26 Ümummilli lider Heydər Əliyev – 90
Tarix və onun problemləri, №2 2013
VASIM MƏMMƏDƏLIYEV
akademik
ANAR İSGƏNDƏROV
tarix elmləri doktoru, professor
E-mail: anarisgandar@gmail.com
HEYDƏR ƏLİYEV VƏ İSLAM DƏYƏRLƏRİ
Açar sözlər: Quran-Kərim, Heydər Əliyev, Təzəpir, müstəqillik, mənəvi dəyərlər, İslam,
müqəddəs şəhərlər
Ключевые слова: Коран связенный, Гейдар Алиев, Тазепир, независимость, нравствен-
ные ценности,ислам,священные города
Key words. Kuran, Heydar Aliyev, Tezepir, independence, moral virtues, Islam, holy cities
Məlum olduğu kimi, Sovet dövlətinin ideologiyasında sosialist şüarlarla yanaşı ateist
təbliğat da xüsusi yer tuturdu və bu ideologiya əsas gücünü islamla mübarizəyə sərf edirdi.
Heydər Əliyev həmin təbliğatın mahiyyət və hədəflərini yaxından izləyən və anlayan onun
psixoloji ağırlığını öz içində yaşadan canlı bir şahiddir. 1990-cı ildə baş verən 20 Yanvar fa-
ciəsindən dərhal sonra sovet ordusunun Azərbaycan xalqına divan tutmasına etiraz edən və 70
il ərzində Azərbaycan xalqını əsarətdə saxlayan Kommunist Partiyasından istefa verən Heydər
Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk ildə müqəddəs Mədinə və Məkkəni ziyarət
etdi. Bunu isə, sadəcə, böyük bir siyasi xadimin, zəngin təcrübəsi olan dövlət adamının ömrü-
nün ahıl çağında öz köklərinə qayıdışı kimi dəyərləndirməklə kifayətlənmək olmaz, bu, eyni
zamanda, Allahın hikməti və həqiqətin təntənəsi idi.
1991-ci ilin dekabrında 70 il SSRİ-nin hərbi-siyasi və təbliğat maşını ilə dondurulmuş
ateizmin nəhəng buz dağı Haqqın bir anlıq ilıq nəfəsi ilə əriyib yox oldu. Heydər Əliyev 1997-
ci ildə Mədinə şəhərindəki Peyğəmbər məscidinin şərəf kitabına yazdığı ürək sözlərində öz
duyğularını belə ifadə etmişdi: "Allaha şükür olsun ki, uzun illər qəlbimdə yaşayan arzuma,
niyyətimə nail oldum. Bu tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissi yaratdı, Alla-
hın böyüklüyünü dərk etdim!" [1].
Bu sözlər Allahın qüdrət və hikmətinin təsdiqi kimi səslənir. Allah sevdiyi bəndələrinə
iman bəxş edər, səbr edənlərə müjdə verər, insanların qəlbində olanları bilər, istədiyi bəndəsi-
nə isə hikmət, elm və mərifət bağışlayar. Qurani-Kərimin əl-Bəqərə surəsinin 284-cü ayəsində
deyilir: "Göylərdə və Yerdə nə varsa, hamısı Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çı-
xarsanız da, çıxarmasanız da Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. Allah istədiyini ba-
ğışlayar, istədiyinə də əzab verər. Allah, hər şeyə qadirdir!" [2, s.50].
Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətə qayıdarkən yeni-
cə müstəqilliyini elan edən ölkəmiz öz tarixinin mürəkkəb, çətin və ağır illərini yaşayırdı. Qaf-
qazın əsas ölkəsi sayılan, öz zəngin enerji qaynaqları, coğrafi-siyasi mövqeyi və insan poten-
sialı ilə seçilən bu gənc respublika aşağıdakı ciddi böhranlarla üzləşmişdi: xarici təcavüz və
Qarabağ münaqişəsi, köhnə siyasi-ideoloji sistemin dağılması ilə ölkə daxilində hakimiyyət
boşluğu və hərc-mərclik meylləri, cəmiyyətin psixoloji durumunda müşahidə edilən ümidsiz-
Ümummilli lider Heydər Əliyev – 90 27
Tarix və onun problemləri, №2 2013
lik, inamsızlıq və çaşqınlıq, əxlaqi-mənəvi mühitdə baş verən qeyri-müəyyənlik, insanlarda və
cəmiyyətdə özünəgüvənmə hisslərinin zəifləməsi.
Belə bir məqamda, həm öz siyasi təcrübəsi və intellekti ilə xarici amillərin təsirini zəif-
lətməyə və neytrallaşdırmağa qadir olan, ölkədaxili ixtilafları və hərc - mərcliyi cilovlaya bi-
lən qüdrətli dövlət xadimi, həm də cəmiyyətin inamını özünə qaytarmağı, burada milli-mənəvi
birlik mühiti yaratmağı bacaran müdrik el ağsaqqalına ehtiyac vardı. Heydər Əliyev, məhz
ağır böhran şəraitində bütün lazımi siyasi, ictimai və mənəvi keyfiyyətləri özündə birləşdirən
bütöv bir şəxsiyyət kimi Azərbaycan xalqının qabağına çıxaraq bütün sahələr üzrə düşünül-
müş məntiqi ardıcıllıqla gərgin fəaliyyətə başladı.
Yeni dünya düzənindəki vəziyyəti nəzərə alaraq, həm Qərb və Avropa ilə, həm də Ru-
siya, Yaxın Şərq və Asiya ölkələri ilə əlaqələr yaradan Azərbaycan rəhbəri ölkənin İslam dün-
yasının bir parçası olmasına xüsusi önəm verirdi. Uzun müddət Sovet sistemində fəaliyyət
göstərən Heydər Əliyev Şərq mentalitetini və Şərq dəyərlərini yaşadan, milli-mənəvi keyfiy-
yətlərə böyük əhəmiyyət verən, eyni zamanda, müasir dünyada baş verən proseslərin nəbzini
tutmaqla praqmatiq gerçəkliyi dərindən dərk edən bir şəxsiyyət idi. O, Azərbaycanı düçar
olduğu ağır böhrandan çıxarmaq üçün balanslaşdırılmış siyasi gedişlər etməklə yanaşı, sovet-
lərdən sonra cəmiyyətin öz milli-mənəvi köklərinə qayıdışı üçün mühüm addımlar atdı. Ölkə-
də dini-mənəvi dəyərlərə və İslama münasibətin nəzəri əsaslarını irəli sürməklə yanaşı, onların
təşəkkülü və inkişafı üçün əməli işlər görməyə başladı. Digər bir tərəfdən, Azərbaycan ilə
Şərq ölkələri, xüsusilə ərəb və İslam dünyası arasında çoxsahəli əlaqələrin qurulması, geniş-
lənməsi və möhkəmlənməsi üçün ictimai-siyasi, elmi-mədəni və mənəvi zəmin hazırladı.
Ümumiyyətlə, yeni tarixi şəraitdə Azərbaycanın qarşılaşdığı böhranlardan çıxaraq özü-
nə güvənməsi üçün ümummilli dirçəliş konsepsiyasına böyük ehtiyac var idi. Bu ideologiya,
həm milli adət-ənənələrə və dini-mənəvi dəyərlərə söykənməli, həm də Azərbaycanın çağdaş
dünyaya qovuşmasını təmin etməli idi. Deməli, yenicə müstəqilliyə qədəm qoyan ölkə dünya-
da gedən demokratiya, inkişaf və qloballaşma prosesindən geridə qalmamalı, həm milli mədə-
niyyətini və simasını, mənəvi özəlliyini yaşatmalı, həm də başqa mədəniyyət və dinlərlə dö-
zümlülük şəraitində münasibət qurmalı idi. Bu olduqca çətin və həssas məsələnin düzgün həlli
üçün düşünülmüş və ölçülüb-biçilmiş addımlar atılması tarixi zərurət kimi qarşıya qoyulmuş-
du. Sovet ideologiyasının sürətlə çökməsindən sonra, Azərbaycan xalqının yenidən öz milli-
mənəvi dəyərlərinə qayıdışı təbii bir prosesə çevrildi və burada İslam xüsusi bir yer tutdu. Ona
görə Azərbaycanın rəhbəri ölkənin islamla münasibətini düzgün və sağlam müstəvidə həll et-
məyə girişdi. Bununla bağlı bir neçə məqamı ümumiləşdirmək olar:
1.İslam Azərbaycan xalqının dini etiqadı olmaqla milli mədəniyyətinin tərkib hissəsidir.
2.Din cəmiyyətin milli, əxlaqi və mənəvi bütövlüyünün önəmli amili kimi çıxış edir.
3.Müasir dövrdə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsinə ehtiyac duyulur.
4.Dinlər və xalqlar arasında anlaşma və dialoq yeni beynəlxalq şəraitin əsas tələblərin-
dən biridir.
Ümumiyyətlə, islam Azərbaycan xalqının çox önəmli və zəngin milli-mənəvi atributu
sayılırdı və bu ölkənin beynəlxalq aləmdə gerçək siyasi, iqtisadi müstəqilliyini qoruması, öz
milli simasını və varlığını saxlaması üçün həmin zəngin xəzinəyə müraciət etməsi lazım gəlir-
di. Heydər Əliyev bütün işlərdə olduğu kimi, burada da, həm məsələnin nəzəri cəhətlərini bi-
lən, onu düzgün həyati məcraya istiqamətləndirən rəhbər, həm də onun icra mexanizmini tən-
zimləyən praktik bir dövlət xadimi kimi fəaliyyət göstərdi. Prezident dəfələrlə din xadimləri
və ruhanilərlə göruşdü, məscid və ziyarətgahlara baş çəkdi, bütün dini mərasim və bayramlar-
28 Ümummilli lider Heydər Əliyev – 90
Tarix və onun problemləri, №2 2013
da xalqa müraciət etdi, bir sıra mərasimlərdə özü iştirak etməklə camaatla və möminlərlə ün-
siyyətə girdi. O, dini məsələlərə özünəxas bir maraqla, həssaslıqla yanaşırdı, hadisələrin seyr-
çisi yox, fəal iştirakçısı olaraq onun əsas istiqamətlərini müəyyənləşdirirdi. O, dinin, daha
doğrusu, İslamın müasir Azərbaycan cəmiyyətində tutduğu yeri açıb göstərmək, məqsəd və
məramını lüzumsuz yad ideoloji cərəyanların, qeyri-ənənəvi dini firqələrin və missioner təşki-
latların pozucu fəaliyyəti və təxribatlarının qarşısını almaq üçün ölkədə dini işləri tənzimlə-
mək, dövlət-din, müasirlik-din münasibətlərini sağlam bir müstəvidə qurmaq üçün müdrik ad-
dımlar atdı. İslam mənəvi cəhətdən sağlam insanların və sağlam cəmiyyətin qaynağıdır. Sağ-
lam cəmiyyət isə güclü və sarsılmaz dövlətçiliyin əsas sütunudur. Sağlam cəmiyyəti və güclü
dövləti olan xalq bütün problemləri həll etməyə, öz işıqlı gələcəyini qurmağa, müasir dünya-
nın inkişaf və tərəqqi karvanına qoşulmağa qadirdir.
Dinə münasibətin aydın təzahürü, dini dəyərlərin əhəmiyyətinin dərindən anlaşılması
dövrə, zamana həmin konseptual siyasi baxışın çox mühüm tərkib hissəsi kimi diqqəti cəkir.
Bu bağlılıq, bu vəhdət-bütünlükdə konsepsiyanın dəyərliliyini və uğurunu təmin edəcək dərə-
cədə önəmlidir. Din həm milli mədəniyyətin, xalqın ruhi-mənəvi dəyərlərinin əsasını təşkil
edir, həm də müasir həyatda ön mövqeyə keçir və həqiqət axtaran, inamla yaşamaq istəyən
müasir insan getdikcə daha çox dinə tapınır.
Müstəqilliyə qovuşandan sonra Azərbaycanda da dinə kütləvi qayıdış müşahidə edilir,
hər cür yasaqlar, məhdudiyyətlər aradan qalxır, çoxlu məscidlər tikilir, dini mərasimlər geniş
qeyd edilir, dini təhsilə meyl sürətlə artır. Bütün bunlar cox yaxşıdır, lakin həmin proses
müəyyən cətinliklər, problemlər də doğururdu. Dinə qayıdış bəzən dəb kimi başa düşülürdü,
halbuki, dəblə həqiqi inam, saf etiqad uyuşmur. İnam ruhi ehtiyacdan doğmalıdır. Buna görə
də, dinə qayıdış dərin, əsaslı olduğu kimi, həm də səmimi olmalı, düzgün təməl üzərində qu-
rulmalıdır. Əsas məqsəd budur və Heydər Əliyevin dinlə bağlı qayğı və düşüncələrinin də elə
məzmununu bu amil müəyyənləşdirdi.
Müsitəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyevin ölkədəki prosesləri hə-
mişə həssaslıqla izlədiyini, ən müxtəlif dini məsələlərin həllinə diqqətlə yanaşdığını görürük.
Təsadüfi deyil ki, onun, istər əməli fəaliyyətində, istərsə də elmi nəzəri irsində dinlə bağlı
tədbirlər, mülahizələr mühüm yer tutur. Ölkə başçısı mütəfəkkir siyasətçi kimi həm tarixi,
həm də müasir aspektdə dindən ardıcıl surətdə söhbət açmışdır. Onun dinlə bağlı həyata keçir-
diyi mühüm əməli işlər və söylədiyi dərin fikirlər bir-biri ilə daxilən bağlanır, sözü ilə işi bir-
birini tamamlayan böyük dövlət xadiminin fəaliyyətinin, düşüncələrinin mühüm bir sahəsini
dolğun şəkildə göz önündə canlandırır.
Dindarlarla mütəmadi görüşlərdən tutmuş elmi müşavirələrəcən ən müxtəlif tədbirlər-
dəki söhbətlərində, çıxışlarında Heydər Əliyev dönə-dönə ən yaxın tarixi dövrün neqativ təc-
rübəsinə müraciət edir, Sovet dövlətinin dinə münasibətinin acı həqiqətlərini yada salır. Bun-
dan məqsəd həmin yanlış siyasətin mahiyyətini açıb göstərmək, onun ibrətamizliyi üzərində
bizi düşündürməkdir.
Məlumdur ki, sovet ideologiyasında ateizm təbliğatı xüsusi yer tutur, elmi-texniki tə-
rəqqinin yaratdığı geniş imkanlardan bəhrələnərək təkidlə Allaha etiqadsızlıq təlqin edilirdi.
Lakin nə 70 il hökmranlıq edən ideologiya, nə də ateist dünyagörüşü Sovet dövlətini dağıl-
maqdan xilas edə bildi. Bunun səbəbləri haqqında dünyanın bir cox siyasətçiləri və mütəxəs-
sisləri müxtəlif fikirlər söyləmişlər. Dərinləşən iqtisadi böhran və bunu müşayiət edən siyasi
hərc-mərclik həmin süqutun əsas amilləri kimi irəli sürülmüşdür. Maraqlıdır ki, Heydər Əliye-
vin şərhlərində həmin amillərlə yanaşı, ideoloji sahələr də vurğulanır. Belə nəticəyə gəlmək
Ümummilli lider Heydər Əliyev – 90 29
Tarix və onun problemləri, №2 2013
olar ki, zahirən cox qüvvətli, möhtəşəm görünən sovet ideologiyası, əslində, saxta, çürük tə-
mələ söykənirdi. Buna görə həmin ideologiyanın da, onun insanları haqq yolundan uzaq-
laşdıran təbliğatının da məğlubiyyəti qaçılmaz idi və dünyanın altıda bir hissəsinə hökmranlıq
edən dövlətin bir göz qırpımındaca çöküşünü Allahın cəzası kimi anlamaq mümkündür.
Heydər Əliyev hələ prezident seçilməzdən əvvəl 5 sentyabr 1993-cü ildə “Təzəpir”
məscidində Peyğəmbər əleyhissəlamın mövludu münasibəti ilə keçirilən mərasimdəki çıxışın-
da Azərbaycan xalqının bir müddət öz dinindən uzaq düşməsi səbəbləri, bunun acınacaqlı nə-
ticələri üzərində dayanır və məsələyə, həm də qeyd etdiyimiz aspektdən yanaşırdı. Əlbəttə,
Azərbaycan xalqının da, keçmiş SSRİ-nin tərkibində yaşayan digər müsəlman xalqlarının da
öz dinindən təcrid olunmasının birbaşa səbəbkarı sovet siyasi-ideoloji sistemi idi və bu müla-
hizə Heydər Əliyevin təhlillərində həmişə ön plana cəkilirdi. Lakin həmin hadisəni, ehtimal
şəklində olsa da, eyni zamanda, Allahın sınağı kimi mənalandırmaqla daha geniş dini-fəlsəfi
düşüncələr müstəvisinə çıxardaraq deyirdi: "Azərbaycan xalqı uzun müddət öz dinindən məh-
rum olmuşdur. Bu, əlbəttə, bizim üçün acınacaqlı bir haldır. Ancaq bu nə sizdən, nə də mən-
dən asılı idi. Ola bilər ki, bu Allahın işidir. Və bu da bir imtahandır ki, görsünlər insan öz di-
nindən məhrum olandan sonra nə bəlalara düşür və öz dininə qayıdandan sonra nə qədər xoş-
bəxtlik əldə edir" [3, s.500].
Məsələnin bu şəkildə qoyuluşu dini baxımdan da əsaslı görünür. Məlumdur ki, Qurani-
Kərim Allahın öz bəndələrini müxtəlif vasitələrlə imtahana çəkdiyini dəfələrlə bizə bildirir.
Məsələn, "əl-Bəqərə" surəsi, 155-157-ci ayələrdə müsibətlə üzləşən Allah bəndələri səbrə də-
vət edilir, belə olduqda onları Rəbbi tərəfindən bağışlanması və rəhmət gözləyir. Düşünmək
olar ki, görünür, Azərbaycan müsəlmanları da SSRİ-nin tərkibində (digər müsəlmanlar kimi)
belə bir sınağa məruz qalmış, lakin Allahın rəğbəti yenidən onların öz dininə qayıtmasına für-
sət vermişdir. Müxtəlif səbəblər üzündən öz dinindən uzaq düşənlər, adətən, böyük müsibət və
məhrumiyyətlərlə üzləşir, lakin yenidən haqq yolunu tapıb Allaha doğru qayıdarkən onlar hə-
qiqi xoşbəxtlik anlarını yaşayırlar.
Bunu Azərbaycanın timsalında da aydın görmək mümkündür. Müstəqillik dövründə ye-
nidən öz dininə qovuşmaq imkanı əldə etməsi Azərbaycan müsəlmanlarında ruh yüksəkliyi,
sevinc hissi doğurur. Buna görə də sovet ideologiyasının anti din və xüsusilə anti islam təbli-
ğatından danışarkən Heydər Əliyev, mahiyyətinə dərindən bələd olduğu bu tarixçəni adətən
dini-mənəvi dəyərlərə qayıdışın zəruriliyini və əhəmiyyətini vurğulamaqla tamamlayır. Müd-
rik və uzaqgörən siyasətçi kimi həmin prosesin indiki tarixi dönəmdə Azərbaycan cəmiyyəti-
nin sağlam əsaslarla yenidən təşəkkülü və inkişafı, milli-mənəvi bütövlüyü və onda özünəgü-
vənc psixologiyasının bərpası üçün önəmini müəyyənləşdirir.
Azərbaycan rəhbəri məruzə və çıxışlarında öz xalqının doğma dinindən zorla uzaq Salı-
narkən keçirdiyi iztirabları daima yada salır. Bunda məqsəd, heç də, insanları təsirləndirmək
və sarsıtmaq deyildi. Hərçənd ibrətamiz nəticələr üçün emosional-psixoloji yaşantıların da
əhəmiyyəti az deyil. Ancaq məqsəd daha boyükdür: yaxın keçmişin acı həqiqətlərinin xatırlan-
ması, bunların bir daha təkrar olunmasının mümkünsüzlüyünü açıqlamaq və şüurlara təlqin et-
mək naminə idi. Yəqin buna görə də 1998-ci ilin oktyabrında Bakıda keçirilən "Müasirlik və
dini-mənəvi dəyərlər" adlı Beynəlxalq konfransdakı geniş çıxışında Heydər Əliyev sovet haki-
myyəti dövründə dinə qarşı aparılmış total və fasiləsiz mübarizənin üzərində ətraflı dayanmağı
lazım bilir, həmin mübarizənin təkcə bir ölkəyə qarşı yox, nəticə etibarı ilə bütünlüklə bəşəriy-
yətə qarşı yönəldiyini bəyan edir: "Məlumdur ki, biz 70 il kommunist ideologiyası ilə tərbiyə-
lənərək dinimizdən və dinin bizə bəxş etdiyi mənəvi dəyərlərdən məhrum olmuşuq. Kommu-
30 Ümummilli lider Heydər Əliyev – 90
Tarix və onun problemləri, №2 2013
nist ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən ən böyüyü 70 il ərzində dinə qarşı apa-
rılmış təbliğat, xüsusən dinin qadağan olunması və təhrif edilməsi olmuşdur" [4, s.58].
Sovet hakimiyyətinin dinlə amansız və aramsız mücadiləsi, heç şübhəsiz, sosializmin
ictimai-ideoloji mahiyyətindən doğurdu. Lakin həmin təcrübə belə düşünməyə əsas verir ki,
sovet ideologiyası dini nüfuzdan salmaqla öz rəhbərlərini bütləşdirmək üçün yol açmağa çalı-
şırdı. Yəqin, elə buna görə də, sovet hakimiyyəti bu yolda ona mane olacaq ən başlıca qüvvə-
yə-ilahi dinlərə, xüsusilə, İslama qarşı amansız olmuşdur. Çünki İslam dini, Qurani-Kərim
yalnız bir Qadir Allaha tapınmağı önə çəkməklə, hər cür bütpərəstlik meyllərini rədd etmişdir.
İslamda insan Allahın bəndəsi olaraq təkcə Ona ibadət edir və Ondan yardım diləyir [2, s.2].
Sovet ideologiyası bir tərəfdən dini qadağan edirsə, başqa bir tərəfdən onu bütün vasi-
tələrlə təhrif etməklə ictimaiyyətin gözündən salmağa çalışırdı. Heydər Əliyev bu məsələni də
nəzərdən qaçırmır, sovet ateist təbliğatının acizliyini həm də bu amillə izah edirdi. O, Beynəl-
xalq konfransda sözünə davam edərək bütün səylərinə baxmayaraq, sovet sisteminin dini hiss-
lər, islam həqiqətlərinin ucalığı qarşısında duruş gətirə bilmədiyini qeyd edir, həmin sistemin
sürətlə çökməsini buna canlı misal çəkir: "Ancaq, eyni zamanda, bu tarix onu da göstərir ki,
din və o cümlədən bizim mənsub olduğumuz islam dini o qədər qüdrətə malikdir ki, heç bir
ideologiya, heç bir hakimiyyət və heç bir hökmdar onunla bacara bilməz və 70 illik tarix də
göstərir ki, bunu bacara bilməzdi" [4, s.59].
Qurani-Kərim haqq din olan İslama qarşı bütün kafirlərin, müşriklərin və münafiqlərin
həmişə çalışdıqlarını, lakin onların uğursuzluğa düçar olacaqlarını ilahi xəbərdarlıqla bütün
bədxahlara bildirir. Allahın dininə qarşı olanlar bu nuru söndürməyə çalışsalar da bacarmazlar.
"ət-Tövbə" surəsinin 32-ci ayəsində deyilir: "Onlar Allahın nurunu (dəlillərini, islam dinini,
Quranı) batil sözləri ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz
nurunu (dinini) tamamlamaq istər" [2, s.193].
Azərbaycan lideri 9-11 dekabr 1998-ci ildə Bakıda keçirilən başqa bir toplantıda, "İs-
lam sivilizasiyası Qafqazda" adlı Beynəlxalq konfransdakı çıxışında öz konkret müşahidələri
və qənaətləri əsasında sovet siyasi-ideoloji sisteminin dinə qarşı yönəlmiş siyasətinin görünən
və görünməyən tərəflərindən söhbət açır, bir daha həmin mübarizənin məğlubiyyətlə nəticə-
lənməsinin qanunauyğunluğuna diqqəti cəlb edir, bu məğlubiyyəti dini hisslərin xalqın həyatı-
na, mənəviyyatına atdığı rişələrin güclü və dərin olması ilə izah edir: "Sovetlər İttifaqının
mövcud olduğu 70 il ərzində onun ərazisində din yasaq, qadağan edilmiş, ateizm təbliğatı apa-
rılmışdır. Dinə qarşı çox kəskin mübarizə aparılmış, allahsızlıq, dini inkar etmək o illərdə
kommunist ideologiyasının əsasını təşkil etmişdir. Biz bu dövrü yaşamışıq və indi, Azərbay-
can öz müstəqilliyini bərpa edəndən sonra tarixi nöqteyi-nəzərdən qısa bir zamanda dinin, o
cümlədən İslam dininin nə qədər dərin kökləri olduğunu daha da çox dərk etmiş oluruq" [5].
Heydər Əliyev yaxın keçmişin tarixi təcrübəsinin obyektiv mənzərəsini rəsm edir, buna
görə də onun təhlil və qiymətləri sərrast və inandırıcı səslənir. Ümumiyyətlə, bu mühakimələr
fakta əsaslanması və məntiqi ardıcıllığı ilə seçilir. Daha sonra Heydər Əliyev deyir: "Qısa bir
zamanda məlum oldu ki, əgər Azərbaycanda kommunist ideologi - yası 70 il yox, 170 il də
hökm sürmüş olsaydı, insanları İslam dinindən ayırmaq mümkün olmayacaqdı. Bu artıq fakt-
dır. Eyni zamanda, bu, İslam dininin nə qədər böyük gücə malik olduğunu sübut edir" [5].
Heydər Əliyev Naxçıvanda tikilən məscidin açılışında söylədiyi geniş nitqində bu incə
məsələyə toxunaraq bildirirdi ki, o, Sovetlər İttifaqında yüksək vəzifə tutmuşdu və bu sayaq
vəzifəli şəxslər dindən uzaq olmalı idilər. Kommunist Partiyasında və siyasi hakimiyyətdə
yüksək yer tutmasına baxmayaraq, Allah daim onun qəlbində olmuş, amma şəraitə görə bunu
Ümummilli lider Heydər Əliyev – 90 31
Tarix və onun problemləri, №2 2013
büruzə verə bilməmişdir. Bütün bunlar şəxsiyyətin daxilində iztirablar doğururdu. Azərbaycan
rəhbəri tarixi həqiqəti etiraf etməklə, həm də həmin mənəvi-pisixoloji yaşantıları hiss etdirirdi.
Bu yolla İslama qarşı aparılan qərəzli təbliğatın cəmiyyətə vurduğu mənəvi ziyana diqqəti yö-
nəldirdi. "İslam sivilizasiyası Qafqazda" adlı Beynəlxalq konfransda söylədiyi fikirlər olduqca
maraqlıdır: "Sovet hakimiyyəti dövründə dünyaya gəlmiş, yaşamış nəsillər, bəlkə də, o vaxtkı
güclü təbliğat nəticəsində dinin, bizim üçün isə, ələlxüsus, islam dininin bu qədər zəngin
mənəvi dəyərlərə, bu qədər dərin köklərə malik olduğunu anlaya bilmirdilər. Biz özümüz də
bunu anlaya bilmirdik. Mən bunu etiraf edirəm" [8].
Azərbaycan rəhbərinin dedikləri bir neçə mühüm məsələni dövrün tarixi həqiqətləri sə-
viyyəsində açıqlayır və ümumiləşdirir: birincisi, sovet ideoloji siyasi sistemi müsəlmanları öz
dinindən, dinin zəngin mənəvi dəyərlərindən, islam maarifindən uzaq saxlayırdı, çünki bu də-
yərlərin gücünü bildiyinə görə yəqin edirdi ki, cəmiyyətdə sovet ideologiyasının təsiri azalır,
İslama meyil rəsmi ideologiyanı üstələyir. Heydər Əliyev təsdiq edir ki, bizi bu dəyərlərdən
qəsdən uzaqlaşdırırdılar. Başqa bir tərəfdən, bolşeviklər dinə və xüsisilə, islama qarşı mübari-
zədə həm ideoloji-siyasi təbliğat vasitələrindən istifadə etməklə gerçək dini maarifin qarşısını
alır və islam dəyərlərini təhrif edir, həm də zorakılıq yolu ilə dini təsisatları və məscidləri, mü-
qəddəs ziyarət yerlərini məhv edir, onların yerinə anbar və bu tipli binalar tikirdilər. Hətta
məscid və ziyarətgahları partladıb darmadağın etməkdən belə çəkinmirdilər. Bunda məqsəd
isə dini atributları ictimaiyyətin və xüsusilə yeni nəslin şüurundan silmək olub. Azərbaycanın
əksər bölgələrində məscidlər, minarələr sökülmüş, ümumi bina isə təsərrüfat işləri üçün istifa-
də edilmişdir. Yeni nəsil bunlardan xəbərsiz idi. Digər bir tərəfdən ruhanilər və dini şəxslər tə-
qib edilirdi, hətta dindən uzaqlaşanlara allahsızlıq kitabçası kimi vəsiqə verilirdi. Təkcə Quran
və islam maarifinə aid dini kitablar deyil, ərəb əlifbası ilə yazılmış çoxlu elmi, fəlsəfi, mühüm
əhəmiyyət kəsb edən tarixi və ədəbi sərvətlər də məhv edilirdi. Əslində xalqın tarixi yaddaşı-
nın üstündən qələm çəkmək siyasəti yeridilirdi.
Heydər Əliyev çıxışlarında bu barədə acı təəssüf hissi ilə dönə-dönə danışır. “Bibihey-
bət” məscidini 1994-cü ildə ziyarət edərkən bu müqəddəs ocağın necə vəhşiliklə dağıdılmasını
yada salır. Burada yeni bir məscidin tikilməsi barədə qərar verir. Bu məscid kompleksi 1998-
ci ilin may ayında tikilib başa çatdı və Prezident həmin açılışda çıxış edərək bir daha göstərdi
ki, nə fiziki zor və məhvetmə, nə də siyasi-ideoloji təbliğat maşını insanların etiqadını sındıra
bilmişdir.
Heydər Əliyev 1-2 oktyabr 1998-ci ildə Bakıda Qafqaz Müsəlmanları İdarəsinin Elmi-
Dini Şurasının keçirdiyi "Müasirlik və dini-mənəvi dəyərlər" adlı Beynəlxalq konfransda bu
barədə bəhs edərək belə söyləmişdir: "Təsəvvür edin, o yer müqəddəs yerdir. Orada 8-ci əsrdə
həzrəti Hökümənin qəbri olmuşdur. İmam Rzanın bacısı həzrəti Hökümənin qəbri üzərində
vaxtilə insanlar məscid qurmuşdular və ora ziyarətgaha çevrilmişdi. Ancaq o müqəddəs yer,
müsəlmanların, tək Azərbaycandan yox, dünyanın bir çox yerlərindən gələn müsəlmanların
ziyarət etdiyi müqqədəs ocaq 1933-cü ildə partladılmışdır, dağıdılmışdır. Məscidi partladıblar,
dağıdıblar, yerlə yeksan ediblər, amma insanlar ayağını o yerdən çəkməyiblər. Həmişə “Bibi-
heybət” piri-bizdə ona pir deyirlər - müsəlmanların ziyarət yeri olubdur, müsəlmanlar gedib
orada, o yerə öz ehtiramını bildiriblər, Allah yolunda nəzirlərini veriblər və o yeri yaşadıblar"
[6, s.49].
Heydər Əliyev həmin konfransda bu tipli başqa faktları da yada salır. Belə ki, Sovetlər
zamanı İslama qarşı aparılan mübarizə nəticəsində yüzlərlə məscid və ziyarətgah məhv
edilmişdi. Azərbaycan müstəqillik əldə edərkən ölkədə cəmi 18 məscid fəaliyyət göstərirdi.
32 Ümummilli lider Heydər Əliyev – 90
Tarix və onun problemləri, №2 2013
Lakin qısa bir vaxtda, yəni 7 il ərzində 1000-dən artıq məscid tikilmişdir. O, bu barədə sözləri-
ni belə yekunlaşdırır: "İndi Azərbaycanda 1000-dən artıq məscid var. Demək, insanların hamı-
sının qəlbində məscid intizarı, məscid arzusu (məscid Allah evidir) o qədər yaşayıb ki, qısa bir
zamanda hökumətin, dövlətin heç bir köməyi, vəsaiti olmadan məscidlər tikilibdir. Bu mənim
dediklərimə əyani sübutdur" [6, s.52].
ƏDƏBIYYAT
1.Əliyev Heydər. Xalqımızın birliyi və dövlətimizin düzgün siyasəti sayəsində
müstəqilliyimizi qoruyub saxlayacaq, daha da möhkəmləndirəcəyik // «Azərbaycan» qəzeti,
28 may 1998.
2.Qurani-Kərim. B., 1997.
3.Qətiyyətin təntənəsi (sənədli xronika). B., - "Azərnəşr", 1995.
4.Əliyev Heydər. Müstəqillik yolu (Seçilmiş fikirlər). B., 1997
5.Əliyev Heydər. Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında. Yeni 2001-ci il, yeni
əs rvə üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət // «Azərbaycan qəzeti», 30
dekabr 2000.
6.İsgəndərov Anar. Təzəpir, B., - "Qismət", 2008.
7.Əliyev Heydər. Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz və sarsılmazdır.
«Azərbaycan» qəzeti, 28 may 1997.
8.Əliyev Heydər. Azərbaycan dövləti bundan sonra da yaşayacaq və müstəqilliyi əbədi, daimi
olacaqdır // «Respublika» qəzeti, 18 oktyabr 2001.
9.Əliyev Heydər. Müstəqil Azərbaycan hüquqi dövlət quruculuğu, demokratiya və bazar
iqtisadiyyatı yolu ilə inamla irəliləyir / «Respublika» qəzeti, 18 oktyabr 2002.
ВАСИМ МАМЕДАЛИЕВ
академик
АНАР ИСКАНДЕРОВ
д.и.н., профессор
ГЕЙДАР АЛИЕВ И ИСЛАМСКИЕ ЦЕННОСТИ
В статье нашло свое отражение какое огромное значение придавал исламским
ценностям общенациональный лидер азербайджанского народа Гейдар Алиев во время
своего правления. Известно что, советская идеология вела непримиримую борьбу с ис-
ламом и его ценностями. Запрещенные в течении семидесяти лет в Азербайджане ис-
ламские ценности были возрождены и стали действенной в повседневной жизни азер-
байджанского народа в годы правления Гейдара Алиева.
Ümummilli lider Heydər Əliyev – 90 33
Tarix və onun problemləri, №2 2013
VASIM MAMMADALIYEV
academic
ANAR ISGANDAROV
Prof.Dr.
HEYDAR ALIYEV AND ISLAMIC VALUES
The article reflects national leader of Azerbaijan, Haydar Aliyev’s care for Islamic
values. As it known, Soviet ideology was fighting against Islam. After 70 years, during the
presidency of Heydar Aliyev Islamic virtues and values were restored in Azerbaijan.
Dostları ilə paylaş: |