Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   10   11   12   13   14   15   16   17   ...   70

914  (2.V.508  -  20.IV.1509)-cü  ilə  müvafiq  olan  Ġlan  ilində  (mart  1508  - 
mart 1509) cənnətməkan ġah [Ġsmayıl] Ərəb Ġraqını iĢğal etmək üçün yola düĢdü. 
Həmədanın  yaylaqları  padĢahın  düĢərgəsi  oldu.  Orada  müxalifətçi  Zülqədərlərin 
[kəsilmiĢ]  baĢlarını  dünyanın  pənahı  [ġah  Ġsmayılın]  dərgahına  çatdırdılar.  Orada 
Mir Nəcm Zərgər Gilaniyə inanılıb vəkillik mənsəbi verildi [o], hakimlər arasında 
əmirlərin  möhrü  üstündən  möhür  vurdu. Maliyyə  iĢlərində  dəyiĢiklik etdi və  türk 
əmirlərini maliyyə iĢlərinə daxil etmədi. Mülki iĢlərdə ən əsas [Ģəxs] o oldu. 
Dünyanın  hakimi  [ġah  Ġsmayılın]  hökmünə  görə  Xəlil  Yasavul
130
  Bağdad 
hakimi Barik bəy Pornak üçün qiymətli xələtlər aparıb, onu itaətə dəvət etdi. Barik 
[bəy] ona təzim etdi, öz Ģirəçisi Əba Ġshaqı ali taxtın ayağına (yəni, ġah Ġsmayılın 
hüzuruna)  göndərib öz səmimiyyətini və itaətini ərz etdi (M-219a). Cənnətməkan 
ġah [Ġsmayıl] buyurdu: 
- Biz bir halda ki, onu sadiq bilirik, dayanmadan bizim xidmətimizə gəlsin. 
Əba Ġshaq (B-247a) geri qayıdıb, bu sözü ona çatdırdı. O, bundan qorxuya 
düĢüb,  üsyana  baĢladı.  Əvvəlcə  tacını  tulladı,  sonra  Ərəb  Ġraqının  əsil-nəcəbli 
baĢçılarından  olan  Seyid  Məhəmməd  Kəmunəni  -  tutub  zindana  saldı.  Qalaya 
çoxlu azuqə gətirdi və qalanın möhkəmliyinə güvəndi. Elə ki, bu xəbər Cəlal Sahi-
bi [ġah Ġsmayılın] qulağına çatdı, Lələ bəyin ön dəstəsinin ölkələr tutan bayrağını o 
tərəfə  yönəltdi.  Bariki  (bəy)  qaçmağa  qərar  verdi.  Bağdadlılar  Seyid  Məhəmmədi 
zindandan çıxarıb, Ģahın adına xütbə oxuyub, sikkə zərb etdilər. 
Qələbə  rəmzli  bayraqlar  [ġah  Ġsmayıl]  cümadiəs-sani  [ayının]  20-də  (16 
oktyabr 1508) Bağdada gələrək Pirbudağın
134
 Çaharbağında əzəmətlə yerləĢdi. 
[ġah  Ġsmayıl]  o  zaman  Ətabati-aliyyəni
135
  ziyarət  etmək  səadətinə  çatdı. 
Ondan  sonra  əhalisindən  həmiĢə  əzab  çəkdikləri  Qəzyə
136
  ərəblərinin  vilayətinə 
hücum edib, qələbə qazandı. O camaatı Ģahanə cəza ilə cəzalandırdı. O çöldə xoĢ 
əhvali-ruhiyyə  ilə  Ģir  ovu  etdilər.  O,  (ġah  Ġsmayıl)  çoxlu  ov  etməsi  ilə 
baĢqalarından  fərqləndi.  Oradan Bağdada təĢrif  gətirən zaman, oranın  hakimliyini 
divan əmiri Xülafə bəy TalıĢa verdilər. 
Ətabatın  hamiliyini  Seyid  Məhəmməd  Kəmunəyə  layiq  bildilər.  Ona 
əmirlik rütbəsi, təbil, bayraq verib ordu və qulluqçularının sayını artırdılar. 
Cəlal  bayraqları  (ġah  Ġsmayıl)  oradan  məzhəbi  həddən  artıq  ĢiĢirdən 
Xuzistanı istila etmək üçün yollanmağı qərara aldı. 
Cahangirlik bayrağı (ġah Ġsmayıl) Hüveyzə
137
, tərəf hərəkət edib, o vilayəti 
iĢğal etdi. Yol gedərkən Əmir Nəsm Gilani və Bayram bəy Qaramanı ġah Rüstəm 
Abbasinin ulusuna basqın etmək üçün göndərdilər. Hüveyzə iĢğal olunandan sonra 
(M-2196) bu inadkar tayfanı  məhv etdilər. Kuh  Giləvə  yolu ilə ġiraza  gəldilər  və 
qıĢlaq orada vaqe oldu. 
Bu  vaxt  Lur  hakiminin  yanına  elçi  getmiĢ  Əxi  bəy  oranın  hakimi  Mir 
Əlaülmülkün  hədiyyəsi  ilə  uca  dərgaha  gəldi.  Həmçinin  orada  Əmir  Yarəhməd 
Xuzani  Ġsfahani  və  Mövlana  ġəms  vəzirlik  mənsəbi  və  vergi  yığmaq  hüququ 
aldılar. 


Elə ki, at ilinin (1509-cu ilin) baharı oldu, Ġraqı   [iĢğal etmək] qəsdi ilə yola 
düĢdülər. 
915-ci  ilin  səfər  [ayında]  (21.V  -  18.VI.1509)  bütün    sədarətə,  əmirlərə  
baĢçılıq edən,  bəzi vaxtlarda 
Yəzd,  KaĢan  və  bəzi  vaxtlarda  ġiraza  da  hakimlik  etmiĢ  Qazı  Məhəmməd 
KaĢi Əmir Nəsm Gilaninin ədavəti ilə qətlə yetirildi. Həmçinin bu bir neçə gündə 
Qəzvin, Savucbulaq, Rey və Xar hökumətini idarə edən Abdal bəy Dədə Zülqədər 
əmirlikdən  çıxarıldı.  Onun  (idarə  etdiyi)  vilayətləri  Zeynal  xan  ġamluya  tapĢır-
dılar. 
Sədarət  ata  tərəfdən  nəsli  Mazandaran  valisi  Məhəmməd  ibn  Zeydə,  ana 
tərəfdən əllamə
138
 Cürcaninin Ģərafətli nəvələrinə çatan Mir Seyid ġərifəddin
139
 Əli 
ibn  Seyid  Tacəddin  Əli  ibn  Mir  Mürtəza  Astarabadi  (B-2476)  əl-əsl  ġiraziyə
140
 
verildi. Ondan sonra kainatı çapan ordu Azərbaycana gəldi. Bir neçə gün Təbrizdə 
dayandı. Lələ bəy ġamlu
141
 divanı idarə etməkdən kənar edildi. Divanı idarə etmək 
vəzifəsi Məhəmməd bəy Ustacluya
142
 mərhəmət qılındı. [Ona] Çayan Sultan ləqəbi 
verdilər.  O,  əvvəllər  süfrəçi
143
  idi.  Əmir  Nəcm  Gilani
144
  Xamnədə  sətəlcəm 
xəstəliyindən  vəfat  etdi.  Əmir  Yarəhməd  Xuzani  onun  yerinə  vəkil  olub,  «Əmir 
Nəcm-sani»  ləqəbini  aldı.  QıĢlaq  Xoyda  oldu.  QıĢ  vaxtı  ġirvana  yürüĢ  baĢlandı. 
ġeyxĢah ibn Fərrux Yəsar Biğord qalasına pənah apardı. Bakı və ġabran qalalarının 
qalabəyləri isə dünyanın pənahı [ġah Ġsmayılın]  dərgahına gəldilər. 
(M-220a)  Dəmir  qapı  Dərbəndin  mühafizəçiləri  müxalifət  göstərdilər. 
Qələbə  niĢanlı  bayraqlar  (ġah  Ġsmayıl)  o  tərəfə  hərəkət  etdi.  ĠĢləri  çətinləĢəndən 
sonra oranın qalabəyləri Yarəhməd ağa və Məhəmməd bəy fəaliyyətdə olan xilafət 
taxtının ayağına gəldilər. O qala da alındı. Oranın hökuməti Mənsur bəyə, ġirvanın 
baĢqa [vilayətləri] Lələ bəyə verildi. 
Həzrəti-Sultan  Heydərin  sümükləri  Təbərsərandan  darülirĢad  Ərdəbilə 
köçürüldü.  Qələbə  ayəli  bayraqlar  (ġah  Ġsmayıl)  Qarabağa  gəlib  qıĢladı.  Qoyun 
ilinin (1510) baharında Ġraqın Xərrəqan yaylağına yola düĢdülər. 
916  (10.VI.1510  –  30.III.1511)-ci  ildə  özbəklərin  Kirmana  hücumu  [ġah 
Ġsmayılın]  Ģərəfli  qulağına  çatsaq,  Qazı  Ġsa  Sədr  Yəqubinin  qardaĢı  oğlu  Qazı 
Nurullah  Ünsini,  daha  sonra  ġeyxzadeyi-Lahisi  [adı  ilə]  məĢhur  olan  ġeyx 
Məhyəddin  Əhmədi  özbək  ġeybani  xanın
145
  yanına  elçi  göndərdilər  ki,  onu  bu 
hərəkətdən  çəkindirsinlər.  O,  (ġeybani  xan)  axırıncı  dəfə  Əmir  Kəmaləddin  
Hüseyn Əbivərdini  ali dərgaha göndərib, özü haqqında lovğalıq etdi. Belə hərəkət 
[ġah  Ġsmayılın]  Ģərəfli  xatirinə  ağır  gəlib,  yaylaqdan  Xorasana  yönəldi.  Elə  ki, 
Damğana çatdılar, ġeybək
146
 xanın kürəkəni Əhməd Sultan
147
 və Astarabad hakimi 
Xacə  Əhməd  Qənqərat
148
  oradan  qaçdılar.  Həmçinin  Xorasanın  əksər  vilayətləri 
özbəklərdən təmizləndi. 
Yüksək divanın darğaları təyin edildi. Cənnət-məkan xaqan [ġah  Ġsmayıl] 
yüksək  mərtəbəli  cənnətdə [Ġmam] Əli Rzanın
149
 məzarını ziyarət etmək Ģərəfinə 
nail  oldu.  Oradan  Sərəxs  tərəfə  üz  tutdular.  ġeybək  xan  rəcəb  (oktyabr)  ayının 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə