Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   13   14   15   16   17   18   19   20   ...   70

Mir  Əbdülbaqi,  Mir  Seyid  ġərif,  Seyid  Məhəmməd  Kəmunə, 
Xanməhəmməd Ustaclu, Sarı Birə Lələ bəy, Sultanəli mirzə ƏfĢar, Ģirəçi Pir Ömər 
bəy ÇavuĢlu Ģəhadət Ģərbəti içdilər  (öldürüldülər). 
Cənnətməkanlıq hökmdar [ġah Ġsmayıl] qoĢunun məğlubiyyətinə, nə sağ və 
nə  sol  cinahın  döyüĢə  bilməməsinə  baxmayaraq,  özünü  düĢmən  qoĢununun 
ortasına vurub, onların arasına vəlvələ saldı. 
Arabaları  zəncir  ilə  bir-birinə  bağlayıb  qoĢunu  almaq  onların  döyüĢ  tərzi 
olub,  zərbəvuran  toplardan  atəĢ  açdıqlarından  Heydəri
166
  hökmdar  (ġah  Ġsmayıl) 
ondan  çəkinmədən  sürət  addımı  atıb  Əmr  Əbdövüd
167
  kimi  Ģücaətli  olan 
Malqoçoğlunun  baĢına  elə  bir  qılınc  vurdu  ki,  sinəsinə  qədər  onu  parçaladı. 
Arabalara  çatıb  qılıncla  arabaların  möhkəm  zəncirini  kəsdi.  Yeniçərlərin
168
  bir 
bölüyünü  parça-parça  etdi.  Belə  bir  vaxtda  xəbərdar  oldular  ki,  bütün  QızılbaĢ 
qoĢunu  qaçmıĢdır,  nə  sağ  cinah  möhkəmdir,  nə  sol  cinah.  Bir  sözlə,  o  Ģahsuvarın 
(ġah Ġsmayılın) əsil nailiyyət cilovu istər - istəməz geri döndü. 
(B-2506) Bundan sonra o, hər nə etdisə, faydasız oldu. Aradan salamat çıxıb 
Dərcəzinə qədər getdi. Sultan Səlim ardınca gəlib Təbrizdə dayandı. Bundan artıq 
[irəliləməyə]  sürət  etmədi  və  (M-224a)  tələsik  yola  düĢüb  Ruma  geri  qayıtdı. 
[Sultan səlim] ali ordu ilə [ġah Ġsmayılla] gedə bilməyib, geridə qalan qızılbaĢların 
bəzilərini  əsir  edərək,  özü  ilə  apardı,  O  cümlədən,  o  vaxt  Səfəvilərin  müqəddəs 
məqbərəsinin
169
 «vəziri» olan və öz ailəsini qorumaq üçün Ərdəbildən darüssəltənə 
Təbrizə  gəlmiĢ  bu  fəqirin  (yəni,  Əbdi  bəyin)  ana  babası  Xacə  Nizaməddin 
Məhəmməd  ibn  Xacə  Ġmadəddin  Əli  ġirazini  əsir  edib,  özləri  ilə  apardılar. 
[sonralar]  övladları  onun  baĢına  nə  gəldiyini  bilmək  üçün  ardınca  mülazim 
göndərdilər. O mülazim bir neçə ildən sonra qayıtdı və heç bir xəbər gətirmədi. O 
Ģiə qocanın harada və necə məhv olması məlum olmadı. 
Xülasə, Sultan Səlim Rumun Amasiya [Ģəhərinə] getdi və   [orada]  qıĢladı. 
Xaqana  layiq  müqəddəs  nəcəbli  cənnətməkan  hökmdarın  (ġah  Ġsmayılın) 
qıĢlağı darüssəltənə Təbrizdə oldu. Əmirülüməralıq Çayan Sultan Ustacluya və ali 
divanın  nəzarəti  Mirzə  ġahhüseyn  Ġsfahaniyə  verildi.  Xoyun  məliki  səadətə  və 
əmirlik [mənsəbinə] çatdı. Sədarət Seyid Abdullah Laleyi Təbriziyə tapĢırıldı. Az 
müddət  sonra  bu  vəzifə,  Ģiəliyinə  Ģübhə  olmayan  Mir  Cəmaləddin  Məhəmməd 
ġirəngi
170
 Astarabadiyə verildi. 
Bu  il  Heratda  taxıl  qəhətliyi  oldu.  Özbəklər  ora  hücum  etdilər.  Donuz  ili 
(mart 1515 - mart 1516) əbcəd hesabı ilə «Fəzail»ə
171
 bərabər olan 921 (15.II.1515 
-  4.II.1516)-ci  ildə  cəlal  bayraqları  (ġah  Ġsmayıl)  Ucana  gəlib,  oradan  Səfəvilərin 
müqəddəs  Ģanlı  [məqbərəsini]  ziyarət  etməyə  getdi.  Ondan  sonra  qayıdıb  Səhənd 
yaylağına təĢrif gətirdi. 
Qayinin hakimi Əmirxan
172
  ali  taxtın  ayağına  gəlib,  Xorasanın  vəziyyətini 
və  özbəklərin  hücumunu  ərz  etdi.  Bu  zaman  Div  Sultan  da  Bəlxdən  (M-224b) 
dərgaha gəldi və həmin əhvalatı ġah Ġsmayılın qulağına çatdırdı. Buna görə bütün 
Xorasanın  idarəsini  Amu-Dərya  çayının  kənarından  Ġraqın  (Ġranın)  Simnanına 


qədər  kama  çatmıĢ,  ali  Ģərəfli,  Allahın  kölgəsi,  dinin  pənahı  ġah  [Təhmasibə]  - 
hakimiyyəti  əbədi  olsun-həvalə  etdi.  O  Həzrətin  (ġahzadə  Təhmasibin)  lələliyini 
Əmirxan Mosulluya  verdilər Mir Məhəmməd ibn Mir Yusifi [isə] o Həzrətə  sədr 
təyin etdilər. Bütün əmirləri Əmirxanın tabeliyinə verib, Xorasana yola saldılar. 
ġah   [Ġsmayılın] qıĢlağı Təbrizdə oldu. 
Bu il Rumun padĢahı Osmanlı Səlim Əlaüddövlə  Zülqədəri öldürdü.   (B-
251a) 
Bu kiçik bəndə [Əbdi bəy] həmin ildə rəcəb [ayının] 9-da (19 avqust 1515)  
anadan olmuĢdur. 
Siçan  ili  (mart  1516  -  mart  1517)-922-ci  ildə  (5.II.1516-23.I.1517)  yaylaq 
Səhənddə  və  qıĢlaq  Təbrizdə  oldu.  Novruzdan  3  gün  keçmiĢ,  cümə  [günü]  səfər 
[ayının]  10-da  (15  mart  1516)  Bəhram  mirzə  dost  Sufi  tayfasından  olan  Xanbiki 
xanım Mosulludan anadan oldu.
173
 
Öküz ili (mart 1517 - mart 1518)-923-cü ildə (24.I.1517-12.I.1518) yaylaq 
Surluqda, qıĢlaq Naxçıvanda oldu. 
Sam  mirzə  və  Bəhram  mirzə
174
  bu  ildə  anadan  oldular.  ġirvan  padĢahı 
ġeyxĢah  itaətini  izhar  etdiyinə  görə  Mir  Cəmaləddin  Məhəmməd  Sədr  və  Mirzə 
ġahHüseyn onun qəlbini xatircəm etmək üçün ġirvana  gedib, onun ürəyində olan 
qorxunu and içməklə aradan qaldırdılar və geri qayıtdılar. 
Pələng  ili  (mart  1518-mart  1519)-924-cü  ildə  (13.I.1518-2.I.1519)  [ġah 
Ġsmayıl]  əvvəlcə  Surluq  yaylağına  gəldi  və  oradan  Təlvar  çayı  hövzəsinə  təĢrif 
gətirib,  balıq  ovu  ilə  məĢğul  oldu.  Oradan  köç  evinin
175
  ordusunu  Mirzə 
ġahHüseynlə  Quma  göndərdi.  Cəlal  bayraqları  (ġah  Ġsmayıl)  ov  edə-edə  Bisütun 
ətrafına və Çəmçala
176
 gəldi. Oradan qayıdıb, Qumda qıĢladılar. 
Mazandaranın  hakimləri  vergini  verməyə  diqqətsizlik  etdiklərinə  görə 
DurmuĢ  [xan]  və  Zeynal  xan  ġamlunu  onları  tənbeh  etmək  üçün  göndərdilər. 
Zilhiccə  [ayının]  7-də  (10  dekabr  1518)  Ulad  və  Kilis  qalalarını  mühasirə  etdilər 
(M-225a).  [Həmin  ayın]  11-də  (14  dekabr  1518)  Kilis  fəth  olundu.  Ağa 
Məhəmməd özü Ulad qalasını təslim etdi. 
Xülasə, Mazandaran zəbt olundu. Mazandaran, Rüstəmdar və Həzarcərib
177
 
hakimləri  dünyanın  pənahı  [ġah  Ġsmayılın]  dərgahına    gəlməklə,  günahları  
bağıĢlandı və araqarıĢdıranlar yaxınlaĢdırıldılar. 
DovĢan  ili  (mart  1519-mart  1520)-925-ci  ildə  (3.I.1519-22.XI.1519) 
Təbrizdə qıĢladılar. Karkiya Sultan Əhməd Lahisi [ġah Ġsmayılın] dərgahına gəlib, 
hədsiz  dərəcədə  qayğıya  nail  oldu.  O  anda  Gilan  Biyəh-pəsinin  valisi  Əmirə 
Dubasın üsyanı xəbəri [ġah Ġsmayıla] çatdırıldı. DurmuĢ xan ġamlu və Zeynal xan 
ġamlu, Rüstəmdarın, Mazandaranın baĢçıları və Karkiya Sultan Əhmədlə birlikdə 
onun  üstünə  göndərilməsi  qərara  alındı.  O,  (Əmirə  Dubas)  Karkiyaya  yalvarıb 
Divanə  [adı  ilə]  məĢhur  olan  Mövlana  Abdullahı  və  Xəlifə  Seyid  Əlini  [ġah 
Ġsmayılın]  dərgahına  göndərdi.  Yuxarıda  adı  çəkilən  Karkiya  onun  günahının 
bağıĢlanmasını xahiĢ etdi və [bu xahiĢ] qəbul olundu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə