Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   2   3   4   5   6   7   8   9   10   ...   70

Öz əcdadının göstəriĢi ilə Adəm əleyh-salamın Ģəriətinə əməl edirdi. Lakin 
oda  sitayiĢ  edərdi.  Çünki  bir  dəfə  gecə  səhrada  gəzərkən  bir  ilan  ona  qəsd  etmək 
istəyərkən  ona  bir  daĢ  atır.  DaĢ  daĢa  dəyir  və  bundan  atəĢ  əmələ  gəlir.  O,  belə 
təsəvvür  edir  ki,  Hörmüz  qeyb  pərdəsindən  ona  aĢkar  oldu.  Onu  öz  dininin 
ibadətgahı edir. (B-vər.36a). 
Əbdi  bəy  «Təkmilətül-əxbar»da  Makedoniyalı  Ġsgəndər  haqqında  29  sətir 
məlumat  vermiĢdir.  (B-vər.43b-44a)  O,  göstərir  ki,  ġeyx  Nizami  «Ġqbalnamə»  və 
«ġərəfnamə»də  Ġsgəndərin  cahangirliyi  və  cahandarlığı  haqqında  geniĢ 
danıĢmıĢdır. Mən isə qısa Ģəkildə «Ayini-Ġsgəndəri» kitabımda nəzmə çəkmiĢəm. 
Əbdi  bəy  Ġsgəndər  haqqında  tarixi  və  bədii  əsərlərdə  olan  bəzi  səhvləri 
təshih  edir  və  nisbətən  dəqiq  məlumat  verməyə  çalıĢır.  Məsələn,  o,  Firdovsinin 
«ġahnamə»sində  Ġsgəndərin  Məsiha  (Ġsa  peyğəmbər) qayda-qanunu ilə  evlənməsi 
barədə  olan  beyti  sitat  gətirir  və  göstərir  ki,  bu  inandırıcı  deyildir.  Çünki  Məsiha 
Ġsgəndərdən uzun müddət sonra anadan olmuĢdur. 
Həmçinin  qeyd  edir  ki,  deyirlər  Dara  Ġsgəndərin  qardaĢı  olmuĢdur.  Dara 
ölərkən vəsiyyət etmiĢdi ki, Ġsgəndər onun qızını alsın. Məsiha dini ilə Ġsgəndər öz 
qardaĢı qızını nesə ala bilərdi?! Onun məcus dinində olması doğrudur. 
Ġsgəndərin Daranın qızını istəməsi hekayəti də yalandır və s.  
Əbdi  bəy  Ġsgəndərdən  sonra  «Əshabi-kəhf»dən,  Qazı  Əhməd  isə 
ƏĢkanilərdən  bəhs  edir. 
Qazı    Əhməd    «Tarixi-cahan-ara»da    Makedoniyalı   Ġsgəndər   haqqında 
cəmi 3 sətir məlumat vermiĢdir (səh.30). O, yazır: 
Ġsgəndər ibn Darab Ġbn Bəhmən - ləqəbi Zülqərneyndir. Anası Rum padĢahı 
Filuqusun  qızıdır.  Fəlsəfədə  Ərəstunun  Ģagirdidir.  Herat,  Bərdə,  Arran  və  Rum 
Ġsgəndəriyyəsi  onun  saldırdığı  Ģəhərlərdəndir.  Ġranı  istilası  14  il.  Vəfatı  -  Zur 
Ģəhərində. Dəfn olduğu yer - Ġsgəndəriyyə. 
 
Mənkuciyyə tayfası. 
 Əvvəlinci Mənkucək Qazı. O, Alp Arslanın hökmü ilə Ərzincan, Kəmax və 
onun  ətrafının  hakimi  idi.  (Hakimiyyət)  ondan  sonra  nəsilbənəsil  keçərək 
Fəxrəddin Bəhram Ģah ibn Davud ibn Mənkucəkə çatdı. O, Qılınc Arslanın  qızını    
istədi. 
ġeyx Nizami «Sirlər xəzinəsi»ni ona ithaf edib, göndərmiĢdir. O, əvəzində 5 
min dinar qızıl və 5 yorğa qatır hədiyyə göndərdi. Məzkur Ģeyxin vəfatı: Gəncədə, 
597 (1200-1201)-ci  ildədir. 
Atabəy  Məhəmməd  ibn  Ġldəgiz  atasının  yerinə  keçir.  Sultan  Arslan   
öləndən sonra Arslanın oğlu Toğrulun atabəyi (lələsi) və Ġraqda əmirül-üməra olur. 
Öz  qardaĢı  Qızıl  Arslanı  Azərbaycana  göndərir  və  Abbasi  xəlifəsinin  adını  bir  il 
xütbədən  saldırır.  Xəlifə  ona  çoxlu  mal  göndərir  ki,  onun  adını  xütbədə  yenidən 
çəksinlər. Onun hakimiyyəti on il olmuĢdur. 


Atabəy  Qızıl  Arslan,  Zəhir,  Xaqani,  ġeyx  Nizami  və  baĢqaları  onun 
məddahı olmuĢlar. Atabəy Məhəmməd öldükdən sonra Toğrulun atabəyi olur. 587-
ci  (1191)  ildə  Toğrulu  həbs  edir.  Qapanın  Kehram  qalasına  göndərir.  Özü  taxta 
çıxır. Həmin gecə onu yatağında öldürürlər. 50 bıçaq yarası vardı və qatil məlum 
olmadı   (B-vər.183a). 
Qazı  Əhməd  Ġsgəndərdən  Kəyanilər  sülaləsi  haqqında  məlumat  verərkən, 
Əbdi bəy isə Rum hakimlərindən bəhs edərkən danıĢmıĢdır. 
 
Dördüncü kəlmə. Mənkcikilər 
Mənkucək Qazı-Sultan Alp Arslan Ərzincan, Kax Kuğusə və onun ətrafının 
idarəsini ona tapĢırdı. Müəyyən müddət o və övladları oranı idarə etdilər. Onlardan 
Fəxrəddin  Bəhram  Ģah  ibn  Davud  ibn  Mənkucək  Qazı  Qılıc  Arslanın  qızının 
kəbinini  özünə  kəsdirdi.  Bütün  Ərzincanda  elə  bir  zümrə  olmadı  ki,  ona  həmin 
izdivacın hədiyyə duası yetiĢməsin. 
ġeyx  Nizami  «sirlər  xəzinə»sini  ona  ithaf  etmiĢdir.  Əvəzində  5  min  dinar 
qızıl və 5 yorğa qatır hədiyyə almıĢdır. ġeyx Nizaminin vəfatı 597-ci (1200-1201) 
ildədir (səh.134) 
Cahan  Pəhləvan  (adı  ilə)  məĢhur  olan  Atabəy  Məhəmməd  ana  tərəfdən 
Arslanın  qardaĢıdır.  Arslanın  kiçik  olan  oğlu  Toğrulu  padĢahlığa  namizəd  edir. 
(Lakin) hər iĢi özü aparırdı. Nə qədər ki, o, (Cahan Pəhləvan) sağ idi bir dəyiĢiklik 
olmadı.  Nəhayət,  582-ci  ildə  zilhiccə  (ayının)  axırında  (mart  1187)  Reydə  vəfat 
etdi. 
Atabəy Qızıl  Arslan  ibn Ġldəgiz həmçinin Sultanın anasından idi. Ġstədi  ki, 
Toğrulla qardaĢı kimi rəftar etsin. Ancaq artıq o (Toğrul), yaĢa dolduğu üçün dözə 
bilmədi.  Böyük  narazılıq  baĢ  verdi.  O,  əvvəlcə  Toğrulu  və  oğlu  Məlik  Ģahı  tutub 
Azərbaycan  Qəbanının  Kehran  qalasında  həbs  etdi.  Özü  hökmdarlıq  iddiasına 
düĢdü və Bağdaddan təsdiq aldı. Səhəri taxta oturduğu günün gecəsi - 587-ci ildə 
Ģaban  ayının  1-də  yekĢənbə  gecəsi  (24  avqust  1191)  öldürüldü.  Qatili  məlum 
olmadı.  ġeyx  Nizami  Gəncəvi  və  Zəhir  Fəriyabi  onu  mədh  edənlər  olmuĢlar  
(səh.125). 
 «Təkmilətül-əxbar»ın  səltənət  kitabxanası  nüsxəsinin  son  səhifəsinin 
kataloqdakı  fotosurətində  və  Məclis  kitabxanası  nüsxəsinin  son  səhifəsində  Əbdi 
bəy  yazır  ki,  əsəri  (Kərayim  asare)  tarixində  tamamlamıĢdır.  Məclis  kitabxanası 
nüsxəsində «kərayim asare» sözlərinin yanında çox ehtimal ki, mərhum prof. Səid 
Nəfisi  sonralar  əlyazmasının  əvvəlini  bərpa  edib  əsər  və  onun  müəllifi  haqqında 
məlumat  verərkən  «979»  rəqəmini  yazmıĢdır.  Əslində  isə  həmin  iki  söz  əbcəd 
hesabı ilə 978-ə bərabərdir. (K=20, R=200, A=1, Ġ=10, M=40, A=1,  S=500, A=1, 
R=200,  H=5,  cəmi  978).  Bu  maddeyi  tarixdən  belə  nəticə  çıxır  ki,  Əbdi  bəy 
«Təkmilətül-əxbər»ı 978 (5 iyun 1570-25 may 1571)-ci ildə yazıb qurtarmıĢdır. 
«Təkmilətül-əxbar»ın  bu  qurtarma  tarixini  daha  da  dəqiqləĢdirmək, 
sabitləĢdirmək  üçün  demək  lazımdır  ki,    Əbdi    bəy  əsərin  sonunda  «Quy  yil»in   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə