Azərbaycan elmlər akademiyasi şƏRQŞÜnasliq institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/70
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31830
1   ...   4   5   6   7   8   9   10   11   ...   70

(qoyun      ili)  -  hicri  qəməri  978-979-cu  ilin  hadisələrini  təsvir  etmiĢdir.  Yuxarıda 
göstərildiyi  kimi  Səfəvilər  dövründəki  tarixi  hadisələrin  təsviri  bir  qayda  olaraq 
monqol-türk  təqvimi  və  hicri-qəməri  təqvimi  əsasında  verilmiĢdir.  Daha  doğrusu, 
əvvəlsə  monqol-türk  illəri  -  siçan,  öküz,  pələng,  dovĢan,  balıq,  ilan,  at,  qoyun, 
meymun, toyuq, it, donuz - verilir, sonra isə həmin illərə müvafiq olan hicri-qəməri 
təqvimin  illəri  göstərilir.  Bu  iki  təqvimin  birincisində  təqvim  Ay  -  GünəĢ 
sisteminə, ikincisində isə ancaq Ay sisteminə əsaslandığı üçün hər monqol-türk ili 
hicri-qəməri təqviminin 2 ilinin hər birinin bir neçə ayına təsadüf edir. 
«Təkmilətül-əxbar»da son il olaraq təsvir edilən «quy yil» (qoyun ili) hicri-
qəməri təqvimin 978-979-cu illərinin hər birinin bir neçə ayına təsadüf edir.
53
 Buna 
görə Əbdi bəy «Quy yil»in yanında qəbul etdiyi ümumi qayda əsasında yazmıĢdır: 
«Dər  quy  yil,  bəziha  sənə  səmanə  və  səbeyn  və  tisəmiətə  və  bəziha  sənə 
tisə». 
(Qoyun  ilində,  bəzi  (ayları)  doqquz  yüz  yetmiĢ  səkkiz  və  bəzi  (ayları)  isə 
(doqquz yüz yetmiĢ) doqquzuncu ildə). 
Bu qeyddən sonra Əbdi bəy Allaha Ģükür edir ki, ġah Təhmasib, Ģahzadələr 
sağ və salamatdır, məmləkətdə əmin-amanlıqdır. 
Cəmi üç sətir olan bu ümumi sözlərdən sonra göstərilir ki, «Kitab həmin ilin 
əvvəllərində tamam oldu. Bundan artıq yazmayacağam. Əgər həyatım baqi qalsa, 
bundan sonra ayrısa bir «cild» yazacaq və vacib hadisələri orada qeyd edəcəyəm». 
Bu məlumatdan sonra əsərin «zeyl»  (əlavə) hissəsi baĢlayır. 
Bütün  bu  qeydlərdən  belə  nəticə  çıxır  ki,  «Təkmilətül-əxbar»  978-ci  ilin 
əvvəllərində tamamlanmıĢdır. Həmin nəticənin doğruluğunu həm müəllifin 978-ci 
ilin hadisələrindən əsaslı bir Ģey yazmaması, həm 269-cu vərəqdən 289-cu vərəqə 
qədər  olan  «Zeyl»  və  «Xatimə»də  979-cu  il  hadisələrindən  danıĢmaması,  həm  də 
«zeyl»in  əvvəlində  «indi  ki,  978-ci  ildir»  deməsi  təsdiq  edə  bilər.  Maddeyi-tarix 
kimi verilmiĢ «Kərayim-asare» (=978)  sözləri də buna əlavə bir sübutdur. 
QarĢıya  belə  bir  sual  çıxa  bilər,  bir  halda  ki,  Əbdi  bəy  əsərini  978-ci  ildə 
qurtarmağı  nəzərdə  tutmuĢdu,  bəs  nə  üçün  bəziləri  978  və  bəziləri  979-cu  ildə 
yazmıĢdır?  Çünki  qoyun  ili  hicri-qəməri  978-979-cu  illərə  bərabərdir.  Həm  də 
güman etmək olar ki, müəllif əsərini davam etdirmək fikrində imiĢ. Lakin hər hansı 
bir hadisə onu əsəri 978-ci ildə tamamlamağa məcbur etmiĢdir. Məsələn, ola bilər 
ki, ġah Təhmasib «Sərihül-mülk»ü tələb etmiĢ, o, Qəzvinə gəlməli olmuĢ, gələrkən 
«Təkmilətül-əxbar»ı  da  özü  ilə  paytaxta  gətirib.  Pərixan  xanıma  təqdim  etmək 
fikrində  olmuĢdur.  Yaxud,  sadəcə  olaraq  paralel  iĢlədiyi  «Sərihül-mülk»ü 
qurtarmıĢ, onu gətirib Ģaha, «Təkmilətül-əxbar»ı isə Pərixan xanıma təqdim etmək 
istəmiĢdir  və  s.  Bu  və  digər  səbəblərə  görə  Əbdi  bəy  978-ci  ildə  baĢ  vermiĢ 
hadisələri  təsvir  etməmiĢ,  əsərin  «Zeyl»  və  «Xatimə»  hissələrini  yazıb,  Qəzvinə 
gətirmiĢdir. 


Hər  halda,  son  nəticə  olaraq  qeyd  edilir  ki,  Əbdi  bəy  «Təkmilətül-əxbar» 
adlı  ümumi  tarix  əsərini  Ərdəbil  Ģəhərində  yaĢayarkən  1570-ci  ilin  ortalarında 
yazıb tamamlamıĢdır. 
«Təkmilətül-əxbar» xüsusi tədqiqat obyekti kimi geniĢ tədqiq edilməmiĢ və 
heç  bir  dilə  tərcümə  olunmamıĢdır.  Əgər  bəzi  tarixçilərin,  kataloq  müəlliflərinin 
qeydləri  nəzərə  alınmazsa,  Əbdi  bəy  və  onun  «Təkmilətül-əxbar»  əsəri  haqqında 
ilk, nisbətən geniĢ və dəqiq məlumat bu sətirlərin müəllifi tərəfindən verilmiĢdir.
54 
Tarix  elmləri  doktoru  Oktay  Əfəndiyev  «XVI  əsrin  əvvəllərində 
Azərbaycan  Səfəvi  dövlətinin  yaranması»
55
  və  «XVI  əsrdə  Azərbaycan  Səfəvi 
dövləti»
56
  adlı  monoqrafiyalarında  «Təkmilətül-əxbar»  və  onun  müəllifi  haqqında 
bəzi  qeydlər  etmiĢdir.  Bunlardan  əlavə,  o,  «Təkmilətül-əxbar»  barədə  ayrıca  bir 
məqalə  də  yazmıĢdır.
57
  O.  Əfəndiyev  ilk  dəfə  olaraq  «Təkmilətül-əxbar»ın  ġah 
Ġsmayıla  aid  hissəsini  (905-930-1499-1524-cü  illər)  rus  dilinə  tərcümə  etmiĢ  və 
B.N.Zaxoder nüsxəsinin 242a-252a vərəqlərinin foto-surətini çap etdirmiĢdir.
58
 
Yuxarıda qeyd edildiyi kimi, Əbdi  bəy  «Təkmilətül-əxbar»ın Səfəvi dövrü 
hissəsini  yazarkən  Ģəxsi  müĢahidələrinə  əsaslanmıĢ  və  yeri  gəldikcə  saray 
dəftərxana  və  kitabxanasındakı  rəsmi  sənədlərdən,  həmçinin  ġeyx  Səfi  məqbərəsi 
nəzdindəki  zəngin  kitabxanadan  istifadə  etmiĢdir.  O,  bunlardan  əlavə,  xüsusilə, 
Ülamə,  Əlqas  Mirzə  və  Osmanlı  Sultanzadəsi  Bayəzidlə  əlaqədar  hadisələrin 
təsvirində «Təzkireyi-Təhmasib» adı ilə məĢhur olub bir neçə dəfə çap və bir neçə 
dilə tərcümə olunan əsərdən də faydalanmıĢdır. 
XVI əsrin son rübü, XVII əsrin əvvəllərində ġah Ġsmayıl və ġah Təhmasibin 
hakimiyyət  baĢında  olduğu  illəri  təsvir  edən  çoxlu  tarixi  əsər  yazılmasına 
baxmayaraq, «Təkmilətül-əxbar» öz əhəmiyyətini itirmir. Bu əsərin də özünə görə 
bir  sıra  məziyyətləri  vardır.  Belə  ki,  «Təkmilətül-əxbar»da  olan  bəzi  hadisələrin 
təsvirinə  baĢqa  əsərlərdə  rast  gəlmirik,  yaxud  burada  olan  bəzi  hadisələr  nisbətən 
geniĢ  və  dəqiq  təsvir  edilmiĢdir  və  s.  «Təkmilətül-əxbar»  XVI  əsrin  ilk  üç 
rübündəki  hadisələri  öyrənmək  üçün  ilk  mənbə  kimi  çox  qiymətlidir.  Buna  görə 
«Təkmilətül-əxbar»  Azərbaycan  SSR  EA  ġərqĢünaslıq  Ġnstitutunun  yazılı 
abidələrin  nəĢri  və  tədqiqi  Ģöbəsində  Azərbaycan  dilinə  tərcümə  edilib,  nəĢrə 
hazırlanmıĢdır.  Tərcümə  zamanı  «Təkmilətül-əxbar»dakı  bir  sıra  tarixi  hadisələr 
bəzi  tarixi  əsərlərlə  müqayisədə  verilmiĢdir.  Həmin  əsərlərin  adı  qısa  Ģəkildə 
aĢağıdakı Ģərti iĢarələrlə qeyd edilmiĢdir; 
B - «Təkmilətül-əxbar»ın B.N.Zaxoder - Bakı nüsxəsi. 
M - «Təkmilətül-əxbar»ın Məclisi-Ģurayi-milli kitabxanası nüsxəsi. 
T.ġ.Ġ.  -  Mahmud  ibn  Xandəmirin  «Tarixi-ġah  Ġsmayıl  və  ġah  Təhmasib 
əsəri, Britaniya muzeyi nüsxəsi, OR - 2939. 
Ə.T. - Həsən bəy Rumlunun «Əhsənüt-təvarix» əsəri, Kəlküttə, 1931. 
ġ.N.  -  ġərəf  xan  Bidlisinin,  «ġərəfnamə»  əsəri,  rus  dilinə  tərcümə  edəni 
E.Ġ.Vasilyeva, Moskva, 1967. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə