Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   14   15   16   17   18   19   20   21   ...   70

Karkiya ona yazdı ki, dünyanın pənahı [ġah Ġsmayılın] dərgahına gəlməsən, 
sənin iĢin rövnəq tapmayacaq. Əmirə Dubas Karkiyanın yazısına əsasən Həmədan 
çəmənliyində  busatı öpmək izzətinə  çatdı.  Müzəffər Sultan ləqəbi aldı və  mehdi-
ülya
179
 XanıĢ bəyimi ona niĢanladılar.
180
 
Balıq  ili  (mart  1520-mart  1521)-926-cı  ildə  (23.XII.1519-2.XII.1520) 
sarayın  yaxın  adamlarından  təbib  Mövlana  Əlaəddin  Əhməd  ibn  Mövlana 
Sədrəddin  Əli  ġirazi  qıĢlamaq  üçün  Ġsfahana  gələrkən,  KaĢanda  sətəlcəm 
xəstəliyindən vəfat etdi. 
ġiraz hakimi Sultan Xəlil Zülqədərdən pis hərəkətlər üz verdiyinə görə, Kor 
Süleymanı  göndərdilər  ki,  (B-2516)  onun  baĢını  hökumət  [adamlarının]  gözü 
qarĢısında kəsib ali dərgaha gətirsin.
181
 
ġiraz  vilayəti  və  Zülqədər  qoĢunu  əsl  adı  Ġzzəddin  olan  və  bundan  əvvəl 
qorçibaĢı
182
 vəzifəsi daĢıyan Əli Sultan Çiçəklu Zülqədərə verildi. 
[ġah Ġsmayıl] Ġsfahanda olarkən osmanlı Sultan Səlimin ölüm xəbəri onun 
qulağına çatdı. «Xan-digarın zəvalı»
183
 onun vəfat tarixidir. 
(M-2256) Cənnətməkan [ġah Ġsmayıl] DurmuĢ xan və Zeynal xanı Firuzguh 
qıĢlağına göndərdi ki, əgər Xorasanda bir Ģey olsa, Əmirxanın köməyinə getsinlər. 
Ġlan  ili  (mart  1521-mart  1522)-927-ci  ildə  (12.XII.1520-30.XI.1521)  Div 
Sultan  Rumlunu  Gürcüstana  göndərdilər.  O,  oranın  Ləvənd,  Qərğərə  və  Davud 
kimi  hakimlərini   qiymətli   hədiyyələr   və  layiqli   bəxĢiĢlərlə dünyanın pənahı 
[ġah  Ġsmayılın]  dərgahına  gətirdi.  Div  Sultan  əmirlərdən  biri  olan  Çirkin  Həsən 
Təkəlunu etdiyi günahlarına görə öldürdü. 
Mazandaran,  Rüstəmdar  və  Həsəzarcərib  [vilayətlərinin  hakimləri] 
vergilərini  verib,  öz  ölgələrinə  getdilər.  Ancaq  Ağaməhəmməd  Ruzəfzun  qaçıb, 
özünü Mazandarana saldı. Cuhə Sultan Təkəlu onu tutmağa təyin olundu və o, onu 
(Ağaməhəmmədi) tutub, fələyə bənzər dərgaha gətirdi.
184
 
Bu  ildə  özbək  Übeyd  [xan]  cümadiəl-əvvəl  [ayının]  19-da  (27  may  1521) 
Heratı mühasirə etməyə  gəldi. Rəcəb [ayının] 2-də (8 iyun 1521) Mavəraünnəhrə 
qayıtdı. 
Əmirxan Mosullu rəcəb [ayının] 6-da (12 iyun 1521) baĢ komandan, bütün 
əmirlərin  baĢçısı  olan  Mir  Məhəmməd  [ibn  Mir]  Yusifi  Babur  padĢahla  əlbir 
olmaqda  təqsirləndirib,  öldürdü.
185
  Əmirxanın  mülazimi  ġahqulu  bu  xəbəri  Ģaban 
[ayının]  əvvəllərində  (iyun  ayının  ortaları  1521)  [ġah  Ġsmayılın]  Ģərəfli  qulağına 
çatdırdı  və  Həzrət  [bundan]  qəzəbləndi.  Buna  görə  Əmirxan  Mosullunun  Ģahlıq 
kamına çatmıĢ, allahın kögəsi olan hökmdar (daha doğrusu, Ģahzadə) Təhmasiblə 
saraya [gətirilməsini] tələb etdi. Onların əvəzində Sam mirzəni DurmuĢ xan ġamlu 
ilə Herata göndərdilər. 
Bu  ildə  ġirvan  padĢahı  ġeyxĢah  ramazan  [ayının]  30-da  (3  sentyabr  1521) 
Marağanın Bənab [adlı]  yerində kandarı öpməklə baĢıuca oldu. Bir müddət sonra 
getmək icazəsi alıb, öz ölkəsinə qayıtdı. 


At ili (mart 1522 - mart 1523)-928-ci ildə (1.XII.1521 -19.XI.1522) ġirvan 
padĢahı  ġeyxĢahın  oğlu  Sultan  Xəlil  dünyanın  pənahı  [ġah  Ġsmayılın]  dərgahına 
gəldi. 
Həmin  ildə  Müzəffər  Sultan  ləqəbi  almıĢ  Əmirə  Dubas  Gilaninin  niĢanlısı 
XanıĢ bəyimi Müzəffər Sultanın evinə göndərdilər. 
(M-226a) Allahın kölgəsi,  kama çatmıĢ [Ģahzadə Təhmasib]  -  mülkü  əbədi 
olsun  -  Əmirxan  lələ  ilə  Heratdan  təĢrif  gətirdilər.  Əmirxan  ali  dərgahda  vəfat 
etdi.
186
 Nəvvabi-kamyabın
187
 lələliyi Mirzə ġahHüseynə verildi. Əmirxanın [hakim 
olduğu] vilayət və qoĢunu möhrdar olan qardaĢı Ġbrahim Sultana verildi və Ġbrahim 
xan ləqəbi aldı. 
Qoyun  ili  (mart  1523-mart  1524)-929-cu  ildə  (20.XI.1522-9.XI.1523)      
əmirlik  rütbəsinə    çatmıĢ çilovdarbaĢı
188
  mehtər  ġahqulu  Halvaçı  oğlu  Ərəbgirlu 
(B-252a) o vaxt bütün ölkənin səlahiyyətli  vəkili olan Mirzə ġahHüseyni öldürüb 
qaçdı. Təəccüblü burasıdır ki, «Mirzə ġahHüseyn Ġsfahani» [əbcəd hesabı ilə] onun 
öldürülmə  tarixidir.
189
  Bir  neçə  vaxtdan  sonra  mehtər  ġahqulunu  tutub,  Mirzə 
ġahHüseynin intiqamını aldılar. 
Mirzə  [ġah]  Hüseynin  qətlindən  sonra  onun  vəzifəsi  bundan  əvvəl  onun 
naiblərindən  olan  Xacə  Cəmaləddin
190
  Məhəmməd  Xandəmir  Təbriziyə  həvalə 
olundu. 
Bu  ildə  Çayan  Sultan  Ustaclu  təbii  əcəllə  vəfat  etdi.  Oğlu  Bayəzid  bəyə 
Bayəzid Sultan adı verib, atasının yerinə qoydular.
191 
Meymun  ili  (mart  1524  -  mart  1525)-930-cu  ildə  (10.XI.1523-28.X.  1524) 
ali ordu [ġah Ġsmayıl] Naxçıvan qıĢlağından çıxıb, atla ov edə-edə ġəki vilayətinə 
gəldi.  Qayıtdıqdan  sonra  Göytəpə  və  Silanda
192
  yaylaq  etdi.  ġeyxĢah  ġirvani 
(ġirvanĢah) yenidən [ġah Ġsmayılın]   xidmətinə gəlib, razılıqla geri qayıtdı. 
Cəlal  bayraqları  (ġah  Ġsmayıl)  oradan  Ərdəbilə  gedərək,  ali  Səfəvi 
Ģeyxlərinin-Allah  onlara  rəhmət  eləsin-(məqbərələrini)  ziyarət  edib,  Saraba  yola 
düĢdülər. ġah sayın  gədiyində  düĢərgə  saldı.  Orada  Çayan Sultanın oğlu Bayəzid 
Sultan  Allahın  rəhmətinə  getdi.  Əmirül-üməralıq  mənsəbi  təkcə  Div  Sultan 
Rumluya verildi. 
Bu  vaxt  cənnətməkan  Ģahın  səhhəti  pisləĢdi.  ĠĢ  əlac  və  müalicədən  keçdi. 
Nəhayət,  müqəddəs  ruhu  (M-226b)  bütün  Sismani  əlaqələrdən  uzaqlaĢıb, 
müqəddəs aləmə uçdu. Elə ki, öldü, ruhu göyə qalxdı. Allah onu cənnətin bağlarına 
sakin etdi. Mərhəmət və nemət töhfələrini üstünə yağdırdı. 
Mövlana Həsən Dikbənd Əbərquhi onun vəfat tarixini belə vermiĢdir: 
 
«Aləmin pənahı  olan ġah Ġsmayıl,  
Elə ki, GünəĢ oldu, örtüyə büründü. 
GünəĢ getdi və «Zel»
193
   (kölgkə)  tarix oldu, 
Kölgə GünəĢin tarixi oldu».  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə