Heydar Aliyev



Yüklə 27,73 Kb.
tarix22.03.2024
ölçüsü27,73 Kb.
#181597
Heydar Aliyev (tspx2316)


Heydar Aliyev



  1. Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz. (One cannot relate great policy to tiny senses and little profits.)




  1. Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləyinə müxalifətdə durmasın. (Let people stand in opposition, but not against their country, their people, their morals or their beliefs.)




  1. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır. (The state is for the people, not the people for the state.)




  1. Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər. (It is impossible to buy real morals even for millions or billions. But immoral men with millions, even billions have no value in the society.)




  1. Tarix həmişə hər şeyi öz yerinə qoyur. (History always puts everything in its just place.)




  1. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. (The smallest country can be as strong as the biggest ones, if its peoples realize their rights and are able to defend them.)




  1. Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. (Freedom and independence are every people's national wealth.)




  1. Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır. (Everyone needs to be able to respect others' ideas and benefit from them.)




  1. Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.( It is easier to prevent danger than remove its aftermath.)




  1. Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır. (Every human being should find his place in life, but his right place, the place worthy of him.)




  1. Heç kim əbədi qalib ola bilməz.(No one can be a winner forever.)




  1. Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz.(No country, even the greatest one, can develop its economy at proper level all by itself.)




  1. Kim ki, biliyindən, bacarığından artıq iddialar edir o, həmişə məğlub olur. (Whoever pretends to things that are beyond his knowledge and ability, is always defeated.)




  1. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.(The more nations are united in a state, the richer it becomes, as each of them contributes to the world culture and civilization.)




  1. İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir. (Of all moral riches of humanity, religion’s distinguished feature is that religion has always called people to friendship, solidarity and unity regardless of their religious relationship.)




  1. Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır. (Everyone has his own place in occupation. No one should occupy other's place.)




  1. Heç bir ölkəni özünə düşmən hesab etməməlisən. (One shouldn't consider any country his enemy.)




  1. Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir. (In life, everyone chooses between honour and dishonour, personal welfare and social duty, greediness and honesty.)




  1. Ədalətsizliklə ədaləti bərpa etmək olmaz. (Justice can not be restored by injustice.)




  1. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.(A state with strong economy is a mighty state.)




  1. Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. (To conduct peace negotiations with confidence, one must posses a strong army.)




  1. İlk işə başlayan şəxslərin üzərinə həmişə çox böyük, şərəfli vəzifələr düşür. (Imposing and honourable duties always fall on pioneers’ shoulders.)




  1. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır! (People who don't know their mother tongue are disabled!)




  1. Ağıl olan yerdə zora ehtiyac yoxdur. (Where there is wisdom there is no need for force.)




  1. Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir. (A road means economy, culture, with one word, life.)




  1. Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür. (Morals have always united people, as morals are more superior than the other basics.)




  1. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. (However hard it is to gain independence, making it enduring and immortal is harder.)




  1. Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur.(All our natural riches belong to the people, and no one has the right to misuse them.)




  1. Həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq olmaz. (It is impossible to hide the truth.)




  1. Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir. (The unity of the people with the army makes the people powerful and the army stronger.)




  1. Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. (A nation is known, recognized and distinguished among the world nations by certain characteristic features. The highest and the greatest of these features is culture.)




  1. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. (A nation with great culture will always move forward, live and develop.)




  1. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir. (Culture enriches nations with the best examples gathered by humanity.)




  1. Müstəqillik yolu qədər çətin yol yoxdur. (There is no more difficult road than the road to independence.)


  1. Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.( A nation is always known for its intellectuals, culture and science.)




  1. Tariximizin hər səhifəsi bizim üçün əzizdir.(Each page of our history is dear to us.)




  1. Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. (The history should be accepted, comprehended and valued as it was in reality.)




  1. Tariximiz bizim üçün dərs olmalıdır. (Our history must be a lesson for us.)




  1. Tarix heç nəyi silmir. (History keeps everything in its memory.)




  1. Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır. (The progress of our society will, from many aspects, depend on what and how we teach our young generation.)




  1. Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun. (One needs to have a moral right, in order to lead, i.e. teach and educate people.)




  1. İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır. (Human beings must live for morality. A man able to defend and save his morality is immortal.)




  1. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. (It is the nation's language that gives a life to and improves national and moral values.)




  1. Dil böyük bir aləmdir. (Language is a great world.)




  1. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir. (Not to know a mother tongue, not to value it, certainly is a great fault before the nation.)




  1. Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir. (Democracy means a change in peoples’ minds. This change doesn't occur by revolutionary means, it occurs gradually, by evolution.)




  1. Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir! (A patriotic war is a war waged for the defence of the whole nation’s and every citizen's dignity and honour.)




  1. Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. (National revival, national rebirth and reanimation of the national spirit are necessary in order to gain national freedom.)




  1. Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır. (Patriotism is an inner feeling of a person. If he is missing that, he is immoral.)




  1. Gərək nəbzin Vətənin nəbzi ilə vursun. (One's pulse should throb in accordance with that of the Motherland.)




  1. Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir! (The destiny of the People and the Homeland must become every person's own destiny.)

Yüklə 27,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə