Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   17   18   19   20   21   22   23   24   ...   70

Arxa  çevirib  [qaçmıĢ]  Cuhə  Sultan  bütün  qoĢunun  qaçdığını  gördükdə, 
döyüĢə baĢladı və o saat da geri qayıtdı. Qalib gəlmiĢ bütün adamlar qayıtdılar və 
kama  çatmıĢ  Ģahın  baĢına  toplaĢaraq,  gecəni  o  səhrada  keçirdilər.  Übeyd  [xanın] 
halından xəbərləri olmadı. Elə ki, sübh oldu, bildilər ki, Übeyd [xan] qaçmağa üz 
qoymuĢdur.  Onu  təqib  edərkən  hər  kimi  tapdılarsa  öldürdülər.  Xorasanı  özbəkin 
murdar  qoĢun  və  xəbis  vücudlarından  xilas  edib,  NiĢapura  gəldilər.  Ġstədilər  ki,   
[orada]  dayansınlar. 
Nəhayət,  Bağdad  məsələsinə  görə  Ġraqa  [tərəf]  yola  düĢüb,  Quma  gəldilər. 
Orada qıĢlaq etdilər. 
Bu  ildə  [vəzifə]  əldə  etməyə  çalıĢan  Mir  Nemətüllah  Hilli  Əmir 
Qəvaməddin  (M-230a)  Hüseyn  Nəqib  Ġsfahani  ilə  sədarətlik  mənsəbində  Ģərik 
oldu. 
Öküz  ilinin  (mart  1529)  novruzundan  sonra  Qum  qıĢlağından  yaylaqlara 
gedən  qələbə  niĢanlı  bayraqlar  (ġah  Təhmasib)  Bağdad  tərəfə  yola  düĢdü  və 
Bağdadı mühasirə etdi. 
Hava  olduqsa  isti  idi  və  mühasirə  çox  uzun  çəkdi.  Qalanın  alınması  son 
dərəcə çətin idi. ġahlıq dövləti kömək etdi: Sufi Xəlil Mosullunun nəvəsi Əli bəy 
BəktaĢ oğlu və qardaĢı Əhməd bəy [birlikdə] Zülfüqara əl qaldırıb onu öldürdülər. 
BaĢını  kəsib  Ģəvval  [ayının]  3-də  (10  iyul  1529)  ali  taxtın  ayaqları  altına  atdılar. 
Bağdad fəth olundu. 
Məhəmməd  Sultan  ġərəfəddin  oğlu  Təkəluya  Məhəmməd  xan  ləqəbi 
verərək, Bağdadın idarəsini ona tapĢırdı və Əcəm Ġraqına geri qayıtdı. 
Ali  ordunun  qıĢlağı  Qəzvində  oldu.  Geri  qayıdarkən  Məlik  bəy  Xoyinin 
oğlu Ģatır
224
 Əlini Əbhərin Farsaçin çəmənində öldürdü. 
Pələng ili   (mart   1530-mart   1531)-936-cı  ildə (5.IX.1529-24.VIII.1530) 
Bədr xan, MüntəĢa Sultan, Cayan Sultanın qardaĢı Qazaq [adı ilə] tanınan Həmzə 
Sultan  və  Gilanda  olan  baĢqa  Ustaclu  əmirləri  Cuhə  Sultanın  təĢviqinə  əsasən 
busatı öpmək izzəti ilə Ģərəfləndilər. Hər biri üçün vilayət təyin olundu və [onlar]   
öz vilayətlərinə getdilər. 
Mir  Qəvaməddin  Hüseyn  sədr  Ġsfahani  Əbhərin  Farsaçin  çəmənində  vəfat 
etdi. Mir Qiyasəddin Mənsur ġirazi oranın DəĢtək seyidlərindən Əmir Nemətüllah 
Hilli ilə sədarətə Ģərik oldu. 
Cəlal  bayraqları  (ġah  Təhmasib)  yenə  özbəkləri  dəf  etmək  üçün  Xorasana 
tərəf yola düĢdü. Mərvdə toplaĢmıĢ özbək Sultanları qaçıb Mavəraünnəhrə getdilər. 
(B-255a)  Sam  mirzə  və  Hüseyn  xan  Heratı  keçib  Sistan  yolu  ilə  Fars 
[vilayətinə] getdikləri üçün Bəhram mirzəni Heratın hakimi təyin etdilər (M-230b). 
Div Sultan Gürcüstan müharibəsindən sonra qayıdıb çirkin Həsən Təkəlunun oğlu 
Qazı  bəyi  dedik  ki,  Cuhə  Sultanın  xidmətçiləri  sırasından  çıxarıb  Ģahın  xüsusi 
qəyçaçısı
225
  etmiĢdi  -  məzkur  vəzifəsindən  əmirlik  rütbəsinə  çatdırıb,  Qazı  xan 
ləqəbi  verdi  və  Bəhram  mirzənin  lələliyini  ona  tapĢıraraq,  Heratda  hakimiyyətə 
çıxardı. 


Cəlal  bayraqları  (ġah  Təhmasib)  səadət  və  xoĢbəxtliklə  Təbəs  çölü  ilə 
Yəzdə  və  sonradan  Ġsfahana  gəlib,  orada  qıĢladı.  Bu  səfərdə  zamanın  müctəhidi 
ġeyx  Əli  ibn  Əbdülali  onun  yol  yoldaĢı  idi.  [o  da]  Ġsfahana  gəldi.  Onunla  Seyid 
Qiyasəddin  Mənsur  ġirazi  sədr  arasında  mübahisə  baĢ  verdi.  Zamanın 
müctəhidinin  bütün  məsələlərdə  qalib  gəlməsinə  baxmayaraq,  Mir  Qiyasəddin 
Mənsur onun müstəhidliyini etiraf etmədi və öz inadında qaldı. 
DovĢan ili (mart 1531-mart 1532)-937-ci ildə (25.VIII.530 - 14.VIII.1531) 
Sam  mirzə,  Hüseyn  xan  və  ġamlu  tayfası  üsyan  vahiməsi  ilə  əlaqədar  olaraq, 
Heratı özbaĢına qoyub ġiraza getmiĢdi. QıĢlaqda olan vaxt Cuhə Sultanla Hüseyn 
xan arasında elçilik və yazıĢma oldu. 
Cuhə  Sultan  bu  iĢi  hiyləgərcəsinə  öhdəsinə  götürdüyü  üçün  Hüseyn  xan 
qərara  aldı  ki,  [Sam]  mirzəni  [ġah  Təhmasibin]  dərgahına  gətirsin.  Bunun 
müqabilində  Cuhə  Sultan  boyun  oldu  ki,  onun  Hüseyn  xanın  barəsində  Ģahanə   
Ģəfqət və hüsn-rəğbətinin artması hasil olacaqdır. 
Xorasanın ən yaxĢı yerləri [Sam] mirzə, [Hüseyn xan ġamlu] və onun dost 
əmirləri  üçün  ayrıldı  və  onları  tezliklə  [o  yerlərə]  göndərdilər.  Onlar  qıĢlaqdan 
çıxıb  Fars  [vilayətinin]  sərhəddində  olan  Kəndman,  Lar  və  Məzus  yaylağında 
düĢərgə  saldılar.  YekĢənbə  günü  zilqədə  [ayının]  2-də  (17  iyun  1531)  məzkur 
[Sam]  mirzə,  Hüseyn  xan  və  qoĢun  toplaĢaraq  [ġah  Təhmasibin]  dərgahına 
gəldilər.  Cuhə  Sultan,  ali  orduda  hazır  olan  Təkəlu  və  baĢqa  əmirlər  onları 
qarĢıladılar.  O  camaatı  böyük  (M-231a)  izzət  və  hörmətlə  dünyanın  pənahı  [ġah 
Təhmasibin]  dərgahına  gətirdilər.  Sam  mirzə  Ģahın  dövlətxanasının  çadır  və 
çətirinin qübbəsini görən kimi dərhal atdan düĢüb, böyük həvəs və sevinclə büsatı 
öpməyə  yollandı.  Onunla  dost  olan  əmirlər  də  Sam  mirzə  kimi  behiĢt  bəzəkli 
məclisin  torpağını  öpməyə  gəldikdə,  bir  neçə  dəfə  sədaqət  alınlarını  torpağa 
endirərək,  bargah  meydanının  gözəl  iyli  torpağında  batil  sevdaları  baĢlarından 
çıxardılar. 
[Sam  mirzə]  torpaqı  öpmək  səadətinə  çatdıqda,  sonsuz  nəvaziĢlər  taparaq 
çox  ümidvar  oldu.  Həmçinin  Hüseyn  xan  və  dostları  Ģahanə  hörmətlə  baĢıusa 
oldular. 
(B-255b) Cuhə Sultan Hüseyn xanı «oğul» deyə çağıraraq, qərara aldı ki, o 
biri  gün  [Hüseyn  xan]  Cuhə  Sultanın  mənzilinə  gəlib  qonaq  olsun.  Ziyafət  və 
rəsmiyyətlərdən sonra hər nə məsləhət olsa icra olunsun. 
Nəhayət,  gecə  yaxınlaĢdıqda  Hüseyn  xan  icazə  aldı  ki,  öz  ordusuna 
getsin.
226
  Sam  mirzəyə  onunla  qayıtmaq  icazəsi  vermədilər.  Kama  çatmıĢ  ġah 
[Təhmasib] onu özü ilə ali Hərəmə
227
 apardı ki, ana  əvəzi  olan Bəyim  və bacıları 
onu görməklə sevinsinlər. Bu hərəkət Hüseyn xana ağır gəldi və fikri dəyiĢdi. 
Cuhə  Sultan  müĢahidə  etdi  ki,  [Sam]  mirzəsiz  mənzilə  gedən  Hüseyn  xan 
əsəbiləĢmiĢdir. [Buna görə] Mir Səfər Avəcini, Arıq vəzir adlanan öz vəziri Xacə 
Hidayətüllah  Savəcini  və  Təkəlu  [lar]ın  Quduz  Sultan  kimi  iki-üç  nəfər  mötəbər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə