MÜQƏDDİMƏ
(XACƏ ZEYNALABĠDĠN ƏLĠ ƏBDĠ BƏY VƏ ONUN
«TƏKMĠLƏTÜL-ƏXBAR» ADLI ÜMUMĠ TARĠX ƏSƏRĠ)
Xacə Zeynalabidin Əli Əbdi bəy ġirazi 1515-ci il avqustun 19-da Təbriz
Ģəhərində anadan olmuĢdur.
1
Əksər mənbələrdə və Ģairin öz əsərlərində nisbəsinin
ġirazi kimi göstərilməsinə baxmayaraq, onun ata və babalarının ġirazda yaĢamaları
barədə heç bir məlumat yoxdur. Lakin müəllifin əsərlərində onun əslinin Ģirazlı
olması barədə qeydlərə rast gəlirik. Məsələn, o, «Dəftəri-dərd» məsnəvisində
Nizaminin Gəncədən, Əmir Xosrovun Dehlidən, Sədi və Hafizin ġirazdan
olduğunu qeyd etdikdən sonra, özünün də Ģirazlı olmasına iĢarə etmiĢdir.
2
Nizami ədəbi məktəbinin görkəmli davamçısı və tarixi əsərlər müəllifi kimi
tanınan Əbdi bəy nəslən ġirazda yaĢayan türkdilli tayfalardandır. Çox ehtimal bu
həmin tayfadır ki, Hafiz ġirazi qəzəllərinin birində onların gözəlləri haqqında
yazmıĢdır:
«Əgər an torki-ġirazi
bedəst arəd deli-mara,
Bexali-hinduyəĢ bəxĢəm Səmərqənd o Buxarara».
3
(Əgər o Ģirazlı türk (gözəli)
4
mənim ürəyimi ələ ala bilsə, onun qara xalına
Səmərqənd və Buxaranı bağıĢlaram).
Əbdi bəyin ana babası və atasının Azərbaycanda yaĢamaları, iĢləmələri,
Səfəvi Azərbaycanlı zadəganlarından Cuhə Sultan Təkəlu və Hüseyn xan ġamlu ilə
yaxın olmaları və s. onun əslinin Azərbaycanlı olduğunu deməyə imkan verir.
Əbdi bəy «Təkmilətül-əxbar» əsərində 1514-cü ildə olmuĢ Çaldıran
müharibəsindən danıĢarkən öz ana babası haqqında belə yazmıĢdır:
«O zaman Səfəvilərin müqəddəs məqbərəsinin «vəziri» baxıcısı olan mən
fəqirin ana babası Xacə Nizaməddin Məhəmməd ibn Xacə Ġmadəddin Əli ġirazi öz
ailəsini qorumaq üçün Ərdəbildən darüssəltənə Təbrizə gəlmiĢdi. Türklər
(osmanlılar) onu əsir edib, özləri ilə apardılar»
5
.
ġair-tarixçinin bu məlumatından belə çıxır ki, onun ana babası Xacə
Nizaməddin Məhəmməd Ərdəbil Ģəhərində yaĢamıĢ və ġeyx Səfi məqbərəsində
mühüm vəzifə sahibi olmuĢdur.
ġair atası Əbdülmömin ibn Sədrəddin Məhəmməd ibn Nəsirəddin Əhməd
əl-Qəvami əl-ġirazi
6
haqqında 937 (1530-1531)-ci il hadisələrini təsvir edərkən
belə yazmıĢdır:
«...ġahzadə Sultan Məhəmməd mirzə anadan oldu. Onun lələliyini Hüseyn
xan ġamluya tapĢırdılar. ġahzadəni böyük bir təntənə ilə onun evinə apardılar. O,
böyük Ģadyanalıq etdi. Bu, mənim inkiĢafımın baĢlanğıcı idi. Çünki Hüseyn xan
Cuhə Sultanın (öldürülməsi) hadisəsindən sonra Abdulla xan Ustaclunun bibisi
olan Cuhə Sultanın arvadı Xanxanım ilə evləndi. Mənim atam adı çəkilən xanımın
tanıĢlığı ilə Cuhə Sultandan sonra Hüseyn xanın ailəsinə mənsub oldu. O isə mənə
tərbiyə verib məktəbə göndərdi və ġeyx Əli ibn Əbdülalinin Ģagirdliyinə verdi. Bu
yolla məni yüksəltdi və Ģahzadənin «vəziri» (baxıcısı) vəzifəsi
ilə saraya göndərdi
7
.
Əbdi bəyin təsvir etdiyi bütün bu hadisələr Səfəvilər dövlətinin o zamankı
paytaxtı olan Təbriz Ģəhərində baĢ vermiĢdir. Adları çəkilən Abdulla xan Ustaclu
və Hüseyn xan ġamlu ġah Təhmasibin bibisi oğlanları idi.
8
Deməli, Əbdi bəyin
atası və özü bir Azərbaycanlı kimi Səfəvi xanədanına yaxın olmuĢlar.
ġairin atası 937 (1530-1531)-ci ildə Təbrizdə vəfat etmiĢdir. Əbdi bəyin
Sədəddin Ġnayətüllah adlı bir qardaĢı və Məhəmmədmömin və Cəlaləddin adlı iki
oğlu olmuĢdur.
Əbdi bəyin yazdığına görə atası vəfat etdikdən sonra Hüseyn xan ġamlu və
onun adamları ilə dolana bilməmiĢ və saray dəftərxanasına gedərək, hesabdarlıq-
maliyyə iĢləri ilə məĢğul olmuĢdur.
Təxminən 35 il saray dəftərxanasında qulluq etdikdən sonra 1566-cı il
mayın 10-da xassə malların vergisini toplamaq vəzifəsindən çıxarılmıĢdır.
9
O,
1566-cı il noyabrın 14-də Qəzvindən çıxıb həmin il noyabrın 18-də Ərdəbilə çatır.
1567-ci il yanvar ayının 12-də isə ailəsi də bura gəlir və bir yerdə yaĢamağa
baĢlayırlar.
10
Əbdi bəy Ərdəbildə yaĢayarkən ġeyx Səfi məqbərəsinin vəqf əmlakının
qəbalələrini toplayıb nizama salmıĢ və beləliklə də «sərihül-mülk» adlı qəbalələr
məcmuəsini tərtib etmiĢdir.
11
ġair Ərdəbildə yaĢayarkən vəqf əmlakının qəbalələrini toplayıb nizama
salmaqla bərabər, ġeyx Səfi məqbərəsinin nəzdindəki zəngin kitabxanadan istifadə
etmək, Ģahidi olduğu hadisələri qələmə almaq və s. ilə «Təkmilətül-əxbar» adlı
ümumi tarix əsərini yazmıĢdır.
Əbdi bəydən bir Ģair kimi bəhs edən müəlliflərin əksəriyyəti onun
«Təkmilətül-əxbar» adlı tarixi əsərin və «sərihül-mülk» adlı qəbalələr
məcmuəsinin müəllifi olmasından xəbərsiz olmuĢlar. Əksinə, ondan «Təkmilətül-
əxbar»ın müəllifi kimi bəhs edən alimlərin əksəriyyəti onun Ģairliyindən, üç
«Xəmsə», üç divan, ərəb dilindən fars dilinə olan 2 tərcümə və daha bir neçə
poemanın müəllifi olmasını bilməmiĢlər.
«Təkmilətül-əxbar» qısa giriĢ, müqəddimə, 4 bab (hissə), zeyl (əlavə) və
xatimədən ibarətdir. Hər bir bab da müxtəlif fəsillərə bölünmüĢdür.
GiriĢdə əsərin kimə ithaf olunması, adı, müəllifi və s. məsələlərdən qısa
məlumat verilir.
Müqəddimədə tarix fənni və orta əsr ideologiyasına əsasən dünyanın
yaranmasından bəhs olunur.
Birinci babda çox qısa Ģəkildə Adəmdən Nuhun tufanına qədər olan dövr;
Ġkinci babda - Nuhun tufanından Məhəmməd peyğəmbərin anadan olduğu
570-ci ilə
12
qədər olan dövr;