Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   11   12   13   14   15   16   17   18   ...   70

axırlarında  tələsik  Heratdan  Mərvə  yönəldi.  Dana  Məhəmməd  (B-248a)  ƏfĢar 
hədsiz-hesabsız  ordu  ilə  ön  dəstədə  yola  düĢdü.  Tahirabad  vilayəti  ətrafında 
özbəklərin qoĢununa rast gəldi. Məqlub olmuĢ özbəklər Mərvin [qala] divarlarının 
qapısına  qədər  qaçdılar.  Onları  təqib  edən  ali  ordu  Mərvi  mühasirə  etdi. 
Mühasirədən  fayda  olmadığına  görə  çaharĢənbə  günü  Ģaban  [ayının]  28-də  (30 
noyabr  1510)  Ģəhərin  ətrafından  qalxıb,  Mahmudi  çayının  körpüsündən  Ģəhərə 
qədər  olan  3  fərsəng
150
  yolu  keçib  düĢərgə  saldılar.  PəncĢənbə  gününədək  orada 
dayandılar.
151
  Etimada  layiq  olan  adamla  ġeybək  xana  məzəmmətlə  dolu  məktub 
göndərildi. Səhərisi, cümə günü ordu Qələxtəna köçdü. Əmirxan ləqəbi almıĢ Əmir 
bəy Mosullunu körpünün üstündə qoydular.
502
 Qərara aldılar ki,  əgər düĢmənlərin 
qaraltısı  görüncə,  döyüĢə  baĢlamadan  özünü  ali  orduya  çatdırsın.  ġeybək  xan  bu 
taktikadan  xəbərsiz  15  min  atlı  ilə  qaladan  çıxıb  hücuma  [baĢladı].  Əmir  bəyin 
qaçmasını da onun zəifliyi hesab edib, Mahmudi çayının körpüsündən keçdi. Cəlal 
bayraqları  (yəni,  ġah  Ġsmayılın  əsas  qoĢunu)  dərhal  o  tərəfə  qayıdıb,  hücuma 
hazırlaĢdı.  DöyüĢ  baĢlandı.  Səhərdən  günbatana  qədər  bərk  qırğın  oldu.  ġeybək 
xan  qorxuya  düĢərək  özünü  500  [nəfər]  süvari  ilə  xaraba  qalaya  salmaqla  canını 
qurtarmaq  istədi.  Burun  Sultan  Təkəlu  və  baĢqa  qazilər  ona  hücum  etdilər. 
Özbəklər  təĢviĢə  düĢüb,  bir-birlərinə  dəydilər.  ġeybək  xan  o  basabasda  əl-ayaq 
altında həlak oldu. Zəfər aqibətli qazilər onun baĢını kəsib, [ġah Ġsmayılın] Ģərəfli 
hüzuruna  gətirdilər.
153
  Kama  çatmıĢ  cənnətməkan  əla-həzrət  [ġah  Ġsmayıl]  o 
qalanın içərisinə gəlib, öldürülən özbəklərə tamaĢa etdi. 
Özbəklərin  Canvəfa  mirzə  və  Qənbər  kimi  əksər  sərkərdələri  tutulub  
öldürüldülər.   ġeybək  xanın  Ģiə məzhəbli vəziri Xacə Mahmud Sağərçi Mərvdən 
Ģəhərin  açarını  [ġah  Ġsmayılın]  dərgahına  göndərdi  (M-221a).  Ona  Ģahanə  qayğı 
göstərildi  və  o  ali  divanın  vəzirləri  cərgəsinə  daxil  edildi.  Bu  hadisənin  tarixi 
«FəthiĢahi-din-pənah»dır.
154
 (Dinin pənahı Ģahın fəthi). 
Qələbədən  sonra  əzəmət  və  cəlal  bayraqları  (ġah  Ġsmayıl)  xoĢbəxt  tale  ilə 
darüssəltənə Herata təĢrif gətirdi. Oranın hökuməti Lələ bəyə və Mərvin hökuməti 
Dədə bəyə verildi. 
Heratın  Ģeyxülislamı,  yəni  Seyfəddin  Əhməd  ibn  Yəhya  ibn  Mövlana 
Sədəddin Təftəzani sünni olduğuna görə öldürüldü. 
Xanmirzə  [adı  ilə]  məĢhur  olan  Mirzə  Sultan  Üveys  ibn  Mirzə  Sultan 
Mahmud xidmətə gəldi. NəvaziĢ tapdı və məskəni olan qalaya Ģad getdi. 
Meymun
155
 ilində (mart 1511 - mart 1512) - 917 (31.III.1511 - 18.III.1512)-
ci ildə cəlal bayraqları (ġah Ġsmayıl) Mavəraünnəhri
156
 istila etmək üçün Meymənə 
və  Faryabı  tutdu.  Qələbə  çadırları  quruldu.  Özbək  sultanları  və  xanları  Ģəfaət 
qapısına  gəldilər.  Yenilməz  simalı  dövlətin  böyükləri  vəzir  Xacə  Mahmudu 
günahlarının  bağıĢlanması  və  Amu-Dərya  çayını  keçməyin  dayandırılması  üçün 
vasitəçi etdilər. 


Cənnətlik  hökmdar  [ġah  Ġsmayıl]  Bəlx,  Əndəxud,  ġibirğan,  Çiçəktu, 
Meymənə,  Faryab,  Murğab  və  Ğərcestanı  bacısının  əri  Bayram  bəy  Qaramanluya 
layiq bildi. 
ġah  Ġsmayıl  Xorasandan  Ġraqa  təĢrif  gətirdi.  O  günlərdə  15  minə  yaxın 
Təkəlu  tayfası  Rumda  (Türkiyədə)  üsyan  edərək,  Rum  əmirləri  ilə  bir  neçə  dəfə 
vuruĢduqdan sonra, Ərzincan ətrafında 500 nəfər camaatı olan qafiləni qarət və qətl 
etdikdən  sonra  ali  dərgaha  üz  tutmuĢdular.  Ġraqın  ġəhriyar  [adlı  yerində]  onların 
sərdarlarını  cəzalandırıb,  həmin  camaatı  əmirlərə  bölüĢdürdülər  ki,  onların 
xidmətində olsunlar. 
QıĢlaq Qumda oldu. Mazandaranın  gündən-günə  yüksələn hakimləri Seyid 
Əbdülkərim və Ağa Məhəmməd dünyanın pənahı [ġah Ġsmayılın] dərgahına gəlib, 
oranın təyin olunmuĢ 30 min tümən məbləğində [vergisini] verdilər. 
Mir  Seyid  ġərif  sədarəti  tərk  edib  (M-2216)  Əta-bati-Aliyyəni  ziyarətə 
getdi.  Bu  mənsəb  darülibad
157
  Yəzddə  taxta    istiqamət  verməkdə  təmkinli  olan  
Nemətüllahi Seyid Əbdülbaqiyə həvalə olundu. 
[ġah  Ġsmayılın]  qələbəsini  təbrik  etmək  üçün  Misir  və  ġamın  padĢahı 
Qancunun
158
 və Rumun padĢahı Sultan Bayəzidin
159
 elçiləri dərgaha gəldilər. 
Həmçinin  bu  ildə  Osmanlı  Sultan  Səlim
160
  öz  atası  Sultan  Bayəzidə  və 
qardaĢlarına qələbə çalaraq, bəzilərini aradan götürməklə taxta oturdu. 
Sultan Murad ibn
161
 [Sultan Bayəzid] qorxudan qaçıb dünyanın pənahı [ġah 
Ġsmayılın] dərgahına pənah gətirdi. 
ġah  [Ġsmayılın]  bəndələrinin  köməyi  ilə  Mavəraənnəhri  istila  edən  Babur 
padĢah  Kürəkanidən
162
  müxalifət  niĢanəsi  gözlənilmirdi.  Lakin  qıĢlaqda  olarkən 
onun dönük çıxması xəbəri gəlib çatdı. Əmir Nəcm Sanini onu tənbeh etmək üçün 
göndərdi.  Bayram  bəy  Qaramanlu  kimi  baĢqa  Xorasan  əmirlərinin  ona  kömək 
etməsi qərara alındı. 
[ġah Ġsmayıl] zilhiccə ayının axırında (1512-ci il fevralın axırında) Qumdan 
Xorasana yola düĢdü. Meymun ilində (1512) yayı keçirmək üçün Surluq və Təxti-
Süleymana gəldi. Ġsfahanda qıĢladı. 
Əmir Nəcm 918 (19.III.1512 - 8.III.1513)-ci ildə ġərq tərəfə yola düĢərək, 
köç  edə-edə  Bəlxə  çatdı.  20  gün  orada  dayandı  və  Heratdan  özü  ilə  gətirdiyi 
Yusifin  nəvəsi  Mir  Məhəmmədi  Mirzə  Babur  padĢahı  gətirtmək  üçün  ġadman 
qalasına göndərdi. [O], rəcəb ayında (12.IX - II.X.1512) Termezdən keçdi. 
Dəmir  sədd  adlandırılan  Təngçiçəkdə  Babur  padĢah  (B-249a)  onun  yanına 
gəldi.  Ondan  sonra  onun  tərəfindən  ziyafət,  riayət,  töhfə  və  hədiyyələr  verildi  və 
Mavəraünnəhrə  getdilər.  Həraz  qalasının  hakimi  Ağpolad  Sultan  müqavimət 
göstərməyə qüdrəti olmadığına görə sülh üçün [qaladan] çıxdıqda tutuldu. Bulqutur 
Bahadır  Yurhəngi
163
  qalada  müdafiə  olunmağa  baĢladı.  [O],  özbək  camaatı  ilə 
öldürüldü.  [Oradan]  (M-222a)  QərĢiyə  getdilər  və  oranın  hakimi  ġeyxəli  mirzə 
müqavimət  göstərməyə  baĢladı.  [Əmir  Nəcm  Sani]  oranı  zorla  və  qəzəblə  tutub 
qırğın törətdi. 15 minə yaxın adam öldürüldü. ġair Mövlana Binai
164
 də bu vaxt iti 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə