ABĠD TAHĠRLĠ
ĠDRAK ĠġIĞINDA
2
Abid Həmid oğlu Tahirli
Ġdrak iĢığında (ədəbi-tənqidi, elmi-publisistik məqalələr toplusu),
Bakı, «Ozan» nəĢriyyatı, 2010
Filologiya elmləri doktoru Abid Tahirlinin ayrı-ayrı illərdə qələmə aldığı və ölkə
mətbuatında dərc etdirdiyi bəzi ədəbi-tənqidi, elmi-publisistik məqalələrin bir qismi ilk dəfə
kitab şəklində oxuculara təqdim olunur. Əvvəlki 9 kitabında (Azərbaycan mühacirəti. Bakı,
«Tural-Ə» nəşriyyatı, 2001, Sözlə yarananlar, sözü yaşadanlar. Bakı, «Əbilov, Zeynalov və
oğulları» nəşriyyatı, 2001, Azərbaycan mühacirət mətbuatı. I hissə, Bakı, «Qapp-Poliqraf»
nəşriyyatı, 2002, II hissə, Bakı, «Ozan» nəşriyyatı, 2003, Deyilən söz yadigardır. Bakı,
«Azərbaycan» nəşriyyatı, 2003, Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)».
Bakı, «Ozan» nəşriyyatı, İlyas Əfəndiyevin publisistikası. Bakı, «Elm» nəşriyyatı, 2005,
Fırtınalar qoynunda. Bakı, «Ozan» nəşriyyatı, 2006, Mühacirət mətbuatı (məlumat-soraq
kitabı). Bakı, «Çinar-çap» nəşriyyatı, 2007) olduğu kimi, bu topludakı əsərlərində də müəllif
öz yazı üslubuna və prinsiplərinə sadiqdir: ədəbi-mədəni-tarixi irsimizin, o cümlədən
Azərbaycan istiqlalçılarının mücadilə yolunun, mühacirət mətbuatı problemlərinin daha
dərindən və müasir tələblər baxımından tədqiqi, milli-mənəvi-dini dəyərlərimizin, adət-
ənənələrimizin layiqincə təbliği. Toplu geniş oxucu kütləsi və sahənin mütəxəssisləri üçün
nəzərdə tutulmuşdur.
3
• İsmayıl bəy Qutqaşınlı
Bir səfərin ədəbi və əbədi sədası
«Rəşid bəy və Səadət xanım» hekayəsi ilə Azərbaycan ədəbiyyatına ideya,
mövzu və forma baxımından yenilik gətirən, «Səfərnamə» əsəri ilə publisistikanın
səyahət oçerkinin əsasını qoyan İsmayıl bəy Qutqaşınlının (1809-1861) həyat yolu
kimi ədəbi taleyi də çox maraqlı, eyni zamanda mükəddər və mürəkkəb olmuşdur.
Ədəbiyyatşünaslığın İ.Qutqaşınlı irsinə laqeyd qaldığını söyləmək insafsızlıq
olardı, amma İsmayıl bəyin həyat və yaradıcılığının tam araşdırıldığını,
dəyərləndirildiyini də iddia etmək olmaz.
Azərbaycan əlyazmalarının toplanılması, mühafizəsi və tədqiqi sahəsində
xüsusi xidmətləri olan prof.Cahangir Qəhrəmanovun təbirincə desək, bir Simurq
quşu – Salman Mümtaz ədəbiyyatımızın saysız-hesabsız nəhənglərini zülmət
dünyadan işıqlı dünyaya çıxarmışdır ki, bu azmanların cərgəsində general İsmayıl
bəy Qutqaşınlının da adı var. S.Mümtaz onun «Rəşid bəy və Səadət xanım» adlı
hekayəsini üzə çıxarmış, əsər və müəllif haqqında apardığı tədqiqatlarla bağlı
dəyərli məqalələr yazmışdır (S.Mümtaz. Yüz il bundan əvvəl Azərbaycan nasiri.
Hekayənin əldə edilməsi tarixçəsi. «Ədəbiyyat qəzetəsi», 11, 24 mart 1936, № 5,
6; «Rəşid bəy və Səadət xanım» hekayəsi mühərriri Qutqaşınlı İsmayıl bəyin
həyatı. «Ədəbiyyat qəzetəsi», 8 iyun 1936, № 14). Hekayə «Ədəbiyyat
qəzetə»sinin 12, 24 iyul, 2 avqust 1939-cu il tarixli 24, 25, 26-cı nömrələrində dərc
edilmişdir. Əsər kitab şəklində 1956-cı ildə nəşr olunmuşdur.
Sonralar Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Hidayət Əfəndiyev kimi
görkəmli alimlər İ.Qutqaşınlının həyat və yaradıcılığı ilə bağlı bir sıra dəyərli
məqalələr yazmışlar. Prof. Əziz Mirəhmədovun tapıntıları İ.Qutqaşınlı irsinin
araşdırılmasında növbəti mərhələdir. O, ədibin «Səfərnamə» əsərinin bir parçasını
üzə çıxarmış və «Rəşid bəy və Səadət xanım» adlı hekayəsi ilə birlikdə nəşr
etdirmişdir (İsmayıl bəy Qutqaşınlı. Əsərləri. Azərbaycan SSR Elmlər
Akademiyası Nəşriyyatı. Bakı, 1967. Redaktə, müqəddimə və qeydlər Əziz
Mirəhmədovundur). Prof. Ə.Mirəhmədovun müqəddimə əvəzinə kitaba yazdığı
«Qəribə tale» adlı sanballı, irihəcmli məqaləsində «həyatı, ədəbi irsi və ictimai
fəaliyyəti başdan-ayağa dumana bürünmüş» (Ə.Mirəhmədov) İsmayıl bəyin
tərcümeyi-halı və yaradıcılığı ilə bağlı bir sıra suallara cavab tapılmışdır.
Bundan sonrakı illərdə Ənvər Əhmədov, Nadir Məmmədov, Nərmin
Tahirzadə, Kərəm Kərəmov, Yaşar Qarayev, Polşa alimləri Bohdan Baranovski,
Ancey Xodubski və digərləri İsmayıl bəy Qutqaşınlının həyatı və irsinə müraciət
etmiş, məqalələr yazmış, ədibin həyat və fəaliyyəti ilə bağlı müəyyən mülahizələr
yürütmüşlər. Salman Mümtaz və Əziz Mirəhmədovdan sonra üçüncü Simurq –
Ədalət Tahirzadə «qaranlıq dünyadan», pir və ocaqların daş-divarları arasından
«Səfərnamə»nin yeni, bu vaxta kimi məlum olmayan parçalarını üzə çıxardı,
uzunmüddətli və fədakar araşdırmaların nəticəsi kimi «Səfərnamə»nin yeni
variantını tərtib etdi. Bu zaman istedadlı alim əsərin əlyazmasını Ə.Mirəhmədov
Dostları ilə paylaş: |