Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   21   22   23   24   25   26   27   28   ...   70

Sultan Süleyman onlardan sonra Azərbaycan və Ġraqa yollandı. Ülamə 940-
cı  ildə  qurban  bayramı  günü  (22  iyun  1534-cü  ildə)  Təbrizə  gəldi.  Musa  Sultan 
onun  gəliĢindən  xəbərsiz  (idi).  Rum  qoĢunlarının  ön  dəstəsində  taun  xəstəliyi 
olduğuna görə Ģəhərdən kənara çıxaraq, HəĢtrud və Kavrudun AydoğmuĢçahi adlı 
yerində  dayandı.  Ülamə  Təbrizi  tutdu  və  Musa  Sultan  AydoğmuĢçahidən  Ġraqa 
getdi. 
Ülamədən  sonra  941-ci  ilin  məhərrəm  ayında  (13.VII.-11.VIII.1534) 
Ġbrahim paĢa saysız-hesabsız ordu ilə Təbrizə gəldi. Daha sonra Sultan Süleyman 
saysız-hesabsız  ordu  ilə  Təbrizə  gəlib,  oraya  darğa  təyin  etdi.  Azərbaycan 
məmləkətinin hər bir vilayətinə adamlar göndərib, Ġraqa tərəf yola düĢdü. 
Qələbə  ayəli  nəvvabi-kamyab  [ġah  Təhmasib]  o  xəbəri  [eĢitdikdən]  sonra 
Sam  mirzəni  Ağzıvər  xan  ġamlu  ilə  Heratda  qoyub,  ƏləngniĢindən  23  köçə
258
 
Ġraqa
259
 gəldi. Bəhram mirzə və Qazı xan Təkəlunu özü ilə gətirdi. 
ġah  Təhmasib  Oğlan  xəlifə  QorçibaĢı  [adı  ilə]  məĢhur  olan  Məhəmməd 
xəlifə  ġamlunu  bəzi  qorçilərlə  və  MüntəĢa  Sultan  Ustaclunu  ordunun  ön  dəstəsi 
[kimi]   göndərdi. 
Əbədi  səadət  və  daimi  dövlət  bu  uca  rütbəli  ġah  [Təhmasibin]  dostu 
olduğuna görə bu hərəkət zamanı elə ki, Bistama çatdılar (M-236b) Ģah ordusunun 
piĢnamazı
260
  Seyid  Məhəmməd  Cəbəl  Amoli  yuxuda  gördü  ki,  [Məhəmməd] 
peyğəmbər - ona və ailəsinə Allahın salamı olsun-yüksək rütbəli Ģaha buyurdu ki, 
qadağan  edilmiĢ  Ģeylərdən  əl  çəksən,  ölkənin  fəthləri  sənə  müyəssər  olacaq.  [O], 
bu  yuxunu  ġah  [Təhmasibə]  danıĢdı.  Vəzir  olan  Əhməd  bəy  Nurkamal  və  o 
məslisdə hazır olan bəzi əmirlərin hər biri bu yuxu haqqında fikir yürü-dürdülər ki, 
görəsən hansı yolla qadağan olunmuĢ Ģeylərdən keçmək olar. 
Nəvvabi-kamyab [ġah Təhmasib] ilham dili ilə bəyan etdi  ki, istəyirəm bu 
gecə yuxuda hər nə görsəm, səhəri ona əməl edək. 
Həmin  gecə  yuxuda  o  Həzrətə  (ġah  Təhmasibə)  əyan  olur  ki,  pəncərənin   
bayırında ins və cinsin imamı [Ġmam Rza] - ona Allahın salavatı və salamı olsun - 
möhtəsib
261
  Mir  Hadi    Musəvinin  əlini  tutub  [deyir  ki,]  içki,  zina,  uĢaqbazlıq  və 
məstedici içkilərdən tövbə etsinlər. 
Səhər  olcaq  yuxunu  əmirlərə  danıĢıb  nəsuh  tövbəsi
262
  buyurur.  Əmirlər, 
hökumətin  məsul  adamları  və  qalib  əsgərlər  gördülər  ki,  tövbə  qapısı  açıqdır, 
razılıq etdilər. 
ġərab,   qumar   və   Ģəriətin   qadağan   etdiyi   baĢqa [Ģeylər] barədə olan 
Ģahın  əmrini  tabelikdə  olan  bütün  ölkəyə  göndərdilər.  Buyurdular  ki,  hər  il 
Ģərabxana,  məcunxana,  qumarxana  və  fahiĢəxanalardan  mədaxil  olan  böyük 
məbləği bütün ölkənin [maliyyə, mədaxil] dəftərlərindən çıxarıb, bundan sonra dilə 
[gətirməsinlər]  və  qələmə  almasınlar.  Təyin  edilmiĢ  vergi  silinsin.  Hər  kəs  bu 
hökmün əksinə getsə, cəzalandırılacaqdır. Bu qadağan və hökm uzun müddətdir ki, 
qüvvədədir. Belə ki, indi o dövrdən 40 ilə yaxın vaxt keçsə də,
263
 heç kəs bu kimi 
iĢlər etməyə qadir deyildir. Bu iĢin üstündə çox baĢlar bədəndən ayrıldı. 


Xülasə,  (B-259b)  dünyanıg  ordu  21  köçə  ƏləngniĢindən  Reyin  Kəbud 
günbəzinə
264
  çatdı.  Bu  yürüĢdə  qələbə  Ģüarlı  döyüĢçülərin  (M-237a)  çoxlu  at  və 
dəvəsi tələf oldu. Tələf olmayanlar həddən artıq zəif idilər. Buna baxmayaraq yolu 
davam  etdirirdilər.  Savucbulaq  ətrafına  çatdıqda  Əlqas  mirzə,  Bəhram  mirzə, 
Hüseyn  xan  ġamlu,  Qazıxan  Təkəlu,  Əmir  bəy  Ġnaq  Rumlu,  Süleyman  Sultan 
Rumlu  və  Məlik  bəy  Xoyini  ordunun  ön  dəstəsi  etdilər.  ġahın  ordusu  Qəzvinə 
gəlib  oradan  Əbhərə  getdi.  [ġah  Təhmasib]  Qəzvində  olarkən  Zəncan  çayının 
kənarında  olan,  yuxarıda  adları  çəkilən,  böyük  əmirlər  tərəfindən  ona  xəbər  çatdı 
ki,  təhqiq  üçün  Xandigar  Süleyman  çoxlu  qoĢun  və  ləvazimatla  gəlib  Zəncana 
çatmıĢlar. 
ġahqulu xəlifə mehrdar və ġahqulu Sultan ƏfĢar hökmə əsasən ordunun köç 
[evini] ali ordu ilə birləĢdirdi. 
Xandigarın  özünün  ordu  ilə  birlikdə  gəldiyi  müəyyən  edildikdə,  köç  evini 
ayırıb  Ġsfahana  göndərdilər.  Əmirlərin  yanına  ön  dəstə  göndərərək  Sultaniyyənin 
Ağdağının  arxasında  Ģahın  ordusu  ilə  birləĢməsini  Əmr  etdi.  Əmir  bəy  Rumlu,   
Çıraq Sultan Ustaclu və Məhəmməd xan Zülqədər oğlunu qaravul təyin etdilər. O 
vaxt əlahəzrət Ģahın ətrafında cəmi 7 mindən artıq adam yox idi. 
Hüseyn  xan  ġamlu,  Qazıxan  Təkəlu,  Əlaüddövlənin  nəvəsi  olan 
Məhəmməd  xan  Zülqədər  oğlu  və  baĢqalarının  çoxu  nifaq  məqamında  idilər 
(ikitirəlik edirdilər). 
ġərafətli  Ģaha  məxsus  olan  bütün  ordunun,  böyük  əmirlərin  və  kəramətli 
qorçilərin kara gələ bilən atları mindən artıq deyildi. 
Bu zaman  Zülqədər oğlu Qiya  Sultan  Zülqədər 1000 atlı ilə  Burun Sultan 
Təkəlunun  oğlu  Hüseyn  Sultan  ġah  Təhmasibdən  üz  çevirib,  rumluların  yanına 
getdiklərindən əlahəzrət [ġah Təhmasibin] ürəyi sarsıntıya məruz qaldı və onu fikir 
götürdü.  Əmirəlmöminin  nəsli  dövlətinin  (Səfəvi  dövlətinin)  bütün  havadarları 
fikir etməyə baĢladılar ki, görəsən saysız-hesabsız Rum qoĢununun dəfi həqiqətən 
mümkün  deyil?!  (M-237b)  Bu  vaxt  vəziyyət  necə  olacaq?  Dinin  pənahı  [ġah 
Təhmasibin]  qoĢununun  aĢkar  azlığı,  fikir  ayrılığı,  dördayaqlıların  zəifliyi, 
ziddiyyət yaradanlar və dönüklərə neçə müqavimət göstəriləcək?! 
Hələ  əqrəb
265
  [ayının]  əvvəlləri  idi  və  qıĢa  50  gün  qalmıĢdı.  [Birdən] 
bölünən bir ildırım çaxdı. Güclü qar yağmağa baĢladı. Soyuğun Ģiddəti o dərəcəyə 
çatdı ki, adamlar və atlar buz bağladı. Bu vəziyyət rumluların hərbi düĢərgəsində 
onların həlakına səbəb oldu. Gecənin Ģiddətli soyuğu o ordunu qarıĢqa və çəyirtkə 
kimi  qırdı.  Əbrəhə  əl-ġərmin  ordusunu  Əbabil  quĢları  səccil  daĢları  ilə  həlak 
etdikləri  kimi
266
  onlar  da  məhv  oldular.  (B-260a)  Ağcaqanadların  yuxarı  qalxıb 
Nəmrudun  qoĢununun  beynini  yeməklə,  onları  məhv  etdikləri  kimi,  o  camaat  da 
elə məhv oldu.
267
 
Qəribədir ki, Ģiddətli soyuqdan bir qədər sonra isti olduqda, hərəkət etməyi 
bacarmayanlar zəlalət çölündə qaldılar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə