Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   12   13   14   15   16   17   18   19   ...   70

qılınc  meydanında  öldürüldü.  [Ordu]  oradan  köç  edib,  Buxaranın  2  fərsəxliyində 
dayandı.  Orada  məlum  oldu  ki,  Məhəmməd  Teymur  ibn  ġeybək  xan  və  Əbusəid 
Kuçkunci  Canibəy  xan  və  Übeyd  xan  Buxaraya  gəlirlər.  Nəcm-Sani  buna  görə   
Bayram  xan  Qaramanlunu  bir  dəstə  əsgərlə  onları  dəf  etmək  üçün  göndərdi. 
Özbəklər  müqavimət  göstərə  bilmədikləri  üçün  özlərini  Ğucdevam  qalasına 
saldılar.  Əmir  Nəcm-Sani  bunu  eĢitcək  qalan  əsgərləri  ilə  oranı  mühasirə  etmək 
üçün  getdi.  Bir  neçə  gün  qalanın  altında  durdu.  Oraların  vəziyyətindən  xəbərdar 
olan Babur padĢah və vəzir Xacə Mahmud Əmir Nəcmə burada qalmağı məsləhət 
görmədilər.  [O],  bunu  qəbul  etmədi.  Sabahı  seĢənbə  günü  ramazan  [ayının]  3-də 
(12 noyabr 1512) Canibəy xan və Übeyd [xan] Buxaradan Ğusdevana üz tutdular. 
Ğusdevanın  daxilində  olan  özbək  əmirləri  qaladan  çıxıb,  onlarla  birləĢdilər  və 
döyüĢ  baĢlandı.  Ġraq  (Səfəvi)  qoĢununa  yaman  göz  dəydi.  Bayram  bəy  döyüĢün 
əvvəlində  öldürüldü.  Ondan  sonra  Əmir  Nəcm  və  Əmir  Zeynalabidin  Səfəvi  qətl 
edildilər. Babur padĢah davadan qaçmağı «igidlik» hesab edərək, ġadman qalasına 
üz tutdu. 
QızılbaĢ qoĢunu məğlub oldu. Buna görə özbəklər cəsarətləndilər. Canibəy 
xan  zilqədə  ayının  əvvəllərində  (1513-cü  il,  yanvarın  əvvəli)  Heratı  mühasirə 
etməyə  gəldi  və  Kuhdestan  (çəmənliyində  düĢərgə  saldı.  Onun  ardınca  Übeyd 
[xan]  gəlib,  Səqsəlmanda  dayandı.  Mühasirə  2  ay  davam  etdi.  Bu  acı  xəbərlər 
Ġsfahanda [ġah Ġsmayılın] qulağına çatdı. Xorasana yürüĢ etmək qərara alındı. 
Toyuq ilində (mart 1513 - mart 1514) - 919 (9.III.1513 - 25.II.1514)-cu ildə 
özbəklər Herat qalasından tərpəndilər. Canibəy Ceyhun çayından keçib, (M-2226) 
öz  ölkəsinə  getdi.  Lakin  o  yaxınlıqda  çayı  keçmiĢ  Məhəmməd  Teymur  Murğa 
yaxınlığında  Übeydlə  birləĢərək  birlikdə  müqəddəs  MəĢhədə  tərəf  getdilər. 
Mərvdən Əsfərainə qədər [olan yerləri] iĢğal etdilər. Heratda azuqə çatıĢmazlığına 
görə  Lələ  bəy,  Əhməd  bəy  Sufi  oğlu  Ustaclu  müqavimət  göstərməyi  məsləhət 
bilməyib, Sistan və Təbəs yolu ilə Ġraqa gəldilər. Bu xəbəri Herat camaatından (B-
2496)  Xacə  Əbulvəfa  və  baĢqaları  Teymur  Sultana  çatdırıb,  onu  oraya  dəvət 
etdilər. O da tələsik [gəlib[ oradakı  Cahanara bağına düĢdü.  Herat sünniləri əl-ələ 
verib  Ģiə  olduqlarına  görə  çoxlu  adamı  öldürdülər.  Axırda  Mir  Məhəmməd  [ibn] 
Mir Yusifin
165
 tədbiri ilə fitnə bir qədər sakitləĢdi.  
Bu  tərəfdən  qələbə  ayəli  bayraqlar  [ġah  Ġsmayıl]  Herata  tərəf  yollandı. 
savuçbulağın SarıqamıĢ [adlı] yerinə çatdıqda vəkillik mənsəbi və əmirül-üməralıq 
Mir Əbdülbaqi Nemətüllahiyə verildi və «Pəsəxisiz sultan» ləqəbi aldı. 
Bu  vaxt  Seyid  ġərif  Ətabati-aliyyatdan  geri  qayıdıb  fars  [vilayətinə] 
getmiĢdi.  Onun  üçün  qiymətli  xələt  göndərdilər  və  sədarəti  ona  layiq  bildilər.  Bu 
iki böyük Ģəxsiyyət arasındakı narazılıq Mir Əbdülbaqinin qızının Mir Seyid ġərifə 
ərə  getməsi  ilə  aradan  qaldırıldı.  Hazırda  yaĢayan  Mir  Seyid  ġərif  920-ci  ilin 
zilqədə [ayında] (18.XII.1514 - 16.I.1515) o qızdan dünyaya gəldi. 
Xülasə, elə  ki, qələbə aqibətli (ġah Ġsmayıl) Xorasan tərəfə hərəkət etdi və 
Bistamın KalpuĢ yaylağına çatdı, ġiraz hakimi Sultan Xəlili ön dəstə olaraq [irəli] 


göndərdi.  Özbək  Übeyd  [xan]  bu  xəbəri  eĢitcək  MəĢhədi-müqəddəsdən  hərəkət 
edib,  ġüĢtər  yolu  ilə  Carcuy  keçidindən  keçib  Buxaraya  getdi.  Oranın 
böyüklərindən  bəzilərini  özü  ilə  apardı.  Həmçinin  Teymur  Sultan  da  Heratın 
zadəganlarını,  [o  cümlədən]  Mir  Məhəmməd  ibn  Mir  Yusifi  özü  ilə  götürüb 
Səmərqəndə qaçdı. 
Bu  illərdə  o  ölkədə  müstəqil  bir  hakim  qalmadığına  görə  (M-223a)  Sultan 
Hüseyn  mirzə [Bayqara] zamanında böyük etibar qazanmıĢ, ġeybək xan vaxtında 
böyüklük  əldə  etmiĢ  və  [onun]  oğlu  Məhəmməd  Teymurun  hakimliyi  vaxtı 
görkəmli bir Ģəxs olmuĢ Əbülqasim BəxĢi baĢ qaldırdı. Ġstədi ki, bu hərcmərclikdə 
dövləti idarə edən mütləq hakim kimi hamını özü ilə birləĢdirib, fitnəyə baĢlasın. 
O, bir neçə gün Heratı mühasirə etdi. 
O  zamanlar  FuĢəng  hakimi  təyin  olunmuĢ  Piri  Sultan  həmin  vilayətə 
çatdıqda, onun (Əbülqasim BəxĢinin) fitnəsi aradan qalxdı. 
Cəlal bayraqları (ġah Ġsmayıl) KalpuĢdan Radeqan çəmənliyinə gəldi. Dədə 
bəy  Mərvi  qoyub  qaçdığına  görə,  baĢqalarına  ibrət  üçun  [ona]  arvad  paltarı 
geyindirib, eĢĢəyə mindirdilər və ordunun ətrafında dolandırdılar. 
Heratın  idarəsi  Zeynal  xan  ġamluya,  Bəlx  və  [ona]  tabe  olan  [yerlər]  Div 
Sultan adlandırılan Əli bəyə və Qayin Əmirxan Mosulluya verildi. 
ġah Ġsmayıl Babaxaki yaylağına yollanaraq, ġahrux Sultan ƏfĢarı o ölkənin 
Qəndəhar  və  Gərmsir  [Ģəhərlərini]  iĢğal  etmək  üçün  göndərdi.  O,  oranın  hakimi 
ġüca  bəy  Ərğun  ilə  sülh  edib,  onun  (B-250a)  hədiyyələrini    [ġah  Ġsmayılın]  ali 
dərgahına gətirdi. QıĢlaq Ġsfahanda oldu. 
Mir  Əbdülbaqi,  Çayan  Sultan  Ustaclu  və  Cuhə  sultan  ləqəbi  almıĢ  BəxĢi 
bəy  Təkəlu  Nəsa  [Ģəhərində]  Sultan  Məhəmməd  ibn  Bayqara  ibn  Əbu  Möhsin 
mirzə)  ibn  Sultan  Hüseyn  mirzəni  hakimiyyət  baĢına  kətirmiĢ  Rəhmanqulunu  dəf 
etmək  üçün  yola  düĢdülər.  Onlar  əsas  iĢin  öhdəsindən  gəlib,  Ġsfahan  qıĢlaqında 
dünyanın pənahı  [ġah Ġsmayılın]  dərgahına gəldilər. 
Bu  ilin  zilhiccə  [ayının]  26-da  (22  mart  1514)  kama  çatmıĢ,  Ģahanə  bəxtli, 
Allahın kölgəsi, dinin pənahı ġah Təhmasibin - hakimiyyəti əbədi olsun - səadətli 
təvəllüdü mübarəklik və xoĢbəxt tale ilə üz verdi. 
Ġt  ili  (mart  1514  -  mart  1515)-920-ci  ildə  (26.II.1514  -  14.II.1515)  Rum 
padĢahı  Sultan  Səlim  ibn  Sultan  Bayəzid  Osmani  öz  atasını  dəf  etdikdən, 
hakimiyyətini sabitləĢdirdikdən sonra  Azərbaycanı  fəth etmək eĢqinə düĢüb, onun 
sərhəddinə  yaxın  gəldi.  Bu  xəbər  Ġsfahanda  izzət  və  cəlalın  [ġah  Ġsmayılın] 
qulağına  çatdıqda,  onun  zərərini  aradan  qaldırmaq  üçün  Azərbaycana  tərəf 
yollandı.  Çurəsə  çatdıqda,  Diyarbəkr  qoĢunu  Xanməhəmməd  Ustaclu  ilə  gəlib 
yetiĢdi.  Xoyun  Çaldıran  [adlı  yerində]  iki  qoĢun  arasında  müharibə  oldu.  Bu 
mərəkədə,  islamiyyətin  əvvəl  çağlarında  müqəddəs  döyüĢlərdə  üz  verdiyi  kimi, 
DurmuĢ  xan  ġamlu  və  baĢqa  əmirlərin  qüruru  nəticəsində  QızılbaĢ  ordusuna  göz 
dəydi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə