Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
  1   2   3   4   5   6   7   8   9   ...   70


AZƏRBAYCAN ELMLƏR AKADEMİYASI 
ŞƏRQŞÜNASLIQ İNSTİTUTU 
 
 
 
 
AZƏRBAYCAN TARĠXĠNƏ DAĠR  MƏNBƏLƏR 
 
 
 
 
 
XACƏ ZEYNALABİDİN ƏLİ ƏBDİ BƏY  ŞİRAZİ 
 
 
 
 
 
TƏKMİLƏTÜL-ƏXBAR 
 
 
 
 
(Səfəvi dövrü - ġah Ġsmayıl və ġah Təhmasib dövrlərinin tarixi) 
 
 
 
 
 
 
 
 
 
 
BAKI - ELM -1996 
  
 
 
 
 


Z.  Tağıyev  adına  Taxıl  Məhsulları  Kombinatının  baĢ  direktoru  Bəsrət 
Quliyev cənablarına kitabın nəĢrinə göstərdiyi yardıma görə minnətdarlıq edirik. 
  
 
 
  
Elmi redaktoru: Vaqif Piriyev 
 
 
Fars  dilindən  tərcümə,  müqəddimə  və  Ģərhlər  Əbülfəz  HaĢım  oğlu 
Rəhimlinindir 
 
 
Xacə  Zeynalabidin  Əli  Əbdi  bəy.  Təkmilətül-əxbar  (Səfəvi  dövrü  -  ġah 
Ġsmayıl və ġah Təhmasib dövrlərinin tarixi). - Bakı: Elm,  1996-200s.  
 
 
ĠSBN  5-8066-0436-5 
 
Əsər  1570-ci  ildə  Ərdəbil  Ģəhərində  yazılmıĢdır.  Ümumi  tarix  olan  bu 
əsərdə  hadisələr  dünyanın  yaranıĢından,  yəni  Adəmdən  1570-ci  ilə  qədər  təsvir 
olunmuĢdur.  Azərbaycan  dilinə  ancaq  ġah  Ġsmayıl  və  ġah  Təhmasib  dövrləri 
(1500-1570-ci illər) tərcümə edilmiĢdir. Tərcümə zamanı XVI əsrdə yazılmıĢ baĢqa 
tarixi əsərlərlə  müqayisə edilmiĢ  və kitabın  sonunda  Ģərhlər verilmiĢdir. Əbdi bəy 
bu  tarixi  əsərini  ġah  Təhmasibin  qızı  Pərixan  xanıma  (1548-1578)  ithaf  etmiĢdir. 
Əsər  Azərbaycan dilinə Tehranda Məclisi-ġurayi-Milli kitabxanası və Respublika 
Əlyazmaları  Ġnstitutunda  saxlanılan  iki  nüsxə  əsasında  tərcümə  olunmuĢdur. 
Kitaba geniĢ müqəddimə yazılmıĢdır. Əsər ilk dəfə tərcümə və çap edilir. 
 
 
 
 
Ə      0503020907 - 352 
59a - 94 
          655 [07] - 96      
 
 
 
 
© «Elm» nəĢriyyatı, 1996 
 
 


MÜQƏDDİMƏ 
 
(XACƏ ZEYNALABĠDĠN ƏLĠ ƏBDĠ BƏY VƏ ONUN  
«TƏKMĠLƏTÜL-ƏXBAR» ADLI ÜMUMĠ TARĠX ƏSƏRĠ) 
 
Xacə  Zeynalabidin  Əli  Əbdi  bəy  ġirazi  1515-ci  il  avqustun  19-da  Təbriz 
Ģəhərində anadan olmuĢdur.
1
 Əksər mənbələrdə və Ģairin öz əsərlərində nisbəsinin 
ġirazi kimi göstərilməsinə baxmayaraq, onun ata və babalarının ġirazda yaĢamaları 
barədə  heç  bir  məlumat  yoxdur.  Lakin  müəllifin  əsərlərində  onun  əslinin  Ģirazlı 
olması  barədə  qeydlərə  rast  gəlirik.  Məsələn,  o,  «Dəftəri-dərd»  məsnəvisində 
Nizaminin  Gəncədən,  Əmir  Xosrovun  Dehlidən,  Sədi  və  Hafizin  ġirazdan 
olduğunu qeyd etdikdən sonra, özünün də Ģirazlı olmasına iĢarə etmiĢdir.
2
 
Nizami ədəbi məktəbinin görkəmli davamçısı və tarixi əsərlər müəllifi kimi 
tanınan Əbdi bəy nəslən  ġirazda  yaĢayan türkdilli tayfalardandır.  Çox ehtimal bu 
həmin  tayfadır  ki,  Hafiz  ġirazi  qəzəllərinin  birində  onların  gözəlləri  haqqında 
yazmıĢdır: 
 
«Əgər an torki-ġirazi bedəst arəd deli-mara,  
Bexali-hinduyəĢ bəxĢəm Səmərqənd o Buxarara».

 
(Əgər o Ģirazlı türk (gözəli)
4
 mənim ürəyimi ələ ala bilsə, onun qara xalına 
Səmərqənd və Buxaranı bağıĢlaram). 
Əbdi  bəyin  ana  babası  və  atasının  Azərbaycanda  yaĢamaları,  iĢləmələri, 
Səfəvi Azərbaycanlı zadəganlarından Cuhə Sultan Təkəlu və Hüseyn xan ġamlu ilə 
yaxın olmaları və s. onun əslinin Azərbaycanlı olduğunu deməyə imkan verir. 
Əbdi  bəy  «Təkmilətül-əxbar»  əsərində  1514-cü  ildə  olmuĢ  Çaldıran 
müharibəsindən danıĢarkən öz ana babası haqqında belə yazmıĢdır: 
«O  zaman  Səfəvilərin  müqəddəs  məqbərəsinin  «vəziri»  baxıcısı  olan  mən 
fəqirin ana babası Xacə Nizaməddin Məhəmməd ibn Xacə Ġmadəddin Əli ġirazi öz 
ailəsini  qorumaq  üçün  Ərdəbildən  darüssəltənə  Təbrizə  gəlmiĢdi.  Türklər 
(osmanlılar) onu əsir edib, özləri ilə apardılar»
5

ġair-tarixçinin  bu  məlumatından  belə  çıxır  ki,  onun  ana  babası  Xacə 
Nizaməddin  Məhəmməd  Ərdəbil  Ģəhərində  yaĢamıĢ  və  ġeyx  Səfi  məqbərəsində 
mühüm vəzifə sahibi olmuĢdur. 
ġair  atası  Əbdülmömin  ibn  Sədrəddin  Məhəmməd  ibn  Nəsirəddin  Əhməd 
əl-Qəvami  əl-ġirazi
6
  haqqında  937  (1530-1531)-ci  il  hadisələrini  təsvir  edərkən 
belə yazmıĢdır: 
«...ġahzadə Sultan Məhəmməd mirzə anadan oldu. Onun lələliyini Hüseyn 
xan ġamluya tapĢırdılar.  ġahzadəni böyük bir təntənə ilə  onun evinə apardılar. O, 
böyük  Ģadyanalıq  etdi.  Bu,  mənim  inkiĢafımın  baĢlanğıcı  idi.  Çünki  Hüseyn  xan 
Cuhə  Sultanın  (öldürülməsi)  hadisəsindən  sonra  Abdulla  xan  Ustaclunun  bibisi 


olan Cuhə Sultanın arvadı Xanxanım ilə evləndi. Mənim atam adı çəkilən xanımın 
tanıĢlığı ilə Cuhə Sultandan sonra Hüseyn xanın ailəsinə mənsub oldu. O isə mənə 
tərbiyə verib məktəbə göndərdi və ġeyx Əli ibn Əbdülalinin Ģagirdliyinə verdi. Bu 
yolla məni yüksəltdi və Ģahzadənin «vəziri» (baxıcısı) vəzifəsi ilə saraya göndərdi
7

Əbdi bəyin təsvir etdiyi bütün bu hadisələr Səfəvilər dövlətinin o zamankı 
paytaxtı olan Təbriz Ģəhərində baĢ vermiĢdir. Adları çəkilən Abdulla xan Ustaclu 
və  Hüseyn  xan  ġamlu  ġah  Təhmasibin  bibisi  oğlanları  idi.
8
  Deməli,  Əbdi  bəyin 
atası və özü bir Azərbaycanlı kimi Səfəvi xanədanına yaxın olmuĢlar. 
ġairin  atası  937  (1530-1531)-ci  ildə  Təbrizdə  vəfat  etmiĢdir.  Əbdi  bəyin 
Sədəddin Ġnayətüllah adlı bir qardaĢı və Məhəmmədmömin və Cəlaləddin adlı iki 
oğlu olmuĢdur. 
Əbdi bəyin yazdığına görə atası vəfat etdikdən sonra Hüseyn xan ġamlu və 
onun  adamları  ilə  dolana  bilməmiĢ  və  saray  dəftərxanasına  gedərək,  hesabdarlıq-
maliyyə iĢləri ilə məĢğul olmuĢdur. 
Təxminən  35  il  saray  dəftərxanasında  qulluq  etdikdən  sonra  1566-cı  il 
mayın  10-da  xassə  malların  vergisini  toplamaq  vəzifəsindən  çıxarılmıĢdır.
9
  O, 
1566-cı il noyabrın 14-də Qəzvindən çıxıb həmin il noyabrın 18-də Ərdəbilə çatır. 
1567-ci  il  yanvar  ayının  12-də  isə  ailəsi  də  bura  gəlir  və  bir  yerdə  yaĢamağa 
baĢlayırlar.
10
 
Əbdi  bəy  Ərdəbildə  yaĢayarkən  ġeyx  Səfi  məqbərəsinin  vəqf  əmlakının 
qəbalələrini  toplayıb  nizama  salmıĢ  və  beləliklə  də  «sərihül-mülk»  adlı  qəbalələr 
məcmuəsini tərtib etmiĢdir.
11
 
ġair  Ərdəbildə  yaĢayarkən  vəqf  əmlakının  qəbalələrini  toplayıb  nizama 
salmaqla bərabər, ġeyx Səfi məqbərəsinin nəzdindəki zəngin kitabxanadan istifadə 
etmək,  Ģahidi  olduğu  hadisələri  qələmə  almaq  və  s.  ilə  «Təkmilətül-əxbar»  adlı  
ümumi tarix  əsərini yazmıĢdır. 
Əbdi  bəydən  bir  Ģair  kimi  bəhs  edən  müəlliflərin  əksəriyyəti  onun 
«Təkmilətül-əxbar»  adlı  tarixi  əsərin  və  «sərihül-mülk»  adlı  qəbalələr 
məcmuəsinin  müəllifi  olmasından  xəbərsiz  olmuĢlar.  Əksinə,  ondan  «Təkmilətül-
əxbar»ın  müəllifi  kimi  bəhs  edən  alimlərin  əksəriyyəti  onun  Ģairliyindən,  üç 
«Xəmsə»,  üç  divan,  ərəb  dilindən  fars  dilinə  olan  2  tərcümə  və  daha  bir  neçə 
poemanın müəllifi olmasını bilməmiĢlər. 
«Təkmilətül-əxbar»  qısa  giriĢ,  müqəddimə,  4  bab  (hissə),  zeyl  (əlavə)  və 
xatimədən ibarətdir. Hər bir bab da müxtəlif fəsillərə bölünmüĢdür. 
GiriĢdə  əsərin  kimə  ithaf  olunması,  adı,  müəllifi  və  s.  məsələlərdən  qısa 
məlumat verilir. 
Müqəddimədə  tarix  fənni  və  orta  əsr  ideologiyasına  əsasən  dünyanın 
yaranmasından bəhs olunur. 
Birinci babda çox qısa Ģəkildə Adəmdən Nuhun tufanına qədər olan dövr; 
Ġkinci  babda  -  Nuhun  tufanından  Məhəmməd  peyğəmbərin  anadan  olduğu 
570-ci ilə
12
 qədər olan dövr; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə