevrilib. Bu ölkədə 333
milyon nəfər “ümumdünya hörümçək
toru”na çıxışa malikdir. Birinci yerdə
qərarlaşmış Çində 721 milyon insan
internetdən istifadə edir.
"Genişzolaqlı rabitənin vəziyyəti" adlı
yeni hesabatda qeyd edilir ki, daha zəngin
ölkələrdə internetə çıxış doyma həddinə
yaxınlaşdığı halda, dünyada əhalinin
yoxsul təbəqəsinin internetə çıxışı üçün
imkanlar hələ ki, yüksək templə artmır. Bu
da, xüsusilə, təhsil və səhiyyə sahələrində
müşahidə olunan fərqin aradan qaldırılma-
sına problem yaradır.
Hazırda dünyada 3,9 milyard nəfər
internetdən istifadə etmir. Ancaq komis-
siyanın yeni hesabatına əsasən, planetin
internetə çıxışı olmayan əhalisinin 55
faizi Çin, Hindistan, İndoneziya, Pakis-
tan, Banqladeş və Nigeriyada yaşayır. Bu
nəticələr onu göstərir ki, yalnız bir neçə
əsas bazarda məqsədyönlü səylər internetə
qoşulmuş və internetə qoşulmamış ölkələr
arasında “rəqəm fərqi”ni aradan qaldırmaq-
da böyük kömək etmiş olardı.
Hesabatda mobil genişzolaqlı rabitənin
imkanları haqqında optimist fikirlər yer
alıb. Hazırda 165 ölkədə “4G” yüksək
sürətli mobil şəbəkəsi istifadəyə verilib.
ABŞ, Avropa, Yaponiya və Koreyada
smartfonların populyarlığı doyma həddinə
çatdığından Hindistan və İndoneziya kimi
ölkələrin gələcək artımı təmin edəcəyi
gözlənilir. Hindistan bu yaxınlarda dünyada
ikinci ən böyük smartfon satışı bazarına
çevrilib.
Hesabata əsasən, Beynəlxalq Tele-
kommunikasiya İttifaqının (BTİ) son
rəqəmlərinə uyğun olaraq, 2016-cı ilin
sonunadək 3,5 milyard (dünya əhalisinin
47 faizi) nəfər internetdən istifadə edəcək.
Ötən il bu göstərici 3,2 milyard nəfər olub.
BMT tərəfindən daha az inkişaf et-
miş ölkələr kimi tanınan 48 ölkədə
böyük irəliləyiş qeydə alınıb,
həmçinin ilin sonunadək az inkişaf
etmiş ölkələrin əhalisinin 15 fai-
zinin internetə çıxışı təmin ediləcək.
Cari ilin məlumatına görə,
inkişaf etməkdə olan ölkələrin
ev təsərrüfatlarında internetin
nüfuzetmə səviyyəsi göstəricisi
üzrə Koreya Respublikası, əvvəllər
olduğu kimi, ev təsərrüfatlarında geniş-
zolaqlı rabitənin yüksək nüfuzetməsi
ilə səciyyələnir: 98.8 faiz ev idarəetməsi
internetə çıxışa malikdir. Qətər (96 faiz) və
Birləşmiş Ərəb Əmirlikləri (95 faiz) müva-
fiq olaraq ikinci və üçüncü yerləri tuturlar.
İslandiyada əhalinin 98,2 faizi
internetdən istifadə edir. Lüksemburq (97,3
faiz) bu göstərici üzrə Norveçi ötərək
ikinci yeri tutub.
Monako əvvəlki kimi İsveçrəni cüzi
qabaqlayaraq, genişzolaqlı stasionar
rabitənin nüfuzetməsi üzrə dünya lideridir.
Hazırda Monako, İsveçrə, Lixtenşteyn,
Danimarka, Niderland, Fransa və Koreya
Respublikasında genişzolaqlı stasionar
rabitənin nüfuzetmə səviyyəsi 40 faizi
ötür, 2014-cü ildə belə ölkələrin sayı altı,
2012-ci ildə yalnız bir idi.
Finlandiya mobil genişzolaqlı rabitə
üzrə aktiv müqavilələrin sayına görə dün-
yada birincidir: 100 nəfərə 144 müqavilə
düşür. Sonrakı yerlərdə Sinqapur (142) və
Küveyt (139) yerləşib. Mobil genişzolaq-
lı rabitə üzrə bütün aktiv müqavilələrin
təxminən 48 faizi Asiya-Sakit okean regio-
nunun payına düşür.
Ümumilikdə, hazırda dünyanın
91 ölkəsində əhalinin 50 faizdən çoxu
internetə çıxış imkanına malikdir, halbu-
ki 2015-ci ildə belə ölkələrin sayı 79 idi.
Amma 2014-cü ildə internetdən istifadə
üzrə 10 aparıcı ölkə Avropada yerləşirdi,
cari ildə bu qrupa Bəhreyn (7-ci yer) və
Yaponiya (9) daxil edilib. Mərkəzi Afrika
ölkələrində internetə çıxış üzrə ən aşağı
səviyyə qeydə alınıb. Çad, Syerra Leone,
Niger, Somali və Eritreyada əhalinin 3
faizdən az hissəsi internetə çıxış imkanına
malikdir.
Hesabatda Azərbaycanın internet
istifadəçilərinin sayı barədə məlumat
verilməsə də, Rabitə və Yüksək Texno-
logiyalar Nazirliyinin müvafiq struktur-
larından əldə etdiyimiz məlumata görə,
ölkəmizdə əhalinin 75 faizdən çoxu
internet istifadəçisidir və bunun da 70 faizə
yaxını genişzolaqlı internetdən istifadə edir.
Beynəlxalq Telekommunikasiya İttifa-
qının “The State of Broadband” adlı hesa-
batında isə ölkəmiz reytinq cədvəlində hər
100 nəfərə düşən internet istifadəçilərinin
sayına görə 63-cü yerdən 36-cı yerə
yüksəlib. Hesabata əsasən, ölkədə hər 100
nəfərdən 77-si internet istifadəçisidir.
Hər 100 nəfərə düşən genişzolaqlı
internet istifadəçilərinin sayına görə isə
Azərbaycan reytinq cədvəlində 53-cü
pillədə qərarlaşıb.
Azərbaycan bu göstərici üzrə Rusiya,
Türkiyə, İran, Qazaxıstan və Ermənistanı
geridə qoyub.
Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Azərbaycan ilə Pakistan arasında sərmayə qoyuluşu və
biznes imkanları müzakirə edilib
Dekabrın 5-də Azərbaycan Respublikasının maliyyə naziri Samir
Şərifov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının ticarət naziri
Xürrəm Dastgir Xan ilə görüşüb.
Maliyyə Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki,
görüşdə Azərbaycan ilə Pakistan arasında
siyasi əlaqələrin hazırkı yüksək səviyyəsinin
iqtisadi müstəvidə də münasibətlərin inkişa-
fına geniş imkanlar açdığı vurğulanıb.
Söhbət zamanı qarşılıqlı ticarətin
səviyyəsinin artırılması, sərmayə qoyuluşu
və biznes imkanlarının müəyyənləşdirilməsi,
xüsusilə enerji, kənd təsərrüfatı, ticarət, tran-
zit, eləcə də sənayenin müxtəlif sahələrində
əməkdaşlığın önəmi qeyd olunub.
Lənkəran qışın
sınaqlarına hazırdır
Qış mövsümünə hazırlıq sahəsində
görülmüş işlər və qarşıda duran vəzifələr Lənkəran
Şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın
növbəti iclasında ətraflı müzakirə edilib.
İcra hakimiyyətinin baş-
çısı Taleh Qaraşov bildirib ki,
həmin məsələ avqustun 16-da
keçirilmiş şura iclasında da
nəzərdən keçirilmişdi və hazırkı
yekun mərhələdə məsələnin
aktuallığı daha da artıb. Gərək
elə edək ki, əhali qışın sərt
sınaqlarında əziyyət çəkməsin.
Məsələ ilə bağlı icra başçı-
sının müavini, şəhər təsərrüfatı
şöbəsinin müdiri Möhübbət
Babayev məlumat verib. O,
əhalinin fasiləsiz elektrik
enerjisi, qaz və içməli su ilə
təchizatının təmin olunması
istiqamətində lazımi tədbirlərin
görüldüyünü, elektrik hava
xətlərinə və yarımstansiya-
lara baxış keçirildiyini, bəzi
avadanlıqların yenisi ilə əvəz
olunduğunu və nasazlıqların
aradan qaldırıldığını qeyd edib.
Hazırlıq dövründə 25 transfor-
matorda təmir işləri aparıldığı,
çıxış xətlərinin yenilənərək SİP
kabellərlə əvəzləndiyi, iki faza
ilə işləyən 5 transformatorun
dəyişdirildiyi, altı kənddə az
gücə malik elektrik transfor-
matorlarının daha güclüləri ilə
əvəz edildiyi diqqətə çatdı-
rılıb. Həmçinin qeyd olunub
ki, rayonda 2 yarımstansiya,
26 transformator məntəqəsi
yenidən qurulub.
Lənkəranın təbii qaz alan
yaşayış məntəqələri də artıb.
Son vaxtlarda Ləj kəndi üzrə
304, Qumbaşı kəndi üzrə isə
248 abonentə təbii qaz verilib.
Artıq rayon üzrə 93 yaşayış
məntəqəsindən 65-i, yəni 69,9
faizi, ev təsərrüfatlarının isə
42620-si, başqa sözlə, 88,1
faizi qazlaşdırılıb. İlin sonuna
kimi Haftoni qəsəbəsinin də
mavi yanacaqla təmin olu-
nacağı vurğulanıb. Rayonun
təhsil müəssisələrinin istilik
sisteminin yaxşılaşdırılması
üzrə də işlər görülür. Qazanxa-
nası olan məktəb binaları qaz
xəttinə qoşulub. Şəhərdəki 53
çoxmənzilli yaşayış binası-
nın zirzəmi hissəsində qəzalı
vəziyyətdə olan kanalizasiya
boruları dəyişdirilib, suötü-
rücü kanallar və kollektorlar
təmizlənib, kommunal bina-
larda su-kanalizasiya xətləri
qaydaya salınıb, tüstü bacaları
təmizlənib. Müvafiq maşın və
mexanizmlər, yoltəmizləyici
qurğular işlək vəziyyətə
gətirilib. Küçələrdə buz qatının
yaranacağı təqdirdə istifadə
olunmaq üçün qum və duz
ehtiyatı tədarük edilib, təhlükə
törədə biləcək köhnə ağaclar
kəsilərək yerində təzələri əkilib,
şaxtaya davamsız ağaclar polie-
tilen örtüklə bükülüb.
Şura iclasında qışa hazırlıq
sahəsindəki bəzi çatışmaz-
lıqlar da qeyd olunub. İcra
hakimiyyətinin başçısı aidiyyəti
qurumların rəhbərlərinə və
məsul şəxslərə bununla bağlı
konkret tapşırıqlar verib.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”