Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   7   8   9   10   11   12   13   14   ...   70

Hüseyni  Sultan  Heydərə  qəsd  etmiĢ,
75
  dövlətin  gözəl  xoĢbəxtliyini  əldən  verib, 
Ģükümsüzlük  bədbəxtliyinə  düçar  olmuĢ  yaramaz  Fərrux  Yəsarın  20  min  atlı  və 
piyada
76
 [qoĢunu] Kərbəla yezidləri ilə qarĢı-qarĢıya durub müharibəyə baĢlasınlar. 
ġir  ovlayan  Heydəri-məzhəb
77
  qazilər  Zülfüqar
78
  kimi  kəsici  qılıncla  ġirvanın 
Sasani
79
  nəsilli  yezidlərinin  üstünə  düĢdülər.  Fərrux  Yəsar  ölkənin  alçaq  əyanları 
ilə  iti  qılıncın  zərbəsinə  məruz  qaldı.  Onların  qanlarından  çaylar  axmağa  baĢladı. 
Elə ki, belə bir qələbə qazanıldı, üç gün müharibə meydanının ətrafında dayandılar. 
Ondan sonra darüssəltənə
80
 ġamaxıya təĢrif gətirdilər. Oradan adı Xadim bəy olan 
və  dili  ilə  ilham  verən  Xüləfa  bəyə  xəlifətül-xüləfa  mənsəbi  verib,  onu  bir  dəstə 
fədai  ilə  müharibə  meydanından  çıxararaq  dəniz  kənarında  ġirvan  ordusunu 
toplayan  ġeyxĢah  ibn  Fərrux  Yəsarı  tutmağa  göndərdi.  ġirvan  qoĢunu  bu  doğru 
xəbəri  eĢitcək  dağıldı.  ġeyx-Ģah  gəmiyə  minib  Gilana  yollandı.  ġah  [Ġsmayılın] 
Mahmudabadda
81
  qıĢlaması qərara alındı. 
Orada  ikən  əhli-beytə
82
  və  o  nəslə  yaxınlığı  olan  ġeyx  Məhəmməd 
Göcəcinin
83 
övladlarından  olub,  illərlə  türk  səltənətində  vəzirlik  edən
84
  onların 
dövlətinin  dayağı,  əvvəllərdə  dövləti  idarə  etmək  iĢində  səriĢtəsi  olan  və 
peyğəmbərin xanədanına, vilayətinə
85
 etiqad bəsləyən, təsadüfi və batil tayfadan üz 
döndərib,  haqq  tayfaya  üz  tutan  Əmir  Zəkəriyyə  Təbrizi  Göcəci  torpağı  öpmək 
Ģərəfinə  nail  olub,  vəzirlik  mənsəbinə  çatdı.  Nəvvabi-xaqan  sahibqran  [ġah 
Ġsmayıl]  onu  «Azərbaycanın  açarı»  adlandırdı.  Ondan  sonra  Bakını  mühasirə 
etdilər.
86
 
Əmir Zəkəriyyə Bayandurilərin asayiĢi pozmalarını və onların hökumətinin 
üsyanını ali zirvəyə çatdırdıqda, [ġah Ġsmayıl] Azərbaycanın fəthini mühüm bilib, 
qalanın  üstündən  qalxıb  (yəni,  Gülüstan  qalasının  mühasirəsindən  əl  çəkib) 
Azərbaycana yönəldi və Naxçıvan tərəfə yola düĢdü.
87
 (M-2146) 
Ġgidliyinə  görə  Tozqoparan  adlandırılan  Piri  bəy  Qacar  isə  ordunun  ön 
dəstəsi  olaraq  yola  düĢdü.  [Rəqib]  tərəfdən  özünü  Rüstəm  və  Ġsfəndiyardan  əskik 
bilməyən  Həsən  ağa  ġəkər  oğlu  qaraula  (kəĢfiyyata)  gəlmiĢdi  [o],  MiĢkin 
vilayətinin Kərmavəz [adlı yerində] Piri bəy Qacarın gəlmək xəbərini eĢidib qaçdı 
və Azərbaycan padĢahı olan Əlvənd bəy ibn Yusif bəyin qoĢunu ilə birləĢdi. Xəbər 
çatdırdı ki, artıq ġah Ġsmayıl və ordunun ön dəstəsi yaxındadır. 
Xülasə, Əlvənd bəy həddən artıq hücuma hazır olan qoĢununu nizama saldı 
və Naxçıvan vilayətinin ġərur düzündə Ģahanə müharibə oldu. Piltən bəyin nəvələri 
Qarçıqay Məhəmməd, Lətif bəy və Seyid Qazi bəy 8 min süvari igidlə öldürüldü. 
Əlvənd  bəy  güclə  canını  qurtarıb  Diyarbəkrə  qaçdı.  Əzəmət  bayraqları  (ġah 
Ġsmayıl)  darüssəltənə  Təbrizə  gəldi.  Kama  çatmıĢ  ġah  [Ġsmayıl]  xoĢbəxtliklə 
padĢahlıq taxtına oturdu. Xütbə və sikkə padĢahın ləqəbləri ilə bəzəndi. 
907 (17.UN.1501 - 6.UP.1502)-ci ildə Əmirül-üməralıq
87a
 mənsəbi Hüseyn 
bəy  Lələ  ġamluya,  Sədarət
88
  isə  Gilanda  nəvvabi-xaqan  [ġah  Ġsmayılın]  müəllimi 
olmuĢ,  yürüĢlərdə  onunla  yan-yana  gedən  Qazı  ġəmsəddin  Gilaniyə  tapĢırıldı.  O 
qıĢ qıĢlaq Təbrizdə vaqe oldu. Türkmanlar
89
  sünukdan
90 
qoĢun  göndərdilər. ġiələr 


müxalifətçilərin  əksinə  olaraq,  fələyin  mavi  göyünə  hay-küy  saldılar.  Ġnsan 
Ģeytanlarını lənət və tənə ilə zəmanə göylərinin örtüyünün kənarından qaçırdılar. 
 
BEYT 
 
«Şiə məzhəbinin təbərzini
91
  sünnilərin bütünü  İbrahimin   
zərbəsi Azərin bütlərini sındırdığı kimi sındırdı».
92 
 
Belə  bir  hakimiyyət  heç  kəsə  müyəssər  olmamıĢdı.  Bəni-Üməyya 
zamanında  Muxtar  ibn  Əbi  Übeyd  əl-Səqəfi  yezidilərin  qətli  üçün  qılınc  çəkib, 
Kərbəla Ģəhidlərini
93
  qətl edən Übeydüllah ibn Ziyad
94
, Əmr ibn Səd,
95
 ġümr ibn 
ZilcovĢən
96
  və  baĢqalarını  öldürdü.  Ancaq  dövrün  padĢahı  olan  Əbdülməlik  (M-
215a)  ibn  Mərvanı
97
  ortadan  götürə  bilmədi  ki,  zamanın  imamı  Əli  ibn  Hüseyn 
Zeynalabidinin
98
  -  ona  salam  olsun-səltənət  taxtına  cülusu  mümkün  olsun.  Buna 
görə də bir neçə gündən sonra [Muxtar] Ģəhidlərə qoĢuldu. 
Əbu  Müslim  Mərvəzi
99
  əhli-beyt  üçün  qılınc  vurdu,  ancaq  səltənətin 
[qapısını]  Abbasilər  üçün  açdı.  Onun  səyi  günahsız  imamlar  üçün  deyildi. 
Abbasilərdən mükafatı o oldu ki, Əbu Səfər
100
 bu fədakarlığın muzdu olaraq  [onu]   
parça-parça etdi. 
QardaĢlarının  və  qardaĢı  oğlanlarının  hər  biri  bir  ölkədə  padĢah  olan  əcəm 
Sultanlarından Müiziddövlə Əhməd ibn Buyə əl-Deyləmi
101
 qüvvət və əzəməti ilə 
Bağdad  xəlifəliyini  özünə  tabe  etdirməsinə  baxmayaraq,  352-ci  ilin  rəbiüs-sani 
[ayında] (29.IV - 27.V.963) kinayə yolu ilə o məlunlara lənət yağdırmaq və onun 
məzmununu  məscidin  qapısı  üzərində  həkk  etdirmək  istədi,  mümkün  olmadı. 
Axırda bu iki kəlməyə qərar verdi: 
«Allah Məhəmmədin əvvəldən axıra kimi nəslinə zülm edənlərə lənət etsin» 
(6-2446). Yalnız bu qədər bacardı ki, Müaviyəyə aĢkar lənət etsinlər. 
Hülakülar
102 
taxtına  oturan  Sultan  Məhəmməd  Xudabəndə
105
  Bəni-
Abbasilərin axırına çıxdı. 709 (II.VI.1309 - 30.V. 1310)-cu ildə fərman verdi ki, on 
iki  imamın  adına  sikkə  və  xütbə  hazırlasınlar.  Bu  iĢ  çox  yerlərdə,  o  cümlədən 
Ġsfahanda  həyata  keçmədi.  Ġsfahan  əhalisi  bunu  qəbul  etmədi.  710  (31.V.1310— 
19,V.1311)-cu  ildə  [Sultan  Məhəmməd  Xudabəndə]  istədi  ki,  oraya  20000  atlı 
göndərib, onları itaətsizliklərinə görə czalandırsın. Çox zəhmətdən sonra sünnilərin 
baĢçısı  olan  Molla  Əbu  Ġshaqı  tutub,  düĢərgəyə  gətirdilər,  və  isfahanlıların 
inadcıllığı bir qədər yumĢaldı. Ancaq necə ki, lazımdı, yola gəlmədilər. 
Sultan  Məhəmməd   [Xudabəndə]   717   (16. III.1317 - 4.III.1318)-ci ildə 
vəfat  etdiyi  üçün
104 
  bu  məqsəd,  o  itaət:  siz  diyar  və  mahalda  həyata  keçmədi. 
Sultan Əbusəid
105
 zamanında  Sultan  Məhəmməd [Xudabəndənin] səyi zay oldu. 
Sultan  Hüseyn  mirzə  Kürəkani
106
  (M-2156)  istədi  ki,  on  iki  imamın  adını 
xütbədə  zikr  etsin.  Camaatın  hücumu  o  dərəcəyə  çatdı  ki,  Mir  Seyid  Əli  Qainini 
minbərdən  aĢağı  saldılar.  Cənnətməkan  xoĢbəxt  sərdar  Əbülmüzəffər  ġah  Ġsmayıl 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə