Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   2   3   4   5   6   7   8   9   ...   70

mikrofilmi  isə  280  kadrdan  (vərəqdən)  ibarətdir.
18
  Əlyazmasının  vaxtilə  tam 
olduğunu  sübut  etmək  üçün  təkcə  bunu  qeyd  etmək  kifayətdir  ki,  Kəsrəvi  Əbdi 
bəyin  həyatı  və  yaradıcılığı  haqqında  məlumat  verərkən  həmin  bu  əlyazmasına 
əsaslanaraq, onun 973 (1566)-cü ildə Qəzvində ġah Təhmasibin (1524-1576) saray 
dəftərxanasındakı iĢindən çıxarıldığını və Ərdəbilə gəldiyini yazmıĢdır.
19 
Hacı  Məlik  nüsxəsinin  istifadəmizdə  olan  hissəsində  əsərin  köçürülmə 
tarixi,  xəttatı  və  s.  Haqqında  məlumat  yoxdur.  Ġlk  səhifədən  son  vərəqədək  tam 
olan bu  əlyazmasının  üzü  savadlı bir xəttat tərəfindən çox  ehtimal  ki,  XVII  əsrdə 
aydın və gözəl nəstəliq xətti ilə köçürülmüĢdür. Bu nüsxənin əvvəlində (vər.1b-2a) 
«Fərman olundu» sərlövhəsi ilə Azərbaycan, ərəb və fars dillərinin qarıĢığı ilə çox 
çətin  anlaĢılan  bir  dildə  əsərin  üzünün  köçürülməsi  barədə  olan  fərmanın  surəti 
verilmiĢdir.  Təəssüf  ki,  kitabxanaĢünaslıq  tariximiz  üçün  əhəmiyyəti  olan  bu 
fərmanın  kim  tərəfindən,  hansı  tarixdə  və  kimə  verilməsi  barədə  heç  bir  qeyd 
yoxdur.  Ehtimal  etmək  olar  ki,  Əbdi  bəyin  Pərixan  xanıma  ithaf  etdiyi  bu  əsər 
saray  kitabxanasına  daxil  olmuĢ,  ġah  Təhmasib,  yaxud  Pərixan  xanımın  göstəriĢi 
ilə  Qəzvin  saray  kitabxanasının  müdiri  əsərin  üzünün  köçürülməsi  barədə  fərman 
vermiĢdir.  Bu    fərmana  əsasən  saray    kitabxanasında      çalıĢan    xəttatlar        əsərin    
üzünü    köçürməklə onun nüsxələrinin sayını çoxaltmıĢlar. 
Hacı  Məlik  nüsxəsinin  Səfəvi  dövrü  hissəsi  son  vaxtlarda  (1928-ci  ildən 
sonra) 
əlyazmasından  çıxarıldığından  tərcümədə  bu  nüsxədən  istifadə   
edilməmiĢdir. 
Tərcümə  zamanı  istifadə  etdiyimiz  iki  nüsxədən  biri  vaxtilə  tarix  elmləri 
doktoru  prof.  B.  N.  Zaxoderin  Ģəxsi  kitabxanasında  olmuĢ  və  o,  vəfat  etdikdən 
sonra  həmin  əlyazması  Azərbaycan  SSR  Elmlər  Akademiyası  ġərqĢünaslıq 
Ġnstitutunun  kitabxanasına  daxil  olmuĢ,  oradan  isə  Respublika  Əlyazmaları 
Ġnstitutuna verilmiĢdir. Həmin nüsxə 1909-cu ilə qədər Otton KruzenĢternin Ģəxsi 
kitabxanasında olmuĢdur. V. A. Jukovski həmin nüsxəni 1909-cu ildə Xarici ĠĢlər 
Nazirliyi  nəzdində  olan  Asiya  Departamentinin  ġərq  dilləri  tədrisi  Ģöbəsindəki 
əlyazmaları sırasında təsvir etmiĢdir. Ancaq nədənsə əlyazmaya o zaman inventar 
nömrəsi  qoyulmamıĢdır.
20
  Sonralar  həmin  departamentdə  olan  əlyazmalar, 
«Təkmilətül-əxbar» istisna olmaqla, SSRĠ EA ġərqĢünaslıq Ġnstitutunun Leninqrad 
Ģöbəsinə  verilmiĢdir.  Bu  əlyazmanın  prof.  B.  N.  Zaxoderin  Ģəxsi  kitabxanasına 
necə düĢməsi barədə heç bir məlumatımız yoxdur. 
29,5x18  sm ölçüdə olan əlyazması 276 vərəqdən (552  səhifədən) ibarətdir. 
Hər  səhifədə  20  sətir  yazılmıĢdır.  Aydın,  gözəl  və  Hacı  Məlik  nüsxəsinin  xəttinə 
nisbətən  bir  qədər  iri  nəstəliq  xətti  ilə  köçürülmüĢdür.  Bir  qayda  olaraq 
əlyazmalarının  köçürülmə  tarixi  əsasən  əsərin  sonunda  verilir.  Əlyazmasında 
hadisələrin  təsviri  hicri-qəməri  968  və  969  (22.IX.1560  -  30.VIII.1562)-cu  illərin 
hadisələri təsvir olunarkən kəsildiyi üçün bu nüsxədə onun köçürülmə tarixi, xəttatı 
və s. haqqında məlumat yoxdur. Əlyazmasının kağızına əsaslanıb onun XVII əsrdə 


köçürüldüyünü  söyləmək  olar.  Əlyazmasının  əvvəlindən  1  və  137-ci  vərəqdən 
sonra isə 2 vərəq düĢmüĢdür. Sonundan təxminən 30 vərəq çatıĢmır. 
«Təkmilətül-əxbar»ın Məclisi-ġurayi-Milli kitabxanasında saxlanılan 15023 
№  -  li  əlyazması  289  vərəqdən  ibarətdir.  Əsər  nisbətən  xırda  nəstəliq  xətti  ilə 
yazılmıĢdır.  Hər  səhifədə  21  sətir  vardır.  Əlyazmasının  qədim  hissəsi  2a 
vərəqindən baĢlayır. Əvvəlindən 1 vərəq düĢmüĢdür. Çox ehtimal ki, mərhum prof. 
Səid  Nəfisi  (1896-1966)  əsərin  əvvəlindən  çatıĢmayan  hissəni  digər  bir  nüsxədən 
köçürüb  əlyazmasının  əvvəlinə  əlavə  etmiĢdir.  Əlyazmasının  2,6  və  7-ci 
vərəqlərinin son sətirləri cırılmıĢdır. 
Bu  nüsxənin  836  vərəqində  II  bab  qurtarır.  84a  vərəqində  «Təkmilətül-
əxbar»la  heç  bir  əlaqəsi  olmayan  1266-cı  ilin  cümadiəl-axır  ayında  (14.IV  -
12.V.1850)  Nəsirəddin  Ģah  (1848-1896)  zamanı  baĢ  vermiĢ  bir  hadisə  təsvir 
olunmuĢdur.  Əlyazmasının  846  vərəqinə  isə  IV  babın  2-ci  məqaləsi 
köçürülmüĢdür.  Beləliklə,  bu  nüsxədə  III  bab  bütünlüklə  və  IV  babın  da  1-ci 
məqaləsi  yoxdur.  Əlyazmasından  təxminən  100  vərəq  düĢmüĢdür.  Bu  hissələrdə 
Məhəmməd peyğəmbər və 12 imamın həyat və fəaliyyətləri təsvir olunmuĢdur. 2-
ci  məqalədən,  yəni  Mehdi  Sahibəzzamanın  qeybəti-kübrasından  (940-cı  ildən)  
sonrakı hadisələrin təsviri isə tamdır. 
968 (15  61)-ci  ilə  qədər  olan hissə  B.  N.  Zaxoder-Bakı  və  Məclisi-ġurayi-
Milli  nüsxələri  əsasında  tərcümə  edilmiĢdir.  Yeri  gəldikcə  bu  iki  nüsxə  arasında 
olan bəzi fərqlər tərcümədə səhifənin aĢağısında göstərilmiĢdir. Sonrakı illər ancaq 
Məclis nüsxəsi əsasında tərcümə edilmiĢdir. 
Tərcümə zamanı XVI əsərdə yazılmıĢ «Fütuhati-ġahi»,
21
 «Həbibüs-siyər»,
22
 
«Mükalimeyi-ġah  Təhmasib  ba  elçiyanirum»,
23
 
«Təzkireyi-Təhmasib»,
24
 
«Cəvahirül-əxbar»,
25
  «Əhsənüt-təvarix»,
26
  «ġərəfnamə»,
27
  «Tarixi-ġah  Ġsmayıl  və 
ġah  Təhmasib»,
28
  «Tarixi-cahan-ara»
29
  və  s.  əsərlərdən  istifadə  edilmiĢ  və 
«Təkmilətül-əxbar»la onların arasında olan bir sıra fərqlər qeyd olunmuĢdur.
30
 
Əbdi  bəy  XVI  əsrə  qədər  olan  hadisələri  təsvir  edərkən  özündən  əvvəl 
yaĢayıb-yaratmıĢ  onlarla  alim  və  Ģairin  müxtəlif  əsərlərindən  istifadə  etmiĢ  və 
həmin  əsərlərin  əksəriyyətinin  adını,  müəllifini  göstərmiĢdir.  Bəzən  isə  o,  hansı 
əsərdən, müəllifdən istifadə etdiyini bildirmədən sadəcə olaraq «tarix kitablarında 
belə qeyd edilmiĢdir», «kitablarda belə məlumat verilmiĢdir» yazmıĢdır. 
Əsərdə  adı  çəkilən  alimlərdən  və  onların  əsərlərindən  nümunə  olaraq, 
aĢağıdakıları göstərmək olar: 
Əbu  Cəfər  Məhəmməd  Təbərinin  «Tarixi-Təbəri»,  Qəzalinin  «Nəsihətül-
müluki-müəyyəd»,  Əsədi  Tusinin  «Lüğəti-fors»,  Nizamülmülkün  «Siyasətnamə», 
Minhac  ibn  Sərrac    Cürcaninin  «Təbəqati-Nasiri»,  Yaqut  Həməvinin  «Möcəmül-
büldan»,  Məhəmməd  Nəsəvinin  «Tarixi-Cəlali»,  Fəxrəddin  Davud  Benakətinin 
«Tarixi-Benaketi»,  Fəxrəddin  Razinin  «Hədayiqül-ənvar»,  Seyid  Ġsmayıl 
Cürcaninin  «Zəxireyi-XarəzmĢahi»,  Sədəddinin  «Mərzbannamə»,  ġəhabəddin 
Abdulla  Vəssaf  ġirazinin  «Tarixi-Vəssaf,»  ġeyx  Məhəmməd  Cövzinin  «Kitabi-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə